Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13377/2025 16.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bildirirəm ki, mən xx.xx.1987 - xx.xx.1990-cı ilə qədər X6 Mexaniki təmir Sexində - vintilyasiya qurğuları təmiri və xidməti çilingəri vəzifəsində işləmişəm. 28 dekabr 1999-cu ildən 18 sentyabr 2000-ci ilə kimi Binəqədineft Neft və Qazçıxanna İdarəsinin Tərsdəllər Naftalan sahəsinə neftin qəbulu və təhvili üzrə əmtəə operatoru vəzifəsində işləmişdir. 18 sentyabr 2000-ci ildən Neftin kompleks hazırlanması və vurulması sexinə sex rəisinin müavini vəzifəsində işləmiş və 01 sentyabr 2005-ci ildə idarənin ləğv edilməsi ilə bağlı işdən azad olunmuşdur. Bundan sonra ‘'X9’ Şirkətinin Neftin və Qazın hazırlanması və vurulması sexində 01 sentyabr 2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək böyük mühəndis, xx.xx.2009-cu il tarixdən xx.xx.2020ci il tarixədək Neftin və Qazın hazırlanması və vurulması sexinin neft yığma məntəqəsində sahə rəisi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər sex müdirinin müavinineftin hazırlanması və vurulması sahəsinin rəisi, xx.xx.2021-ci il tarixdən hal-hazırkı vaxta qədər sex müdiri vəzifəsində çalışıb. Sözü gedən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında öz əksini tapmışdır.“Əmək pensiyası haqqında” Qanuna əsasən Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.“Əmək pensiyası haqqında” qanunun 01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözü gedən qanunun 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra — Mərkəzi Filial) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2- 1(112)-13377/2025 nömrəli inzibati iş vardır. İddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iddiaçıya müvafiq olaraq xx.xx.2024-cü il tarixli 3-17-1/2-R- 98261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-147163/2024, xx.xx.2024-cü il tarixli 3- 17-1 /2-R-165622/2024 və xx.xx.2025-ci il tarixli 3-17-1/2-R-137078/2025 nömrəli imtina məktubları ünvanlanaraq İddiaçı güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulan 12 il 6 ay müddətdən az olması (4 il 17 gün) səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşı tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47- ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edilir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi Siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildiririk ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Əsasnaməsini və Fondun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfmn 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır.Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurə yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir.Qeyd ediilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidirEyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilir ki, hazırki iş üzrə mübahisə predmeti təşkil etməyən iddiaçının ümumi iş stajıdır. Belə ki, İddiaçı ümumi iş stajı 40 il 7 ay 15 gün (01.01,2006-cı il tarixinədək 21 il 9 ay 15 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1985-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1985- xx.xx.1992-ci il, xx.xx.1995- xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il, xx.xx.2005- 01.01,2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 10 ay) təşkil edir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulub.Mərkəzi Filialda mövcud olan İddiaçı dair sənədlərdə xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin neftin və qazın hazırlanması və vurulması sexində böyük mühəndis, xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində neft yığma məntəqəsində sahə rəisi vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi böyük mühəndis vəzifəsi yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Eyni zamanda sahə rəisi vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 17 gün (xx.xx.1999- xx.xx.2000-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021- xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun və əsaslı, iddia tələbi isə qanunsuz və əsassız olduğundan iddia rədd edilməlidir.Yuxarıda qeyd edilənləri və İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədənİddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-R-137078/2025 saylı xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəriciiərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi Siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1 -ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) quyularda geofiziki tədqiqatları yerinə yetirən geofizikimədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri:mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filialda mövcud olan sizə dair sənədlərdə xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin neftin və qazın hazırlanması və vurulması sexində böyük mühəndis, xx.xx.2009-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində neft yığma məntəqəsində sahə rəisi vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi böyük mühəndis vəzifəsi yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Eyni zamanda sahə rəisi vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (4 il 17 gün (xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2020-xx.xx.2021-ci il, xx.xx.2021xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. X10 256 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən “X10“ Şirkətinin Neftin və qazın hazırlanması və vurulması sexində xx.xx.2005- cı il tarixdən xx.xx.2009-cu il tarixədək böyük mühəndis, xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həmin sexin Neft yığma məntəqəsində sahə rəisi, 01,09.2020-ci il tarixdən xx.xx.2021-i il tarixə qədər sex müdirinin miiavini-neftin hazırlanması və vurulması sahəsinin rəisi, xx.xx.2021-ci il tarixdən hal-lıazırki vaxta qədər sex müdiri vəzifəsində çalışır. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında 10.2. maddəsinin b) bəndində: neft, qaz və qaz kondensatı hasilatı üzrə (neftqaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri kimi təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14-2/2-R-886-1/2024 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1999-cu ildə (əmr № 535 k, xx.xx.1999-cu il) “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin "Tərsdəllər-Naftalan” sahəsinə neftin qəbulu və təhvili üzrə 4-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci ildə (əmr № 288 k, xx.xx.2000-ci il) 5-ci dərəcə verilmişdir. xx.xx.2000-ci ildə (əmr № 325 k, xx.xx.2000-ci il) müvəqqəti olaraq Neftin kompleks hazırlanması və vurulması sexinə sex rəisinin müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildə (1 №-li protokol) idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. ИT-İ seriyalı ******* nömrəli xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1992-ci il tarixində 140 nömrəli xx.xx.1992-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.1992-ci il tarixində 1 nömrəli xx.xx.1992-ci il tarixli əmrə əsasən “Sazi” kiçik müəsisəsinin qərarına əsasən həmin müəsisəyə direktor təyin edilmişdir, xx.xx.1995-ci il tarixində 6 nömrəli xx.xx.1995-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir, xx.xx.2005-ci il tarixində ləğv etmə komissiyasının xx.xx.2005-ci il tarixli 1 nömrəli protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (idarənin ləğv edilməsi ilə əlaqədar) uyğun olacaq əmək müqaviləsinə xitam verilmişdir, xx.xx.2005-ci il tarixində MRA/01 nömrəli xx.xx.2005-ci il tarixli əmrə əsasən X1 hazırlanması və vurulması sexinə böyük mühəndis vəzifəsinə qəbul edilmişdir, xx.xx.2009-cu il tarixində HRV 47/09 nömrəli xx.xx.2009-cu il tarixli əmrə əsasən Həmin sexdə NYM SİA səhasinə sahə rəisi vəzifəsinə keçirilmişdir, xx.xx.2020-ci il tarixində HRR nömrəli 26/20 nömrəli xx.xx.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a bındinə əsasən öz xahişi ilə vəzifəsindən azad edilmişdir,xx.xx.2020-ci il tarixində HRQ nömrəli 272/20 nömrəli xx.xx.2020-ci il tarixli əmrə əsasən X1 hazırlanması və vurulması sexinə müdür müavini – neftin hazırlanması və vurulmaı sahəsinin rəisi vəzifəsinə qəbul edilmişdir, xx.xx.2021-ci il tarixində HRR 92/21 nömrəli xx.xx.2021-ci il tarixli əmrinə əsasən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz xahişi ilə vəzifəsindən azad edilmişdir, xx.xx.2021-ci il tarixində HRR 97/21 nömrəli xx.xx.2021-ci il tarixli əmrə əsasən X1 hazırlanması və vurulması sexinin müdiri vəzifəsinə qəbul edilmişdir, xx.xx.2025-ci il tarixində hal-hazırda işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14-2-1/2-1453/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sorğu məktubuna əlavə edilmiş “X10” Şirkəti tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli, 256 nömrəli arayışda qeyd edilən vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə (vəzifələrə) aid olub-olmamasının araşdırılıb nəticəsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı SOCAR-ın Baş ofisinin xx.xx.2025-ci il tarixli, 14-2/3-6-2375/2025 nömrəli məktubu ilə “Azneft” İB-yə müvafiq tapşırıq verilmişdir. Bununla əlaqədar bildirilir ki, “X10” Şirkəti tərəfindən verilmiş 256 nömrəli “Arayış”da İddiaçı həmin şirkətin Neftin və qazın hazırlanması və vurulması sexində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək böyük mühəndis, həmin sexin Neft yığma məntəqəsində xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sahə rəisi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-i il tarixədək sex müdirinin müavini-neftin hazırlanması və vurulması sahəsinin rəisi, xx.xx.2021-ci il tarixdən hal-hazıra qədər sex müdiri vəzifəsində işlədiyi qeyd olunur. İddiaçı yuxarıda qeyd olunan qurumlarda işlədiyi vəzifələrin “Azneft” İB üzrə analoqu olan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan vəzifələrlə eynilik təşkil etmir. Eyni zamanda məlumat üçün bildirilir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə (vəzifələrdə) əmək stajı ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) daxil olmuş 14-2/1-R-1952- 1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə aşağıdakı məzmunda cavab verilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 14-2/2-R-886-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv arayışında İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin “Tərsdəllər-Naftalan” sahəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək neftin qəbulu və təhvili üzrə əmtəə operatoru, Neftin kompleks hazırlanması və vurulması sexində xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sex rəisinin müavini vəzifəsində (peşəsində) işlədiyi qeyd olunur. İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin “Tərsdəllər-Naftalan” sahəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (08 ay 21 gün) işlədiyi neftin qəbulu və təhvili üzrə əmtəə operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsinə qeyd olunan “əmtəə operatorları” peşəsi ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən ( 29 iyun 2022-ci il tarixdən qüvvədədir), axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, hazırda 60 yaşdan – xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bunun üçün qanunvericiliklə nəzərdə tutulan iki meyarın mövcudluğu nəzərə alınmalıdır – 25 il siğorta stajı, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır və yaş (60). İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 40 il 7 ay 15 gündən ibarət olmaqla aşağıdakı kimidir: xx.xx.2006-cı il tarixinədək 21 il 9 ay 15 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1985-ci il (hərbi xidmətdə olduğu dövr), xx.xx.1985- xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il, xx.xx.2005- xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 10 ay. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının “X10” Şirkəti tərəfindən verilmiş 256 nömrəli “Arayış”da İddiaçı həmin şirkətin Neftin və qazın hazırlanması və vurulması sexində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək böyük mühəndis, həmin sexin Neft yığma məntəqəsində xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sahə rəisi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-i il tarixədək sex müdirinin müavini-neftin hazırlanması və vurulması sahəsinin rəisi, xx.xx.2021-ci il tarixdən hal-hazıra qədər sex müdiri vəzifəsində işlədiyi qeyd olunur. İddiaçı yuxarıda qeyd olunan qurumlarda işlədiyi vəzifələrin “Azneft” İB üzrə analoqu olan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan vəzifələrlə eynilik təşkil etmir. İddiaçının güzəştli iş stajı 12 il 6 ay müddətdən azdır, 4 il 17 gün təşkil edir. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Məhkəmə iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin ödəndiyini müəyyən etmir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14-2-1/2-1453/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Sorğu məktubuna əlavə edilmiş “X10” Şirkəti tərəfindən İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli, 256 nömrəli arayışda qeyd edilən vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə (vəzifələrə) aid olub-olmamasının araşdırılıb nəticəsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı SOCAR-ın Baş ofisinin xx.xx.2025-ci il tarixli, 14-2/3-6-2375/2025 nömrəli məktubu ilə “Azneft” İB-yə müvafiq tapşırıq verilmişdir. Bununla əlaqədar bildirilir ki, “X10” Şirkəti tərəfindən verilmiş 256 nömrəli “Arayış”da İddiaçı həmin şirkətin Neftin və qazın hazırlanması və vurulması sexində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək böyük mühəndis, həmin sexin Neft yığma məntəqəsində xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sahə rəisi, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-i il tarixədək sex müdirinin müavini-neftin hazırlanması və vurulması sahəsinin rəisi, xx.xx.2021-ci il tarixdən hal-hazıra qədər sex müdiri vəzifəsində işlədiyi qeyd olunur. İddiaçı yuxarıda qeyd olunan qurumlarda işlədiyi vəzifələrin “Azneft” İB üzrə analoqu olan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan vəzifələrlə eynilik təşkil etmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X12 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. X12 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X2rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-13377/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13377/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver