Məhkəmə qərarları › İş №2-1(112)-1335/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1335/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1335/2021 17.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarənə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfidən qəbul olunmuş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 14 may 2020-ci il tarixdə iddiaçının ünvan 2 saylı ünvanda yerləşən oyektində operativ vergi nəzarət tədbiri zamanı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi” (kontraktı) hüquqi qüvvəyə minmədən 23 (iyirmi üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmiş və bu səbəbdən də İqtisadiyyat Nazirliyi yanında X7 üzrə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” № **********1433 saylı qərara əsasən ona 3600 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Verqi orqanı əməkdaşları tərəfindən verqi qanunvericiliyinin tələbləri pozulduğuna görə tətbiq edilmiş maliyyə sanksiyası ləğv edilməlidir. Belə ki, iddiaçınln obyekti ünvan 3 ünvanda yerləşməsinə baxmayaraq, Operativ vergi nəzarətinin keçirməsi üçün zəruri olan sənədlərin təqdim olnuması haqqıda xx.xx.2020-ci il tarixli **********9403 saylı tələbnamə, Operativ vergi nəzarətinin keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********9397 saylı qərar 14 may 2020-ci il tarixli VN 025546 saylı akt və akta əlavələrdə yoxlamalarda aparıldığı ünvan kimi ünvan 4 qeyd edilən akt və vergi ödəyicisinin vergi məsuliyyəti cəlb edilməsi haqqında qərarda operativ vergi nəzarəti tədbiri keçirilən zaman isə cəlb edilmiş 18 nəfər əməkdaşın Əmək müqaviləsinin təqdim olmamasına dair yazılanlarla əlaqədar bildirir ki, həm yoxlama zamanı, həm də vergi ödəyicisinin verqi məsuliyyətinə cəlb edilməsinə dair isə baxılarkən iddiaçı tərəfindən obyektində isə cəlb edilmiş 23 nəfərlə əməkdaşla bağlanmış Xidmət müqaviləsi təqim edilmişdir. İddia ərizəsinin əlavə olunmuş sənədlərdən də göründüyü kimi isə cəlb edilmiş əməkdaşlar barədə məlumatlar akt və akta əlavələrdə öz əksini tapmışdır. Buradan da belə nəticəyə gəlinir ki, obyektində isə cəlb edilmiş bütün əməkdaşlarla bağlanmış müqavilələr vergi orqanı əməkdaşlarına təqdim edilmişdir. Vergi orqanı əməkdaşları tərəfindən iddiaçıya maliyyə sanksiyasının yazılmasını Əmək müqaviləsi əvəzinə Xidmət müqaviləsi bağlanması ilə əlaqələndirir. Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqına qərarın ləğv edilməsinin əsaslarından biri də odur ki, obyektində işə cəlb edilmiş əməkdaşların Əmək və Xidmət müqaviləsinin təqdim olunmaması mötəbər sübutlarla təsdiq olunmaması, o cümlədən hal şahidlərinin iştirak ilə rəsmiləşdirilməmişdir. Nəzərə alınsa ki, mövcüd vəziyyətdə sübut etmək vergi orqanlarının üzərinə düşür. Əlavə olaraq onuda bildirir ki, vergi məsuliyyətə cəlb edilməsi ilə haqqında qərar sifarişli məktubla bugünə qədər iddiaçıya təqdim edilməmişdir. Yuxarıdakılarla əlaqədar olaraq iddiaçı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı X6 (VÖEN: **********) cavabdeh Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" barədə Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı səhəri X8 üzrə Bas İdarəsi iddia ərizəsində irəli sürülən iddia tələbinə qarsı asağıda geyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Belə ki, Dövlət Vergi Xidmətinin 12 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli **********9397 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən X2 fəaliyyəti üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2020-cı il tarixdə vergi ödəyicisinin iştirakı ilə keçirilən operativ vergi nəzarəti zamanı ünvan 5 ünvanda yerləşən obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış və 025546 saylı akt tərtib edilmişdir. Operativ vergi nəzarəti ilə X5 məxsus ünvan 5 ünvanında yerləşən obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, yoxlama zamanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 23 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı aşkar olunmuş və bu barədə VN seriyalı 025546 saylı AKT tərtib edilmişdir. Vergi ödəyicisi heç bir səbəb göstərmədən, izahat verməkdən, akta imza etməkdən və bir surətini almaqdan imtina etmişdir. Vergi ödəyicisi tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdə, heç bir səbəb göstərmədən, izahat verməkdən imtina etmişlər və bu barədə sərbəst formada akt tərtib olunmuşdur. Tərtib olunmuş aktın surəti 13 may 2020-ci il tarixli **********847500 nömrəli məktubla vergi ödəyicisinə göndərilmiş, eyni zamanda araşdırmada iştirak etməsi üçün xx.xx.2020-ci il tarixli **********859500 nömrəli məktubla Baş idarəyə dəvət olunmuşdur. Vergi ödəyicisi yazılmış akta münasibətini 12 may 2020-ci il tarixli **********826100 nömrəli məktubla bildirmişdir. Qeyd olunanlarla əlaqədar olaraq vergi orqanı tərəfindən aparılan araşdırma zamanı 23 (iyirmi üç) nəfər fiziki şəxslərdən 5 (beş) nəfərin vergi ödəyicisi kimi vergi orqanında uçota alınaraq xidməti müqavilə ilə işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb ediməsi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 iyun 202-ci il tarixli **********1433 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə 18 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı 36000 ( otuz altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi X11 iddia ərizəsində qeyd edir ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 23 nəfər fiziki şəxslə xidmət müqaviləsi mövcud olmuşdur. Bununla bağlı cavabdeh bildirir ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin tələblərinə əsasən vergi ödiyicisi xidmət müqaviləsi əsasında işlərə cəlb edilmiş şəxslər barəsində məlumatlar əks olunmaqla hər rüb vergi orqanına hesabat (bəyannamə) təqdim etməlidir. Belə ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İddiaçı göstərdiyi fəaliyyət ilə əlaqədar 2020-ci ilin müvafiq dövrü üzrə vergiyə cəlb olunan əməliyyatları barədə hesabatları vergi orqanına təqdim etsə də, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə uyğun olaraq xidmət müqaviləsi əsasında işlərə cəlb edilmiş şəxslər ilə əlaqədar ödəmə mənbəyində tutulan vergi barədə hesabat vergi orqanına təqdim etməmişdir. Başqa sözlə, əgər vergi ödyəcisi operativ vergi nəzarəti zamanı aşkarlanmış 18 nəfər işçi ilə xidmət müqaviləsi bağlasa idi, həmin müqavilələrin qüvvədə olduğu rüblər üzrə vergi orqanına bəyannamə verməli, həmin şəxslər (şəxsiyyət vəsiqəsi məlumatları, ödənilmiş məbləğ və s) və bağlanmış müqavilənin məbləği barədə məlumatları təqdim etməli idi. Lakin hazırkı halda iddiaçı istər 2020-ci ilin 1-ci, istərsə də həmin ilin 2-ci rübləri üzrə vergi orqanına müvafiq bəyannamə təqdim etməmiş, xidmət müqaviləsi əsasında işlərə cəlb edilmiş şəxslər barəsində məlumatları əks etdirməmiş, eləcə də xidmət müqaviləsi üzrə ödənilən məbləğlərdən vergi tutulmaları aparılmamışdır. Bundan başqa iddiaçı ərizəsində nəzarət tədbiri zamanı hal şahidlərinin iştirakı olmadan rəsmiləşdirmə aparıldığını qeyd etmişdir. Bununla bağlı bildirirlər ki, operativ vergi nəzarətinin keçirilməsinə dair tələblər Vergi Məcəlləsində öz əksini tapışdır. Həmin Məcəllədə operativ vergi nəzarəti zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları üzrə aşkarlanmış pozuntu faktı ilə əlaqədar hal şahidlərin iştirakı ilə akt tərtib edilməsi tələbi mövcud deyil. Həmçinin yuxarıda da qeyd edildiyi kimi nəzarət tədbiri vergi ödəyicisinin iştirakı ilə keçirilmiş, nəzarət tədbirinə aid bütün sənədlər tanış olunması üçün ona təqdim edilmiş, eləcə də nəzarət tədbiri ilə bağlı izahat təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Lakin vergi ödəyicisi heç bir səbəb göstərmədən, izahat verməkdən, akta imza etməkdən və bir surətini almaqdan imtina etmişdir. Vergi ödəyicisi tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdə, heç bir səbəb göstərmədən, izahat verməkdən imtina etmişlər və bu barədə sərbəst formada akt tərtib olunmuşdur. Göründüyü kimi iddiaçının ərizəsində qeyd etdiklərinin əksinə olaraq vergi nəzarəti tədbiri zamanı xidmət müqaviləsi mövcud olsa idi bu barədə izahatında qeydiyyat apara bilərdi. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Digər tərəfdən analoji işlər üzrə məhkəmə təcrübəsinə əsasən, Ali Məhkəmənin iddiaçı X3 vergi orqanına qarşı iddia tələbi ilə bağlı 2-1(102)-1212/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarında (hakim- Nigar Rəslubəyova) qeyd edilmişdir ki, təqdim edilmiş müqavilələrdən göründüyü kimi, fiziki şəxslər müxtəlif peşələr üzrə “xidmətlərin göstərilməsi" ilə bağlı müqavilə bağlamışdırlar. Yəni bu müqavilələrin predmetini hər hansı bir maddi əhəmiyyət kəsb edən məhsulun istehsalına dair sifariş deyil, işçilərin müəyyən ixtisas üzrə peşəkar fəaliyyət göstərilməsi təşkil edir. Hazırkı iş üzrə apellyasiya məhkəməsi tərəfindən bağlanmış müqavilələrə münasibətdə yalnız tərəflər arasında mülki qanunvericiliyin tələblərinə əsasən iradə ifadəsinin məzmununun əsas götürülməsi düzgün olmamışdır. Təqdim edilmiş müqavilələrdən göründüyü kimi, fiziki şəxslər müxtəlif peşələr üzrə “xidmətlərin göstərilməsi" ilə bağlı müqavilə bağlamışdırlar. Yəni bu müqavilələrin predmetini hər hansı bir maddi əhəmiyyət kəsb edən məhsulun istehsalına dair sifariş deyil, işçilərin müəyyən ixtisas üzrə peşəkar fəaliyyət göstərilməsi təşkil edir. Qeyd olunanları nəzərə alaraq cavabdeh X2 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi idda tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Qanunun tələbi baxımından 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş 13 may 2021-ci il tarixli **********9403 saylı Tələbnamədən görünür ki, elektron informasiya daşıyıcıların fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin sürətləri, əmək müqavilələri (kontraktları), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, Nəzarət kitabçası təqdim edilməsi tələb edilmişdir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”na müvafiq olaraq vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq ximət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında 14 may 2020-ci il tarixli 025546 saylı Akt tərtib olunaraq ünvan 5 ünvanda yerləşən obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları yoxlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq ximət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında 14 may 2020-ci il tarixli 025546 saylı Akta Əlavədən görünür ki, aparılmış operativ vergi nəzarəti nəticəsində X5 məxsus ünvan 5 ünvanında yerləşən obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin Siyahısı tərtib edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X13 Oğlu Tərəfindən X6 Keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2020 tarixli 025546 №-li Aktlarına, eləcə də vergi nəzarət tədbiri zamanı toplanmış materiallara baxıb aşağıdakılar müəyyən edilmişdir: Fiziki şəxs X4 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********9397 nömrəli “Opeıatıv vergi nəzarətinin həyata keçirilməsi haqqında qararına əsasan vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olunmuş, vergi ödəyicisinin iştirakı ilə ünvan 5 ünvanda yerləşən obyektdə keçirilən opeartıv vergi nəzarət tədbiri zamanı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 23 (iyirmi üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicısi heç bır səbəb göstərmədən, izahat verməkdən, akta imza etməkdən və bir surətini almaqdan mıtına etmişdir. Vergi ödəyicisi tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərdə, heç bir səbəb göstərmədən, izahat verməkdən imtina etmişlər və bu barədə sərbəst formada akt tərtib olunmuşdur. Vergi orqanı tərəfindən aparılan araşdırma zamanı 23 (iyirmi üç) nəfər fiziki şəxslərdən 5 (beş) nəfəri vergi ödəyicisi kimi vergi orqanında uçota alınaraq xidməti müqavilə ilə işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Digər 18 (on səkkiz) nəfər fiziki şəxs barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000,00 manat, ikinci dəfə vol verdikdə 4000.00 manat, üç və daha çox yol verdikdə 6000.00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 18 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 36000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə hazırkı məhkəmə icraatında əldə olunan sübutlar və gətirilən dəlillərə mövcud qanunvericiliyin aşağıda sadalanan normalarının tələbi baxımından qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" əsaslı qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Hazırki iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfidən qəbul olunmuş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini tələb edir. Göründüyü kimi Dövlət Vergi Xidmətinin 12 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli **********9397 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən X2 fəaliyyəti üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2020-cı il tarixdə keçirilən operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış və müvafiq akt tərtib edilmişdir. Yoxlama zamanı obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yetirilməsinə cəlb edilməsi halları yoxlanılmış, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 23 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı aşkar olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödiyicisi xidmət müqaviləsi əsasında işlərə cəlb edilmiş şəxslər barəsində məlumatlar əks olunmaqla hər rüb vergi orqanına hesabat (bəyannamə) təqdim etməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənnin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin məcəllənin 48-ci maddəsinə əsasən Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Həmin məcəllənin 87-ci maddəsinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarına əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Məhkəmə iddiaçının işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 23 nəfər fiziki şəxslə xidmət müqaviləsinin mövcud olmasına dair dəlillərini araşdıraraq, belə qənaətə gəlmişdir ki, iddiaçı göstərdiyi fəaliyyət ilə əlaqədar 2020-ci ilin müvafiq dövrü üzrə vergiyə cəlb olunan əməliyyatları barədə hesabatları vergi orqanına təqdim etsə də, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə uyğun olaraq xidməti müqavilələr əsasında işlərə cəlb edilmiş şəxslər ilə əlaqədar ödəmə mənbəyində tutulan vergi barədə hesabatı vergi orqanına təqdim etməmişdir. Belə ki, əgər vergi ödyəcisi operativ vergi nəzarəti zamanı aşkarlanmış 18 nəfər işçi ilə xidmət müqaviləsi bağlasa idi, həmin müqavilələrin qüvvədə olduğu rüblər üzrə vergi orqanına bəyannamə verməli, həmin şəxslər (şəxsiyyət vəsiqəsi məlumatları, ödənilmiş məbləğ və s) və bağlanmış müqavilənin məbləği barədə məlumatları təqdim etməli idi. Lakin məhkəmə araşdırması zamanı iddiaçı istər 2020-ci ilin 1-ci, istərsə də həmin ilin 2-ci rübləri üzrə vergi orqanına müvafiq bəyannamə təqdim etməmiş, xidmət müqaviləsi əsasında işlərə cəlb edilmiş şəxslər barəsində məlumatları əks etdirməmiş, eləcə də xidmət müqaviləsi üzrə ödənilən məbləğlərdən vergi tutulmaları aparılmamışdır. Nəticədə cavabdeh inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 iyun 202-ci il tarixli **********1433 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə 18 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı 36000 ( otuz altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar