Məhkəmə qərarları › İş №2-1(112)-1341/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1341/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1341/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «aktın, qərarın ləğv edilməsi, qərarla hesablanmış əlavə vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi, bəyannamələrdəki səhvləri nəzərə alaraq iddiaçının məsuliyyətinin müəyyən olunmaması, hesabatlara əsaslanaraq vergi hesablanması hərəkətlərinin qanunsuz sayılması, icarə müqavilələrinin şərtlərinin qəbul edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh AR İİN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «aktın, qərarın ləğv edilməsi, qərarla hesablanmış əlavə vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi, bəyannamələrdəki səhvləri nəzərə alaraq iddiaçının məsuliyyətinin müəyyən olunmaması, hesabatlara əsaslanaraq vergi hesablanması hərəkətlərinin qanunsuz sayılması, icarə müqavilələrinin şərtlərinin qəbul edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 ərizə təqdim edərək cavabdehlə qarşılıqlı razılaşmaya əsasən mübahisənin həll olunduğunu bildirdi və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in normalarına uyğun olaraq baxılmalıdır. MPM-in işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq, habelə iddiaçının ərizəsi və digər sənədlərin işə baxılmadan qaytarılması barədə məhkəməyə müraciətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X3 cavabdeh AR Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı «yeni məlumat vərəqəsinin tərtib olunması» tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçının nümayəndəsinə izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. İPM-in 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Şərh olunanlara əsasən və İPM-in 1.2, 81.1-ci maddələrini, MPM-in 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdeh AR İİN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «aktın, qərarın ləğv edilməsi, qərarla hesablanmış əlavə vergi məbləğinin və tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi, bəyannamələrdəki səhvləri nəzərə alaraq iddiaçının məsuliyyətinin müəyyən olunmaması, hesabatlara əsaslanaraq vergi hesablanması hərəkətlərinin qanunsuz sayılması, icarə müqavilələrinin şərtlərinin qəbul edilməsi» tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar