Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13399/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, 48 yaşdan (55 yaş - 14 il 14 gün 2 nömrəli siyahı üzrə xüsusi stajı), yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ona. ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, AZE ******** nömrəli (Fin: xxxxxxx) şəxsiyyət vəsiqəsinin surətinin məlumatlarına əsasən, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. 1817 nömrəli attestatın və Peşə Təhsili üzrə Dövlət Agentliyinin 20 aprel 2022-ci il tarixli| arayışının surətlərinin məlumatlarına əsasən, iddiaçı xx.xx.1982ci il tarixdən xx.xx.1983-cü il tarixədək 69 nömrəli X5 Məktəbində əyani formada təhsil almışdır (10 ay 18 gün ümumi staj). İT-İ № ******* nömrəli, 14 sentyabr 1999-cu il tarixli əmək kitabçasının surətinin və Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının 19 iyun 2023-cü il tarixli şəxşilf vərəqəsinin təsdiq olunmuş surətinin və arayışının əslinin məlumatlarına əsasən, iddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək X1 əyirici istehsalatında əyirici peşəsində işləmişdir (xx.xx.1997-ci il tarixinədək 2 nömrəli siyahı üzrə güzəştli stajı 14 il 14 gün). İddiaçının xx.xx.1983-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək əyirici peşəsində işlədiyi X2 ləğv olunduğuna görə oradan güzəştli arayışı almağı mümkün deyil. Hazırda fəaliyyət göstərən analoji idarə və müəssisə də yoxdur. İddiaçının həmin zərərli peşədə işləməsi barədə X4 filialından şəxsi vərəqəsinin təsdiq olunmuş surətini və arxiv arayışını iddia ərizəsinə əlavə edilmişdir. İddiaçının xx.xx.1997-ci ilədək 2 nömrəli siyahı üzrə güzəştli stajı 14 il 14 gün təşkil edir. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur və xx.xx.2015-ci il tarixdə 48 yaşına çatmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı dair Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək adıçəkilən şəxsin ümumi iş stajı 20 ildən az (15 il 5 ay 23 gün (xx.xx.1983-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, onun 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 56160,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 11694,83 manat təşkil edirdi.
4. Cavabdehin məhkəməyə təqdim etdiyi yazılı etirazında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1 -ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı dair Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək adıçəkilən şəxsin ümumi iş stajı 20 ildən az (15 il 5 ay 23 gün (xx.xx.1983-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, onun 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 56160,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 11694,83 manat təşkil edirdi. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının iddia tələbində göstərdiyi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1 avqust 1997-ci ilədək qüvvədə olmuş redaksiyasına əsaslanır. Sözügedən redaksiya qüvvədə olduğu vaxtda iddiaçının 30 yaşı var idi. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yəni iddiaçının 30 yaşında qüvvədə olmuş hər hansı maddi hüquq normasının onun pensiya hüququnun yarandığı tarixdə tətbiqi yolverilməzdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta * hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunu 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquququna aşağıdakılar malikdirlər: a) əmək şəraiti xüsusilə zərərli və ağır olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li siyahı üzrə müəyyən olunan peşə və vəzifələrdə çalışanlar: kişilər - 50 yaşına çatdıqda 20 il ümumi və 10 il zərərli iş stajına malik olduqda; qadınlar - 45 yaşına çatdıqda 15 il ümumi və 7 il 6 ay zərərli iş stajına malik olduqda; b) əmək şəraitinə görə ağır və zərərli olan və Azərbaycan Respublikası Naziı iər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahısı üzrə müəyyən olunan peşə və vəzifələrdə çalışanlar: kişilər - 55 yaşına çatdıqda 25 il ümumi və 12 il 6 ay zərərli iş stajına malik olduqda; qadınlar - 50 yaşına çatdıqda 20 il ümumi və 10 il zərərli iş stajına malik olduqda. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321 İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq 1997ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq xx.xx.2000-ci il tarixdən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Qeyd olunanlara əsasən 1 avqust 2000-ci il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan güzəştli və ümumi iş stajını toplamış, lakin dəyişikliyədək müvafiq olaraq qadınlar 45 (50) yaşa və kişilər 50 (55) yaşa (göstərilən tarixədək hər il 6 ay artırılmaqla) çatmamadıqda dəyişiklikdən sonra göstərilən yaş hədlərinə çatdıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklidən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (qadınlar 47 (52) yaş və kişilər 52 (57) yaş) uyğun təyin edilməlidir.
5. İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür.
6. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş “İddiaçı diplomunun təsdiqi barədə” məktuba əsasən İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixində 69 nömrəli X5 məktəbinin “Əyrici” ixtisasına qəbul olmuş və xx.xx.1983-cü il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış № 1817 nömrəli attestat Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.
7. Məhkəməyə təqdim edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983xx.xx.1997 əmək fəaliyyəti ilə məşğul olmuşdur.
8. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür. III.Məhkəmənin mövqeyi
11. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
12. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan redaksiyasının 13-cü maddəsinin b bəndində sonuncu abzasda qeyd olunan güzəştlər (yəni ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasıb azaldılmasını) tətbiq edilərək ona 48 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir.
13. “Vətəndaşların pensiya təminatı haqqında” Qanundan: Maddə 12. Yaşa görə pensiya təyin edilməsinin şərtləri Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər.
14. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsindən (1 avqust 1997ci il tarixə qədər qüvvədə olan redaksiyadan): b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə 13cü maddənin “a” və “b” bəndlərinin axırıncı abzasları çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam-2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır;
15. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında ” Qanunun 13 iyun 1997-ci il tarixə qədər qüvvədə olan redaksiyasının 13-cü maddəsinin b bəndinin son abzasında qazanılmış güzəştli iş stajına mütənasib olaraq (hər tam-2 ayı üçün bir ay azaldılmaqla) məhz yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin azaldılması nəzərdə tutulmuşdur. Belə ki, qanunvericilikdə əmək pensiyanın təyin edilməsi üçün tələb olunan iş stajının (ümumi əmək stajı və əmək şəraiti zərərli və ağır olan digər işlərdə (güzəştli) əmək stajı) müddətinin azaldılması nəzərdə tutulmamışdır. Odur ki, qeyd edilən halda şəxsə münasibətdə güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunması üçün tələb olunan yaş həddi azaldılsa da, 10 il güzəştli əmək stajı daxil olmaqla 20 il ümumi əmək stajı tələbi yerinə yetirilməlidir.
16. İddiaçı tərəfindən təqdim edilən məhkəmə qərarları məhkəmənin qeyd edilən qənaətini təkzib etmir.
17. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"ndan: 11600000 – 17541 şöbələrdə: ştapel, kimyəvi, viskoz, əyricilik, bəzək, bəzək ağartma, ağartma, dolamaq
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"ndan:
16. Süni və sintetik liflərin istehsalı şöbələrdə: ştapel, kimyəvi, viskoz, əyricilik, bəzək, bəzək-ağartma, ağartma, dolamaq
20. İddiaçı xx.xx.1967-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək X1 əyirici istehsalatında əyirici peşəsində işləmişdir. Əmək kitabçasına əsasən iddiaçının 14 il 4 ay 19 gün güzəşli stajı və 15 il 3 ay 8 gün ümumi əmək stajı (xx.xx.1982ci ildən xx.xx.1983-cü il tarixinə qədər 69 nömrəli X5 məktəbinin “Əyrici” ixtisasında təhsil aldığı dövr nəzərə alınmaqla) mövcuddur.
21. İddiaçı ümumi əmək stajı və güzəştli əmək stajının müddətini mübahisələndirmir.
22. Məhkəmə iddiaçının güzəştli əmək stajının olduğu qənaətindədir. Lakin iddiaçının tələb olunan ümumi əmək stajı mövcud olmadığından iddia təmin edilməməlidir. Cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi hesab edilə bilməz.
23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim ediliyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva