Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1343/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır ixtisası riyaziyyat müəllimi, işləmir) iştirakı ilə, İddiaçılar İddiaçı və X4 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “ünvan 1 ünvana qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X11 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “İddiaçı, X12, övladları X7, X8 və X14 ünvan 1 ünvana qeydiyyata alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsi tərəfindən, İddiaçı, arvadı X12, övladları X7, X8 və X14 ünvan 1 ünvanına qeydiyyata alınmasından imtina etmişlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sabunçu rayonunda inşa edilmiş 81 mənzil yaşayış binasındakı mənzillərin Qarabağ müharibə əlilləri və şəhid ailələrinə bölgüsünün həyata keçirilməsi məqsədi ilə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 nömrəli əmrlə yaradılmış Komissiyanın 11 yanvar 2011-ci il tarixli qərarı ilə iddiaçıya 2-ci qrup əlil kimi 4 nəfər ailə üzvü olmaqla 2 otaqlı mənzil verilmişdir. İddiaçı ailəsi ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzilə köçürülmüş və hal-hazırda həmin ünvanda yaşayır. Lakin qeydiyyatda əvəllər olduğu Y.Ramanı qəsəbəsi, Qarayev küçəsi, Əlillər evi, ev 14 ünvanında uşaqları ilə birgə qalmışdır. İddiaçılar yaşadıqları ünvan üzrə qeydiyyata alınması barədə cavabdehə müraciət etsələr də, müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı X11 məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh məhkəməyə ünvanlanmış məktublarında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, işə iddiaçı X11 və cavabdehin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Şəki rayonunda doğulmuşdur, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Qarayev küçəsi, Əlil\Evi, ev 14 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE 07718801 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X3 rayonunda doğulmuşdur, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev. 1A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE 12407540 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X1 rayonunda doğulmuşdur, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Qarayev küçəsi, Əlil\Evi, ev 14 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE 12179903 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X2 rayonunda doğulmuşdur, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Qarayev küçəsi, Əlil\Evi, ev 14 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AZE 11586149 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X6 rayonunda doğulmuşdur, Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Qarayev küçəsi, Əlil\Evi, ev 14 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış 09.07.2020-ci il tarixli məktubuna əsasən iddiaçıların ünvan 1 ünvana qeydiyyata alınması barədə müraciəti cavabdeh tərəfindən təmin edilməsi imkan xaricindədir, inzibati məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur. Nazirliyin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Sabunçu rayonunda inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın 11 yanvar 2011-ci il tarixli iclasının qərarından çıxarışına əsasən, 2-ci qrup əlil, X26 Əmək və İstirahət evində sahəsi 16 kv.m olan 1 otaqda 4 nəfər ailə üzvü ilə qeydiyyatda olmaqla dövlət təminatında yaşayan İddiaçı Sabunçu rayonunda inşa olunmuş, 81 mənzilli yaşayış binasındakı 2 otaqlı , ümumi sahəsi 91,69 kv. m faydalı sahəsi 42,24 kv.m olan 4 nömrəli mənzil ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ASAN Xixmət mərkəzinə ünvanladığıı 19 iyul 2019-cu il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Sabunçu rayonunda inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bölgüsünün həyata keçirilməsi məqsədilə 2010-cu il 08 noyabr tarixli, 11/7-143 nömrəli əmrlə yaradılmış Komissiyanın 2011-ci il 11 yanvar tarixli iclasının qərarı ilə Nuriyev X5 rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi, ev 6 ünvanında 2-ci mərtəbədə yerləşən 4 nömrəli ümumi sahəsi 91,69 kv.m olan 2 otaqlı mənzillə təmin olunmuşdur. İddiaçı 4 (dörd) nəfər ailə üzvü ilə birlikdə, (arvadı X12, övladları X7, X8 və X23) qeyd edilən mənzilə daimi pasport qeydiyyatına götürülməsi barədə göstəriş verilməsini xahiş etmişlər. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, İddiaçı 2-ci qrup əlildir, xx.xx.1975-ci il təvəllüdlüdür, hal-hazırda Bakı şəhəri, Yeni Ramana qəsəbəsi, Qarayev küçəsi, Əlil\Evi, ev 14 ünvanında qeydiyyatdadır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bölgüsünün həyata keçirilməsi məqsədilə 2010-cu il 08 noyabr tarixli, 11/7- 143 nömrəli əmrlə yaradılmış Komissiyanın 2011-ci il 11 yanvar tarixli iclasının qərarı ilə İddiaçı ünvan 5 ünvanında 2-ci mərtəbədə yerləşən 4 nömrəli mənzilin ümumi sahəsi 91,69 kv.m olan 2 otaqlı mənzillə təmin olunmuşdur. İddiaçılar qeyd edilən mənzildə yetkinlik yaşana çatmayan uşaqları ilə qanuni əsaslarla yaşamasına bağmayaraq pasport qeydiyyatına alınması barədə cavabdeh orqana müraciətləri təmin edilməmişdir. Odur ki, iddiaçılar iddia ərizəsi ilə məkhəməyə müraciət etmişdirlər. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin müılkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi,yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən “yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” - İddiaçı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi, ev 6 ünvanında 4 nömrəli mənzillə təmin olunması barədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bölgüsünün həyata keçirilməsi məqsədilə 2010-cu il 08 noyabr tarixli, 11/7-143 nömrəli əmrlə yaradılmış Komissiyanın 2011-ci il 11 yanvar tarixli iclasının qərarı iddiaçıların və onların yetkinlik yaşına çatmayan övladların həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, nzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;. Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə görə, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Sözügedən Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.. Sözügedən Məcəllənin 68.2-ci maddəsinəuyğun olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı, X12, övladları X7, X8 və X14 ünvan 1 ünvana qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2.2-ci, 4.1-ci, 62-ci, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı, X12, övladları X7, X8 və X14 ünvan 1 ünvana qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1343/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1343/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver