Məhkəmə qərarları › İş №2-1(112)-13380/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13380/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13380/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünasd, işləmir), iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 11 saylı vəkil bürosunda işləyir) və cavabdehin nümayəndəsi X3 (Gəncə şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialında mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək, xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq “cavabdehin imtinasının qanunsuz hesab edilərək, xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər 1987-2003-cü illər dövlət qulluğunda və 2003-cü ildən 2022-ci ilədək isə ədliyyə orqanlarında qulluq etmişdir. Son işlədiyi yer isə Culfa rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kommissiyasının 30 iyun 2022-ci il tarixli Protokoluna əsasən onun 01 iyul 2022-ci il tarixə qulluq illərinin cəmi 36 il 05 ay 19 gün təşkil etmişdir. O, 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət Qulluğu haqqında “Qanuna edilmiş 22.7-1-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda xidmət illərinin dövlət qulluğunun xüsusi növündə xidmət illərinə daxil edilərək pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh isə 28 sentyabr 2022-ci il tarixdə imtina verərək Qanuna edilmiş dəyişikliklərə əsasən qaydalar və şərtlər hələlik müəyyən edilmədiyindən ədliyyə orqanı əməkdaşı kimi ona hazırda pensiya təyin edə bilmədiyini bildirmişdir. Hesab edir ki, cavabdehin hazırki imtinası tamamilə qanunvericiliyin tələblərinə birbaşa ziddir. Çünki iddiaçının pensiya hüququ Qanunla yarandığı halda hansısa qayda və şərtin olub-olmamasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Hər bir qayda və şərt Qanuna əsaslanır. Qanun isə birmənalı olaraq onun dövlət qulluğunda işlədiyi dövrü dövlət qulluğunun xüsusi növündə olan qulluq illərinə daxil edilməsini müəyyən edib. Uzun illər xidmət etmiş bir əməkdaşı heç bir əsas olmadan pensiya təyin edilməməsi konstitusion hüquqlarının pozulmasına və maddi sıxıntılara səbəb olmuşdur. O, hazırda heç bir yerdə işləmir, hüququ olan pensiyanı isə təyin etmirlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də, sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul еdilməsi ilə bаğlı öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizliyindən müdаfiəyə dаir iddiаlаrа (məcburеtmə hаqqındа iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.N.Hüseynova iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1964-cü ildə doğulmuşdur. Ədliyyə Nazirliyinin ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə Komissiyasının 37 nömrəli xx.xx.2022-ci il tarixli iclas protokolunda qeyd olunmuşdur: Komissiya, Culfa rayon Qeydiyyat şöbəsinin rəisi İddiaçı əmək kitabçasını və digər təsdiqedici sənədlərini nəzərdən keçirib müəyyən etdi ki, onun qulluq illəri aşağıdakı kimidir: Hərbi xidmət – xx.xx.1985-xx.xx.1987-ci illər – 01 il 07 ay 17 gün; Dövlət qulluğunda – xx.xx.1987-xx.xx.2003-cü illərdə - 15 il 05 ay 05 gün; Ədliyyə orqanlarında – xx.xx.2003-xx.xx.2022-ci illərdə - 19 il 04 ay 27 gün; Qulluq illərinin cəmi – 36 il 05 ay 19 gün; Qərara alındı: Culfa rayon Qeydiyyat şöbəsinin rəisi ədliyyə müşaviri İddiaçı qulluq illərinin cəmi 01 iyul 2022-ci il tarixə 36 (otuz altı) il 05 (beş) ay 19 (on doqquz) gün təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilmiş 22.7-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bununla əlaqədar olaraq ərizənizdə qeyd etdiyiniz dövlət qulluğunda işlədiyiniz dövrün ədliyyə orqanlarında qulluq stajınızın hesablanması zamanı nəzərə alınaraq sizə ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla bilər. İT ******* nömrəli iddiaçının əmək kitabçasına əsasən iddiaçı Culfa rayon RİC-də xx.xx.1987-xx.xx.1987-ci illərdə mühasib işləmiş, xx.xx.1987-ci ildən Culfa rayon XDS İcraiyyə Komitəsinin plan komissiyasına böyük iqtisadçı təyin edilmiş, xx.xx.1993-ci ildən sosial iqtisadi inkişaf şöbəsinin baş mühasibi təyin edilmiş, xx.xx.1994-xx.xx.2003-cü illərdə struktur və dəyişiklik ilə əlaqədar olaraq Culfa rayon İcra Hakimiyyətində baş mühasib vəzifəsində işləmiş, xx.xx.2003-cü ildən Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə Culfa rayon X1 Dövlət Qeydiyyatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 48 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin strukturu və ştat cədvəlində dəyişiklik edilməsi ilə əlaqədar Culfa rayon X2 Dövlət Qeydiyyatı şöbəsinin müdiri tutduğu vəzifədən azad edilərək Culfa rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasının xx.xx.2022-ci il tarixdə aparılan 9-cu qeydinə əsasən Naxçıvan MR Ədliyyə Nazirliyi üzrə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.9, 40.1.1-ci maddələrinə əsasən (əmr № 186-K, xx.xx.2022-ci il) Culfa rayon Qeydiyyat şöbəsinin rəisi ədliyyə müşaviri İddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə Komissiyanın iclas protokoluna əsasən İddiaçı qulluq illərinin cəmi 36 (otuz altı) il 05 (beş) ay 19 (on doqquz) gün təşkil etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanununun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 9.7-ci maddəainə əsasən Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Dövlət qulluğu haqında” Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Həmin Qanunun 22.7-2-ci maddəainə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: 20.1.1. Ali xüsusi rütbələr: - həqiqi dövlət ədliyyə müşaviri; - İ dərəcəli dövlət ədliyyə müşaviri; - İİ dərəcəli dövlət ədliyyə müşaviri; - İİİ dərəcəli dövlət ədliyyə müşaviri. 20.1.2. Böyük xüsusi rütbələr: - baş ədliyyə müşaviri; - ədliyyə müşaviri; kiçik ədliyyə müşaviri. Azərbaycan Respublikasi Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli fərmanı ilə təsdiq edilmiş edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Həmin Qaydanın 8-ci maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir. Həmin Qaydanın 9-cu maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydanın 10-cu maddəsinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasına və Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə Komissiyanın iclas protokoluna əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə 36 ildən çox qulluq stajı olması təsdiq olunur. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər Həmin Qanunun 23.10-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İşin faktiki hallarına əsasən, iddiaçının xx.xx.2022-ci il tarixdə 58 yaşı tamam olmuş, o yaş həddinə çatanadək (60 yaşına) ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifədə 35 ildən çox qulluq stajına malikdir. Cavabden imtinasında iddiaçının dövlət qulluğunda işlədiyi dövrün ədliyyə orqanlarında qulluq stajının hesablanması zamanı nəzərə alınaraq ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyası təyin edilməsi məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxılacağını bildirmişdir. Yuxarıda sadalanan normalardan görünür ki, qanunvericilik dövlət qulluğunun xüsusi növünü və ədliyyə orqanlarında qulluqkeçən xüsusi rütbəli şəxləri müəyyən etmiş, onların pensiya hüququna malik olması şərtləri və qaydaları müvafiq qanun normalarında öz əksini tapmışdır. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur. Həmin qərarın 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.” Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə qulluq stajına görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, cavabdehin imtinasının qanunsuz hesab edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 73, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdehin imtinasının qanunsuz hesab edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdən 36 il 05 ay 19 gün qulluq stajına uyğun ədliyyə orqanı əməkdaşı kimi pensiyanın təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar