Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13348/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və X10 cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 5 saylı notariat ofisinə və Bakı şəhəri 27 saylı notariat ofisinə (üçüncü şəxs X19) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və X20 cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 27 saylı notariat ofisinə və Bakı şəhəri 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin icarə müqaviləsinin X11 adına keçirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 1382 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamının ləğv edilməsi və həmin sərəncamdan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli, 156 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bölük komandiri, leytenant X13 “Azərbaycanın Milli Qəhramanı” adı verilmişdir (ölümündən sonra). Azərbaycan Respublikası Milli X3 valedeyinləri atası X17 və anası X21 mərhumun qalmış iki azyaşlı uşağlarını - xx.xx.1981-ci ildə anadan olmuş İddiaçı1 və xx.xx.1989-cu ildə anadan olan X18 qəyyumluğa götürmüşlər və bu barədə Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən 114 nömrəli, 22 iyul 1994-cü il tarixli Sərəmcan qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il tarixli, 34 saylı qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mir-Mahmud Kazımovski küçəsi, ev 16a-da döyüşçü əlillər üçün tikilmiş yaşayış evindən Yasamal rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi güzəştli mənzil növbəsində olan, Azərbaycan Milli X3 ailəsinə (atası X17 və uşaqları xx.xx.1981-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1989-cu il təvəllüdlü X22) 2 otaqlı, sahəsi 27,5 kv.metr olan 51 saylı mənzil ayrılmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 2092 saylı Sərəncamına əsasən Azərbaycan Milli X5 və onun uşaqlarına Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Mir-Mahmud Kazımovski küçəsi, 16a evin (2 otaqlı, sahəsi 27,5 kv.m), 51 nömrəli mənzilə 3 nəfər ailə üzvü ilə (baba, 2 nəvəsi) 029993 nömrəli, xx.xx.1997-ci il tarixli order verilmişdir. Orderə Azərbaycan Milli X2 övladları və atası X17 daxil edilmişlər. Övladları azyaşlı olduğuna görə icarə müqaviləsi Azərbaycan Milli X2 atası X17 ilə bağlanmışdır. 2000-ci ilin mart ayında mənzilin icarədarı X17 vəfat etdikdən sonra onun həyat yoldaşı X21 M-436 saylı xx.xx.2000-ci il tarixli ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, Binəqədi rayonu, 6-ci mkr., Mir-Mahmud Kazımovski küçəsi, ev 16a, mənzil 51 ünvanda yerləşən həmin mənzilin icarə müqaviləsi dəyişdirilərək onun adına keçirilməsini xahiş etmişdir. Həmin müraciət ərizəsinə orderdə göstərilən ailənin digər üzvləri nəvə olan İddiaçı1 razılıq ərizəsi əlavə edilmişdir. İkinci övlad uşağı nəvə X15 həmin tarixdə yetkinlik yaşına çatmadığına və vəfat etmiş babanın və X11 qəyyumluğunda olduğuna görə razılıq ərizəsi tələb olunmamışdır. 1382 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamla Binəqədi rayon İcra Hakimiyyəti vətəndaş X11 xahişini təmin edərək, Bakı şəhəri, 6-cı mkr., Mir-Mahmud Kazımovski küçəsi, 16a saylı evin 51 nömrəli mənzilinin icarə müqaviləsini dəyişdirmiş və X21 mənzilin əsas icarədarı kimi tanınmışdır. xx.xx.2001ci il tarixdə həmin mənzil X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə Z.Ə.Məmmədovaya seriya ÖM, 058622 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. X21 Azərbaycan Milli X4 və onun övladlarına ayrılmış Bakı şəhəri, 6-cı mkr., Mir-Mahmud Kazımovski küçəsi, 16a saylı evin 51 nömrəli mənzili X16 bağışlamışdır. Həmin bağışlama müqaviləsi Bakı şəhəri 27 saylı dövlət notariat ofisində xx.xx.2002-ci il tarixdə 4Ə-3/521 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB 79 saylı MK İstismar sahəsi tərəfindən 207 saylı, 20 iyul 2023-cü il tarixli 4 Saylı Vəkil bürosunun sorğuya cavab verərək, bildirmişdir ki, 6-cı mkr., Mir-Mahmud Kazımovski küçəsi, ev 16a, mənzil 51-də xx.xx.2000-ci ildə X21 daimi qeydiyyata düşüb, xx.xx.1989-cu il təvəllüdlü X22 F-A kartda qeyd olunub, amma orderdə göstərilən Milli Qəhrəmanın xx.xx.1981-ci il təvəllüdlü ikinci övladı İddiaçı1 F-A kartda qeydə düşməyib. Suallar yaranır ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayon, Mir-Mahmud Kazımovski küçəsi, 16a evin ( 2 otaqlı, sahəsi 27,5 kv.m), 51 nömrəli mənzilə 3 nəfər üzvü ilə ( baba, 2 nəvəsi) 029993 nömrəli, xx.xx.1997-ci il tarixli orderdə göstərilən şəxslərdən heç biri 79 saylı Mənzil-Kommunal İstismar sahəsinin F-A kartda, təkcə X22 qeyd olunmuşdur? 79 saylı Mənzil-Kommunal İstismar sahəsinin F-A kartda iki nəvədən təkcə X15 qeyd olunduğu halda orderdə göstərilən ailənin digər üzvləri nəvə olan İddiaçı1 razılıq ərizəsi hansı məlumatlara əsaslanaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tələb edilmişdir və 5 saylı Dövlət notariat kontoru tərəfindən həmin razılıq ərizəsi verən şəxsin faktiki kim olduğunu araşdırılmamış İddiaçı1 güya məxsus olması kimi həmin şəxsin imzası təsdiqlənmişdir? Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayon, Mir-Mahmud Kazımovski küçəsi, 16a evin (2 otaqlı, sahəsi 27,5 kv.m), 51 nömrəli mənzilin 029993 nömrəli, xx.xx.1997-ci il tarixli orderində göstərilən və Azərbaycan Milli X1 övladı olan İddiaçı1 tərəfindən icarə müqaviləsinin əsas icarədarın dəyişdirilməsinə razılıq ərizəsi verilməmişdir. Hətta, İddiaçı1 həmin zaman Azərbaycanda olmamışdır. Razılıq ərizəsində olan imza İddiaçı1 məxsus deyil. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 1382 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamı qəbul etdikdə nəvəsi İddiaçı1 yetkinlik yaşını keçmişdir və bu səbəbdən də icarə müqaviləsində icarədarın adının dəyişdirilməsi üçün onun razılıq ərizəsi tələb olunurdu. İkinci nəvəsi isə X22 babasının vəfat etdiyi tarixə X11 qəyyumluğunda idi və icarə müqaviləsində icarədarın dəyişdirilməsi üçün onun razılıq ərizəsinə ehtiyac olmamışdır. Bakı şəhəri 5 saylı dövlət notariat ofisində xx.xx.2000-ci il tarixli, 4919/5884 reyestr nömrəsi ilə qeydə alınmış naməlum şəxsin saxta imza ilə imzalanmış, güya İddiaçı1 razılıq ərizəsini təsdiq etməklə Azərbaycan Milli Qəhrəmanın övladlarının hüquqlarının pozulmasına yol verən hərəkətlər başlayaraq 2002-ci ildən bu günə kimi davam etməkdədir. Vətən uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Milli X3 övladları dövlət tərəfindən onlara ayrılmış mənzildən məhrum olmuşlar. Bunu da nənələri X21 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra, Moskva şəhərinə sığınan nəvələr nənələrinin hüzuruna gələrkən və öz mənzillərinə buraxılmadıqda məlum olmuşdur. Yuxarıda qeyd edilən hallara əsaslanaraq, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 1382 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamının ləğv edilməsi və ondan irəli gələn hüquqi nəticələrin (X21 ilə 2000-ci ildə bağlanmış icarə müqaviləsinin) etibarsız hesab edilməsi barədə Sərəncam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə 18 iyul 2023-cü il tarixdə müraciət etmişlər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müraciətə imtina cavabı verilmişdir. İddiaçı1 məxsus olmayan imza ilə imzalanmış və Bakı şəhəri 5 saylı dövlət notariat ofisində xx.xx.2000-ci il tarixli, 4919/5884 reyestr nömrəsi ilə qeydə alınmış saxta razılıq ərizəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 1382 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdehlər iddiaya yazılı münasibətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X19 üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin eməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 2092 saylı sərəncamından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "xx.xx.1997-ci il tarixli 34 saylı qərarı ilə Bakı şəhəri ,Binəqədi rayonu, 6-cı mikrorayon X32 küçəsi, ev 16a-da döyüşçü əlillər üçün tikilmiş, yaşayış evindən Yasamal rayon icra hakimiyyətində şəhid ailəsi kimi güzəştli mənzil növbəsində olan Azərbaycanın Milli X3 atası və uşaqlarına 2 otaqlı, sahəsi 27,5 kv.m. olan, 51 saylı mənzil ayrılmış, müvafiq qaydada şəhid atası X9 adına sənədləşdirilməsi xahiş olunmuş, həmin sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il tarixli 07/11_1267 saylı məktubu icra edilmiş və İddiaçı1 6-cı mikrorayon, X32 küçəsi, 16a saylı evin sahəsi 27,5 kv.metr olan 2 otaqlı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, 2 nəvəsi) order verilməsi, orderə İ.İ.Məmmədovun (özü), İ.İ.Məmmədovun (nəvəsi) və R.İ.Məmmədovun (nəvəsi) adının daxil edilməsi qərara alınmışdır. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 1382 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamından görünür ki, mənzilin keçmiş icarədarı h/yoldaşı X17 vəfal etmiş, vət. X21 M-436 saylı xx.xx.2000- ci il tarixli ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək , 6-cı mkr. Mir-Mahmud Kazımovski küçəsi, 16a saylı evin 51-ci mənzilinin icarə müqaviləsinin dəyişdirilərak, onun adına keçirilməsini xahiş etmiş, həmin sərəncam ilə 6-cı mkr., Mir-Mahmud Kazımovski küçəsi, 16a saylı evin 2 otaqlı, yaşayış sahəsi 27,05 kv.metr olan 51-ci mənzilinin icarə müqaviləsi dəyişdirilmiş və X21 mənzilin əsas icarədarı hesab edilmişdir. Sərəncamda qeyd olunmuşdur ki, “Həmin mənzildə X21 3 nəfər (özü, 2 nəvəsi) ailə tərkibi ilə xx.xx.2000-ci il tarixdən pasport qeydiyyatındadır və yaşayır. Mənzilin keçmiş icarədarı h/yoldaşı X17 vəfat etmiş və xx.xx.2000-ci il tarixdən pasport qeydiyyatından çıxarılmışdır. Ailənin digər üzvləri mənzilin əsas icarədarının nənələri olmasına razılıqlarını bildirmişlər”. İddiaçılar hazırda sərəncamın qəbul edilməsi üçün İddiaçı1 razılığı olmadığını bildiməklə, bu sərəncamı mübahisələndirərək onun ləğv edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən edir ki, İddiaçılar tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, 29 avqust 2003-cü ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçılar inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışlar. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi mübahisələndirmə haqqında iddialar üzrə nəzərdə tutulmuş mümkünlük şərtlərinə cavab vermir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13348/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13348/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver