Məhkəmə qərarları › İş №2-1(112)-1343/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1343/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1343/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı”adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.2016-cı il tarixədək N saylı hərbi hissənin təmir bölüyündə hərbi xidmətdə qulluq etmiş, Laçın, Kəlbəcər, Ağdərə istiqamətində döyüşlərdə iştirak etmişdir. xx.xx.N3-cü il tarixdə Kəlbəcər rayonu erməni seperatçıları tərəfindən işğal olunduğu üçün N saylı hərbi hissənin dislokasiya yeri (Xanlar) indiki Göygöl rayonunun Hacıkənd kəndində yerləşdirilmişdir. N3cü ilin dekabr ayında ayaq barmaqlarını don vurduğuna görə iddiaçı 10 gün müddətində evə məzuniyətə buraxılmış, N4-cü il yanvar ayında müalicə alaraq, yenidən hərbi hissəyə qayıtmışdır. Yanvar-fevral aylarında hərbi hissə Kəlbəcər rayonunu geri qaytarmaq üçün hücuma keçmiş, fevral ayının axırlarında iddiaçı təmir bölüyü ilə mühasirədən çıxaraq, Hacıkənd kəndinə qayıtmışdır. Oradan şəxsi heyəti yenidən yığmaq üçün Seyfəli poliqonuna göndərilmiş, N4-cü ilin mart ayında hərbi hissəsi Füzuli rayon istiqamətinə göndərilmiş, N4-cü ilin aprel ayında Füzuli rayonundan Ağdam rayonuna göndərilmiş və 12 may N4-cü il tarixində atəşkəs elan olunmuşdur. Həmin vaxt iddiaçı hərbi xidmətini davam etdirmiş, lakin ayaq barmaqları əziyyət verdiyi üçün komandir tərəfindən müalicəyə göndərilmişdir. Bundan sonra iddiaçı hərbi hissəyə qayıtmış və ona bildirilmişdir ki, o, tərxis olunmuş, hərbi bileti qeydiyyatda olan hərbi komissarlığa göndəriləcək. xx.xx.2015ci il tarixində iddiaçı hərbi biletini almaq üçün hərbi komissarlığa müraciət etmiş, lakin ona bildirilmişdir ki, hərbi bileti itirilib və iddiaçıya onu əvəz edən hərbi bilet veriləcək. İddiaçı döyüşlərdə iştirak etdiyi üçün Müdafiə Nazirliyinin Arxiv İdarəsinə və Müharibə Veteranı adı və vəsiqəsinin verilməsi üçün Komissiyaya müraciət etmiş, lakin xx.xx.2016-cı il tarixdə ona imtina edilərək bildirilmişdir ki, hərbi hissəyə qəbul olunması barədə əmr var, tərxis olunması barədə isə heç bir məlumat yoxdur. İddiaçı sonradan yenidən Mərkəzi Arxiv İdarəsinə sorğu göndərmiş, ona verilən arayışda fərarilikdən sonra gəlib hərbi hissədə qulluğunu davam etdirdiyi yazılmışıdr. İddiaçı təkrarən sənədlərini toplayıb Komissiyaya təqdim etmiş, lakin növbəti dəfə guya dəfələrlə fərarilik etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan dövrlərdə müvafiq əmr olmadan silah-sursat daşınması üçün başqa hərbi hissələrə, habelə Bakı şəhərinə gedib-gəlmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər”sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatı”nın 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 01 fevral 2022-ci il tarixli 4/2-580 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman dəfələrlə hərbi hissəni özbaşına tərk etmişdir. İddiaçı xidmət yerini tərk etməsi qüvvədə olan Veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini birbaşa istisna edir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslər müharibə veteranı sayıla bilməz. Müdafiə Nazirliyi hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməməsi, onun barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi hallarının olmaması ona müharibə veteranı adının və vəsiqəsinin verilməli olmasını təsdiq edən hal deyildir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan zaman hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Müdafiə Nazirliyi hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus AO № ******* saylı xx.xx.N6-cı il tarixli itmiş hərbi biletin yerinə verilmiş hərbi biletdən görünür ki, o, xx.xx.N2-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.N6-cı il tarixdə hərbi qeydiyyatdan çıxarılmışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-4649 saylı iddiaçıya ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya'’nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-580 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni dəfələrlə özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.” - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-580 saylı arxiv arayışından görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı Bəymoviç oğlu N №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli 62 №-li əmrilə (əsas: səh.-76, §2, sıra-78; qeydi əmrdə atasının adı “Bəymoviç” yazılmış, vəzifəsi qeyd edilməmişdir) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməklə müvafiq vəzifəyə təyin olunmuşdur. Təmir bölüyünün sıravisi İddiaçı Bəyimoviç oğlu N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli 94 №-li əmrilə (əsas: səh-53, §2, sıra-26; qeyd: əmrdə atasının adı “Bəyimoviç" yazılmış, ezam olunduğu yer qeyd edilməmişdir) döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. Təmir bölüyünün hərbi qulluqçusu İddiaçı Baim oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 130 №-li əmrilə (əsas: səh.-27, §1, sıra-32; qeyd: əmrdə atasının adı “Baim” yazılmışdır) ərzaqla təmin edilmişdir. Təmir bölüyünün çavuşu İddiaçı Baim oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü tarixli 146 №-li əmrilə (əsas: səh.-5, §3; qeyd: əmrdə atasının adı “Baim”; hərbi rütbəsi “çavuş" yazılmışdır) “bölmə komandiri” vəzifəsinə təyin olunmuşdur. Fərarilkdən qayıtdığı üçün Təmir bölüyünün sıravi əsgəri İddiaçı Baim oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 13 №-li əmrilə (əsas: §4.2; qeyd: əmrdə atasının adı “Baim” yazılmışdır) yenidən Təmir bölüyündə bütün növ təminatlarla təmin olunmuşdur. xx.xx.N4-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün Təmir bölüyünün əsgəri, sıravi İddiaçı Bəim oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 255 №-li əmrilə (əsas: səh.-37, §2; qeyd: əmrdə atasının adı “Bəim” yazılmışdır) təminatlardan azad edilərək, ştatdan kənar edilmişdir. N №-li hərbi hissə komandirinin avqust N6-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-ci il tarixli 9/2-4264 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız 11 aprel 2016-ci il tarixli 1/A-2677 №-li sorğunuza cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığından İddiaçı Bəyimoviçin xidməti barədə məlumat verə bilmirik.” - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin iddiaçıya verilmiş xx.xx.2015-ci il tarixli 9/2-5800 saylı arxiv arayışdan görünür ki, “N № hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 № əmrilə şəxsi heyətin siyahısına, bütün növ siyahılara salınaraq, “sıravi” hərbi rütbəsi verilmiş (əsas: sıra 78, §-2, səh.116 ) və komandirin xx.xx.N2-ci il tarixli 94 №-li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir (əsas: sıra 26 . §-2, səh. 173 ). Qeyd edirik ki, N № hərbi hissənin əlifba qeydiyyatı kitablarında və komandirin nizami hissə üzrə əmrlərində may N4-cü il tarixlərdə sonrakı xidmətiniz barədə məlumat aşkar edilməmişdir.” - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli 368- 10306A-3221 saylı arayışından görünür ki, iddiaçının məhkumluğu yoxdur. - Məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-8842 saylı məktubu ilə təqdim edilmiş məlumatlardan görünür ki, Suraxanı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı Bəymoviç N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 №-li əmrilə (əsas: §-2, səh-76, sıra-78; əmrdə atasının adı “Bəymoviç" yazılmış, vəzifəsi yazılmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməklə müvafiq vəzifəyə təyin olunmuşdur. Təmir bölüyünün əsgəri, sıravi İddiaçı Bəyimoviç N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 94 №-li əmrilə (əsas: §-2, səh-53, sıra-26, əmrdə atasının adı “Bəyimoviç” yazılmış, ezam olunduğu yer göstərilməmişdir) döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 130 №-li əmrində (əsas: §-1, səh-27, sıra-32, əmrdə atasının adı “Baim" yazılmışdır) Təmir bölüyünün hərbi qulluqçusu İddiaçı Baim oğlunun ərzaqla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 146 №-li əmrində (əsas: §-3, səh-5, əmrdə atasının adı “Baim”, hərbi rütbəsi “çavuş" yazılmışdır) Təmir bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı Baim oğlunun “bölmə komandiri” vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 13 №-li əmrində (əsas: §-4.2, əmrdə atasının adı “Baim” yazılmışdır) fərarilikdən qayıtdığı üçün Təmir bölüyünün əsgəri, sıravi İddiaçı Baim oğlunun yenidən Təmir bölüyündə bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 255 №-li əmrində (əsas: §-2, səh-37, əmrdə atasının adı “Bəim” yazılmışdır) xx.xx.N4-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün Təmir bölüyünün əsgəri, sıravi İddiaçı Bəim oğlunun təminatlardan azad edilərək, ştatdan kənar saxlanılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin avqust N6-cı İl tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində saxlanılan iddiaçıya məxsus uçot kartasının surətindən görünür ki, iddiaçı N saylı hərbi hissəyə xx.xx.N2-ci il tarixli 62 №-li əmri ilə qəbul edilmiş, lakin xx.xx.N6-cı il tarixə qədər xidməti barədə məlumat yoxdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən görünür ki, döyüş əməliyyatlarında iştirak edən şəxslərə o halda müharibə veteranı adı verilə bilər ki, digər əsasların mövcud olması ilə bərabər həmin şəxsin qanuni hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə mötəbər sübutlarla təsdiq edilsin. İş materiallarına əlavə olunmuş sənədlərdə isə iddiaçının ordu sıralarında hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin tədqiq olunan arxiv arayışına görə iddiaçı N № hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 № əmrilə şəxsi heyətin siyahısına, bütün növ siyahılara salınaraq, “sıravi” hərbi rütbəsi verilmiş və komandirin xx.xx.N2-ci il tarixli 94 №li əmrilə döyüş tapşırığını yerinə yetirmək üçün ezam edilmiş, xx.xx.N3-cü il tarixli 146 №-li əmrlə təmir bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı Baim oğlu “bölmə komandiri” vəzifəsinə təyin edilmiş, lakin N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 13 №-li əmri ilə fərarilikdən qayıtdığı üçün təmir bölüyünün əsgəri, sıravi kimi yenidən bütün növ təminatlarla təmin edilmiş, xx.xx.N4-cü il tarixli 255 №-li əmrlə xx.xx.N4-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün təminatlardan azad edilərək, ştatdan kənar saxlanılmışdır. N №-li hərbi hissənin əlifba qeydiyyatı kitablarında və komandirin nizami hissə üzrə əmrlərində may N4-cü il tarixlərdə sonrakı xidməti barədə məlumat ümumiyyətlə aşkar edilməmişdir. Həmçinin də məhkəmə sorgusu ilə tələb edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsində saxlanılan iddiaçıya məxsus uçot kartasından da görünür ki, iddiaçı N saylı hərbi hissəyə xx.xx.N2-ci il tarixli 62 №-li əmrlə qəbul edilmiş, lakin xx.xx.N6-cı il tarixə qədər xidməti barədə məlumat yoxdur. İddiaçı döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmədiyini əsaslandırmaga çalışsa da, məhkəmədə ona verilən suallara cavab olaraq xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan dövrlərdə müvafiq əmr olmadan silah-sursat daşınması üçün başqa hərbi hissələrə, habelə Bakı şəhərinə gedib-gəldiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı N saylı hərbi hissəni özbaşına tərk etmişdir. Bu hal isə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən iddiaçıya veteran statusunun verilməsini istisna edir. Beləliklə də iddiaçının qanuni əsaslarla hərbi hissədə xidmət etməsi barədə məlumat təqdim olunmadığından ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsindən əsaslı olaraq imtina edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsaslarla ordu sıralarında xidmət etməsi barədə sübutlar müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə, “Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdə olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsini istisna edir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə hərbi hissədə qanuni əsaslarla hərbi xidmət etməsini sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi əsassız oldugundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar