Məhkəmə qərarları › İş №2-1(112)-13366/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13366/2025

25.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13366/2025 25.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X17 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "ünvanın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş 26 Bakı Komissarı adına rayon XDS İK-nın xx.xx.1981 -ci il tarixli 70/5753 saylı qərarında mövcud olmuş texniki səhvi, yəni ünvan 2 ünvanını ünvan 3əsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonunda anadan olmuş, həyat yoldaşı xx.xx.1969-cu il təvəllüdlü X6, övladları xx.xx.1999-cu il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.1997-ci il təvəllüdlü X12 xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, 2-ci Hüseyn döngəsi, ev 9 ünvanında qeydiyyatdadırlar. Onun və ailə üzvülərinin şəxsiyyət vəsiqələrində ünvan 4 ünvan olaraq göstərilmişdir. Şəxsiyyət vəsiqəsini də iddia ərizəsinə əlavə edir. Keçmiş 26 Bakı Komissarı adına rayon XDS İK-nın xx.xx.1981-ci il tarixli 70/5753 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, 2-ci M.Hüseyn döngəsi, 3 saylı evin 8 saylı mənzil X3nun adına qeydiyyata alınmışdır. X3 xx.xx.1981-ci ildə vəfat etmiş, vəfat etdikdən sonra Səbail rayonu, 2-ci M.Hüseyn döngəsi, 3 saylı evin 8 saylı mənzilin maliyyə hesab vərəqi keçmiş 26 Bakı Komissarı adına rayon XDS İK-nin xx.xx.1981-ci il tarixli 70/5753 saylı qərarı ilə anası X2 adına 2 nəfər ailə tərkibində dəyişdirilmişdir. 27 sentyabr 2000-ci il tarixdə anası X4 vəfat etmişdir. Hazırda həmin mənzildə mən və ailə üzvüləri yaşayır. Bildirilir ki, hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, 2-ci Hüseyn döngəsi, ev 9 ünvanı keçmiş 26 Bakı Komissarı adına rayon XDS İK-nın xx.xx.1981-ci il tarixli 70/5753 saylı qərarında texniki səhv olaraq ünvan 2 kimi qeyd olunmuşdur. Belə ki, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 58 saylı MKİS 102 saylı, 25 may 2023-cü il tarixli arayışından da görünür ki, Səbail rayonu 58 sayh Mənzil Kommunal İstismar Sahəsinin balansında 2-ci M.Hüseyn döngəsi 3 saylı evin 8 saylı mənzili olmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışında qeydiyyatda olduğu ünvan kimi ünvan 6n, Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-19/2-5-7-56-091 saylı nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 67 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Səbail rayonu, 2-ci Mehdi Hüseyn döngəsi, ev 3, mənzil 9 Cavabdeh” 70/5753 saylı, xx.xx.1981-ci il tarixli sərəncamına əsasən vətəndaş X1 adına olub və xx.xx.1965-ci ildən xx.xx.2000-ci ilədək ailə üzvləri ilə birlikdə 2-ci Mehdi Hüseyn döngəsi, ev 3, mənzil 9 ünvanında qeydiyyatda olmuşdur. Bununla yanaşı, Azərbaycan SSRİ Bakı Şəhər Deputatları Sovetinin İcra Komitəsi İşçilərin Mənzil İstismar İdarəsinin 160 nömrəli arayışında da qeydiyyat ünvanı olaraq ünvan 9d olunan sənədləri iddia ərizəsinə əlavə edilir. Bundan başqa, Cavabdehnə yaşadığı mənzilin sıra sayının “9” əvəzinə səhvən “8” yazıldığı üçün mənzilin özəlləşdirilməsində çətinlik yaratdığını nəzərə alaraq, sənəddə müvafiq düzəliş olunması məqsədilə müraciət olunmuş, Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-19/2-6-7-56/2-091/2-t/1 saylı cavab məktubunda müvafiq sənədlər olduğu təqdirdə müraciətə baxıb müvafiq qərarın verilə biləcəyi qeyd olunmuşdur. Adı çəkilən cavab məktubunda qeyd olunan sənədlər Cavabdehnə müraciəti ilə birlikdə təqdim olunmuşdur. Həmçinin Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 2-ci döngəsi 3 saylı evin, 8 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, qeyd olunan inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-7-1765- 8/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, 26 Bakı Komissarı rayonu XDS İKnın (indiki Səbail RİH) 70/5753 saylı, xx.xx.1981-ci il tarixli qərarında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 2-ci döngə 3 saylı evin, 8 saylı mənzili qeyd olunsa da. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 2-ci döngə 3 saylı evin, 9 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alındığı müəyyən edilmişdir, müvafiq mənzil nömrəsində olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra müraciət edilməsi məqsədəuyğundur. Bildirilir ki, Cavabdehnə qeyd olunan ünvanda yerləşən mənzilin onun adına qeydiyyata alınması məqsədilə müraciət olunmuş, Cavabdeh xx.xx.2025-ci il tarixli. 5-19/2-10-7-59-091/2025 saylı cavab məktubunda müvafiq sənədlər mövcud olduğu təqdirdə müraciətə baxılacağı qeyd olunmuşdur. Adı çəkilən cavab məktubunda qeyd olunan sənədlər Cavabdehnə müraciəti ilə birlikdə təqdim olunmuşdur. Adı çəkilən cavab məktubunu iddia ərizəsinə əlavə edilir. Hesab edilir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-7-1765-8/2024 **********98 saylı məktubundan görünür ki, 26 Bakı Komissarı rayonu XDS İK-nın (indiki Səbail RİH) 70/5753 saylı, xx.xx.1981-ci il tarixli qərarında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 2-ci döngəsi 3 saylı evin, 8 saylı mənzili qeyd olunsada, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn 2-ci döngəsi 3 saylı evin, 9 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alındığı müəyyən edilmişdir. Müvafiq mənzilin nömrəsində olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.“Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. İş materiallarında olan Azərbayan Respublikası Bakı Şəhəri Cavabdeh Başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-19/2-6-Ə-56/2-091/2-t/1 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il verdiyi keçmiş “26 Bakı Komissarları” adına rayon XDS İK-nın xx.xx.1981-ci ıl tarixli, 70/5753 saylı Qərarının kserosurətindən görünür ki, sözügedən 2-ci M.Hüseyn döngəsi, 3 saylı evin 1 otaqlı, sahəsi 10 kv.m. olan 8 saylı mənzili mərhum X5 adına olmuşdur. S.Əfəndiyev 9/Vİ- 1981-ci ildə vəfat etmişdir (ll-ЖБ № 261899 saylı, 17/Vİ1-1981 -ci ıl Ölüm haqqında Şəhadətnamə).Əfəndiyev Sabir,Səməd oğlunun vəfatından sonra 2-ci M.Hüseyn döngəsi, 3 saylı n 1 otaqlı, sahəsi 10 kv.m. olan 8 saylı mənzilinin Maliyyə hesab vərəqi keçmiş "26 Bäkı Komissarları” adına rayon XDS İK-nın 11,09.1981-ci il tarixli, 70/5753 saylı Qərarı ilə mərhumun həyat yoldaşı X2 adına 2 nəfər ailə tərkibində dəyişdirilmişdir. Qeyd edilənləri və anasının vəfat etdiyini (sənəd əlavə edilməyib) nəzərə alaraq, mərhum X5 adına verilmiş ilkin sənədi (Qərar və Order) RİH-ə təqdim etdikdən sonra müraciətə baxılıb müvafiq qərar verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1ci maddəsinə əsasən qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulduğunu hesab etdiyi təqdirdə, məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbayan Respublikası Bakı Şəhəri Cavabdeh Başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 5-19/2-5-Ə-56-091 saylı məktubundan görünür ki, Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Dax"2”-67 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Səbail rayonu, 2-ci Mehdi Hüseyn döngəsi, ev 3, mənzil 9 Cavabdeh 70/5753 saylı, xx.xx.1981-ci il tarixli sərəncamına əsasən vətəndaş X1 adına olub və xx.xx.1965-ci ildən xx.xx.2000-ci ilədək ailə üzvləri ilə birlikdə 2-ci Mehdi Hüseyn döngəsi, ev 3, mənzil 9 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbayan Respublikası, Bakı şəhəri Cavabdeh Başçısının Aparatının iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 5-19/2-10-Ə-59-091/2025 saylı məktubundan görünür ki, mənzilə dair aidiyyəti hüquqmüəyyənedici sənədlər RİH-ə təqdim olunmalıdır. Aidiyyəti hüquqmüəyyənedici sənədlər dedikdə, mənzilə dair verilmiş qərarların (təqdim olunmuş qərarda QR kod oxunmur) arxiv çıxarışlarının əsllərini, orderin surətini və əslini (qaytarılmaq şərtilə), maliyyə hesab vərəqini, mənzilin plan-eskizini, yaşayış yeri üzrə MKİS-in forma 2 arayışını, həmin arayış üzrə qeydiyyatda olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin təsdiqlənmiş surətlərini, İddiaçı doğum haqqında və eləcə də nikah haqqında şəhadətnamələrin surətlərini, qeydiyyatda olan şəxslərin razılıq ərizələrini RİH-ə təqdim etdikdən sonra müraciətə baxılıb müvafiq qərar verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyatı haqqında arayışından görünür ki, İddiaçı ünvan 13 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatıı Birliyinin 58 saylı MKİS-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Səbail rayonu 58 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansında 2-ci M.Hüseyn döngəsi 3 saylı evin 8 saylı mənzili olmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh 5-19/2-1195/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, keçmiş "26 Bakı Komissarları" adına rayon XDS İK-nın xx.xx.1981-ci il tarixli, 70/5753 saylı qərarının və əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Bildirilir ki, sözügedən sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-35937/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, , qeyd olunan ünvanların qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçının nümayəndəsi qismində vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir”. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərindən müəyyən olunur ki, iddiaçının hüquqi marağı mənzilə mülkiyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir. Göründüyü kimi, iddiaçı hüquqi marağına çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı mübahisə üzrə iş üzrə cavabdehə qarşı iddia qaldırmaqla çatmaq istədiyi hüquqi marağa çatması uyğun deyil, həmçinin hazırkı işin halları baxımından mümkün deyil. Belə ki, iddiaçı inzibati aktın, yəni XDS İK-nın xx.xx.1981 -ci il tarixli 70/5753 saylı qərarının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisələndirilən Qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş, yəni 1964-cü ilin sentyabrn 11-də qəbul olunmuş və 2000-ci ilin sentyabr 1-dən qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin iddia müddətlərini tənzimləyən 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) 3 il, hüquqi şəxslərin bir-birinə qarşı olan iddiaları üzrə iddia müddəti isə 1 il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ gəldiyi gündən əmələ gəlir (Maddə 78). Mübahisələndirilən Qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş, yəni 1964-cü il tarixdə qəbul olunmuş Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 243-5-ci maddəsinə görə, vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddia tələbi İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələblə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədilə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət edir. Göründüyü kimi, mübahisələndirilən qərarda dəyişikliklər edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Qeyd edildiyi kimi, iddiaçının hüquqi marağı mənzilə hüququnun dövlət reyestrində qeydə aldırmaqdan ibarətdir. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. İddiaçının çatmaq istədiyi hüquqi marağı, yəni XDS İK-nin (indiki Səbail RİH) qərarında mənzilin nömrəsinin səhv göstərilməsi, faktiki olaraq 9 saylı mənzilin verilməsi məsələsinə həmin icraat çərçivəsində araşdırılıb qiymət verilə bilər. Beləliklə də, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar