Məhkəmə qərarları › İş №2-1(112)-1336/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1336/2020

13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1336/2020 13.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə qarşı X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “onların, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onların, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, 1-ci blokda yerləşən 45 saylı mənzilə pasport qeydiyyatına düşməyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onların, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 ünvan 2 ünvanında yerləşən 43/45 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyatına alınmağı vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2398/2019 saylı, 16.09.2019 tarixli qərardadı ilə həmin iş üzrə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan həmin iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4 ünvanında yerləşən 45 saylı mənzil payçı hüququ ilə iddiaçı İddiaçı1 məxsusdur. Mənzilə dair kooperativə olan borc ödənilməklə sözügedən mənzil üzərində İddiaçı1 mülkiyyət hüququ vardır. Lakin mənzil daşınmaz əmlakımn dövlət reyestrində onun adına qeydiyyata alınmayıb. İddiaçı1, həyat yoldaşı İddiaçı2 və oğlu, İddiaçı3 mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə ərizilə ilə Sabunçu RPİ-ə müraciət etmiş, lakin sonuncunun cavab məktubu ilə onlara imtina edilmişdir. Hesab edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4 ünvanında yerləşən 45 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olduğundan onun və digər ailə üzvlərinin həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti Bakı şəhəri Sabunçu rayon polis idarəsinə göndərilmiş, mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı İddiaçı1dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin nümayəndəsi və üçüncü şəxs X9 təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin nümayəndəsinin və üçüncü şəxs X3 iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Bundan başqa məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 da məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə, İddiaçı1 izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 24.11.2018-ci il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.1969-cu il tarixdə Ağdam rayonu, Evoğlu kəndində doğulmuş İddiaçı1 yaşayış yeri üzrə Ağdam rayonu, Evoğlu kəndi ünvanında qeydiyyatdadır; - 24.11.2018-ci il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.1988-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş İddiaçı2 yaşayış yeri üzrə Ağdam rayonu, Evoğlu kəndi ünvanında qeydiyyatdadır; - 24.02.2016-cı il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.1999-cu il tarixdə Ağdam rayonu, Evoğlu kəndində doğulmuş İddiaçı3 yaşayış yeri üzrə Ağdam rayonu, Evoğlu kəndi ünvanında qeydiyyatdadır; - 20.02.2016-cı il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, 12061957 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, 06.10.2003-cü il tarixdə Ağdam rayonu, Evoğlu kəndində doğulmuş Elmir Abdunov yaşayış yeri üzrə Ağdam rayonu, Evoğlu kəndi ünvanında qeydiyyatdadır, atası İddiaçı1, anası Aynur Abdunovadır; - 24.11.2018-ci il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, 11227630 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, 16.08.2017-ci il tarixdə Bərdə şəhərində doğulmuş Orxan Abdunov yaşayış yeri üzrə Ağdam rayonu, Evoğlu kəndi ünvanında qeydiyyatdadır, atası İddiaçı1, anası Aynurə Yusiflidir; - AZ-İİ seriyalı, 277648 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə X10 arasında 13.11.2018-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13.11.2018-ci ildə 227 nömrəsi ilə qeyd aparılmışdır. Nikahdan sonra arvada “Abdunova” soyadı verilmişdir; - 22.10.2007-ci il tarixli “Mənzilin alqı-satqısı haqqında” müqavilənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin müqavilə bir tərəfdən "xxxx" MMC Nizamnaməsi əsasında fəaliyyət göstərən Baş İcraçı Direktoru Yaşar Dəmir şəxsində, digər tərəfdən İddiaçı1 (ünvan ünvan 4iyyət vəsiqəsi 09.10.2005-ci il taixdə Ağdam RPŞ tərəfindən verilmişdir) şəxsində bağlanılmışdır. Müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhərində, Sabunçu rayonu, ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdirdiyi 4 saylı binanın, 1-ci blok, 43 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 110,57 kv.metr olan mənzili “alıcı” İddiaçı1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür; - Maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 4 - bina, 1 – blok, 5-ci mərtəbədə, 110,57 kv.metr ümumi sahəsi olan 43 saylı mənzilinin ümumi dəyəri tam olaraq, İddiaçı1 tərəfindən tam ödənilmişdir; "xxxx" MMC-nin Mənzil Təhvil Komissiyası tərəfindən tərtib edilmiş 25.01.2011-ci il tarixli aktın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, bina 4, 5-ci mərtəbədə yerləşən 110,57 kv.metr ümumi sahəsi olan 43/45 saylı mənzilin sahibi İddiaçı1dur; - Bakı şəhəri Sabunçu rayon polis idarəsi tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanlanmış 29.05.2019-cu il tarixli, 073-15734A-3219 saylı məktubun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ünvanlanmış ərizəyə baxılmışdır. Bildirilmişdir ki, yuxarıda göstərilən ünvana (ünvan 6a alınma üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin X1 təqdim olunması vacibdir. Lakin, yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq, 2 saylı İnzibati İqtisad məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. Məhkəmə əlavə olaraq göstərməyi zəruri hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(82)-536/2019 saylı qərarı ilə iddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə qarşı İddiaçı1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası təmin edilmiş, X3 himayəsində olan qızı 04.06.1998-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın 1-ci blokunda, 5-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 110,57 kv.m olan 43 saylı mənzilə qeydiyyata alınması vəzifəsi Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2-1(103)-1967/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(82)-536/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2019-cu il tarixli, 2-1(102)-3309/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 avqust 2019-cu il tarixli, 2-1(103)-1967/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019cu il tarixli, 2-1(82)-536/2019 saylı qərarı icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinə göndərilmiş, lakin qərarın icrası barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Avropa Məhkəməsinin presedent hüququnda "mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X7rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X2rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə,yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, İddiaçı1 "xxxx" MMC ilə bağladığı müqaviləyə və maliyyə arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən 4 saylı yaşayış binasının, 5-ci mərtəbəsində yerləşən 110,57 kv.metr ümumi sahəsi olan 43/45 saylı mənzili əvəzi tam ödənilməklə əldə etmiş, ailə üzvləri ilə birlikdə həmin mənzilə qeydiyyata alınmaları ilə bağlı ərizəyə qanuni şəkildə əldə etdiyi mənzilə dair zəruri sənədləri əlavə etməklə cavabdeh inzibati orqana müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu rayon polis idarəsi cavab məktubu ilə yuxarıda qeyd edilən səbəblərə görə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir Bundan əlavə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Belə ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativ və pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır." Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, İddiaçı1 digər ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən 4 saylı yaşayış binasının, 5-ci mərtəbəsində yerləşən 110,57 kv.metr ümumi sahəsi olan 43/45 saylı mənzili pay haqqını tam ödəməklə "xxxx" MMC-dən almışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 yaşayış yeri üzrə ünvan 8 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, həmçinin, 2003-cü il təvəllüdlü X4 və 2017-ci il təvəllüdlü X5 yaşayış yeri üzrə ünvan 9 ünvanına qeydiyyata alınmaları vəzifəsi Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 12ƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar