Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1336/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavadehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.1972-ci il tarixindən Zəngilan rayon Cahagirbəyli orta məktəbdə işlədiyi dövrü və xx.xx.1988-ci il tarixində Mincivan qəsəbəsi 1 saylı orta məktəbində işlədiyi dövrü iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1972-ci ildən Zəngilan məktəbində pioner baş dəstə rəhbəri işləmişdir. 1976-cı ildən eyni məktəbdə Dil ədəbiyyat müəlliməsi kimi fəaliyyətə başlamışdır. xx.xx.1988-ci ildən adı çəkilən məktəbdən işdən azad olmuşdur. Həmin tarixdən Mincivan qəsəbəsində yerləşən 1N-li orta məktəbdə qrup tərbiyəçisi təyin olunmuşdur. 1993-cü ilin 29 oktyabrında Zəngilan rayonu işğal olunduğuna görə məktəbdə fəaliyyəti dayandırılmışdır. AR Nazirlər Kabinetinin qərarı ilə məcburi köçkün kimi orta aylıq əmək haqqı ilə təmin olunmuşdur. 1993-cü ildən 1998-ci ilə qədər aylıq əmək haqqı almışdır. 2015-ci ildən hazırda yaşa görə əmək pensiyası alır. Əmək pensiyanın düzgün hesablanmadığını düşünərək cavabdeh orqana əmək pensiyanın yenidən hesablanması üçün rəsmi ərizə ilə müraciət etmiş, lakin inzibati orqan 5 may 2023-cü il tarixli məktubu ilə onun xx.xx.1972-ci ildən xx.xx.1998-ci il tarixinədək işlədiyi əmək stajını nəzərə almayaraq ona imtina məktubu vermişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil ona görə ki, onun əlində 041129 saylı əmək kitabçası mövcuddur ki, həmin əmək kitabçasında 1972-ci ildən 1998-ci ilə qədər əmək stajının olması təsdiqlənir (və mövcuddur). Bu səbəbdən də o, məcbur olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10639/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin “İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmiş və həmin ərizəyə mərkəzi filialda baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-99434/2023 nömrəli məktuba əsasən İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmadığından sözügedən dövlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasının müsbət həlli mümkün olmayacağı bildirilmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması, qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay. Sözügedən Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun əsasən: 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən İddiaçı xx.xx.2003-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə pensiyanın ödənilməsi davam etdirilmişdir. Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən digərinə keçmək hüququ vardır. Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixdən xx.xx.2006- cı il tarixədək pensiya yaş həddi qadınlar üçün 60 yaş müəyyən edilib. Qeyd olunanlara əsasən qeyd edək ki, İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ona xx.xx.2018-ci il tarixdən (əlilliyə görə əmək pensiya ödənişi dayandırıldığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 7 il 4 ay sığorta staji (xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixədək) və xx.xx.2006-cı il tarixdən xx.xx.2015ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16816,32 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 256,96 manat müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi xx.xx.2001-ci il tarixdə doldurulmuş 041129 nömrəli əmək kitabçasında xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr Zəngilan RTŞ üzrə şahidçilik aktı (N268 xx.xx.2001-ci il tarixli) əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eləcə də, Cahangirbəyli kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığı üçün müvafiq araşdırmanın aparılması da mümkün olmamışdır. İddiaçının əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixədək 07 il 04 ay sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (7 il+4 ay/12)x3=2.243,99 manat (2006-ci il tarixinə) (7 il+4 ay/12)x 306=2.24; SH= 140,18 (SH)+116,78 (SH) =256,96,96 manat. Burada, 140,18 manat-pensiyasının xx.xx.2006-ci il tarixədək sığorta stajı əsasında Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış sığorta hissəsi (7 il 4 ay stajına uyğun olaraq 2019-cu il tarixinə indeksləşdirilmiş 20185,92/144), manat-01.01,2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16.816,32 manat pensiya kapitalı əsasında hesablanmış sığorta hissəsi (SH=PSK/T, SH=16.816,32/144=116,78 manat). Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 299,62 manata (256,96+(256,96x16,6%)), 01.01,2021-ci il tarixdən manata (299,62+(299,62x11,4%)) çatdırılmışdır. Sözügeden Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda İddiaçı xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22834,18 manat pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 642,35 manat (22834,18/74=308,57,333,78+308,57=642,35) müəyyən olunmuşdur. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01,2022-ci il tarixdən 664,19(642,35+(642,35x3.4%)) manata çatdırılmışdir. Həmçinin xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4602,96 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 728,12 manat (4602,96/72=63,93, 664,19+63,93=728,12) müəyyən olunmuşdur. Sözügeden Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardim 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 744,78 (728,12+16.66) manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən indeksləşdirilərək əmək pensiyasının məbləği 854,26 manata (744,78+(744,78x14.7%)) çatdırılmışdır. Eyni zamanda, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixdə yarandığı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 50 faiz nəzərə alınaraq hesablanmalı olduğu halda, xx.xx.2017-ci il tarixdən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 90 faiz nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixdən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2021-ci il tarixədək artıq ödəmə aşkarlanmışdır. Bildiririk ki, iddiaçının təqdim etdiyi əmək kitabçası sonradan, yəni xx.xx.2001-ci ildə doldurulmuş və xx.xx.1972-ci ildə işə daxil olması barədə qeydlər şahid ifadəsinə əsaslanmış, heç bir hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən əmək mügaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haggında düzəliş başga təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında. Beləliklə, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı, İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Zəngilan rayonu, Tatar kəndində doğulmuşdur; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən sizə xx.xx.2003-cü İİ tarixində əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilib. Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş müəyyən edilib. Qeyd olunanlara əsasən bildiririk ki, xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası almaq hüququnuz yaranmışdır. xx.xx.2018-ci il tarixli müraciətiniz əsasında sizə xx.xx.2018-ci il tarixindən (əlilliyə görə əmək pensiya ödənişinizin dayandırıldığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 7 il 4 ay sığorta stajınız (xx.xx.1998-ci il tarixindən xx.xx.2006ci il tarixinədək) və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 16816,32 manat pensiya kapitalınız əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən 256,96 manat müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz xx.xx.2001-ci il tarixində doldurulmuş 041129 nömrəli əmək kitabçasında xx.xx.1972-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövr Zəngilan RTŞ üzrə şahidçilik aktı (N 268 xx.xx.2001-ci il tarixli) əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb (həmçinin Cahangirbəyli kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığı üçün müvafiq araşdırmanın aparılması da mümkün olmayıb). Eyni zamanda sizinlə əlaqə saxlanıldığı zaman qiyabi təhsil aldığınızı bildirdiyiniz üçün əyani təhsil haqqında arayış tələb edilməmişdir. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə emək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə emək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Qanunun 27.1—ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bildiririk ki, əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: xx.xx.2006-cı il tarixinədək 7 il 4 ay sığorta stajına əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınan kapital: (7 il+4 ay/12) x 306= 2.243,99 manat (2006-cı il tarixinə) SH= 140,18 (SH)+116,78 (SH) = 256,96 manat Burada, 140,18 manat - pensiyanızın xx.xx.2006-cı il tarixinədək sığorta stajı əsasında Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış sığorta hissəsi (7 il 4 ay stajına uyğun olaraq 2019-cu il tarixinə indeksləşdirilmiş 20185,92 /144), 116,78 manat - xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 16.816,32 manat pensiya kapitalı əsasında hesablanmış sığorta hissəsi (SH=PSK/T, SH=16.816,32 /144=116,78 manat). Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 299,62 manata (256,96+(256,96x16,6%)), xx.xx.2021-ci il tarixindən 333,78 manata (299,62+(299,62x11,4%)) çatdırılmışdır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlediyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildiririk ki, xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 22834,18 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 642,35 manat (22834,18 /74=308,57, 333,78+308,57=642,35) müəyyən olunmuşdur. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 664,19 (642,35+(642,35x3.4%)) manata çatdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4602,96 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 728,12 manat (4602,96/72=63,93, 664,19+63,93=728,12) müəyyən olunmuşdur. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023- cü il tarixindən 744,78 (728,12+16.66) manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən İndeksləşdirilərək əmək pensiyanızın məbləği 854,26 manata (744,78+(744,78x14.7%)) çatdırılmışdır. Eyni zamanda bildiririk ki, yaşa görə əmək pensiyası hüququnuz xx.xx.2015-ci il tarixində yarandığı üçün fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 50 faiz nəzərə alınaraq hesablanmalı olduğu halda, xx.xx.2017-ci il tarixindən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 90 faiz nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2019-cu il tarixindən (artıqödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2021-ci il tarixinədək artıq ödəmə aşkarlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.”; - İddiaçıya məxsus 041129 nömrəli Əmək kitabçasının surətinə əsasən X7 xx.xx.1972-xx.xx.1976-cı il tarixədək Cahangirbəyli kənd orta məktəbində pioner baş dəstə rəhbəri (Zəngilan RRTŞ üzrə şahidlik aktı), xx.xx.1976-xx.xx.1988-ci il tarixədək Cahangirbəyli kənd orta məktəbində azərbaucan dili və ədəbiyyat müəllimi (Zəngilan RRTŞ üzrə şahidlik aktı), xx.xx.1988- xx.xx.1998-ci il tarixədək Mincivan qəsəbə 1№li orta məktəbində qrup tərbiyəçisi (Zəngilan RRTŞ üzrə şahidlik aktı), xx.xx.1998-xx.xx.2002-ci il tarixədək 13 saylı məktəbdə müvəqqəti müəllim, xx.xx.2002-xx.xx.2010-cu il tarixədək 13 saylı məktəbdə müəllim, xx.xx.2010-xx.xx.2010-cu il tarixədək saat hesabı müəllim, xx.xx.2010-xx.xx.2020-ci il tarixədək 268 №li xüsusi məktəbdə evdə fərdi təhsil müəllimi, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-xx.xx.2022-ci il tarixədək, xx.xx.2022xx.xx.2023-cü il tarixədək 268 №li xüsusi məktəbdə evdə fərdi təhsil müəllimi; - Nikahın bağlanması haqqında İİİ-ЖГ 255717 nömrəli xx.xx.1983-cü il tarixli Şəhadətnamənin surətindən görünür ki, X6 nikahdan sonra Əhmədova soyadı verilmişdir; - AA seriyalı 338554 nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993cü ildən Zəngilandan məcburi köçkün düşmüşdür; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubla pensiya ödənişinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir; - Dövlət Sosial Müdafiə Fondu Zəngilan şöbəsinin 060427 nömrəli pensiya uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə yaşa görə pensiya təyin edilmişdir; - X8 Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, xx.xx.1993-cü il tarixli taarifləşmə cədvəlinə əsasən Əhmədova (Əsədova) Nəsibə Əhməd qızının həqiqətən də, 21 il iş stajı var. xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək məcburi işsiz kimi Zəngilan rayon Təhsil Şöbəsində qeydiyyatda olmuş və orta aylıq əmək haqqı almışdır. xx.xx.1998-ci il tarixdən 2014-cü ilədək Zəngilan rayon 13 nömrəli tam orta məktəbdə müəllim kimi çalışmışdır; -Zəngilan RXMŞ-ı üzrə 188 nömrəli xx.xx.1988-ci il tarixli əmrinə əsasən X1 orta məktəbin ali təhsilli dil-ədəbiyyat müəllimi, həmin məktəbdən azad olunub Mincivan qəsəbə 1 №-li orta məktəbinə qrup tərbiyəçisi təyin edilmişdir; - məhkəmənin sorğusuna cavab olaraq X8 Təhsil İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəlinə əsasən Əhmədova (Əsədova) Nəsibə Əhməd qızının 21 il iş stajı vardır. Zəngilan rayonunun 29 oktyabr 2023-cü il tarixədə işğalı ilə əlaqədar olaraq arxiv sənədləri olmadığı üçün İddiaçı Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində işləməsini müəyyən etmək mümkün olmamışdır, sadəcə rayonun işğalınadək olan ümümi iş stajı (1972-ci ildən 1993- cü ilədək) məlumdur. Qeyd olunan tarifləşmə cədvəlinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı Zəngilan rayonu işğal olunan zaman sonuncu iş yeri Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 1 nömrəli orta məktəb olmuşdur. Həmçinin qeyd edək ki, İddiaçı xx.xx.1993- cü il tarixdən xx.xx.1998-ci il tarixədək məcburi işsiz kimi Zəngilan Rayon Təhsil Şöbəsində qeydiyyatda olmuş və ona həmin tarixlərdə orta aylıq əmək haqqı ödənilmişdir. xx.xx.1998-ci ildən 2014-cü il tarixədək isə Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə müəllim kimi çalışmışdır; - cavabdeh inzibati orqanın məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda göstərimişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrü nəzərə alınmaqla onun ümumi 7 il 4 ay mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Əlavə olaraq, İddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Zəngilan rayon Cahingirbəyli kənd tam orta məktəbində olan əmək fəaliyyəti dövrü Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Zəngilan rayon Şöbəsi tərəfindən deyil, Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən şahid ifadələri ilə təsdiq edildiyindən həmin dövrlər üzrə 26 il mübahisələndirilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu ünvanını (Bakı şəhəri, Xətai rayonu) nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ona xx.xx.2018-ci il tarixdən (əlilliyə görə əmək pensiya ödənişi dayandırıldığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmiş xx.xx.1972-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək dövrlərin sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanmasından ibarətdir. Cavabdeh inzibati orqan imtina məktubunu onunla əsaslandırmışdır ki, xx.xx.2001ci il tarixində doldurulmuş 041129 nömrəli əmək kitabçasında xx.xx.1972-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövr Zəngilan RTŞ üzrə şahidçilik aktı (N 268 xx.xx.2001ci il tarixli) əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb (həmçinin Cahangirbəyli kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığı üçün müvafiq araşdırmanın aparılması da mümkün olmayıb). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi xx.xx.2001-ci il tarixdə doldurulmuş 041129 nömrəli əmək kitabçasında xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr Zəngilan RTŞ üzrə şahidçilik aktı (N268 xx.xx.2001-ci il tarixli) əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eləcə də, Cahangirbəyli kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığı üçün müvafiq araşdırmanın aparılması da mümkün olmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası sonradan, yəni xx.xx.2001-ci ildə doldurulmuş və xx.xx.1972-ci ildə işə daxil olması barədə qeydlər şahid ifadəsinə əsaslanmış, heç bir hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Beləliklə, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı, İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazda göstərilən dəlillər əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun: Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 67. 1-ci və 2-ci hissələr. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 N-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 01-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta və 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən müəyyən olunur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericilikdə nəzərdə tutulduğu qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmə tərəfindən İPM-in 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq X8 Təhsil İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəlinə əsasən Əhmədova (Əsədova) Nəsibə Əhməd qızının 21 il iş stajı vardır. Zəngilan rayonunun 29 oktyabr 2023-cü il tarixədə işğalı ilə əlaqədar olaraq arxiv sənədləri olmadığı üçün İddiaçı Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində işləməsini müəyyən etmək mümkün olmamışdır, sadəcə rayonun işğalınadək olan ümümi iş stajı (1972-ci ildən 1993-cü ilədək) məlumdur. Qeyd olunan tarifləşmə cədvəlinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı Zəngilan rayonu işğal olunan zaman sonuncu iş yeri Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 1 nömrəli orta məktəb olmuşdur. Həmçinin qeyd edək ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək məcburi işsiz kimi Zəngilan Rayon Təhsil Şöbəsində qeydiyyatda olmuş və ona həmin tarixlərdə orta aylıq əmək haqqı ödənilmişdir. xx.xx.1998-ci ildən 2014-cü il tarixədək isə Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə müəllim kimi çalışmışdır. Cavabdeh inzibati orqan imtina üçün dəlilləri ondan ibarətdir ki, iddiaçının xx.xx.1972ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi illər öz əksini tapsa da, həmin məlumatlar şahidçilik aktı əsasında qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsindən daxil olmuş sorğuya cavab məktubuna diqqət edilsə aydın görünür ki, iddiaçının ümumiyyətlə, mübahisəli dövrdə qeyd edilən vəzifədə çalışmadığı qeyd edilmir, əksinə həmin dövr üzrə sənədlərin Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəlinə əsasən Əhmədova (Əsədova) Nəsibə Əhməd qızının 21 il iş stajı vardır. Zəngilan rayonunun 29 oktyabr 2023-cü il tarixədə işğalı ilə əlaqədar olaraq arxiv sənədləri olmadığı üçün İddiaçı Zəngilan rayonu, Cahangirbəyli kənd orta məktəbində işləməsini müəyyən etmək mümkün olmamışdır, sadəcə rayonun işğalınadək olan ümumi iş stajı (1972-ci ildən 1993-cü ilədək) məlumdur. Həmçinin, məhkəmə qeyd edir ki, notarial qaydada təsdiq edilmiş Zəngilan RXMŞ-nin xx.xx.1988-ci il tarixli, 188 nömrəli əmrinin surətindən görünür ki, iddiaçı 1988-ci il tarixindən əvvəl də Cahangirbəyli kənd orta məktəbin ali təhsilli dil-ədəbiyyat müəllimi kimi işləmiş və həmin tarixdə 1 nömrəli orta məktəbə qrup tərbiyəçisi keçirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə qeyd edilən halın əksini sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda X8 Təhsil İdarəsinin 21 sentyabr, 3-29-33/2-1151/2023 nömrəli məktubunun surətindən görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixədək Zəngilan RTŞ-də qeydiyyatda olmuş və orta aylıq əmək haqqı almışdır. Göründüyü kimi qeyd edilən dövrlər də iddiaçının pensiya hesablanarkən iş stajına nəzərə alınmalıdır. Belə ki, həmin dövlərdə əmək haqqı almış və müvafiq olaraq əmək haqqı aldığı üçün məcburi sosial sığorta haqları ödənilmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən həmin dövrün pensiya təyin edilərkən sığorta stajına hesablanmaması qanunsuz və əsassız olmuşdur. Cavabdeh inzibati orqan isə mübahisəli dövrü pensiya yenidən hesablanan zamanı nəzərə almamaqla faktiki olaraq iddiaçının qeyd edilən dövrdə işləməməsi nəticəsinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Qeyd edilənlərlə yanaşı, hazırkı işdə inzibati orqan əvvəllər ümumi sosial staj kimi nəzərə alınmış dövrlərin sonradan nəzərə alınmadan əmək pensiyasını yenidən hesablayarkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və işlədiyi illərə dair əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün onun əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozması kimi qiymətləndirilməlidir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlanılmasının hər hansı səbəbdən baş tutmaması şəxsin (iddiaçının) təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Məhkəmə qeyd edir ki, sferasına aid edilə, onun təqsirli davranışı kimi qiymətləndirilə və bunun üzərindən onun ziyanına təfsir oluna, onun hüquqlarını məhdudlaşdıran nəticələr doğura bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, həmin halların mövcudluğu belə özü-özlüyündə qanunvericilikdə pensiya hüququnun təmin edilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. İddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunmasına zərurəti yoxdur. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Odur ki, iddiaçı 1972-1998-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Bununla bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi illər nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev