Məhkəmə qərarları › İş №2-1(112)-134/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-134/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-134/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona “müddətsiz İİ qrup əlilliyin təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, icraat zamanı iddia tələbini dəyişərək cavabdeh tərəfindən iddiaçıya İİ dərəcəli əlilliyin təyin edilməsi barədə qərarının “əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasında “xx.xx.2024” rəqəminin “müddətsiz” sözünə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1975-ci il 18 aprel təvəllüdlü, xx.xx.2016cı ildən insulindən asılı, şəkərli diabet çoxsaylı ağırlaşmaları ilə, aşağı ətrafların diabetic angiopatiyası, sinir sisteminin pozğunluqları, astenonevrotik sindromdan əziyyət çəkir. Həmin tarixdən 3 saylı M.Hüseynov adına şəhər poliklinikasında qeydiyyatda olmaqla xəstəliyinin gedişi xronikidir. Müalicələrinə baxmayaraq, vəziyyətində yaxşılaşma qeydə alınmamışdır. Əksinə səhhəti 5 ildə daha da pisləşmiş, çoxsaylı ağırlaşmalar aşkar edilmişdir, yanaşı xəstəlikləri meydana çıxmışdır. xx.xx.2022-ci il tarixdə ona 2 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək 2- ci dərəcəli əlillik təyin edilmişdir. Hesab edir ki, əlilliyin səbəbi kimi göstərilən diaqnoz üzrə əlillik ona müddətsiz təyin edilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildir ki, xx.xx.2024cü il tarixli qərarla iddiaçıya orqanizmin funksiyalarının 85% pozulması ilə müddətsiz əlillik təyin edilmişdir.İddiaçının tələbi təmin olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin tərəfindən əldə edilmiş AZEMİS elektron məhkəmə sistmindən çıxarışa əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ölməsi əsası ilə hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllə: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə. Məhkəmə hesab edir ki, iddiaçı öldüyündən və hazırkı mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar