Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13457/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ziyanın ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 12 min ABŞ dolları pulunun cavabdehdən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(103)-13089 saylı icra sənədinə əsasən X4 12000 (on iki min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), habelə dövlət rüsumunun əvəzi qismində 30.40 (otuz manat qırx qəpik) manat alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunan icra sənədi Cavabdeh icra məmuru Gültac Sadıqovanın icraatına qəbul edilmiş və bu günə kimi icra edilməmişdir. Qərarın icrasına icra məmuru qəsdən və qərəzli şəkildə maneçilik törətmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Lakin icra məmuru bir çox zəruri hərəkətləri bu günə qədər hələ də həyata keçirməmiş, bir qismini də qəsdən gec həyata keçirərək borcluya borc öhdəliyindən yayınma fürsəti yaratmışdır. İddiaçı dəfələrlə şikayətlərini bildirdikdən sonra icra məmuru qətnaməni 4 ildən sonra icra etmədən istintaqa göndərmiş və istintaq materiallarında tam sübuta yetirilmişdir ki, borclu şəxs mülkündə olan “Volkswagen” və “Şhevrolet” markalı 2 ədəd minik avtomobillərini 2019-cu ildə iş icrada ola-ola öz adından çıxarıb yaxın qohumlarının adına keçirmiş, icra məmuru isə buna göz yumaraq avtomobillərin üzərinə vaxtında həbs tədbiri qoydurmamış və güya sistemdə görmədiyini iddia edərək o, avtomobilləri borclunun öz adından çıxarmasına şərait yaratmışdır. Yazılı ərizələrinə baxmayaraq borclunun ölkədən getmə hüququnu məhdudlaşdıran tədbiri vaxtında deyil, 3 il sonra qoydurmuş və Ədliyyə Nazirliyinin saytına əsasən borclu şəxs 2020-ci il tarixində dəfələrlə xarici ölkələrə girişçıxış etmişdir. 2020-ci ildə borclu şəxsin Keşlə qəsəbəsindəki həyət evini 55 min manata satıb borcunu ödəməkdən yayınmasına icra məmuru göz yummuşdur. Halbuki “İcra memurları” haqqında Azərbaycan Respublikası Qanunun 82.1.-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Bütün bu faktlar 02 mart 2022-ci il tarixli, ********* sayılı istintaq qərarında öz təsdiqini tapıb və ittiham aktında qeyd olunmuşdur. Üzərinə həbs qoyulmuş borcluya aid “BMW” markalı minik avtomobilinin isə hərracda satılmasına fürsət verməmiş, hərracdan öncə avtomobili 1 dəfə borca qarşılıq iddiaçıya təklif etmiş, o, da istismara yararsız oldugundan həmin avtomobildən imtina edib hərracda satılmasını xahiş etmişdir. Lakin hərracdan iddiaçını məlumatlandıran olmamış və hərracın keçirilib-keçirilmədiyi də məlum deyil. Sonra isə həmin avtomobilin üzərindən həbsin götürülməsi ilə bağlı iddiaçıdan xəbərsiz təqdimat verərək avtomobilin borclu tərəfindən götürülüb satılmasına və borcun ödənilməməsinə şərait yaratmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən icra məmuru bu hərəkətlərinə görə məsuliyyət daşıyır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində icra məmurunun zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək hüququ aydın yazılsa da, bu günə qədər iddiaçının yazılı ərizəsinə və şifahi tələblərinə baxmayaraq icra məmuru borclunun mənzilinə baxış keçirilməsi ilə bağlı tələblərini rədd edir, borclunun həyat yoldaşının birgə nikah dövrü əmlak sorğusu keçirməyi rədd edir, borclunun məşğulluq mərkəzinə yönləndirilməsi ilə bağlı icra tədbiri görməkdən israrla boyun qaçırır. Borclunun faktiki yaşayış yeri məlum olduğu halda və borclu öz yazılı iltizamında faktiki yaşayış yerini bildirdiyi halda Gültac Sadıqova onun haqqında 1 dəfə də olsa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2.-ci maddəsini tətbiq etməmişdir. (İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.) Heç vaxt onun barəsində 1 sutka belə inzibati həbs tədbiri həyata keçirməmiş, işin icrasını uzatmaq məqsədilə onun haqqında "yeri məlum olmayan şəxs" kimi axtarış elanı vermişdir. Halbuki polis müxtəlif vaxtlarda 3 dəfə borclunu iltizamda qeyd olunan faktiki yaşayış ünvanından götürüb icra şöbəsinə təhvil vermiş və polis axtarışı ilə icra şöbəsinə təhvil verilən şəxs barəsində icra məmuru heç bir tədbir görməmiş, onunla gizli danışıqlara gedərək sərbəst buraxmışdır. İddiaçının yuxarı orqanlara şikayətlərini susdurmaq üçün də onun haqqında təkrar axtarış elanı vermişdir. Borclu şəxs icra şöbəsinin baza hesabına (halbuki icra şöbəsində iddiaçının bank rekvizitləri var) cəmi 200 manat pul ödəyir, onu belə Gültac Sadıqova iddiaçıya bildirmir, iddiaçının bu puldan 6 ay sonra istintaq idarəsində xəbəri olmuş və o pulu icra şöbəsindən tələb etdiyində müxtəlif bəhanələrlə tam 1 həftə onu süründürdükdən sonra pulu onun rekvizitinə köçürmüşdür. Bu 4 il ərzində icra məmuru ancaq borclunun maraqlarına xidmət etmiş, özünü icra məmuru kimi yox, borclunun vəkili kimi apararaq məhkəmə qətnaməsinin icrasına qəsdən maneçilik törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129- cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İcra məmuru qərarı 2019-cu ildə vaxtında tədbirlər görüb icra etmədiyinə görə, həmin vaxtın müqayisəsi ilə bu gün ərzaq, qida və ehtiyaclarin qiymətləri ən azı 4 dəfə bahalaşmış və borcludan alacağı pulun dəyəri 4 dəfə itmişdir. İcra məmuru öz hərəkətləri və hərəkətsizliyi ilə bu günə kimi də məhkəmə qətnaməsini icra etməmiş, iddiaçının pulunun borcludan alınıb ona qaytarılmasını təmin etməmiş, iddiaçıya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh yazılı etirazını təqdim etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Məhkəmənin sorğusuna əsasən Cavabdehndən tələb edilmiş 107990/2019-7-9 nömrəli icra işinin sənədlərinə əsasən: -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13089/18 nömrəli, 13 dekabr 2018-ci il tarixli qətnaməsi əsasında Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə 05 iyul 2019-cu il tarixdə verilmiş icra vərəqəsinə əsasən X4 12 000 (on iki min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), habelə dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) manat alınaraq İddiaçı Manaf oğluna ödənilməlidir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi tərəfindən X7 xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilərək Bakı Apellyasiya Məhkəıməsinin 1-2(103)-13089/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin edilməsi barədə borluya xəbərdarlıq edilmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli “Borclunun əmlakının axtarılması haqqında” qərarı ilə X7 məxsus “BMW 3181” minik markalı **-HG-*** qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin 17/71-13G 4182 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Avtomobil vasitələrinin Axtarış şöbəsinə, X3 və Bakı şəhər Nizami rayon X12 şöbəsinə göndərilərək icra sənədinin icrası ilə əlaqədar borclu şəxs X5 mülkiyyətində olan “BMW 3181” minik markalı **-HG-*** qeydiyyat nişanlı avtomobilin aşkar olunduğu yerdə saxlanılaraq bu barədə şöbəyə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 087-24143-1 nömrəli məktubu ilə bildirilmişdir ki, icra sənədinə əsasən vətəndaş X7 məxsus olan “BMW 3181 markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin məcburi qaydada saxlanılıb, cərimə meydançasına qoyulması barədə Balı şəhəri Nizami RPİ DYPŞ-nin aidiyyəti üzrə şəxsi heyəti təlimatlandırılmışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.1964-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X1 iş yerini olubolmaması və əmlakların axtarışının elan edilməsi qərara alınmışdır. Qərarın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Baş X11 İdarəsinə və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə və bank təşkilatlarına həvalə edilmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2019-cu il tarixli, 17/71-13G4328 nömrəli məktubda bildirilmişdir ki, onun xx.xx.2019cu il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, Bakı Apellyasiya Məhkəməsi 2(102)-13089 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmuş, həmin tarixdə də müvafiq qərarla ocraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun icra sənədində göstərilən ünvanlarına göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının axtarılması haqqında qərar icra məmuru tərəfindən qəbul olunaraq, icra olunması üçün aidiyyatı dövlət və bank təşkilatlarına göndərilmiş, icra tədbirləri davam etdirilməklə, icra sənədi nəzarətdə saxlanılır. - "xxxx" QSC tərəfindən Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 04 nömrəli məktubu ilə bildirilmişdir ki, X5 adına aktiv bank hesabı mövcud deyildir. - Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli Borclunun axtarılması barədə Qərarı ilə xx.xx.1964-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barədə axtarışın elan edilməsi qərara alınmışdır. Borclunun axtarılması borclunun qeydiyyatda olduğu yer üzrə DİN-in aidiyyəti orqanlarına həvalə edilmişdir. - "xxxx" ASC-nin tərəfindən 7419 nömrəli məktubla Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə bildirilmişdir ki, şəxsin hər hansı bank hesabları mövcud deyildir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixli, 107990/2019-7-9 nömrəli icra sənədi üzrə X2na məxsus “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmiş **********8 nömrəli, 05 noyabr 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, sorğuları ilə əlaqədar məktublarda qeyd olunan şəxslərdən 2 nəfərin adlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatı təqdim edilir. Digər şəxslərin adlarına isə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsi bildirişləri mövcud deyil. - "xxxx" ASC-nin Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə göndərilmiş xx/xx-4653 nömrəli, 08 noyabr 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, şəxsin adına "xxxx" ASC-də hər hansı bank hesabı aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə göndərilmiş 08 noyabr 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, şəxsin adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin təqdimatı təmin olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 13089/2018 saylı icra sənədi üzrə X1 ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılması, mülkiyyətində olan “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli aktına əsasən icra sənədinin icrası ilə əlaqədar borclunun ünvan 1 ünvanında olduqları zaman hal şahidlərinin iştirakı ilə borclunun ünvanda yaşayıb-yaşamadığını müəyyən etmək mümkün olmamışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarı ilə borclu barədə axtarış elan edilərək icra edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1062/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 13 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qərara alınmışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” Qərarı ilə icra sənədinin icrası ilə əlaqədar əmlakın qiymətləndirici tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. - İddiaçının Bakı şəhəri icra və probasiya şöbəsinə ünvanladıgı 2020-ci il tarixli elektron ərizəsində müvafiq olaraq Ali Məhkəmənin 14 may 2019-cu il tarixli, 2(102)-3376 saylı qərarının tam şəkildə icrasını tələb edərək cavabdeh şəxsin adına olan BMW markalı avtomobilin ona təklif edilməsindən imtina etmişdir. - "xxxx" MMC tərəfindən QXM/2725 nömrəli, xx.xx.2020-ci il tarixli Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə ünvanlanmış məktubunda bildirilmişdir ki, ünvan 5, xx.xx.2018-ci il tarixli icra sənədi ilə əlaqədar, Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı və 107990/2019-7-9011-19 saylı xx.xx.2020-ci il tarixli müraciətinə əsasən, təqdim etdiyi sənədlər və qiymətləndirmə obyektinə aid məlumatları nəzərə alaraq “BMW 3181” markalı, dövlət qeydiyyat nişanlı **-HG-*** olan minik avtomobilinin bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2020-ci il tarixə bazar dəyəri 10000.0 (on min) manat müəyyən edilmişdir. Bu barədə xx.xx.2020-ci il tarixli, QR-2725 saylı Qiymətləndirmə rəyini təqdim etmişdir. -İddiaçının Bakı şəhəri icra və probasiya şöbəsinə ünvanladıgı xx.xx.2020-ci il tarixli elektron ərizəsində müvafiq olaraq Ali Məhkəmənin 14 may 2019-cu il tarixli, 2(102)-3376 saylı qərarının qeydsiz şərtsiz icra edilməsini tələb etmiş və cavabdeh şəxsin adına olan BMW markalı avtomobillə heç bir əlaqəsinin olmadıgını, həmin avtomobilin cavabdeh şəxsdən alınıb ona verilməsini tələb etmiş, cavabdeh şəxsin malı mülkü barədə ona sorğu və təklif verilməsi və Ali Məhkəmənin hökmünün olduğu kimi icra edilməsini xahiş edilmişdir. - İddiaçının Bakı şəhəri icra və probasiya şöbəsinə ünvanladıgı xx.xx.2020-ci il tarixli elektron ərizəsində Ali Məhkəmənin 14 may 2019-cu il tarixli, 2(102)-3376 saylı qərarının tam şəkildə icra edilməsini tələb etmiş, cavabdeh şəxsin adına olan BMW markalı avtomobilin ona təklif olunmasından imtina edərək cavabdehin adına olan avtomobilin hərraca çıxarılmasını xahiş etmişdir. - İddiaçının Bakı şəhəri icra və probasiya şöbəsinə ünvanladıgı xx.xx.2020-ci il tarixli elektron ərizəsində müvafiq olaraq Ali Məhkəmənin 14 may 2019-cu il tarixli, 2(102)-3376 saylı qərarının tam şəkildə icra edilməsini tələb etmiş və cavabdehin adına olan BMW markalı avtomobilin ona təklif olunmasından imtina etmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin tələbkar İddiaçı Manaf oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli, 17/71 C.M.3513 nömrəli, 07 dekabr 2020-ci il tarixli, 17/71 C.M./3828 nömrəli təklif məktublarında bildirilmişdir ki, görülmüş icra tədbirləri nəticəsində borclu Ə.Mehdiyevin mülkiyyətində “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş və həmin avtomobilin üzərinə bəbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(004)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə sözügedən avtomobilin üzərinə həbs qoyulmuşdur. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin tələblərinə əsasən borclu Ə. Mehdiyevin mülkiyyətində olan “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin 11 sentyabr 2020-ci il tarixli, QXM-2725 saylı rəyi ilə 10.000 (on min) manat məbləğində qiymətləndirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin tələbinə əsasən borclu Ə.Mehdiyevin mülkiyyətində olan “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 000 (on min) manat borc əvəzi iddiaçıya təklif olunmuşdur. Qeyd olunan təklifin qəbul olunubolunmamasına münasibət bildirilməsi xahiş olunmuşdur. - İddiaçının Bakı şəhəri icra və probasiya şöbəsinə ünvanladıgı xx.xx.2020-ci il tarixli elektron ərizəsində müvafiq olaraq daha əvvəl də yazılı şəkildə imtina məktubu göndərdiyini, borclunun cərimə meydançasına 2 min manat qədər borcu olan və bazar qiyməti isə heç 3 min manat olmayan avtomobilinin ona iradla 10 min manat əvəzi təklif etməmələrini, onun 12 ABŞ dolları pulunun borcludan alınıb ona verilməsini, məhkəmə qətnaməsinə alternativ variantlar, ya da borclunun hər hansı bir əmlakının ona təklif edilməməsini, məhkəmə qətnaməsinin olduğu kimi icra edilməsini xahiş etmişdir. - X1 Cavabdehnə verdiyi xx.xx.2021-ci il tarixli izahata əsasən onun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13089 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi barədə məlumatı oldugunu, borcuna görə inzibati məsuliyyətə cəlb olundugunu, işsizlik və maddi vəziyyəti pis olduğuna görə ödəniş edə bilmədiyini, 400 manat ödəniş etdiyini, hal-hazırda borcunu ödəməyə heç bir imkanı olmadıgını, pandemiya ilə əlaqədar işsiz oldugunu, vaxt verilərsə, 29 mart 2021-i ilə qədər borcunu tam şəkildə ödəməyə söz verdiyini, adına bir BMW markalı avtomobilin oldugunu, başqa əmlakının, qiymətli kağızlarının və ya əmanətinin olmadıgını bildirmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilərək Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-13089/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X1 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “Borclunun axtarışı haqqında” qərarı ilə borclu barəsində axtarış elan edilərək icra edilməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi tərəfindən 17/71_13G/1958 nömrəli, xx.xx.2021-ci il tarixli X2na göndərilmiş məktubda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının qərara alındıgı və icra edilməsi üçün aidiyyəti orqanlara göndərildiyi bildirilmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli borcluya göndərilmiş Xəbərdarlıgında bildirilmişdir ki, tərəfindən məhkəmə qərarının icrası təmin edilməmiş və icra edilməməsinin səbəbləri ilə bağlı heç bir məlumat verilməmişdir. Odur ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Xəbərdarlığı aldığı gündən 10 gün müddətində (iş günü) Nizami rayon icra şöbəsinə gəlmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məcburi gətirilmə haqqında qərar qəbul olunacaq, eləcə də inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə tədbirlər həyata keçiriləcəkdir. - Cavabdeh 17/71-13G 6b nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə icra sənədi üzrə X2 barəsində tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarı ilə X1 iş yerinin olub-olmaması və əmlaklarının axtarışının elan edilməsi qərara alınaraq icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Baş X11 İdarəsinə və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə və bank təşkilatlarına həvalə edilmişdir. - Cavabdeh tərəfindən "xxxx" ASC-yə 17/71_13G3652 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “Borclunun əmlaklarının axtarılması haqqında” qərarı icra olunması və əmlakların üzərində sərəncam vermək hüququnun müvəqqəti məhdudlaşdırılaraq şöbəyə məlumat verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, X6 Xidmətinə, AR DİN Baş X11 İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinə, "xxxx" ASC-yə, "xxxx" MMC-yə, "xxxx" MMCyə, “X13” MMC-yə və "xxxx" MMC-yə göndərilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13089/2018 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə ünvan 5, 13 dekabr 2018-ci il tarixli qətnaməsi əsasında 05 iyul 2019-cu il tarixdə verilmiş icra sənədin məhkəməyə qaytarılması barədə Cavabdeh rəis müavinin 28 dekabr 2020-ci il tarixli qərarı ləğv olunaraq icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün həmin quruma göndərilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi tərəfindən 17/71-5A 107990 nömrəli, xx.xx.2021-ci il tarixli “Yeni müddət təyin olunması haqqında” Bildiriş borcluya göndərilərək bildirilmişdir ki, icra sənədində nəzərdə tutulan tələb təmin olunmadığına görə Nizami Rayon Məhkəməsinin 3(007)-1894/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh olaraq barəsində 500 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlbetmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin olunur. Həmin Qanunun tələbinə uyğun olaraq icra olunması üçün bildirişi aldığı tarixdən başlayaraq ona 10 günlük yeni müddət təyin olunur. Qeyd olunan müddət bitdikdən sonra icra sənədi üzrə tələb tərəfindən təmin edilməzsə qanunun tələbinə uyğun olaraq, toplanmış sənədlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə barəsində cinayət işinin başlanılması məqsədi ilə istintaq orqanına göndəriləcəkdir. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 4994 nömrəli qəbzinə əsasən X8 tərəfindən İddiaçı Manaf oğluna 301,00 AZN məbləğində pul məhkəmə icraçıların hesabına köçürülmüşdür. - Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 17/71_13G/ 126 nömrəli məktubla “Borclunun cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat göndərilmişdir. - X2 Cavabdehnə verilmiş xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13089 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin bu günədək icra edilmədiyinin səbəbi onun işləməməsi, gəlirin olmamasıdır, bu günədək 950 manat ödəniş etmiş, heç yerdə rəsmi və ya qeyri-rəsmi işləməmiş, oğlu işləyib ona baxır, bütün tələbatını o, ödəyir, işsizliklə bağlı qeydiyyata durub, arayışı təqdim edəcək, əlinə pul düşdükdə hissə-hissə borcunu ödədiyini, oğlunun köməyi ilə borcu ödəyib qurtaracagını bildirmişdir. - Cavabdeh tərəfindən 4 saylı xəzinədarlıq idarəsinə ünvanlanmış 17/71-5A 52 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 5, xx.xx.2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası məqsədi ilə 550 manat məbləğində pul vəsaiti borclu tərəfindən Cavabdeh depozit hesabına köçürülmüşdür. Cavabdeh depozit hesabına köçürülmüş olan 550 manat pul vəsaitinin tələbkar İddiaçı bank hesabına köçürülməsi xahiş edilmişdir. - Cavabdeh tərəfindən 17/71-13G 7855 nömrəli, xx.xx.2021-ci il tarixli Bakı Taksi MMC-yə göndərilmiş məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13089 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasında yaranmış zərurətlə əlaqədar olaraq xx.xx.1964-cü ildə anadan olmuş, X1 "xxxx" MMC-də işləyib-işləməməsi, hansı tarixdən etibarən əmək müqaviləsinin bağlandığını, işlədiyi təqdirdə əmək müqaviləsinin bağlandığı gündən bu günədək gəliri və ya əmək haqqı barədə məlumatın şöbəyə verilməsi xahiş olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 ərizəsi təmin edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə “BMW 3181” minik markalı **-HG-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınaraq qərardadın icrası Bakı şəhəri Baş X12 İdarəsinə və Cavabdehnə həvalə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-170/2022 nömrəli, xx.xx.2002-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 8(103)-204/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 8(007)- 432/2019 saylı qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair X1 ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 8(007)- 432/2019 nömrəli qərardadından tələbkar İddiaçı Manaf oğlu tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 8(007)-432/2019 saylı qərardadı ləğv edilmiş, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5294/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X5 cavabdehlər İddiaçı və Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-13089/2018 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs əvvəlki vəziyyətinə qaytarılaraq qüvvədə saxlanılması qərara alınmışdır. Qərardadın icrası Bakı şəhəri Baş X12 İdarəsinə və Cavabdehnə həvalə edilmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “Borclunun əmlakının axtarılması haqqında” qərarı ilə X5 mülkiyyətində olan “BMW 3181” minik markalı **-HG-*** qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilərək Cavabdehnə təhvil verilməsi qərara alınmışdır. - Cavabdeh tərəfindən 107990/2019-7-9-024 nömrəli, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Avtomobil vasitələrinin Axtarış Şöbəsinə, X3, Bakı şəhər Baş X12 İdarəsinə və Bakı şəhər Nizami rayon X12 İdarəsinə göndərilmiş məktubu ilə icraatda olan icra sənədinin icrası ilə əlaqədar borclu şəxs X5 mülkiyyətində olan “BMW 3141” minik markalı, ** HG *** qeydiyyat nişanlı avtomobilin axtarılması barədə qərar icra olunması üçün göndərilməklə bu barədə şöbəyə rəsmi məlumat verilməsi xahiş olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə pul tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, nzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İddiaçı hazırki iddia tələbi ilə cavabdehin tələbkar oldugu icra işini icra etməməsi nəticəsində ona vurulan maddi ziyanın tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. 87.4. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülki Məcəllə: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçının dəlillərinə görə cavabdeh tərəfindən məhkəmə qərarının icrası təmin edilmədiyindən ona maddi ziyan dəymişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Əksinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş fəaliyyət sferasında müvafiq tədbirlər görülmüşdür. Belə ki, icra işinin sənədlərindən göründüyü kimi Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 1-2(103)-13089/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borcluya xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilərək icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin edilməsi barədə borluya xəbərdarlıq edilmişdir. İcra məmurunun xx.xx.2019-cu il tarixli “Borclunun əmlakının axtarılması haqqında” qərarı ilə borcluya məxsus “BMW 3181” minik markalı **-HG-*** qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmiş və qərar icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Avtomobil vasitələrinin Axtarış şöbəsinə, X3 və Bakı şəhər Nizami rayon X12 şöbəsinə göndərilərək avtomobilin aşkar olunduğu yerdə saxlanılaraq bu barədə şöbəyə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İcra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə borclunun iş yerinin olub-olmaması və əmlakların axtarışının elan edilməsi qərara alınmışdır. Qərarın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Baş X11 İdarəsinə və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə və bank təşkilatlarına həvalə edilmişdir. Müvafiq banklardan alınmış cavablardan göründüyü kimi borclunun adına aktiv bank hesabları yoxdur. İcra məmurunun xx.xx.2019-cu il tarixli “Borclunun axtarılması barədə” qərarı ilə borclunun axtarılması borclunun qeydiyyatda olduğu yer üzrə DİN-in aidiyyəti orqanlarına həvalə edilmişdir. Daha sonra xx.xx.2019-cu il tarixli, 107990/2019-7-9 nömrəli icra sənədi üzrə X2na məxsus “BMW 3181” minik markalı, **- HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat məhkəməyə göndərilmişdir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış sorguda da borclunun mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsi bildirişlərinin mövcud olmadıgı bildirilmişdir. Həmçinin də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu ilə şəxsin adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə icra şöbəsinin təqdimatı təmin olunaraq borclunun ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması, mülkiyyətində olan “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli aktına əsasən icra sənədinin icrası ilə əlaqədar borclunun ünvan 1 ünvanında olduqları zaman hal şahidlərinin iştirakı ilə borclunun ünvanda yaşayıbyaşamadığını müəyyən etmək mümkün olmamışdır. İcra məmurunun xx.xx.2020-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarı ilə borclu barədə axtarış elan edilərək icra edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1062/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 13 may 2020-ci il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qərara alınmışdır. İcra məmurunun xx.xx.2020-ci il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı ilə icra sənədinin icrası ilə əlaqədar borclunun BMW markalı avtomobilinin qiymətləndirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilərək borclunun ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İcra məmurunun xx.xx.2021-ci il tarixli “Borclunun axtarışı haqqında” qərarı ilə borclu barəsində axtarış elan edilərək icra edilməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmişdir. İcra məmuru borclu barəsində tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati protokolu baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İcra məmurunun xx.xx.2021-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarı ilə borclunun iş yerinin olub-olmaması və əmlaklarının axtarışının elan edilməsi qərara alınaraq icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Baş X11 İdarəsinə və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə və bank təşkilatlarına həvalə edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli, 17/71_13G/ 126 nömrəli məktubla “Borclunun cinayət məsuliyyətinə cəlb etmə haqqında” təqdimat göndərilmişdir. Nəticə etibarilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-170/2022 nömrəli, xx.xx.2002-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-204/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 8(007)-432/2019 saylı qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair X1 ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 8(007)-432/2019 nömrəli qərardadından tələbkar İddiaçı Manaf oğlu tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 8(007)- 432/2019 saylı qərardadı ləğv edilmiş, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-13089/2018 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs əvvəlki vəziyyətinə qaytarılaraq qüvvədə saxlanılması qərara alınmışdır. Qərardadın icrası Bakı şəhəri Baş X12 İdarəsinə və Cavabdehnə həvalə edilmişdir. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “Borclunun əmlakının axtarılması haqqında” qərarı ilə X5 mülkiyyətində olan “BMW 3181” minik markalı **-HG-*** qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilərək Cavabdehnə təhvil verilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən 107990/2019-7-9-024 nömrəli, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Avtomobil vasitələrinin Axtarış Şöbəsinə, X3, Bakı şəhər Baş X12 İdarəsinə və Bakı şəhər Nizami rayon X12 İdarəsinə göndərilmiş məktubu ilə borclunun mülkiyyətində olan avtomobilin axtarılması barədə qərar icra olunması üçün göndərilməklə bu barədə şöbəyə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş bütün tədbirlər görülsə də, borclu qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Buna görə də barəsində təqdimatlar verilərək müvafiq olaraq inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin ödənilməli olması istisna olunduğundan iddia əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı iddiaçının 12 min ABŞ dolları pulunun cavabdehdən tutulub ona ödənilməsi barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10
Hakim Mehriban Qarayeva