Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1344/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “pensiya məbləğinin azaldılmasının qanunsuz hesab edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 20.06.2012-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarına əsasən 1 nömrəli siyahı ilə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını və pensiyasının yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik onun hesabına köçürülməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 321 saylı qərarının 1100000a-19861 nömrəli koduna uyğun olduğunu nəzərə alaraq ƏƏSMN-nin DSMF-nun Bakı şəhəri Xəzər rayon şöbəsinə 2019cu ilin may ayında təqdim etdiyi ərizəsinə əsasən ona 20.06.2012-ci il tarixdən birinci siyahı ilə 52 yaşından təyin olunaraq, 2019-cu ilin iyun ayından etibarən 2020-ci ilin may ayınadək hər ay ödənilərək qeyri-qanuni dayandırılan pensiyasının (əlavə bölünən məbləğ daxil olmaqla) bərpa edilərək ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən əmək pensiya məbləğinin 422,30 manatdan 404,59 manata azaldılmasının və artıq ödənilmiş 2.831,85 manat pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə 01.05.2020-31.03.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 80,91 manat olmaqla əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsinin qanunsuz hesab edilməklə dayandırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona ƏƏSMN-ın yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 20 iyun 2017-ci il tarixdən 57 yaşından İİ siyahı ilə pensiya təyin edilmişdir. 2019-cu ilin may ayında ərizə ilə ƏƏSMN-ın yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə müraciət etmiş, müraciəti əsasında ona 52 yaşından 20 iyun 2012-ci il tarixdən pensiya təyin edilərək, 01 iyun 2019-cu il tarixdən 404,59 manat əsas pensiyasını və əlavə olaraq keçmişdə toplanan məbləğdən 404,59 manat əlavə olunmaqla ayda 809,18 manat ödənilirmiş, lakin 2020-ci ilin may ayından pensiya ödənişi ƏƏSMN-ın yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən dayandırılaraq ƏƏSMN-ın yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ona pensiya ödənilərkən pensiyasının məbləği 809,18 manat deyil, 324 manat ödənilmiş, 31 may 2020ci tarixdə rəsmi olaraq ƏƏSMN-ın yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, müraciətində, onun işlədiyi “ 28 may NQÇİ”-də dəniz şəraitində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 1100000a-19861 koduna uyğun olaraq güzəştli şərtlərlə birinci siyahı ilə 52 yaşından yəni, 20.06.2012-ci il tarixdən pensiyası bərpa edilərək hesabına köçürülməsi qeyd edilmişdir. Həmin müraciətinə 02 iyul 2020-ci il tarixdə cavab verilmiş, həmin məktubda qeyd edilmişdir ki, ƏƏSMN-ın yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə təqdim etdiyi SOCAR-ın ona dair vermiş 27.12.2017-ci il tarixli 03/43 nömrəli arayışında qeyd olunanlara əsasən 25.08.1994-27.12.2017- ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-nin və Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elekrtik montyoru Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad olunduğundan sözügedən şöbə tərəfindən ona 20.06.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Güzəştli şərtlərlə pensiya təyinatı X5 Azərbaycan Respublikası Qanununa əsasən 01.06.2017-ci il tarixdən həm İ, həm də ki İİ siyahı üzrə yaş həddi 60 yaşına çatdırıldığından və SOCAR-ın təqdim etdiyi arayış 27.12.2017-ci il tarixinə təsadüf etdiyi üçün yanlışlıqla Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarına istinad olumuşdur. Onun işlədiyi vəzifə Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarının 1100000a-19861 nömrəli koduna uyğun olduğundan və onun pensiya yaşı 01.07.2017-ci il tarixindən əvvəl tamam olduğundan pensiya hüququ 20.06.2012-ci il tarixdən yaranır. Bununla da, hesab edir ki, ƏƏSMN-ın yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 2019cu ilin may ayındakı ərizəsinə əsasən, 20.06.2012-ci ii tarixdən birinci siyahı ilə təyin olunmuş pensiya qanunamüvafıqdir və pensiyasının ödənişi bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 12.08.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair 03.11.2020-ci il tarixli **********6 №li yazılı etirazda göstərilmişdir ki, “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 li 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə təqdim etdiyi SOCAR-ın ona dair verilmiş 27 dekabr 2017-ci il tarixli 03/43 nömrəli arayışında qeyd olunanlara əsasən 25.08.1994-27.12.2017-ci il tarixləri arasındakı dövr ərzində “28 May” Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda işlədiyi elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrıjn və göstəricilərin siyahısı”na istinad olunduğundan sözügedən şöbə tərəfindən ona 20 iyun 2017-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən hesablanması üçün 17 may 2019-cu il tarixli ərizəsinə əsasən sözügedən şöbə tərəfindən əmək pensiyası 20 iyun 2012-il tarixindən qanunvericiliyin tələblərinə uyğun olmayaraq yenidən hesablanmışdır. Bununla əlaqədar əmək pensiyasının məbləği 422,30 manatdan 404,59 manata azaldılmış, həmçinin ona artıq ödənilmiş 2.831,85 manat pul vəsaiti 01.05.2020-ci il tarixindən etibarən hissə-hissə (hər ay 80,91) əmək pensiyasından çıxılmaqla tutulur. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən verilən güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qanunauyğun və əsaslı hesab edilməlidir. Sonradan 23.02.2021-ci il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraza əlavə təqdim edilərək, göstərilmişdir ki, İddiaçı təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən hesablanması üçün 17 may 2019-cu il tarixli ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən əmək pensiyası 20 iyun 2012-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olmayaraq, yenidən hesablanmışdır. Bununla əlaqədar əmək pensiyası məbləği 422,30 manatdan 404,59 manata azaldılmış, həmçinin artıq ödənilmiş 2.831,85 manat pul vəsaiti pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə, 01.05.2020-31.03.2023-cü il tarixləri arsındakı dövr ərzində hər ay 80,91 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsi nəzərdə tutulur. Qeyd olunanların və iddia tələbinin məhkəməyə qədər icraat qaydasında tərəflərindən icra olunduğunu nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi- X4 etiraza və ona əlavəyə uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarında olan: iddiaçıya məxsus; - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - Hərbi biletin surətindən müəyyən olunur ki, o, 06.05.1979-cu ildən 12.06.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus İT-İ seriyalı ******* №li əmək kitabçasında və ona aid pensiya işində olan məlumatlara əsasən İddiaçı əmək fəaliyyətinə 15.09.1982-ci ildən başlamışdır. SOCAR “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 03/43 nömrəli 27.12.2017-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 25.08.1994-cü ildən 27.12.2017-ci il tarixə kimi “28 May” Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunun 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində çalışmışdır, onun həmin dövr üzrə ümumi o, cümlədən güzəştli şərtlərlə iş stajı 23 il 04 ay 02 gün təşkil edir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 sentyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı pensiya işinə dair sənədlərin təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, SOCAR “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 03/43 nömrəli 27.12.2017-ci il tarixli arayış nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrın və göstəricilərin siyahısı”na uyğun olaraq DSMF Xəzər rayon şöbəsinin 23.01.2018-ci il tarixli qərarı ilə İddiaçı 20.06.2017-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə ömürlük 318,71 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. DSMF Xəzər rayon şöbəsinin 24 may 2019-cu il tarixli sərəncamına əsasən İddiaçı təyin olunmuş əmək pensiyasının 52 yaşdan, yəni 20 iyun 2012-ci il tarixdən yenidən hesablanması qərara alınmışdır. Daha sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiyanın yendən hesablanması nəticəsində təyin olunmuş 422,30 manat məbləğində pensiyanın 404,59 manatadək azaldılması, həmçinin iddiaçıya artıq ödənilmiş 2.831,85 manat məbləğində pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə, 01.05.2020- 31.03.2023-cü il tarixləri arsındakı dövr ərzində hər ay 80,91 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsi qərara alınmışdır. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən verilmiş 02.07.2020-ci il tarixli **********5 №li imtina məktubunda göstərilmişdir ki, “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X5” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci ıl tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 li 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı məlum olmuşdur ki, müraciətçinin Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə təqdim etdiyi SOCAR-ın ona dair verilmiş 27 dekabr 2017-ci il tarixli 03/43 nömrəli arayışında qeyd olunanlara əsasən 25.08.1994-27.12.2017-ci il tarixləri arasındakı dövr ərzində “28 May” Neft və X2 və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda işlədiyi elektrik avadanlıqların təmiri və xidməti üzrə elektrik montyoru Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad olunduğundan sözügedən şöbə tərəfindən ona 20 iyun 2017-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən hesablanması üçün 17 may 2019-cu il tarixli ərizəsinə əsasən sözügedən şöbə tərəfindən əmək pensiyası 20 iyun 2012-il tarixindən qanunvericiliyin tələblərinə uyğun olmayaraq, yenidən hesablanmışdır. Bununla əlaqədar əmək pensiyasının məbləği 422,30 manatdan 404,59 manata azaldılmış, həmçinin ona artıq ödənilmiş 2.831,85 manat pul vəsaiti 01.05.2020-ci il tarixindən etibarən hissə-hissə (hər ay 80,91) əmək pensiyasından çıxılmağa başlamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən SOCAR “Azneft” İB “28 May” NQÇİ tərəfindən verilmiş 01-03/319 nömrəli 26.12.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı SOCAR-ın “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsinin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonunda 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyir. SOCAR-ın “Azneft” İB-nin “28 May” NQÇİ-nin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonu Çilov adasında yerləşir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X5” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““X5” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. İş materiallarından da göründüyü kimi, iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 01.01.2006-cı il tarixədək tələb olunan 20 (və ya 25) il ümumi və 10 (və 12 il 06 ay) il xüsusi iş stajının mövcud olması işin mübahisələndirilməyən hallarındandır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya mübahisəsiz qaydada 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən, sonuncunun 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajının olması müəyyən edlmişdir (qeyd olunan dövr iş materiallarında olan iddiaçıya məxsus hərbi bilet, əmək kitabçası və ona aid pensiya işi ilə də təsdiq olunur). İşin mübahisələndirilən halı (iddiaçının xüsusi iş stajı ilə bağlı işlədiyi peşənin dənizdə və ya quruda həyata keçirilməsindən asılı olaraq hansı “Siyahı”ya aid edilməsi) ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşə nəzərdə tutulmuşdur: X fəsil- Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı: kod 1100000a-19861 ilə qeyd olunmuş bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları. Bununla bağlı məhkəmənin müvafiq sorğusuna əsasən iddiaçının işəgötürəni tərəfindən də verilmiş arayışdan müəyyən edilir ki, İddiaçı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsini həyata keçirdiyi yer, yəni SOCAR-ın “Azneft” İB-nin “28 May” NQÇİ-nin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 2 saylı şəbəkə rayonu Çilov adasında yerləşir. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olmuş, bu zaman cavabdeh inzibati orqan tərəfindən iddiaçıya pensiyanın yendən hesablanması nəticəsində təyin olunmuş 422,30 manat məbləğində pensiyanın 404,59 manatadək azaldılması, həmçinin iddiaçıya artıq ödənilmiş 2.831,85 manat məbləğində pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə, 01.05.2020-31.03.2023cü il tarixləri arsındakı dövr ərzində hər ay 80,91 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsi qanunvericiliyin qeyd olunan tələblərinə tamamilə zidd olmaqla yanaşı, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının əmək pensiya məbləğinin 422,30 manatdan 404,59 manata azaldılması və artıq ödənilmiş 2831,85 manat pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Nazirliyin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə 01.05.2020-31.03.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 80,91 manat olmaqla əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsi qanunsuz hesab edilməklə, qeyd olunan hərəkətlərin dayandırılması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiya məbləğinin 422,30 manatdan 404,59 manata azaldılması və artıq ödənilmiş 2.831 (iki min səkkiz yüz otuz bir) manat 85 (səksən beş) qəpik pul vəsaitinin pensiya təyin edən komissiyanın qərarı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Alt Sisteminə işlənməklə 01.05.2020-31.03.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 80,91 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq, Fondun hesabına bərpa edilməsi qanunsuz hesab edilsin və qeyd olunan hərəkətlərin dayandırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1344/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1344/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver