Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1344/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində hüquq idarəsinin məhkəmə işlərinin təşkili şöbəsinin rəisi, Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan ) iştirakı ilə, İddiaçı “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 11.12.2020-ci il tarixli **********269900 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departanıentinin X4 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 17.02.2012-ci il tarixdə ********** (VÖEN) saylı, ünvan 3 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nizamnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarətdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaçı “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında 23.01.2020-ci il tarixdə müəssisə tərəfindən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim olunmuş və daxil olmuş uyğunsuzluq məktubuna cavab olaraq 11.02.2020-ci il tarixdə **********657100 nömrəli və 18.02.2020-ci il tarixli **********657100 nömrəli məktublarla müvafiq təsdiqedici sənədlər və izahat təqdim olunmasına baxmayaraq vergi orqanı tərəfindən hesablanmış vergi bərpa edilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25.02.2020-ci il tarixli **********858000 nömrəli Qərar qəbul edilərək yenidən 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanılmışdır. Bundan sonra 11.09.2020-ci il tarixində, 22.09.2020-ci il tarixində və 03.11.2020-ci il tarixində həmin dövr üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək vergi orqanının bildirdiyi və hal-hazırkı qərar üzrə qeyd etdiyi iradlar aradan qaldırılmışdır. Buna baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30.11.2020-ci il tarixli **********344100 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin olunmamış və 11.12.2020-ci il tarixli **********269900 saylı qərarına əsasən həmin vergi məbləğini yenidən şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Qərardan verilmiş həmin hesablama İnzibati şikayətin təmin edilməməsi barədə qərarda bu bəyannamələrə qəsdən toxunulmamışdır. Əvəzində vergi orqanı qərarında iddiaçının 12.07.2020-ci il tarixdə mənfəət vergi bəyannaməsi verməyi və guya ilin 33 738 919.4 manat mənfəətlə yekunlaşdığını qeyd etmişdir. Şəxsi vərəqəni təqdim edərək iddiaçının belə bir bəyannamə təqdim edilməmişdir. Bundan sonra pozulmuş hüquqların bərpa olunması üçün İqtisdiyyat nazirliyi yanında Appellyasıya Şurasına şikayət etsə də, 19.03.2021-ci il tarixli 29 nömrəli qərara əsasən iddiaçının şikayəti təmin olunmamış, həmin qərar isə iddiaçıya 21.06.2021ci il tarixdə Elektron ünvan 1 elektron ünvanından filialın rəsmi nümayəndəsinin mailto:azer.law85@gmail.comElektron ünvan 2 email ünvanına göndərilmişdir. İddiaçı bildirir ki, Azərbaycan Respublikası ’‘Azətyolservis" ASC (sifarişçi) Çex Respublikasının "SaZ s.r.o.” şirkəti (icracı) arasında bağlanmış 15 sentyabr 2011 -ci il tarixli ******* nömrəli kontrakta əsasən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çex Respublikasını "SaZ s.r.o.” şirkəti həvalə olunmuşdur. Layihənin ümumi dəyəri 447 058 824,00 EUR təşkil etmişdir. Bu məbləğin 15 %, yəni 67 058 824.00 EUR "Azəryolservis” ASC tərəfindən, qalan 85%, yəni 380 000 000.00 EUR Çex Respublikasının “Çeska sporitelna a.s.” bankı tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Azərbaycan Respublikasında Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi "Sa2 s.ro." şirkəti tərəfindən Türkiyə Respublikasının "X14 X3 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nə (subpodratcı şirkət) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. Baş idarə ilə filial arasında 10.04.2012-ci il tarixli “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma” imzalanmışdır. Bu anlaşmanın 1.1-ci bəndinə əsasən filial “X21 zərər” prinsipli beynəlxalq işgüzar təcrübəyə əsaslanaraq fəaliyyət göstərilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi internet səhifəsindən də göründüyü kimi Tikinti işlərinə 13.09.2012-ci il tarixində başlanmışdır. Podrat müqaviləsində tikintinin başa çatma müddəti 13.09.2015-ci il tarixinə nəzərdə tutulmuşdur. Lakin layihədə edilmiş dəyişikliklər, razılaşmaların alınmasına sərf edilən vaxt və bir sıra digər problemlərin meydana çıxması səbəbindən işlərin tamamlanma müddəti 2016-cı ilin iyuluna qədər uzadılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://www.aayda.gov.az/az/news/628) də qeyd olunduğu kimi 13.09.2012-ci il tarixindən fevral 2015-ci il tarixinə qədər yerinə yetirilən işlərin həcmi 79%, fevral 2015-ci il tarixindən sonrakı dövrdə isə 21% təşkil edib. Yoxlanılan dövr ərzində bu işlərin görülməsi məqsədi ilə Baş Ofisdən Filiala 15.09.2011- ci il tarixli müqavilədə göstərilən məbləğ həmin dövrə qədər bitdiyindən 2015-2016-cı illər ərzindən öz vəsaiti hesabına əlavə olaraq bitium və dizel yanacağının qiymətlərində olan artımla bağlı olaraq 58 785 391,79 manat (48 748 178.6 EURO) əlavə vəsait ayrılmışdır (o cümlədən 01.01.2015-ci il tarixdən 31.12.2015-ci il tarixədək olan dövr üzrə 53 213 619.19 manat va 01.01.2016-cı il tarixdən 31.10.2016-cı il tarixədək olan dövr üzrə 5 571 772.60 manat) Yuxarıdan göründüyü kimi, bütün vəsait baş ofis tərəfindən ayrilmışdır və təbii ki, bu vəsait yolun inşaası başa çatdırıldıqdan sonra Azərbaycan Respublikası tərəfindən geri qaytarılmalıdır. Bununla bağlı olaraq 18.04.2016-cı il tarixdə "xxxx" ASC, "SaZ s.r.o.” şirkəti və “X14 X3 lhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“nin AR-dakı filialı arasında AAY-196/2016 saylı 3 tərəfli müqavilə imzalanılmışdır. Müqaviləyə əsasən "SaZ s.r.o.” şirkəti müqavilədən kənarlaşdırılmış və bütün hüquq və öhdəliklər “X14 X3 lhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“nin AR-dakı filialına keçmişdir. Eyni zamanda müqavilənin 2.3-cü bəndinə əsasən filial tərəfindən 2015-2016-cı illərdə baş ofisin 58 785 391,79 manat vəsaiti hesabına “Sifarişçi Azərbaycan Respublikası Tarif Şurasının 02.12.2013-cü il tarixli 14 saylı qərarı ilə bitium və dizel yanacağının qiymətlərində edilmiş artımla bağlı layihənin dəyərində 57 246 255 EURO məbləğində yaranan qiymət fərqini icraçıya ödəyir”. Həmin bəndə əsasən "xxxx" ASC tərəfindən filiala 57 246 255 EURO qaytarılmalı idi. Lakin bank çıxarışlarından da göründüyü kimi 05.07.2018-ci ildə 18 643 767,8 manat, 27.12.2018-ci il tarixdə isə 21 095 834,75 manat, cəmi 39 739 602.55 manat və 6 154 255,87 isə ƏDV olmaqla cəmi 46 893 000.0 manat (24 000 000 EURO) vəsait ödənilmişdir. Əlavə olaraq 3 853 642.85 manat hesaba mədaxil olunmuş, 3 883 493.08 manat vəsait isə digər iş görülmüş şirkətlərdən daxil olmuşdur. Bank əməliyyatları barədə çıxarışdan da göründüyü kimi, həmin vəsaitin 22 613 636,12 dolları “RETURN OF DEBT ACC TO STATEMENT FROM TEXNİKABANK (Razılaşmaya əsasən borcun qaytarılması)” qeydi ilə və 1 481 750 EURO isə “X20 X18 X11” qeydi ilə, cəmi həmin dövrün valyuta məzənnəsi ilə 41 349 099,28 manatı filial tərəfindən baş idarəyə qaytarılmışdır. Qalan 6 127 606.15 manat vəsait isə borclar qaytarılmışdır. "xxxx" ASC-dən daxil olmuş 7 153 182,46 manat ƏDV-nin də 6 154 255,87 manatı büdcəyə ödənilmişdir. 2018-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyənnaməsindən də göründüyü kimi filialın gəlir hissəsində 39 874 902.56 manat məbləğ göstərilmiş, xərc hissədə isə 47 488 978.04 manat məbləğ əks etdirilmişdir ki, bu xərcin də 41 349 099,28 manatı 224-cü sətrdə (xarici hüquqi şəxsin baş ofisi tərəfindən çəkilmiş və Azərbaycan Respublikası ilə birbaşa xərclər) göstərilib ki, bu da bank çıxarışları və digər sənədlərlə də sübüt olunur ki, həmin vəsait baş ofis tərəfindən əvvəllər çəkilmıiş xərcin geri qaytarılan hissəsidir. Bundan əlavə olaraq filial tərəfindən təqdim olunmuş 2015-ci ilin mənfəət vergisi bəyənnaməsində həmin il üzrə baş ofisdən daxil olmuş 53 213 619.19 manat zərər hissədə qeyd olunmuşdur. Eyni zamanda daxil olmuş ƏDV məbləği dövlət büdcəsinə ödənilmişdir. Dövlət Vergi Xidməti 30.11.2020-ci il tarixli **********344100 nömrəli İnzibati şikayətin təmin edilməməsi barədə qərarında qeyd edir: “Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli **********750800 nömrəli Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi ”nin tərtib edilməsi Qaydasına əsasən mənfəət vergisi bəyannaməsinin 224-cü (Xarici hüquqi şəxsin baş (əsas) ofisi tərəfindən çəkilmiş və Azərbaycan Respublikası ilə birbaşa bağlı xərclər) sətrində hesabat dövrü ərzində Azərbaycan Respublikasında qeyri-rezidentin daimi nümayəndəliyinin sahibkarlıq fəaliyyəti ilə bağlı xaricdə yerləşən baş ofis tərəfindən çəkilən xərcləri əks etdirilir. Odur ki, gəlirdən çıxılan 4 1310 960,35 manat vəsait baş ofis tərəfindən Filialın Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilən xərclər olmadığı üçün gəlirdən çıxıla bilməz. Göründüyü kimi, Filial tərəfindən “Mənfəət vergisinin bəyannaməsi’’nin tərtib edilməsi qaydalarına zidd olaraq baş ofisə ödənilən 41 310 960,35 manat vəsait gəlirdən çıxılaraq vergiyə cəlb edilən mənfəət əsassız azaldılmışdır. Eyni zamanda, baş ofisə ödənilən 41 310 960,35 manat vəsaitə görə baş ofis tərəfindən hər hansı iş və ya xidmətin göstərilməsinə dair təsdiqedici sənədlər araşdırmaya təqdim edilməmişdir. Məlum olduğu kimi, ödənilmiş vəsait özlüyündə xərc hesab edilə bilməz, yalnız gəlirin əldə edilməsi ilə bağlı alınmış mallara (iş, xidmətlərə) görə ödənilən vəsaitlərin gəlirdən çıxılmasına yol verilir ”. İddiaçı ilk öncə qeyd edir ki, Vergilər nazirinin 10.01.2020-ci il tarixli **********750800 nömrəli Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası normativ hüquqi akt deyil və vergi ödəyicisi üçün hər hansı bir məcburi öhdəlik müəyyənləşdirə bilməz. İkincisi vergi xidməti qeyd edir ki, ödənilmiş vəsait özlüyündə xərc hesab edilə bilməz, yalnız gəlirin əldə edilməsi ilə bağlı alınmış mallara (iş, xidmətlərə) görə ödənilən vəsaitlərin gəlirdən çıxılır. Bu halda eyni işin görülməsinə görə iki dəfə vergi tutulması halı baş vermişdir. Belə ki, bu yolun çəkilişi ilə bağlı lahiyənin dəyəri 58 785 391,79 manatdır. Bu vəsait 2015-2016-cı illərdə baş ofis tərəfindən göndərilərək işlər görülmüş və 14.08.2017- ci il tarixli **********078928 saylı səyyar vergi yoxlaması aktına əsasən qanunsuz olaraq mənfəət vergisinə cəlb olunmuşdur və bu zaman yol tikintisi ilə bağlı filialın çəkdiyi xərclər şərti rentabellik prinsipi ilə nəzərə alınmışdır. Vergi xidməti isə 2015-2016-ci illərdə gələn 58 785 391,79 manat və 2018-ci ildə "xxxx" ASC tərəfindən filiala ödənilməli olan 57 246 255 EURO (CƏMİ ƏDV daxil 46 893 000.0 manatı ödənilib) məbləği ayrı-ayrı əməliyyatlar kimi qəbul edərək hər birinə ayrılıqda vergi məbləği hesablamışdır. Halbuki, 2018-ci ildə "xxxx" ASC-nin ödədiyi pul baş ofisin çəkdiyi xərcin əvəzidir. Faktiki vəziyyətdə isə filial həmin işə görə çəkdiyi 58 785 391,79 manat xərcə görə dövlətdən cəmi 39 739 602.55 manat+6 154 255,87 ƏDV alıb ki, bu da onu göstərir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin filiala hələ borcu mövcuddur. Mənfəət vergisi bəyənanməsinin əlavəsində də ümumi debitor borcunun məbləği isə 21 485 956.82 manat əks etdirilmişdir. Bu halda hansı mənfəət vergisindən söhbət gedə bilər. Vergi orqanı sadəcə olaraq məsələyə texniki yanaşaraq bu iki əməliyyatı bir-birindən ayırır. Əslində isə bunlar bir iş kimi qiymətlənilməlidir. Belə ki, 05.10.2020-ci il tarixli 004109 nömrəli “İstismara hazırlıq” aktına əsasən layihə üzrə nəzərdə tutulmuş yolun inşaası 14.09.2012-ci il tarixdə başlanılmış və 22.09.2016-ci il tarixində başa çatdırılmışdır. Göründüyü kimi 2018-ci ildə hər hansı işlər görülmədiyindən "xxxx" ASC tərəfindən iddiaçıya o qədər vəsait havadan köçürülə bilməzdi. Bu pul 2015-2016-cı illərdəki alınmış və layihənin icrasına xərclənmiş pulun qarşılığıdır. Yuxarıda qeyd olunduğu kimi ümumilikdə filial 58 785 391,79 manatlıq işlərin görülməsinə görə şəxsi hesab vərəqəsinə əsasən faktiki olaraq həmin dövrdə 7 261 144,49 manat vergi məbləği ödənmişdir, əlavə olaraq isə vergi orqanı tərəfindən cəmi 20 531 333.26 manat vergi məbləği, 7 705 398,58 faizlər hesablanmışdır. Heç bir halda bir dövriyyənin təxmini 50%-i məbləğində təşkil edə biləcək verginin hesablanılması yolverilməzdir. Göstərilənlərə əsasən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 11.12.2020-ci il tarixli **********269900 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, cavabdehin 24.09.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11.12.2020-ci il tarixli **********269900 saylı qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsi və Vergi Məcəlləsinin 3.5-ci maddəsi rəhbər tutulmaqla 11.12.2020-ci il tarixli **********269900 saylı qərara əsasən kameral qaydada hesablanmış 6 747 783.88 manat mənfəət vergisinin və səyyar vergi yoxlaması əsasında 24.09.2021-ci il tarixli **********149970 saylı məsuliyyət qərarı ilə kameral vergi də təsdiq olunmaqla əlavə hesablanmış əlavə 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləğinin ləğv edilməsi və filial tərəfindən 2018-ci ilin iyul və dekabr ayları üçün bəyan edilmiş və ödənilmiş ƏDV məbləği həmçinin 19.09.2017-ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166-cı maddəsinə əsasən 2015-ci və 2016-cı illər üzrə hesablandığından filialın 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilməsinə texniki şərait yaradılması vəzifəsinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsi barədə sonrakı ərizələrdə yuxarıda qeyd olunanlardan əlavə olaraq aşağıda qeyd olunalar bildirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, filiala 6 747 783.88 manat kameral qaydada hesablanılmış mənfəət vergisinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bundan sonra vergi orqanı tərəfindən həmçinin noyabr 2017 - oktyabr 2020ci illər üzrə səyyar vergi yoxlaması təyin edilmiş və 03.08.2021-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən kameral qaydada hesablanmış məbləğ təsdiq edilməklə əlavə olaraq 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği hesablanması təklif edilmiş və bu məbləğlər 24.09.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla təsdiq edilmişdir. İddiaçı tərəfindən hesab edilmişdir ki, baş ofisdən Filiala daxil olmuş 58 785 391,79 manat dəyərində görülmüş işlərə görə iki dəfə vergi hesablanması aparılmışdır. Belə ki, 05.10.2020-ci il tarixli “İstismara hazırlıq” Aktına əsasən 87.8 km uzunluğunda Kürdəmir-Ucar-Yevlax-Bərdə yolunun təmiri və yenidən tikintisi işi 14.09.2012-ci ildə başlamış və 22.09.2016-cı ildə yekunlaşmışdır. Lakin, vergi orqanı tərəfindən Filiala iki dəfə, yəni 2015 və 2016-cı illərdə daxil olmuş vəsaitə, eyni zamanda 2018-ci ildə daxil olmuş vəsaitə görə vergilər hesablanmışdır. Baş ofisdən Filiala daxil olmuş 58 785 391,79 manat dəyərində görülmüş işlərə görə Filiala, ümumilikdə 38 488 086 manat məbləğində vergilər (faizlər və maliyyə sanksiyası ilə birlikdə) hesablanmışdır ki, bu da ümumi dövriyyənin 65%-ni təşkil edir. Bu həcmdə vergi hesablanması tamamilə absurddur. Qeyd olunanlarla əlaqədar bildirmişdir ki, vergi orqanının 25.09.2021-ci il tarixli qərarı ilə Filiala 2018-ci ildə daxil olmuş və Baş ofisə geri qaytarılmış 41 349 099,28 manat məbləğə görə hesablanmış cəmi 11 121 931.96 manat vergi məbləği ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz; Vergi Məcəlləsinin 3.5-ci, 3.10-cu və 12.3-cü maddələrində qeyd edilmişdir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 2018-ci ildə heç bir iş görülməmiş və sadəcə olaraq filial tərəfindən baş ofisə onun filiala 2015-2016-cı illər ərzində ödədiyi 58 785 391,79 manat (48 748 178.6 EURO) məbləğin bir hissəsi Filial tərəfindən Baş ofisə geri qaytarılmış və əvvəllər görülmüş işlərə görə qalıq borclar ödənilmişdir. Belə olan halda, iki əməliyyatdan yalnız biri vergitutma obyekti ola bilər. Çünki birinci vəsait baş ofisin öz puludur və həmin maliyyə vəsaiti filiala verilərkən vergi orqanı tərəfindən filiala 13 783 549.38 manat vergi və maliyyə sanksiaysı hesablanmışdır. Eyni zamanda 2015-ci il üzrə filial tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyənanməsində də filialın 53 213 619.19 manat zərərinin olması qeyd olunmuşdur. May 2015-oktyabr 2016-cı illəri əhatə etmiş səyyar vergi yoxlaması üzrə filiala hesablanmış 1 526 870.25 manat mənfəət vergisinə, 50% -i miqdarında yəni 763 435.12 manat maliyyə sanksiyasına və 7 662 162.67 manat ƏDV-yə və 3 831 081.34 manat maliyyə sanksiyasına, cəmi 13 783 549.38 manat vergi məbləğinə münasibət bildirilməsi üçün filial tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Konstitusiya məhkəməsi 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə icraata xitam verərək hesab etmişdir ki, qeyd edilən səyyar vergi yoxlaması ilə hesablanmış məbləğlər qüvvədə qalmalı, lakin Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsi və Vergi Məcəlləsinin 3.5-ci maddəsi nəzərə alınmalıdır. Qərardadın təsviri hissəsindən belə nəticəyə gəlinir ki, vergi öhdəliyi 2015 və 2016-cı illər üzrə yarandığından vergilər 2015 və 2016-cı illər üzrə hesablanmalı, 2018-ci il üzrə isə hesablanmış vergilər ləğv olunmalıdır. Həmçinin cavabdeh tərəfindən 14.08.2017-ci il tarixli **********78928 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş 19.09.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən hesablanılmış 9 189 032.92 manat əsas vergi borcuna görə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsində açılmış 19.10.2017-ci il tarixli ********* nömrəli cinayət işinə həmin baş idarənin 14.06.2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən xitam verilmişdir. Ödənilmiş 9 189 032.92 manat əsas borca, filial tərəfindən 2018-ci ilin iyul ayı üçün 2 356 908,69 manat və 2018-ci ilin dekabr ayı üçün isə 3 797 250,26 manat, cəmi 6 154 158.95 manat bəyənnamə verilməklə büdcəyə ödənilmiş vergi məbləği aid edilmiş, əlavə olaraq da filial tərəfindən 2020-ci ilin iyun ayında 3 000 000 manat vəsait nağd qaydada dövlət büdcəsinə ödənilmişdir. Göründüyü kimi Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsinin özü cinayət işinə xitam qərarında 2018-ci ildə ödənilmiş ƏDV məbləğini 2015-2016-cı illərin ƏDV-si kimi qiymətləndirirək cinayət işinə xitam vermişdir. Burda diqqət edilməli məqam ondadır ki, filial tərəfindən 2018-ci ilin iyul və dekabr ayları üçün bəyan edilmiş və ödənilmiş ƏDV məbləği həmçinin 19.09.2017-ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166-cı maddəsinə əsasən 2015-ci və 2016-cı illər üzrə hesablanmışdır. Bu səbəbdən də iddiaçı hesab etmişdir ki, vergi orqanı tərəfindən filiala texniki şərait yaradılmalıdır ki, 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilsin. Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166.1-ci maddəsində qeyd edilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda. İddiaçı 02 dekabr 2021-ci il tarixdə məhkəmə iclasında yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, cavabdehin 24.09.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11.12.2020-ci il tarixli **********269900 saylı qərarlarının ləğv olunması və 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması vəzifəsinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazı məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasindaki Filialı cavabdeh Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinə qarşı 11.12.2020-ci il tarixli **********269900 nömrəli qərarın ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, qərardan şikayət vermə müddəti keçdiyi üçün iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddia ərizəsindən də göründüyü kimi mübahisələndirilən qərar vergi orqanı tərəfindən 11.12.2020-ci il tarixdə qəbul edilmişdir. Sözügedən qərar vergi orqanı tərəfindən elektron qaydada vergi ödəyicisinin elektron kabinetinə göndərilməsinə, vergi ödəyicisi tərəfindən isə həmin qərarla 17.12.2020-ci il tarixində tanış olunmasına (oxunmasına) baxmayaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 dekabr 2020-ci il tarixli **********269900 nömrəli qərar 2021 -ci ilin iyun ayında vergi ödəyicisi tərəfindən mübahisələndirilmişdir...Bundan başqa iddiaçı vergi ödəyicisi kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 04.09.2020- ci il tarixdə şikayət məktubu ünvanlamış, inzibati vergi orqanı tərəfindən şikayətin araşdırılması nəticəsində 30.11.2020-ci il tarixli **********344100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən qərardan iddiaçı vergi ödəyicisi İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət verərək, qəbul edilmiş 30.11.2020-ci il tarixli **********344100 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya Şurası tərəfindən şikayətə toplanmış sənədlər əsasında baxılmış, yekun olaraq vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin 30.11.2020-ci il tarixli **********344100 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanması haqqında 19.03.2021-ci il tarixli 29 nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərar vergi orqanı tərəfindən 06.04.2021-ci il tarixdə poçtla vergi ödəyicisinin ünvanına göndərilmişdir. Yuxarıda qeyd olunan tarixlərdən də göründüyü kimi vergi ödəyicisi vergi orqanının qərarının məhkəmə qaydasında mübahisələndirilməsi müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən cavabdeh "X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasindaki Filialının vergi orqanına qarşı iddiasının mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X5 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - "xxxx" ASC (sifarişçi) və Çexiya Respublikasnın “SaZ s.r.o.” şirkəti (icraçı) arasında bağlanmış 15.09.2011-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki¸ 87.8 km uzunluğunda Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çexiya Respublikasının “SaZ s.r.o.” şirkətinə həvalə edilmişdir. Kürdəmir-Ucar-Yevlax-Bərdə- Tərtər yolumm təmiri və yenidən tikintisi "SaZ s.r.o." şirkəti tərəfindən Türkiyə Respublikasının “X16 İnşaat X3 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nə (subpodratçı) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. "X14 X3 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nin Azərbaycan Respublikasındakı filialının əsasnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarət olmuşdur. Müqaviləyə əsasən layihənin ümumi məbləği 447.058.824 (dörd yüz qırx yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) EURO olmuşdur. Həmin məbləğin 15 %, yəni 67.058.824.00 (altmış yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) EUR "Azəryolservis” ASC tərəfindən, qalan 85%, yəni 380.000.000.00 (üç yüz səksən milyon) EURO Çexiya Respublikasının “Çeska Sporitelna a.s.” bankı tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Podrat müqaviləsində tikintinin başa çatma müddəti 13.09.2015-ci il tarixinə nəzərdə tutulmuşdur. Lakin layihədə edilmiş dəyişikliklər, razılaşmaların alınmasına sərf edilən vaxt və bir sıra digər problemlərin meydana çıxması səbəbindən işlərin tamamlanma müddəti 2016-cı ilin iyuluna qədər uzadılmışdır. 05.10.2020-ci il tarixli 004109 saylı “İstismara hazırlıq” aktından görünür ki, Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi 14.09.2012-ci ildə başlanılmış və 22.09.2016-cı ildə başa çatmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://www.aayda.gov.az/az/news/628) və iş materiallarında olan sənədlərə əsasən 13.09.2012-ci il tarixindən fevral 2015-ci il tarixinə qədər yerinə yetirilən işlərin həcmi 79%, fevral 2015-ci il tarixindən sonrakı dövrdə isə 21% təşkil etmişdir. - “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti” və “X19” Bankası arasında 10.12.2014-cü il tarixli 100 000 000,00 EURO kredit ayrılması barədə müqavilə imzalanmışdır. - Baş ofis və filial arasında imzalanmış “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə” 25.12.2014-cü il tarixli anlaşmanın 1.1-ci bəndinə əsasən “Kürdəmir-Ucar-Yevlax-Tərtər”avtomobil yolunun tikintisi üçün bağlanılmış, 22.09.2011-ci il tarixli, 1109201-SL-1 №li müqaviləyə əsasən yolun tikintisi zamanı maliyyə çatişmazılıqlarını aradan qaldırmaq üçün aralarında mövcud olan qarşılıqlı (Hierarxik) əlaqəyə görə, “Filial’ın “Baş Ofis”in törəmə müəssisəsi (alt kurumu) olduğunu nəzərə alaraq, həmçinin “X21 Zərər” prinsipli beynəlxalq işgüzar təcrübə əsas alınaraq, mövcud iqtisadi və maliyyə şəraitində mümkün olan hər növ risklərin önlənməsi məqsədiylə, “Tərəflər” qarşılıqlı olaraq 57 000 000 EUR maliyyə yardımı göstərilməsi və həmçinin xərclərin (maya dəyəri ilə) mənfəətsiz və zərərsiz təqdim edilməsi barədə razılıq əldə etmişlər. "xxxx" ASC tərəfindən “filial” a ödəniş olunduğu zaman, alınmış maliyyə yardımı “Baş Ofis”ə geri qaytarılacaqdır. - Bank hesablarından çıxarışlardan görünür ki, həmin məbləğdən 2015-2016-cı illər ərzində 48 748 178.6 EURO (58 785 391,79 manat) məbləğ Filialın bank hesablarına köçürülmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 30.11.2020-ci il tarixli **********344100 nömrəli qərarına əsasən 2018-ci ilin hesabat dövrü üzrə 6 747 783.88 manat məbləğində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı hesablamışdır. Filial tərəfindən dəqiqləşdirilmiş vergi bəyənnaməsi təqdim olunsa da, 11.12.2020-ci il tarixli **********269900 saylı Kameral hesablama barədə qərara əsasən 6 747 783.88 manat vergi məbləğini yenidən şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi 29.12.2020 tarixli **********143339 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Dövlət müəssisələrinin auditi şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X7, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Maliyyə institutlarının auditi şöbəsinin böyük dövlət vergi müfəttişi vergi xidməti müşaviri X8 tərəfindən "X15 X3 İhracat Sanayi Ve Ticaret Anonim Şirkəti"-Nin Azərbaycan Respublikasindaki Filiali (VÖEN **********) üzrə səyyar vergi yoxlaması aparılmışdir. Yoxlama nəticəsində tərtib olunan akta əsasən filial tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin 157 793.11 manat artıq hesablanması, 2018-ci il üzrə isə 1 827 133.42 manat azaldılması, ƏDV-nin 2017-ci il üzrə 168 360.02 manat azaldılması, 2018-ci il üzrə 401 949.49 manat azaldılması, 31620.17 manat artıq olmaqla 433 569.96 manat artıq hesablanılması, 2020-ci il üzrə isə 1 193 432.75 manat azaldılması, Əmlak vergisinin 2019-cu il üzrə 38.73 manat azaldılması müəyyən olunmuşdur. Ümumulikdə Səyyar vergi yoxlaması ilə yoxlanılan dövr ərzində büdcəyə çatası vergi məbləğinin 2 662 831,60 manat ( 1 827 133,42 - 157 793,11 + 1 595 382,54 - 601 929,98 + 38,73 ) azaldımasının müəyyən edilmiş, eyni zamanda 2019-cu ili üçün zərər məbləğinin 113 691.10 manat manat bəyannamədə əks olunmadığı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1 827 133,42 manat azaldılmasına görə 50 % miqdarında, yəni 913 566,71 manat, ƏDV-nin 1 595 382.54 manat azaldılmasına görə 797 691.27 manat, Əmlak vergisinin 38.73 manat azaldılmasına görə 19.37 manat olmaqla, cəmi 1 711 317.36 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. - “Vergi ödəyiclsinin və ya sıgortaedənin vergi qanunvericiliyinin va ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.09.2021-ci il tarixli **********149970 №li Qərardan görünür ki, vergi ödəyicisinə 2 662 831.6 manat (3 020 604.9- 357 773.3) əlavə vergi hesablaması və 1 711 317.36 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində inzibati orqan tərəfindən qəbul edilən qərarlar əsasında vergi yoxlaması ilə əhatə olunan dövrlər üçün tətbiq olunmuş vergilərin düzgün hesablanıbhesablanmamasının, həmçinin iddiaçının yoxlanılan dövrlər üzrə ayrı-ayrılıqda gəlirin, o cümlədən gəlirdən çıxılan xərclərin mövcud olan sənədlər ilə müqayisəli təhlilindən sonra tərkibinin və məbləğin, eləcə də təmir xərclərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparmış, araşdırmanın xüsusi bilik tələb olunmasını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7778/2021 saylı, 23.12.2021-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında layihənin 2015-2016-cı illər ərzində icra olunmuş hissəsi ilə bağlı dövlət büdcəsinə ödənilməli və ödənilmiş vergilərin həcmi müəyyən olunması; 2015-2016-ci illər ərzində layihənin icrasına sərf olunmuş 58 785 391,79 manat (48 748 178.6 EURO) vəsait "X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti'nin şəxsi vəsaiti hesab olunduğu təqdirdə, həmin vəsaitin əvəzinə 2018-ci ildə “Azəryolservis" ASC tərəfindən filiala ödənilmiş və filial Baş ofisin borcunun qaytarılmasına yönəldilmiş 46 893 000.0 manat məbləğində vəsaitin təkrarən vergiyə cəlb olunmasının əsaslı olub olmaması; Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsi və Vergi Məcəlləsinin 3.5-ci maddəsi rəhbər tutulmaqla 11.12.2020-ci il tarixli **********269900 saylı qərara əsasən kameral qaydada hesablanmış 6 747 783.88 manat mənfəət vergisi və səyyar vergi yoxlaması əsasında 24.09.2021 -ci il tarixli **********149970 saylı məsuliyyət qərarı ilə kameral vergi təsdiq olunmaqla əlavə hesablanmış əlavə 4 374 148.96 manat (mənfəət vergisi, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği qanuni olub olmaması; 19.09.2017-ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən filiala 2015-ci və 2016-cı illər üzrə hesablanmış ƏDV nəzərə alınmaqla filialın 2018-ci ilin iyul və dekabr ayları üzrə ƏDV üzrə hər hansı bir öhdəliyinin yaranıb-yaranmaması; 05.10.2020-ci il tarixli “İstismara hazırlıq" Aktına əsasən 87.8 km uzunluğunda Kürdəmir-car-Yevlax-Bərdə yolunun təmiri və yenidən tikintisi işi 14.09.2012-ci ildə başlamış və 22.09.2016-cı ildə yekunlaşmışdırsa, ekspert tərəfindən 2018-ci ildə heç bir iş görülmədiyi, filial tərəfindən baş ofisə onun filiala 2015-2016-cı illər ərzində ödədiyi 58 785 391.79 manat (48 748 178.6 EURO) məbləğin bir hissəsi filial tərəfindən Baş ofisə geri qaytarılmış və əvvəllər görülmüş işlərə görə qalıq borcların ödənildiyi müəyyən olunduğu halda, layihənin icrası ilə bağlı vergilər hansı dövr üzrə hesablanılması; yuxarıda qeyd olunan bütün sualların nəticəsi olaraq filialın 2018-ci ildə mənfəət vergisi və ƏDV üzrə hər hansı bir öhdəliyi yaranıb-yaranmaması; 2018-ci ildə "xxxx" ASC tərəfindən filiala ödənilmiş 46 893 000.0 manat məbləğində vəsaitə görə 11.12.2020-ci il tarixli **********269900 saylı Kameral hesablama barədə qərar və 24.09.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar əsasında vergilərin təkrar hesablanmış olmaqla əsassız hesab olunduğu təqdirdə filialın dövlət dövlət büdcəsinə ödəməli olduğu vergi məbləğinin müəyyən olunması barədə suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli 9/9590 №li ekspert rəyinin tədqiqat hissəsindən müəyyən edilənlər əsasında rəyin nəticəvi hissəsində aşağıdakılar qeyd olunmuşdur: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166.1-ci maddəsinin 2015- 2016-cı illərdə qüvvədə olmuş redaksiyasına əsasən vergilər işlərin görüldüyü vaxt hesablanıb ödənilməlidir. İşlərin isə təqdim edilmiş iş materiallarına əsasən 2016-cı ilin sentyabr ayında başa çatması və bunun üçün filialın 2015-2016-cı illər ərzində dövlət büdcəsinə ödəməli vergi məbləğinin 9.189.032,0 manat olması müəyyən olunur. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, 9.189.032,0 manat məbləğ filial tərəfindən tam olaraq ödənilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsində açılmış 19.10.2017-ci il tarixli ********* nömrəli cinayət işinə həmin baş idarənin 14.06.2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən xitam verilmişdir. 2015-ci ilin fevral ayından 2016-ci ilin sentyabr ayınadək Kürdəmir-Ucar- Yevlax-Bərdə-Tərtər yolununun qalan 21%-i “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin “X19” Bankasından götürdüyü kredit hesabına maliyyələşdirilmişdir (10.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən). Baş ofis və filial arasında olan 25.12.2014-cü il tarixli “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma”ya əsasən 2015-2016-cı illər ərzində baş ofis tərəfindən filialın bank hesablarına 58 785 391,79 manat (48 748 178.6 EURO) köçürülmüş, daha sonra "xxxx" ASC 2018-ci ildə həmin vəsaitin əvəzinə filiala 46 893 000.0 manat qaytarmış və filial da öz növbəsində baş ofisə geri köçürmüşdür. 2015-2016-cı illər ərzində baş ofis tərəfindən filiala köçürülmüş 58 785 391,79 manat məbləğə görə, 19.09.2017-ci il tarixli qərarla filiala cəmi 13 783 549.38 manat vergi məbləği hesablanmışdır. Vergi qanunvericiliyinə əsasən filiala köçürülmüş məbləğ artıq vergiyə cəlb edildiyindən, "xxxx" ASC-nin 2018-ci ildə filiala qaytardığı 46 893 000.0 manat təkrarən vergiyə cəlb oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmçinin işdə olan sənədlərin tədqiqindən görünür ki, sözügedən layihə 2016-cı ilin sentyabr ayında bitmiş, 2018-ci ildə layihə üzrə heç bir iş görülməmiş və həmin ildə "xxxx" ASC baş ofisə olan borcu filial vasitəsi ilə geri qaytarmışdır. Bu halda hər Göstərilənlərə əsasən 2015-2016-ci illər ərzində “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən layihənin icrasına sərf olunmuş 58 785 391,79 manat (48 748 178.6 EURO) vəsait onun şəxsi vəsaiti hesab olunduğundan, həmin vəsaitin əvəzinə 2018-ci ildə "xxxx" ASC tərəfindən filiala ödənilmiş və filial tərəfindən də Baş ofisin borcunun qaytarılmasına yönəldilmiş 46 893 000,00 manat məbləğində vəsaitin təkrar vergiyə cəlb olunması əsassızdır. İkinci sualın cavabında və digər yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25.02.2020-ci il tarixli Qərarına əsasən filiala 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanmışdır. Vergi orqanının 24.09.2021-ci il tarixli səyyar vergi yoxlamasının nəticəsi haqqında qərarına əsasən həm kameral qaydada hesablanmış 6 747 783.88 manat vergi məbləği təsdiq edilmiş, həm də əlavə olaraq 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği hesablanmışdır. İşdə olan sənədlərdən görünür ki, Kürdəmir-Ucar-Yevlax-Bərdə yolunun təmiri və yenidən tikintisi işi 2016-cı ildə başa çatmış, bu layihə çərçivəsində “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına vergi orqanının 19.09.2017-ci il tarixli qərarı ilə 13 783 549.38 manat vergi və maliyyə sanksiyası məbləği hesablanmışdır. Sadalananlar əsasında filialın 2018-ci il ərzində əlavə vergiyə və vergini bir dəfədən artıq ödəməyə cəlb olunması üçün əsaslar mövcud deyildir. Yəni göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə və Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən 11.12.2020-ci il tarixli qərarla kameral qaydada hesablanmış 6 747 783.88 manat mənfəət vergisi və səyyar vergi yoxlaması əsasında 24.09.2021-ci il tarixli qərarla əlavə hesablanmış 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği əsaslı deyil. İş materiallarından görünür ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Publik Hüquqi Şəxs tərəfindən filialın ƏDV depozit hesabına 05.07.2018-ci il tarixdə ”3 355 932.20 manat, 27.12.2018-ci il tarixində isə 3 797 250.26 manat vəsait köçürülmüşdür. Həmçinin filial tərəfindən 28.07.2018-ci il tarixində 2 000 000.00 manat, 31.07.2018-ci il tarixində 357 005.61 manat, 27.12.2018-ci il tarixində isi 3 797 250.26 manat olmaqla cəmi 6 154 255.87 manat ƏDV (Əsas borcu) dövlət büdcəsinə ödənilmişdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasına əsasən vergilər işlərin görüldüyü vaxt hesablanıb ödənilməlidir. İşdə olan sənədlərdən göründüyü kimi vergi orqanı 19.09.2017-ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166-cı maddəsinə əsasən filiala 2015-ci və 2016cı illər üzrə 7 662 162.67 manat ƏDV hesablamış və filial tərəfindən həmin vəsait dövlət büdcəsinə ödənilmişdir. X13 Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsində açılmış 19.10.2017-ci il tarixli ********* nömrəli cinayət işinə həmin baş idarənin 14.06.2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən (2018-ci ildə ödənilmiş 6 154 255.87 manat ƏDV+ 3 000 000 manat nağd qaydada) xitam verilmişdir. Xitam qərarında qeyd edilmişdir ki, filialın ƏDV üzrə vergi öhdəliyi 2015-2016-cı illər üzrə yaranır və filial tərəfindən ƏDV üzrə ödənilmiş məbləğlər həmin dövrə aid edilmişdir. 2018-ci ildə heç bir iş görülməmiş və sadəcə olaraq filial tərəfindən baş ofisə onun filiala 2015-2016-cı illər ərzində ödədiyi 58 785 391,79 manat (48 748 178.6 EURO) məbləğin 46 893 000.0 manatlıq hissəsi Baş ofisə geri halda, iki əməliyyatdan yalnız biri vergitutma obyekti ola bili həmin vaxt qüvvədə olan 166.1-ci maddəsinin redaksiyasına əsasən ƏDV 2015-ci və 2016-cı illər üzrə hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən yəni 2018-ci ilin iyul və dekabr aylarında "xxxx" ASC tərəfindən filiala ödənilmiş vəsait borcun qaytarılması ilə əlaqədar olduğundan, cinayət işinə xitam verilməsi ilə bağlı 14.06.2021-ci il tarixli qərara əsasən ƏDV üzrə öhdəliyin vaxtının 2015-2016-cı illər olduğu müəyyən edildiyindən və filial bu əməliyyatdan heç bir gəlir əldə etmədiyindən Vergi Məcəlləsinin tələblərinə əsasən filialın 2018-ci il üzrə hər hansı ƏDV öhdəliyi yaranmır. Rəyin təsviri hissəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin həmin (yəni 2015-2016-cı illərdə) vaxt qüvvədə olmuş 166.1-ci maddəsinə əsasən vergilər işlərin görüldüyü vaxt hesablanıb ödənilməlidir. Qeyd edilən qərar filial tərəfindən məhkəmədə mübahisələndirilmiş və Ali Məhkəmənin 11.11.2020-ci il tarixli 2-1(102)-1820/2020 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Ali Məhkəmə qərarında Vergi Məcəlləsinin 166.1-ci maddəsinə istinad etmişdir. İşlər isə 2016-cı ilin sentyabr ayında başa çatdığı üçün filialın vergi öhdəliyinin yaranmasının son müddəti 2016-cı ilin sentyabr ayıdır. Bu səbəbdən də filiala vergilər 2015-ci və 2016-cı illər üzrə hesablanmalıdır. 2018-ci il üzrə filialın vergi öhdəliyi yaranmadığından həmin dövr üzrə filiala hər hansı bir vergi hesablanmamalıdır. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, bildirilir ki, hazırkı ekspertiza zamanı 05.10.2020ci il tarixli “İstismara hazırlıq” aktına istinadən layihə üzrə işlər 22.09.2016-cı ildə yekunlaşdığından və 2018-ci ildə layihə üzrə heç bir iş görülmədiyindən filialın 2018-ci ildə mənfəət vergisi və ƏDV üzrə hər hansı bir öhdəliyi yaranmır. 2020 və 2021-ci illərdə təkrarən hesablanmış vergilər Vergi qanunvericiliyinə əsasən əsassız olduğu və filiala vergi orqanı tərəfindən 2017-ci ildə hesablanmış vergilər dövlət büdcəsinə ödənildiyi üçün (Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsinin ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında 14.06.2021-ci il tarixli qərarına əsasən), həmçinin "xxxx" ASC-nin filiala olan borcunun qaytarılması filialın gəliri hesab olunmadığından, filialın 2018-ci il üzrə dövlət büdcəsi qarşısında mənfəət və əlavə dəyər vergisi üzrə vergi öhdəliyi yoxdur. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, ekspert rəyində iş materiallarında olan maliyyə sənədlərindən savayi, iddianın əsaslı olduğunu təsdiq edən digər mötəbər dəlillərə Vergi Məcəlləsinin tələbləri baxımından düzgün qiymətləndirilməsi əsası ilə Məhkəmə sözügedən ekspert rəyini mötəbər sübut sayaraq əsaslı hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" ASC (sifarişçi) və Çexiya Respublikasnın “SaZ s.r.o.” şirkəti (icraçı) arasında bağlanmış 15.09.2011-ci il tarixli ******* nömrəli müqavilədən görünür ki, 87.8 km uzunluğunda Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çexiya Respublikasının “SaZ s.r.o.” şirkətinə həvalə edilmişdir. Kürdəmir-Ucar-Yevlax-Bərdə- Tərtər yolunun təmiri və yenidən tikintisi "SaZ s.r.o." şirkəti tərəfindən Türkiyə Respublikasının “X16 İnşaat X3 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nə (subpodratçı) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. "X14 X3 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nin Azərbaycan Respublikasındakı filialının əsasnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarət olmuşdur. Müqaviləyə əsasən layihənin ümumi məbləği 447.058.824 (dörd yüz qırx yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) EURO olmuşdur. Həmin məbləğin 15 %, yəni 67.058.824.00 (altmış yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) EUR "Azəryolservis” ASC tərəfindən, qalan 85%, yəni 380.000.000.00 (üç yüz səksən milyon) EURO Çexiya Respublikasının “Çeska Sporitelma a.s.” bankı tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Podrat müqaviləsində tikintinin başa çatma müddəti 13.09.2015-ci il tarixinə nəzərdə tutulmuşdur. 05.10.2020-ci il tarixli 004109 saylı “İstismara hazırlıq” akta əsasən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi 14.09.2012-ci ildə başlanılmış və 22.09.2016-cı ildə başa çatmışdır. Baş ofis və “X19” Bankası arasında bağlanılmış 10.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şirkətə 100 000 000,00 EURO kredit xətti ayrılmışdır. Baş ofis və filial arasında 25.12.2014-cü il tarixdə “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma” imzalanmışdır. Həmin anlaşmanın 1.1-ci bəndinə əsasən “Kürdəmir-Ucar-Yevlax-Tərtər”avtomobil yolunun tikintisi üçün bağlanılmış, 22.09.2011-ci il tarixli, 1109201-SL-1 №li müqaviləyə əsasən yolun tikintisi zamanı maliyyə çatişmazılıqlarını aradan qaldırmaq üçün aralarında mövcud olan qarşılıqlı (Hierarxik) əlaqəyə görə, “Filial’ın “Baş Ofis”in törəmə müəssisəsi (alt kurumu) olduğunu nəzərə alaraq, həmçinin “X21 Zərər” prinsipli beynəlxalq işgüzar təcrübə əsas alınaraq, mövcud iqtisadi və maliyyə şəraitində mümkün olan hər növ risklərin önlənməsi məqsədiylə, “Tərəflər” qarşılıqlı olaraq 57 000 000 EUR maliyyə yardımı göstərilməsi və həmçinin xərclərin (maya dəyəri ilə) mənfəətsiz və zərərsiz təqdim edilməsi barədə razılıq əldə etmişlər. "xxxx" ASC tərəfindən “filial” a ödəniş olunduğu zaman, alınmış maliyyə yardımı “Baş Ofis”ə geri qaytarılacaqdır. İş materiallarına əlavə olunmuş bank hesablarından çıxarışlara əsasən həmin məbləğdən 2015-2016-cı illər ərzində 48 748 178.6 EURO (58 785 391,79 manat -o cümlədən 01.01.2015-ci il tarixdən 31.12.2015-ci il tarixədək olan dövr üzrə 53 213 619.19 manat və 01.01.2016-cı il tarixdən 31.10.2016-cı il tarixədək olan dövr üzrə 5 571 772.60 manat) məbləğ Filialın bank hesablarına köçürülmüşdür. Qeyd olunanlardan savayı iş materiallarından həmçinin müəyyən edilir ki, 18 aprel 2016-cı il tarixdə "xxxx" ASC, "SaZ s.r.o.” şirkəti və “X14 X3 İhracat Sanayi ve Ticaret Anonim" Şirkətinin AR-dakı filialı arasında AAY-196/2016 saylı 3 tərəfli müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” "xxxx" ASC və “Podratçı” “SAZ s.r.o” şirkəti arasında imzalanmış ******* saylı 15.09.2011-ci il tarixli və “SAZ s.r.o” şirkəti ilə layihədə subpodrat işlərini həyata keçirən “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ilə imzalanmış 1109201-SL-1 saylı müqavilələrə əsasən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi çərçivəsində tərəf kimi iştirak edən "SaZ s.r.o.” şirkətinin 17.03.2016-cı il tarixli məktubla ******* saylı 15.09.2011-ci il tarixli müqavilənin 9.9 və 9.14-cü bəndlərinə əsasən layihədən kənarlaşır və tikinti işləri, texniki və maliyyə məsələləri üzrə öhdəliklərini “Subpodratçı” “X14 X3 İhracat Sanayi ve Ticaret Anonim" A.Ş-yə verir və bundan sonra yuxarıda qeyd olunan layihə üzrə münasibətlər “Sifarişçi” və “Subpodratçı” (bundan sonra “icraçı”) arasında həll olunacaqdır. Həmin müqavilənin 2.3cü maddəsinə əsasən “Sifarişçi” Azərbaycan Respublikası Tarif Şurasının 02 dekabr 2013cü il tarixli 14 saylı qərarı ilə bitium və dizel yanacağının qiymətlərində edilmiş artımla bağlı layihənin dəyərində 57.246.255,0 EURO məbləğində yaranan qiymət fərqini “İcraçı”ya ödəyir. Təqdim olunmuş bank çıxarışlarına əsasən "xxxx" ASC tərəfindən 05.07.2018-ci ildə 18 643 767,8 manat, 27.12.2018-ci il tarixdə isə 21 095 834,75 manat, 6 154 255,87 isə ƏDV olmaqla cəmi 46 893 000.0 manat vəsait filiala ödənilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsinin cinayət işinə xitam verilməsi barədə 14.06.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 17.01.2018-ci il tarixli məktuba əsasən "xxxx" ASCnin filiala 23 000 000 EURO borcu mövcuddur. İş materiallarından müəyyən edilir ki, sözügedən vəsaitin 22 613 636,12 dolları “RETURN OF DEBT ACC TO STATEMENT” qeydi ilə və 1.481.750 EURO isə “X20 X18 X11” qeydi ilə, həmin dövrün valyuta məzənnəsi ilə 41.349.099,28 manatı Filial tərəfindən 25.12.2014-cü il tarixli müqaviləninin 1.1-ci bəndinə əsasən Baş ofisə qaytarılmışdır. İş materiallarından müəyyən olunmuşdur ki, filial tərəfindən 28.07.2018-ci il tarixində 2 000 000,00, 31.07.2018-ci il tarixində 357 005.61, 27.12.2018-ci il tarixində isə 3 797 250. 26 manat olmaqla, cəmi 6 154 255,87 ƏDV isə dövlət büdcəsinə ödənilmişdir. May 2015-oktyabr 2016-cı illəri əhatə etmiş 14.08.2017-ci il tarixli **********78928 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş 19.09.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən filiala 1 526 870.25 manat mənfəət və 7 662 162.67 manat ƏDV olmaqla 9 189 032.92 manat əlavə vergi məbləği və 4 594 516.46 manat maliyyə sanksiya olmaqla cəmi 13 783 549.38 hesablama aparılmışdır. Qeyd olunan qərar məhkəmə qaydasında mübahisələndirilimiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.11.2020-ci il tarixli 2-1(102)-1820/2020 saylı qərarına əsasən iddia təmin edilməmişdir. Ali məhkəmənin qeyd olunan qərarında (bənd:45) qeyd olunmuşdur ki, yoxlama aparılan və yoxlamanın nəticələri üzrə qərar qəbul edilən dövrdə Vergi Məcəlləsinin 166-ci maddəsi başqa məzmunda idi və vergi orqanı həmin dövrdə qüvvədə olan məzmuna uyğun hərəkət etmişdir. Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166.1-ci maddəsində qeyd edilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır. Göründüyü kimi Ali Məhkəmə vergilərin hesablanıb, ödənilməsi vaxtı kimi pulun ödənilmə vaxtını yox, işlərin yerinə yetirildiyi, xidmətlərin göstərildiyi vaxtı müəyyən etmişdir. Bu halda isə eyni işə görə pulun daxil olma vaxtı vergi hesablanması Vergi Məcəlləsinin 3.5-ci maddəsinə ziddir və ikiqat vergi hesablanması kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin qeyd olunan qərarınının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması məqsədi ilə Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti verilmişdir. Eyni zamanda qeyd olunan vergidən yayınma halı ilə bağlı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 19.10.2017-ci il tarixli ********* nömrəli cinayət işi açılmışdır. İş materiallarından müəyyən olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 11.12.2020-ci il tarixli **********269900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanılmışdır. Bundan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən noyabr 2017 – oktyabr 2020-ci illər üzrə səyyar vergi yoxlaması təyin edilmiş və 03.08.2021-ci il tarixli **********143360 saylı Səyyar Vergi yoxlaması aktı qəbul edilmişdir. Həmin aktın əsasında qəbul edilmiş 24.09.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla 11.12.2020-ci il tarixli **********269900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 6 747 783.88 manat kameral qaydada hesablanmış mənfəət vergisi təsdiq edilərək, əlavə olaraq 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası) hesablanmaqla , cəmi 11 121 931.96 manat vergi məbləği hesablanması təklif edilmiş və bu məbləğlər təsdiq edilmişdir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 19.10.2017-ci il tarixli ********* nömrəli cinayət həmin baş idarənin 14.06.2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən xitam verilmişdir. Ödənilmiş 9 189 032.92 manat əsas borca, filial tərəfindən 2018-ci ilin iyul ayı üçün 2 356 908,69 manat və 2018-ci ilin dekabr ayı üçün isə 3 797 250,26 manat, cəmi 6 154 158.95 manat bəyənnamə verilməklə büdcəyə ödənilmiş vergi məbləği aid edilmiş, əlavə olaraq da filial tərəfindən 2020-ci ilin iyun ayında 3 000 000 manat vəsait nağd qaydada dövlət büdcəsinə ödənilmişdir. Beləliklə, 2018-ci il ərzində ƏDV hesabatı təqdim olunmuş 6 154 158.95 manat məbləğ şəxsi hesab vərəqəsində ödənilməmiş borc kimi yaranmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 14.06.2021-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından müəyyən edilir ki, “İstintaq zamanı, qeyd olunanların araşdırılması məqsədi ilə “”Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nə (keçmiş "xxxx"ASC) ünvanlanmış 18.01.2018-ci il tarixli məktuba cavab olaraq Agentlik tərəfindən daxil olmuş 05.02.2018-ci il tarixli 3/14-769 nömrəli məktubda X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən icra olunan Kürdəmir-Ucar-Yevlax yolunun təmiri və tikintisi işləri ilə bağlı layihə üzrə Agentliyin filiala 23 000 000, 00 EURO borcunun olduğu və qeyd olunan layihənin icrası ilə bağlı filiala heç bir ödəniş həyata keçirilmədiyi qeyd olunmuşdur”. 24.09.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən 2018-ci il üzrə filialda ƏDV-nin 401 949.79 manat azaldılması və 433 569.96 manat artıq hesablanması müəyyən olunmuşdur. İl üzrə ƏDV-nin faktiki olaraq 31 620.17 manat artıq hesablanmasına baxmayaraq fililala 200 974.90 manat maliyyə sanksiyası hesablanılmışdır. Filialın 27.08.2019-cu il tarixli **********852800 saylı ərizəsinə əsasən fəaliyyətinin 5 il müddətinə dayandırılmasına və 2019-2020-ci illər ərzində fakitki olaraq heç bir sahibkarlıq fəaliyyətinin olmamasına baxmayaraq vergi orqanı tərəfindən 2020-ci il üzrə 1 193 432.75 manat əlavə ƏDV hesablanılmış və buna uyğun olaraq 596 716.38 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktında qeyd qeyd olunmuşdur ki, filial tərəfindən yoxlama dövründə hər hansı layihə üzrə iş və xidmətlərin yerinə yetirilməsinə dair məlumat aşkar olunmamışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 14.06.2021-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarına əsasən vegi yoxlamaları başlayana qədər yəni 19.09.2017-ci il tarixində filialın şəxsi hesab vərəqəsində 1 363 006.94 manat artıq ödəməsi mövcud olmuşdur. Bu da onu göstərir ki, filial tərəfindən dövlət büdcəsinə vergilər vaxtında və yaranan öhdəlikdən artıqlaması ilə ödənilmişdir. Mülki Prosesual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “X15 X3 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli Qərardadında müəyyən edilən hallardan biri odur ki, "Azəravtoyol'’ Açıq Səhmdar Cəmiyyəti, “SAZ s.r.o." şirkəti və Filial arasında 18 aprel 2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, "SAZ s.r.o.” şirkəti layihədən kənarlaşdırılmış, bütün hüquq və ohdəliklər Filila keçmiş, "xxxx" ASC isə yaranmış qiymət fərqinin icraçıya ödənilməsi öhdəliyinin icrası qaydasında Filiala 2018-ci il ərzində 46 893 085.48 manat (ƏDV daxil olmaqla) məbləğində vəsait ödəmişdir. Lakin göstərildiyi kimi, vergi orqanı tərəfindən Filiala eyni layihə üzrə iki dəfə, yəni 2015-2016-cı illərdə Baş ofisdən Filiala daxil olmuş vəsaitə, eyni zamanda lahiyənin icrası ilə bağlı 2018-ci ildə "xxxx" ASC tərəfindən daxil olmuş vəsaitə görə vergi hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcrndən əlavə vergilər və başqa dövlət ödənişlər ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli Qərardadının “nəticəvi” hissəsində Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissələrində əks olunan hüquqi mövqelərin nəzərə alanması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Vergi Məcəlləsinin 135.2-ci maddəsinə əsasən Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı “Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır”. Bu maddənin tələbinə əsasən də vergi öhdəlikləri 2015-2016-ci illər üzrə yaranmalıdır və həmin dövrdə də icra edilmişdir. 2018-2020-ci illərdə isə filial tərəfindən heç bir layihə icra edilmədiyindən və gəlir əldə edilmədiyindən vergi öhdəliyi yarana bilməz. Yuxarıda qeyd olunanlara, təqdim olunmuş sənədlərə, tərəflərin məhkəmə baxışında verdikləri izahatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli 9/9590 №li ekspert rəyinə, o cümlədən Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli Qərardadına əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, X14 X3 İhracat Sanayi ve Ticaret Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən yalnız bir layihə- Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi işləri 2015-2016-cı illərdə həyata keçirilmişdir və layihənin icrası 22.09.2016-cı ildə başa çatdırılmış, layihənin icrası ilə bağlı 2015-2016-ci illərdə çəkilmiş 58 785 391,79 manat vəsait Baş ofisin öz vəsaiti hesabına filiala göndərilmişdir. Lahiyənin icrası ilə bağlı çəkilmiş 58 785 391,79 manat xərcə görə filiala ümumilikdə, 24 753 805.51 manat vergi, 6 305 833.83 manat maliyyə sanksiyası, 7 671 864,61 manat faizlər olmaqla, ümumilikdə 38 731 503.95 manat hesablama aparılmışdır. Filialın şəxsi hesab vərəqəsinə əsasən qeyd olunan dövr ərzində dövlət büdcəsinə 10 261 212,27 manat vergi məbləği ödənilmişdir. Layihənin icrası ilə bağlı filialın vergi öhdəliyi 1 526 870.25 manat mənfəət və 7 662 162.67 manat ƏDV olmaqla 9 189 032.92 manat təşkil edir ki, qeyd olunan məbləğ də dövlət büdcəsinə hesablanmış və ödənilmişdir. 2018-ci il ərzində "xxxx" ASC-dən filialın hesabında daxil olmuş məbləğ 2015-2016-ci illərdə layihənin icrası ilə bağlı Baş ofisin öz vəsaiti hesabına çəkdiyi xərclərin əvəzinin ödənilməsidir ki, buna görə də yenidən ƏDV və mənfəət vergisi hesablanması qanunsuzdur. Layihənin icrası ilə bağlı ƏDV öhdəliyi 2015- 2016-ci illərdə icra edildiyindən 2018-ci il üzrə heç bir ƏDV öhdəliyi yaranmır. Azərbaycan Dövlət Avtomobil Yolları Agentiliyinin filiala layihənin icrasi ilə bağlı baş ofisin hesabına çəkidiyi xərclərə görə hələ də 23 000 000 EURO borcu olduğundan filialın mənfəət əldə etməsi sübüt edilməmişdir. Eyni zamanda filial tərəfindən 2018-ci il ərzində baş ofisə göndərdiyi vəsait, baş ofisin layihənin icrası ilə bağlı çəkdiyi xərclərin əvəzi olduğundan və filialın mənfəət eldə etməsi yoxlama aktları ilə sübüt edilmədiyindən 2018-ci il üzrə mənfəət vergisi yarana bilməz. 03.08.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında 2018-ci ilin iyul ayı üzrə 401 949.79 manat ƏDV-nin nəyə əsasən az hesablanması sübüt edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, 2018-ci il üzrə 433 569.96 manat ƏDV-nin artıq hesablanması müəyyən oldunduğu halda, az hesablamaya görə 200 974.90 manat maliyyə sanksiyası tətbiq olunması Vergi Məcəlləsinin tələblərinə ziddir. 03.08.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında filialın 2020-ci ildə heç bir fəaliyyətin olmamasına baxmayaraq, 2018-ci ildəki ƏDV əvəzləşmələrinin ləğv edilərək 2020-ci ilin oktyabr ayı üzrə 1 193 432.75 manat ƏDV və 596 716.38 manat maliyyə sanksiyası hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. Həmçinin iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. Lakin cavabdeh göstərilən məlumatlara dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin iddiaçının qeyd etdiyi dövrlər üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsi üçün texniki şəraitin yaradılmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissədə hüquqi əsasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5-ci maddəsi təşkil edir. Belə ki, işin hallarından müəyyən edildiyi kimi iddiaçı tərəfindən 2018-ci ilin iyul və dekabr ayları üçün bəyan edilmiş və ödənilmiş ƏDV məbləği həmçinin 19.09.2017-ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166-cı maddəsinə əsasən 2015-ci və 2016-cı illər üzrə hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Göründüyü kimi həll edilməli məsələ iddiaçı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsinin təqdim edilməli olması üçün müvafiq şəraitin yaradılması ilə bağlıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən dəqiqləşdirilmiş vergi bəyənnamələrinin inzibati orqana təqdim edilməsi zərurəti yarandığından, qeyd olunan əsas üzrə iddia tələbi 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması öhdəliyinin vergi orqanın üzərinə qoyulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikasi Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxdan xərc arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1 barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2 barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3 şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanununun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 2020 və 2021-ci illərdə 2018-2020-ci illər üzrə təkrarən hesablanmış vergilər Vergi qanunvericiliyinə əsasən əsassız olduğu və filiala vergi orqanı tərəfindən 2018-ci ildə hesablanmış vergilər dövlət büdcəsinə ödənildiyi üçün (Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsinin ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında 14.06.2021-ci il tarixli qərarına əsasən), həmçinin "xxxx" ASC-nin filiala olan borcunun qaytarılması filialın gəliri hesab olunmadığından və belə olan halda 2018-ci il üzrə dövlət büdcəsi qarşısında mənfəət və əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin mövcud olması müəyyən edilmədiyindən iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.09.2021-ci il tarixli **********149970 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11.12.2020-ci il tarixli **********269900 saylı qərarlar ləğv edilməli, 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması öhdəliyi vergi orqanın üzərinə qoyulmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2022-ci il tarixli, 9/9590 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.09.2021-ci il tarixli **********149970 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11.12.2020-ci il tarixli **********269900 saylı qərarlar ləğv edilsin. 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması öhdəliyi vergi orqanın üzərinə qoyulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1344/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1344/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver