Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13360/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Vahid oğlunun sədrliyi ilə, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 11/10 nömrəli Qərarın ləğv olunması, həmçinin vəkilin hüquqi yardımından istifadə üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Badamdar Bələdiyyəsindən alınıb İddiaçı verilməsi barədə qərar, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 313-cü maddələri ilə cinayət əlamətləri olması ilə bağlı prokurorluğa məlumat verilməsinə dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədiyyə bildirişi və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, İddiaçı Səbail rayonu Badamdar Bələdiyyəsinin büdcəsinə yaranmış 821,27 manat torpaq və əmlak vergi borcunu ödəməkdən yayındığı üçün xx.xx.2025-ci il tarixli, 11/10 №-li Qərar qəbul edərək icrası Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. Hesab edirik ki, həmin qərar əssasız və qanunsuzdur, aşağıdakı göstərilən səbəblərdən ləğv edilməlidir. Belə ki, Badamdar Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə təıtib edilmiş, lakin xx.xx.2025-ci il tarixdə nümayəndəsi olduğum şəxsin evinin qapısı qarşısına qoyulmuş «BVXO»nin rəhbəri X1» tərəfindən imzalanmış Tədiyə bildirşi, Seriya №**********1708-dən görünür ki, iddiaçının Badamdar Bələdiyyəsinə vergi borcu, faiz məbləği olmaqla ümumilikdə 1717,54 manat borcu vardır. Bu məsələ və digər hallarla bağlı Badamdar Bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla görə «Bakı şəhəri, Səbail rayonu, Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2021 -ci il tarixli, 05/010 nömrəli qərarın ləğv olunması barədə qərarın, Bakı şəhəri, Səbail rayonu, Badamdar Bələdiyyəsinin vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respulikası CM-nin 308 və 313-cü maddələri ilə cinayət əlamətləri olması ilə bağlı prokurorluğa məlumat verilməsinə dair xüsusi qərardad qəbul edilməsi» barədə iddia ərizəsi ilə 2021 -ci il tarixdə İnzibati Məhkəməyə müraciət olunmuş, Badamdar Bələdiyyəsi məhkəmə qarşısında yol verdiyi qanunsuzluqları etiraf edərək «hesabladığı» borca tam aydınlıq gətirməyi öhdəsinə götürmüş, borcun məcburi qaydada ödənilməsinə dair qəbul etdiyi qərar tərəflərindən ləğv olunmuş, bu səbəbdən iddia geri götürülmüşdür. Bununla bağlı Bələdiyyənin rəhbər şəxsləri ilə görüş zamanı Bələdiyyənin fəaliyyətsizliyi, həmin vaxt 8 il ərzində Bələdiyyə tərəfindən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 42-ci küçədə hansısa işin (bir daşı üst-üstə qoyubqoymaması, bir mismarı vurub-vurmaması) soruşulmuş, həmin ərazidə yüzlərlə sakinin yaşadığı halda zibil qutularının olmaması, asfaltın çəkilməməsi və sair nöqsanlar (hansı ki, bunlar bu gündə bələdiyyə tərəfindən yerinə yetirilməmişdir) nəzərlərinə çatdırılmış, bu nöqsanları şəxsən qəbul etmişlər. İddiaçı həmin ünvanda yaşadığı 12 il müddətində Bələdiyyəyə 448,90 manat, eyni zamada 42-ci küçədə yaşayan digər sakinlər tərəfindən də müəyyən ödəmələr olduğu halda Bələdiyyə tərəfindən bu günədək həmin ərazidə heç olmasa 4 qəpiklik iş görülməyib. Əksinə iddiaçı tərəfindən öz vəsaiti hesabına 42-ci küçədə 2018 və 2024-cü illərdə 2850 kv.m sahədə asfatlanma işləri görülmüş, küçədə səkilər qoyulmuş, 100-dək müxtəlif növ ağaclar əkilmiş, küçə işıqlandırılmış, yağış sularının həyətlərə axmasın deyə drenaj quraşdırılmış və sair işlər görülmüşdür. Təkcə asfalt işlərinə dair çəkilmiş xərc 67869,90 (altmış yeddi min səkkiz yüz altmış doqquz manat doxsan qəpik) manat təşkil etmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. III. İddianın növü və mümkünlüyü İddianın növü mübahisələndirməyə dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Odur ki, Səbail rayonu Badamdar Bələdiyyəsinin mübahisələndirilən qərarı qeyd edilən əlamətlərə malik olduğundan inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır. Həmin qərarın iddiaçıya cavabdeh qurum tərəfindən nə vaxt təqdim edildiyi, ümumiyyətlə iddiaçının inzibati icraata cəlb edildiyi müəyyən edilmir. İddia mümkündür. IV. Tədqiq edilən sübutlar və faktiki hallar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.094 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 11/10 nömrəli Qərarına əsasən vətəndaş İddiaçı ünvan 2 ünvanda yerləşən ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 821,27 (səkkiz yüz iyirmi bir manat, iyirmi yeddi qəpik) manat məbləğində borcun Səbail rayonu Badamdar bələdiyyəsinin bdcəsinə ödənilməsinə məcbur ediməsi qərara alınmışdır. Qərarın icrası Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. **********1708 seriya nömrəli xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Tədiyyə Bildirişləri iş materiallarına əlavə olunmuşdur. V. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. … Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. ... Maddə 81. İnzibati aktların icra edilməsi qaydası ... 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. ... Maddə 82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. ... Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. ... Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. ... Maddə 204. Verginin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə 205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununu Maddə 6. İcra sənədləri 6.1. Aşağıdakılar icra sənədləri sayılır: ... 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə qanunvericilik 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Maddə 3. Yerli vergilər və ödənişlər 3.1. Yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. … Maddə 7. Bələdiyyələrin vergi xidməti orqanları, onların hüquq və vəzifələri 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Maddə 8. Yerli vergilərin tərkibi 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: 3.1.1. yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; 3.1.2. yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; 3.1.3. yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; ... 3.2. Bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: 3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; ... 3.2.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” İnzibati orqan kimi bələdiyyələr tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar icra sənədləri sayılırlar. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeydən görünür ki, vergi orqanı (hazırkı halda cavabdeh) tərəfindən vergi öhdəliyi ilə bağlı o zaman məhkəmədə iddia qaldırılmalıdır ki, bu, vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması ilə əlaqədar olmuş olsun. Beləliklə, qanunvericiliyin tələblərindən aydın olur ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar həll olunur. Məhkəmə müəyyən edir ki, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 11/10 nömrəli qərar əsasında İddiaçı münasibətdə ünvan 2 ünvanda yerləşən ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 821,27 manat məbləğində vergi borcu hesablanmış və qərarın icrası Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 11/10 nömrəli qərarın ləğv edilməsini tələb etmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Odur ki, iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2025-ci il tarixli 11/10 nömrəli qərarın qəbul edilməsi üçün əsas olmuş halları sübutetmə yükü cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin üzərindədir. Məhkəmə Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 11/10 nömrəli qərarı nəzərdən keçirərək müəyyən edir ki, iddiaçıya münasibətdə hesablanmış 821,27 manat verginin hesablanma qaydası qərarda əks etdirilməmişdir. Məhkəmə tərəfindən cavabdeh Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinə xx.xx.2025-ci il tarixli sorğu ünvanlanaraq Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin “xx.xx.2025-ci il tarixli 11/10 nömrəli qərarının və qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Buna baxmayaraq cavabdeh orqan həmin qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarını və həmin qərarla hesablanmış verginin hesablanma qaydası barədə məlumatı məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan təqdirdə iddiaçıya münasibətdə 821,27 manat vergi borcunun necə yarandığı və hansı dövrü əhatə etdiyi məhkəməyə aydın deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, mübahisələndirilən qərar qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 143. Bələdiyyələrin işinin təşkili İ. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Maddə 144. Bələdiyyələrin səlahiyyətləri İ. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 55.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır. 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən kollegial inzibati orqan olan bələdiyyələr fəaliyyətlərini iclaslar vasitəsi ilə həyata keçirirlər və bələdiyyə qərarları səs çoxluğu əsasında (yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu) həmin iclaslarda qəbul edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq isə müvafiq qərarın qəbul edildiyi iclasın protokolu tərtib edilməli, iclasın sədri və katibi tərəfindən imzalanmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdeh orqan tərəfindən İddiaçı münasibətdə verginin hesablanmasına dair qərar (xx.xx.2025-ci il tarixli 11/10 nömrəli) qəbul edilsə də, müvafiq qərarda kollegial iclasın keçirilməsi nəticəsində qəbul edilməsinə dair hər hansı müddəa (iclasın keçirildiyi vaxt, yer, iclasın üzvləri, səslərin sayı barədə məlumatlar və s.) öz əksini tapmamışdır və eyni zamanda kollegial iclasın protokolu mövcud deyildir (qərarda bələdiyyənin iclas protokoluna istinad da yoxdur). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurum tərəfindən qəbul edilən qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olmadığından iddia təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı münasibətdə qəbul edilmiş Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 11/10 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2-1(112)-13360/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13360/2025
23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver