Məhkəmə qərarları › İş №2-1(112)-1336/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1336/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1336/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı “xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Təsərrüfat Hesablı “Azərdövləttikinti” trestində, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Ət kombinatında, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azər kitab” da, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Ət - Süd Kombinatında, xx.xx.1980ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Kommunist” nəşriyyatında, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-ci il tarixədək “Bakı Süd” kombinatında, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərbaycan məktəbi” jurnalı redaksiyasında, xx.xx.1989- cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Elm və Həyat” jurnalı redaksiyasında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı “Ədalət” qəzetinin Naxçıvan MSSR üzrə xüsusi müxbiri, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Müxalifət” qazetinin Naxçıvan MR üzrə xüsusi müxbiri, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərbaycan” qəzeti redaksiyasında müxbir, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “TAC Maya” kiçik müəssisəsində hüquqşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Əli Bayramov adına BTİB-də hüquqşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin böyük məsləhətçi işlədiyi illərin və xx.xx.1995-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vəkillər Qurumu “Advokat” Qanunlar şirkətində advokat (vəkil) vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, iddiaçıya hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən еtdi: İddiaçı X2 cavabdeh İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı “xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Təsərrüfat Hesablı “Azərdövləttikinti” trestində, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Ət kombinatında, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azər kitab” da, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Ət - Süd Kombinatında, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Kommunist” nəşriyyatında, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-ci il tarixədək “Bakı Süd” kombinatında, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərbaycan məktəbi” jurnalı redaksiyasında, xx.xx.1989- cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Elm və Həyat” jurnalı redaksiyasında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı “Ədalət” qəzetinin Naxçıvan MSSR üzrə xüsusi müxbiri, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Müxalifət” qazetinin Naxçıvan MR üzrə xüsusi müxbiri, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərbaycan” qəzeti redaksiyasında müxbir, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “TAC Maya” kiçik müəssisəsində hüquqşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Əli Bayramov adına BTİB-də hüquqşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin böyük məsləhətçi işlədiyi illərin və xx.xx.1995-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vəkillər Qurumu “Advokat” Qanunlar şirkətində advokat (vəkil) vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, iddiaçıya hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının vəkili və nümayəndəsinin ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı “xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Təsərrüfat Hesablı “Azərdövləttikinti” trestində, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Ət kombinatında, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azər kitab” da, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Ət - Süd Kombinatında, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Kommunist” nəşriyyatında, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-ci il tarixədək “Bakı Süd” kombinatında, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərbaycan məktəbi” jurnalı redaksiyasında, xx.xx.1989- cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Elm və Həyat” jurnalı redaksiyasında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı “Ədalət” qəzetinin Naxçıvan MSSR üzrə xüsusi müxbiri, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Müxalifət” qazetinin Naxçıvan MR üzrə xüsusi müxbiri, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərbaycan” qəzeti redaksiyasında müxbir, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “TAC Maya” kiçik müəssisəsində hüquqşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Əli Bayramov adına BTİB-də hüquqşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin böyük məsləhətçi işlədiyi illərin və xx.xx.1995-ci il tarixdən halhazıra kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vəkillər Qurumu “Advokat” Qanunlar şirkətində advokat (vəkil) vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, iddiaçıya hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı “xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Təsərrüfat Hesablı “Azərdövləttikinti” trestində, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Ət kombinatında, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək “Azər kitab” da, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Ət - Süd Kombinatında, xx.xx.1980ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Kommunist” nəşriyyatında, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-ci il tarixədək “Bakı Süd” kombinatında, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək və xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərbaycan məktəbi” jurnalı redaksiyasında, xx.xx.1989- cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Elm və Həyat” jurnalı redaksiyasında, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı “Ədalət” qəzetinin Naxçıvan MSSR üzrə xüsusi müxbiri, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Müxalifət” qazetinin Naxçıvan MR üzrə xüsusi müxbiri, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Azərbaycan” qəzeti redaksiyasında müxbir, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “TAC Maya” kiçik müəssisəsində hüquqşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Əli Bayramov adına BTİB-də hüquqşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin böyük məsləhətçi işlədiyi illərin və xx.xx.1995-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vəkillər Qurumu “Advokat” Qanunlar şirkətində advokat (vəkil) vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, iddiaçıya hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar