Məhkəmə qərarları › İş №2-1(112)-1340/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1340/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1340/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və nümayəndəsi (arvadı) X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əlilliyin təyin edilməsindən imtina edilməsi barədə 16 mart 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsi və orqanizmin funksiyasının 61- 80 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək əlilliyin təyin olunmasından imtina haqqında 16 mart 2023-cü il və 11 may 2023-cü il tarixli qərarların ləğv edilməsini və qiymətləndirildiyi 16 mart 2023-cü il tarixdən orqanizmin funksiyalarının 61-80% pozulmasının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinə orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi üçün müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina barədə arayışında imtinanın səbəbi kimi “diaqnozun öz təsdiqini tapmaması. Diaqnoz əlillik əlaməti təyin etmir” qeyd edilmişdir. İddiaçı barəsində olan tibbi sənədlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçının xəstəliyinin diaqnozu “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvü xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxil olmalar, yaddaşın enməsi” müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 Nömrəli X8nın xx.xx.2023-cü il tarixli 2149 nömrəli rəyində də bu diaqnoz bir daha təsdiq edilmişdir. Həkim Psixiatr Komissiyasının qərarı ilə iddiaçıya “Baş beynin üzvi xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxilolmalarla, yaddaşın enməsi ilə. Anamnezində keçirilmiş işemik insult. F07.0, F06.7, F06.3” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13.05.tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında iddiaçının xəstəliyinin diaqnozu F07.0; F068; F320. kodla göstərilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının 11,03.2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAFFQ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı yerimişdir Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. (uniKal kod) Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 109 nömrəli Qərar verilmişdir Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın alın, nahiyəsində iki ədəd., başın sol təpə nahiyəsində bir ədəd köhnə çapıq toxumalar' diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağlamlığı ilə bağlı neç bir şikayət bildirməmiş, komissiyaya yoldaşının təkidi ilə təqaüd üçün gəldiyini fadə etmişdir Anamnestik məlumatlarənda asəbı olduğunu, yaddaşsızlıqdan əziyyət çəkdiyini, qəbul etdiyi dərmanların adını söyləyə bilməmiş, təxminən 5-6 il hərbidə olduğunu, lakin vəzifəsinin nə olduğunu xatırlamadığını ifadə etmişdir PSİXİ statusunda özünü əlləri ilə qucaqlamış oturmuş, göz kontaktı qurmaqdan qaçmış, verilən suallara "Sizi başa düşmürəm" və ya "yoldaşım bilir" kimi cavalar ifadə etmiş, sımulasiya edərək özünü əzgin, süst, yaddaş pozuntusu olan bir şəxs kimi təqdim etməyə çalışmışdır. Təqdim olunmuş X15 çıxarışında insult keçirdiyi qeyd olunsa da, aşağı və yuxarı ətraflarda parez. iflic müşahidə edilməmişdir X15 16.02 2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışda diaqnoz “Sol beyin y/kdə işemik insult kəskin dövr. Nitq pozulması, sağ tərəfli hemisindrom. Hipertoniya Xəstəliyi İİİ mərhələ" kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X15 xx.xx.2023-cü il tarixli Kranial KT müayinəsinin nəticəsi "Sağ serebral hemisfer kaudat nükleusda keçirilmiş serebrovaskulyar hadisəyə ıkıncıh subsantimetnk kıstıkensefalomalozık sahə diqqət çəkdi. Sol serebral hemisfer kaudat nükleus gövdəsində eyni anda internal kapsulya doğru uzanım göstərən ~1.5x1.5x2 sm sahəni əhatə edən yarımkəskin-xronik faza işemik insulta aid hipodens sahə qeyd edilir. İşemiya sahəsində hemorraqik transformasiya əlaməti qeyd edilmədi. Klmika ilə birgə dəyərləndirilməlidir' kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi "Diffuz rezidual-orqanik tipli dəyişikliklər fonunda mərkəziyə gicgah paylarının paroksizmi qeyd o'unur" kimi qeyd olunsa da. klinik olaraq öz'təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz "Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressıv daxilolmalarla, yaddaşın enməsi ilə" kimi qeyd olunsa da. klinik olaraq öz təsdiqini tapmamışdır. Zəfəran Hospitalın xx.xx.2023-cü il tarixli Baş beynin T1Ş T2 rejimli multiplanar MRT müayinəsinin nəticəsi Beyincik yarımkürələrində patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. Ponsda zəiffokal T2 hiperintensivliklərdaha çox xroniki işemik mikroanqıopatiya lehinə dəyərləndirilir. İV mədəciyin forması adidir. Körpü-beyincik bucaqları simmetrikdirlər, Hər iki serebral hemisferada diffuziya məhdudlaşması göstərməyən multifokal T2 hiperintensivliklər daha çox xronik işemik mikroanqıopatiya lehinə dəyərləndirilir. Yeni işemiya lehinə diffuziya məhdudlaşması aşkar edilmədi. Saqda baza! qanqHyaların antenorunda (kaudat nucleus baş hissəsində) qalıq dəyişikliklər lehinə lakunar kistozqliotik saha qeyd olunur. Baş-beyin yarımkürələrində patoloji həcm dəyişikliyi aşkar edilmir. Yan və İİİ mədəciklər genişlənməmişdir. Subaraxnoidal sahələr və beyin sulkusları yaşa uyğun not mal genişlikdədirlər İntra- .a parasellar nahiyyafərindəpatoloıi dəyişiklik təyin olunmur. Paranazal sinuslann onevmatızasıyası pozulmamışdır. Hər iki tərəfdə mastoid hücrələri hissəvi olaraq diploik qorünümdədir, Nazofarinks yuxari-arxa diyarı az dərəcədə qalınlaşmışdır. Servikal osteoxondrezu qeyd olunub kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci i tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası'nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları'na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin.2008-cı ıl 29 fevral tarixli 59 nömrəli Qərarı Hə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməs üçün əsaslara şəxsin eyni xəstəliklə' son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin. V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yanmbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrimə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləncirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imzailə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2839/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAFFQ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli 109 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində iki ədəd, başın sol təpə nahiyəsində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağlamlığı ilə bağlı heç bir şikayət bildirməmiş, komissiyaya yoldaşının təkidi ilə təqaüd üçün gəldiyini ifadə etmişdir. Anamnestik məlumatlarənda asəbi olduğunu, yaddaşsızlıqdan əziyyət çəkdiyini, qəbul etdiyi dərmanların adını söyləyə bilməmiş, təxminən 5-6 il hərbidə olduğunu, lakin vəzifəsinin nə olduğunu xatırlamadığını ifadq etmişdir. Psixi statusunda özünü əlləri ilə qucaqlamış oturmuş, göz kontaktı qurmaqdan qaçmış, verilən suallara “Sizi başa düşmürəm” və ya “yoldaşım bilir” kimi cavalar ifadə etmiş, simulasiya edərək özünü əzgin, süst, yaddaş pozuntusu olan bir şəxs kimi təqdim etməyə çalışmışdır. Təqdim olunmuş X15 çıxarışında insult keçirdiyi qeyd olunsa da, aşağı və yuxarı ətraflarda parez, iflic müşahidə edilməmişdir. X15 xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışda diaqnoz “Sol beyin y/kdə işəm i к insult kəskin dövr. Nitq pozulması, saq tərəfli hemisindrom. Hipertoniya Xəstəliyi İİİ mərhələ” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X15 xx.xx.2023-cü il tarixli Kranial KT müayinəsinin nəticəsi “Saq serebral hemisfer kaudat nükleusda keçirilmiş serebrovaskulyar hadisəyə ikincili subsantimetrik kistikensefalomalozik sahə diqqət çəkdi. Sol serəbral hemisfer kaudat nükleus gövdəsində eyni anda internal kapsulya doğru uzanım göstərən -1.5x1.5x2 sm sahəni əhatə edən yarımkəskin-xronik faza işemik insulta aid hipodens sahə geyd edilir. İşemiya sahəsində hemorragik transformasiya əlaməti geyd edilmədi. Klinika ilə birgə dəyərləndirilməlidir” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Diffuz rezidual-organik tipli dəyişikliklər fonunda mərkəz və gicgah paylarının paroksizmi geyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, yaddaşın enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Zəfəran Hospitalın xx.xx.2023-cü il tarixli Baş beynin T1Ş T2 rejimli multiplanar MRT müayinəsinin nəticəsi “ Beyincik yarımkürələrində patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. Ponsda zəif fokal T2 hiperintensivliklər daha çox xroniki işemik mikroangiopatiya lehinə dəyərləndirilir. İV mədəciyin forması adidir. Körpü-beyincik bucağları simmetrikdirlər. Hər iki serebral hemisferada diffuziya məhdudlaşması göstərməyən m u İtifokal T2 hiperintensivliklər daha çox xronik işemik mikroangiopatiya lehinə dəyərləndirilir. Yeni işemiya lehinə diffuziya məhdudlaşması aşkar edilmədi. Sağda bazal gangliyaların anteriorunda (kaudat nucleus baş hissəsində) galıg dəyişikliklər lehinə lakunar kistozgliotik saha geyd olunur. Baş-beyin yarımkürələrində patoloji həcm dəyişikliyi aşkar edilmir. Yan və İİİ mədəciklər genişlənməmişdir. Subaraxnoidal sahələr və beyin sulkusları yaşa uyğun normal genişlikdədirlər. İntra- va parasellar nahiyyələrində patoloji dəyişiklik təyin olunmur. Paranazal sinusların pnevmatizasiyası pozulmamışdır. Hər iki tarafda mastoid hücrələri hissəvi olarag diploik görünümdədir. Nazofarinks yuxari- arxa divarı az dərəcədə galınlaşmışdır. Servikal osteoxondrozu geyd olunur11 kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzşləşidirlmiş elektron X13 haqqında Arayışa əsasən İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın enməsi ilə diaqnozun mətni əlillik təyin edilməsindən imtina edilmişdir.

7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Çıxarışa əsasən İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın enməsi ilə diaqnozun mətni diaqnozun öz təsdiqini tapmır səbəbi ilə diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

8. TSEK-Müayinələr: - xx.xx.2023-cü il tarixində əsas üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin üzvi xəstəliyi nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın enməsi diaqnozun mətni ilə diaqnoz öz təsdiqini tamaması – diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi (travma məşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla. Kəllədaxili travmaların nəticələdir, Postravmatik ensefalopatiya. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Davranış pozuntuları diaqnozun mətni ilə diaqnoz öz təsdiqini tamaması – diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi (KBT-sı məşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və yaddaşın enməsi ilə. Davranış pozuntuları. Postravmatik ensefalopatiya diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyac olması – xəstəlik 1992-ci ildən başlanmasına baxmayaraq, 2019 və 2020-də qısa müddətli stasionar müalicə yazılıb, ancaq qeyd edilən stasionar müalicələr göndərişin tarixçədində yoxdur. Ağır psixixəstəlik yazılmasına baxmayaraq 2015-ci ilə kimi əmək müqaviləsi olub. xx.xx.2019-cu ildə sağlmalıq haqqında arayış təqdim edərək ABCD kateqoriyalı sürücülük vəsiqəsi alıb, diaqnoz şübhə doğurur səbəbi ilə imtina edilmişdir. - xx.xx.2019-cu il tarixində F60.3. Şəxsiyyətin emosional davamsız pozzuntusu, Başbeyinin üzvü xəstəliyi (travmatik mənşəli) kəskin nəzərə çarpan emosional davamsız şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla və yaddaşın enməsi ilə. Ağırlaşma F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəskin nəzərə çarpan şəxsiyyət dəyişiklikləri. Yanaşı xəstəliklər İ67.4 Hipertenziv enseffalopatiya. Postravmatik ensefalopatiya. Yanaşı xəstəliklər H52.0 Hipermetropiya, OU-Hipermetropiya VİS OU=0.3 k/ilə 0.9. Yanaşı xəstəliklər F45.3 vegetativ sinir sisteminin somatoform disfunksiyası, Asteno-nevrotik sindrom, Yanaşı xəstəliklər İ11 Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ dərəcə diaqnozun mətni ilə göndərişin natamam doldurulması – 1992-ci ildən xəstə olmasına baxmayaraq son illərə qədər ambulator və stasionar müalicələr qeyd edilməməsi səbəbi ilə imtina edilmişdir.

9. Xəstəliyə görə ambulator müraciətlər: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2022 xx.xx.0001 01.01.001 F07.8 Baş beynin xəstəliyi, travması və xx.xx.2022 xx.xx.0001 01.01.001 disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları H52.0 Hipermetropiya xx.xx.2023 xx.xx.0001 xx.xx.0001

10. Stasionar müalicə aldığı müəsisələr: 2 nömrəli X8 xx.xx.2019 xx.xx.2019 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X8 xx.xx.2019 xx.xx.2019 0 F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu 2 nömrəli X8 xx.xx.2019 xx.xx.2019 16 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X8 xx.xx.2020 xx.xx.2020 22 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X8 xx.xx.2020 xx.xx.2020 20 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X8 xx.xx.2020 xx.xx.2020 14 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X8 xx.xx.2021 xx.xx.2021 18 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu 2 nömrəli X8 xx.xx.2022 xx.xx.2022 20 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu

11. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? - İddiaçı müayinəsi zamanı xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?

12. Məhkəmə-tibbi Ekspertiza və X14 X21 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, T 230/2024 nömrəli Ekpert Rəyində qeyd olunmuşdur ki, SN-nin “MTE və PA Birliyin” PHŞ müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun tibbi sənədlərindən görünür ki, o, 2 nömrəli X2 14-xx.xx.2024-cü il tarixlərdə “F07.0; F06.7; F06.3- Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə. Anamnezində keçirilmiş işemik insult.” diaqnozu ilə müalicədə olmuşdur.

13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəməpsixiatriya ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı “F07.0; F06.7; F06.3 - Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə, anamnezində keçirilmiş işemik insult.” diaqnozu təsdiq olunurmu? - “F07.0; F06.7; F06.3 - Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə, anamnezində keçirilmiş işemik insult.” diaqnozu əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olmasına (məsələn, yüksək intihar riski zamanı) səbəb olurmu? - “F07.0; F06.7; F06.3 - Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə, anamnezində keçirilmiş işemik insult.” diaqnozu məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinə səbəb olurmu?

14. Məhkəmə Psixiatrik Ekspertiza X20 Şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 2234 nömrəli Ekpert Rəyində qeyd olunmuşdur: “Nəticə hissəsi: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hal-hazırda İddiaçı Üzvi mənşəli (keçirilmiş beyin insultundan sonra) demensiya, davranış pozuntuları ilə və anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - anamnestik məlumatlara görə 1992-ci ildə hərbi xidmətdə olduğu zaman mərmi partlaması zamanı başından xəsarət alması, bununla əlaqədar hərbi hospitalda müalicədə olması, son illər hipertoniya xəstəliyindən əziyyət çəkməsi, sonradan isə 2022-ci ildə beyin insultu keçirməsi, bununla əlaqədar X16 stasionar müalicədə olması, keçirdiyi insultdan sonra son iki ildə psixi vəziyyətində dəyişikliklər baş verməsi, yaddaş pozuntusu biruzə verməsi, səbəbsiz əsəbiliklər, ailə üzvləri ilə davranışında yerinə düşməyən hərəkətlərə yol verməsi, yuxu pozuntusu, əsassız fikirlər söyləməsi, eyni sözü dəfələrlə təkrarlaması nəzərə çarpması, özünü öldürəcəyi barəsində fikirlər söyləməsi, şəxsi gigiyenasına fikir verməməsi müşahidə edilməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər 2 saylı X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, yaddaşın enməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması, sonradan Bakı şəhər 2 saylı X6 xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçdiyi zaman onda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, yaddaşın enməsi ilə. Anamnezində keçirilmiş işemik insult” diaqnozu müəyyən edilməsi, Zəfəran Hospitalında 16.01,2023-cü il tarixdə Baş beynin T1 ,T2 rejimli multiplanar MRT-dən keçdiyi zaman onda aşkar edilənlərin xronik işemik mikroangiopatiya lehinə dəyərləndirilirməsi, Bakı şəhər 2 saylı X9 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli elektroensefaloqrafiya müayinəsində nəticə hissəsində “Diffuz rezidual-orqanik tipli dəyişikliklər” müəyyən edildiyi göstərilməsi, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş müalicələri ev şəraitində qəbul etməsi, hazırki müayinə zamanı cari vaxtın tarixini göstərə bilməməsi, təfəkkürü konkretdir, tempinə görə ləng olması, ünsiyyətə həvəssiz daxil olması, verilən sualları cavablandırdığı zaman çox fikirləşir, yada salmaqda çətinliyi nəzərə çarması, sağlamlığı ilə bağlı şikayətlərini soruşduqda şikayətlərinin ifadə edə bilməməsi, sanki verilən sualları dərk etməməsi, neçə övladının olduğunu, onların adlarını soruşduqda çaşqınlığı biruzə verməsi, təkrar soruşduqda fikirləşsə də, cavablandıra bilməməsi, emosional reaksiyalarının davamsızlığı, sorğunun gedişatında tez yorulması, kövrəlməsi, diqqətinin cəmləşdirməsində çətinlik olması, bəzən isə verilən sualları cavablandıra bilməməsi, çaşqınlığı nəzərə çarpası, keçirilən müayinənin məqsədini dərk etməməsi, gedişinə maraq göstərməsi və s. sübut edir. İİ Yekun hissəsi. İnzibati iş materialı, materiala əlavə edilmiş tibbi sənədlərin və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı “F07.0, F06.7, F06.3 - Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə, anamnezində keçirilmiş işemik insult” diaqnozu təsdiq olunurmu? Cavab: Hazırki müayinə zamanı yoxlanılan şəxsdə Üzvi mənşəli (keçirilmiş beyin insultundan sonra) demensiya, davranış pozuntuları ilə və anamnezində keçirilmiş kəlləbeyin travması müəyyən edilir. 2-ci sual: “F07.0, F06.7, F06.3 - Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə, anamnezində keçirilmiş işemik insult.” diaqnozu əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olmasına (məsələn, yüksək intihar riski zamanı) səbəb olurmu? 3-cü sual: “F07.0, F06.7, F06.3 - Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə, anamnezində keçirilmiş işemik insult.” diaqnozu məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq), təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinə səbəb olurmu? Cavab: 2-ci və 3-cü suallara cavab olaraq ekspert komissiyasının üzvləri bildirir ki, qərarda qoyulmuş həmin suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir.

15. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Bakı ş. Nizami RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçıh oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin oktyabr ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın alın nahiyəsində iki ədəd, başın sol təpə nahiyəsində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SH.XÇDX-nin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2019-cu il tarixli 1 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 14 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2019-cu il tarixli 15 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”.

16. İddiaçı adına tibb müssəsiləri tərəfindən tərtib olunmuş ambulator kitabçaladan (xəstəlik tarixindən) çıxarışlar iş materiallarına əlavə olunmuşdur.

17. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndələri (vəkili və arvadı) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

İİ. İddianın növü və mümkünlüyü

18. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

20. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

21. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

22. Hazırki iddia məcburetməyə dair iddiadır.

23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

24. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti sonuncu xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2023-cü il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir (diaqnoz əlillik təyin etmir). Həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

25. İddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2023-cü il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.

26. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

28. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) 1-ci Qarabağ müharibəsində 1992-ci ildə başından zədə almışdır.Dəfələrlə xəstəxanada müalicə olunmuşdur.Lakin yaxşılaşma olmayıb.Şikayətləri əsəbilik,yuxusuzluq,baş ağrısı,səbrsizlik,tez özündən çıxma.Psixi status:Zahirən gərgindir, əsəbidir,səbrsizdir. Bələdliyi hər üç halda formaldır. Ünsiyyətə həvəssiz qoşulur.Suallara qısa, sərt cavablar verir. Fikirlərini ardıcıl ifadə etməkdə çətinlik çəkir. Təfəkkürü torpiddir. Yaddaşı zəifdir.Qıcığa həssasdır. Tez qəzəblənməyə meyllidir. Emosional iradi-sferası qeyri-sabitdir. Əhval-ruhiyyə fonu aşağıdır. Maraq dairəsi daralıb. Öz psixi vəziyyətinə qarşı tənqidi münasibəti formaldır. - Əsas diaqnoz. F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, depressiv daxilolmalar, yaddaşın enməsi ilə - Ağırlaşma. F06.8. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular. Baç beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın enməsi ilə. - Ağırlaşma. F32.0. Yüngül dərəcəli depressiv epizod. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərəçarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, yaddaşın enmələri ilə. - Həkim müayinəsi nəticəsində F07.0 (üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, depressiv daxilolmalar, yaddaşın enməsi ilə) diaqnozu qoyulmuş, beyin MRT müayinəsinin nəticəsində ponsda zəif fokal T2 hiperintensivliklər daha çox xroniki işemik mikroangiopatiya lehinə dəyərləndirilir. Hər iki serebral hemisferada diffuziya məhdudlaşması göstərməyən multifokal T2 hiperintensivliklər daha çox xronik işemik mikroangiopatiya lehinə dəyərləndirilir. Yeni işemik lehinə diffuziya məhdudlaşması aşkar edilmədi. Sağda bazal qangliyaların anteriorunda (kaudat nucleus baş hissəsində) qalıq dəyişikliklər lehinə lakunar kistoz-qliotik sahə qeyd olunur. Hər iki tərəfdə mastoid hücrələri hissəvi olaraq diploik görünümdədir. Nazofarinks yuxarı-arxa divarı az dərəcədə qalınlaşmışdır. Servikal osteoxondrozu qeyd olunur. null.

29. Səhiyyə Nazirliyinin “MTE” və “PAB” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T 230/2024 nömrəli Ekpert Rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərindən görünür ki, o, 2 nömrəli X2 14-xx.xx.2024-cü il tarixlərdə “F07.0; F06.7; F06.3- Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin nəzərə çarpan şəxsiyyət dəyişikliyi depressiv daxil olunmalarla, yaddaşın enməsi ilə. Anamnezində keçirilmiş işemik insult.” diaqnozu ilə müalicədə olmuşdur.

30. Məhkəmə Psixiatrik Ekspertiza X20 Şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 2234 nömrəli Ekpert Rəyinə əsasən müayinə zamanı yoxlanılan şəxsdə (İddiaçı) üzvi mənşəli (keçirilmiş beyin insultundan sonra) demensiya, davranış pozuntuları ilə və anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir (ekspert rəyi İddiaçı məxsus tibbi sənədlər və cari müayinə nəticəsində verilmişdir). Belə ki, bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri anamnestik məlumatlara görə 1992-ci ildə hərbi xidmətdə olduğu zaman mərmi partlaması zamanı başından xəsarət alması, bununla əlaqədar hərbi hospitalda müalicədə olması, son illər hipertoniya xəstəliyindən əziyyət çəkməsi, sonradan isə 2022-ci ildə beyin insultu keçirməsi, bununla əlaqədar X16 stasionar müalicədə olması, keçirdiyi insultdan sonra son iki ildə psixi vəziyyətində dəyişikliklər baş verməsi, yaddaş pozuntusu biruzə verməsi, səbəbsiz əsəbiliklər, ailə üzvləri ilə davranışında yerinə düşməyən hərəkətlərə yol verməsi, yuxu pozuntusu, əsassız fikirlər söyləməsi, eyni sözü dəfələrlə təkrarlaması nəzərə çarpması, özünü öldürəcəyi barəsində fikirlər söyləməsi, şəxsi gigiyenasına fikir verməməsi müşahidə edilməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər 2 saylı X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, yaddaşın enməsi ilə” diaqnozu ilə stasionar müalicədə olması, sonradan Bakı şəhər 2 saylı X6 xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçdiyi zaman onda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, yaddaşın enməsi ilə. Anamnezində keçirilmiş işemik insult” diaqnozu müəyyən edilməsi, Zəfəran Hospitalında 16.01,2023-cü il tarixdə Baş beynin T1 ,T2 rejimli multiplanar MRT-dən keçdiyi zaman onda aşkar edilənlərin xronik işemik mikroangiopatiya lehinə dəyərləndirilirməsi, Bakı şəhər 2 saylı X9 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli elektroensefaloqrafiya müayinəsində nəticə hissəsində “Diffuz rezidual-orqanik tipli dəyişikliklər” müəyyən edildiyi göstərilməsi, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş müalicələri ev şəraitində qəbul etməsi, hazırki müayinə zamanı cari vaxtın tarixini göstərə bilməməsi, təfəkkürü konkretdir, tempinə görə ləng olması, ünsiyyətə həvəssiz daxil olması, verilən sualları cavablandırdığı zaman çox fikirləşir, yada salmaqda çətinliyi nəzərə çarması, sağlamlığı ilə bağlı şikayətlərini soruşduqda şikayətlərinin ifadə edə bilməməsi, sanki verilən sualları dərk etməməsi, neçə övladının olduğunu, onların adlarını soruşduqda çaşqınlığı biruzə verməsi, təkrar soruşduqda fikirləşsə də, cavablandıra bilməməsi, emosional reaksiyalarının davamsızlığı, sorğunun gedişatında tez yorulması, kövrəlməsi, diqqətinin cəmləşdirməsində çətinlik olması, bəzən isə verilən sualları cavablandıra bilməməsi, çaşqınlığı nəzərə çarpası, keçirilən müayinənin məqsədini dərk etməməsi, gedişinə maraq göstərməsi və s. sübut edir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 32.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) və ekspert rəyi ilə təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (Beynin MRT müayinəsi) əsaslanmışdır. Həmin instrumental müayinənin nəticəsi məhkəmə icraatı zamanı digər tibb müəssisələri tərəfindən də (2 nömrəli X3 xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə; X18 xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə tərtib olunmuş xəstəlik tarixləri (ambulator kitabları) ilə) təsdiqlənmişdir.

33. Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəylərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2019-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (2 nömrəli X8, X19, X22) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

34. Məhkəmə eyni zamanda nəzərə alır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) 2 ildən artıq müddətdir (2019-cu ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir.

35. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə əlillik təyin edilməlidir. 36.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

37. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

38. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

39. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

40. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

41. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

42. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

43. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

44. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlar ləğv edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz müəyyən edilməsi (İİ dərəcə əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar