Məhkəmə qərarları › İş №2-1(112)-1346/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1346/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1346/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplomun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakultəsininəyani şöbəsini bitirməsini nəzərə alaraq iddiaçıya diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-755/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı iş ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) “Azərbaycan Beynəlxalq Universiteti”ni “Riyaziyyat və İnformatika” fakültəsi üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması”na dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2006-cı ildə X2 X3 və Hüquq Fakültəsinin menecment ixtisasına qəbul olmuşdur. xx xxxxxxx 2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüşdür. Köçürülməsi haqqında Təhsil Naziriliyinin xx.xx.2007-ci il tarixli xx-xx- 4368/17 saylı təlimat məktubu və xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq olunmuş Əsasnaməsi, dekanlığın təqdimatı, köçüı ülma haqqında komissiyanın protokolu olmuşdur. 2007-2010-cıı illərdə hər 3 kurs üzrə əyani formada təhsil haqqını ödəyərək tam kursu bilirərək diplom alması üçün qiymətlər kitabından çıxarış almışdır. Lakin Azərbaycan Beynəlxalq Universiteti 2010-ctı ildə bağlandığından bu günədək iddiaçı diplom ala bilməmişdir. Bu səbəbdən xx xxxxxx 2018-ci il tarixdə rəsmi qaydada ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir ki, 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetini bitirdiyi üçün ona ixtisası üzrə diplom verilməsinə köməklik etsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi əsassız olaraq xx.xx.2019-cu il tarixli U-163/31-24 nömrəli məktubla bundan imtina etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, X5 xx.xx.1989-cu il tarixdə Şəki şəhərində doğulmuşdur. İş materiallarından görünür ki, AZ-İ seriyalı 672051 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X4 xx.xx.2011-ci il tarixdə nikah bağlandıqdan sonra Abdullayeva soyadı verilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı X5 2006-cı ildə X2 X3 və Hüquq Fakültəsinin menecment ixtisasına qəbul olunmuş, xx.xx.2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüş, adıçəkilən ali təhsil müəssisəsi ilə iddiaçı arasında təhsil alma haqqında müqavilə bağlanılmış, adına qiymət kitabçası açılmış, iddiaçı tərəfindən universitetin hesabına təhsil haqqı tam ödənilmiş, heç bir akademik borcu olmamış və 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin tam kursunu bitirmiş, lakin bu barədə adına bakalavr diplomu verilməmişdir. İddiaçı müvafiq ərizə ilə Təhsil Nazirliyinə müraciət etmiş, lakin, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. İş materiallarında olan Təhsil Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məktubunda göstərilmişdir ki, “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindəki məlumata əsasən X1 Qəbulu üzrə Dövlət Komissiyasının (hazırda DİM) əmri ilə hər-hansı ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmamışdır. Eyni zamanda bildiririk ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında və Təhsil Nazirliyinin razılığı ilə ABU-ya köçürülən şəxslərin siyahısında Nübar Uğurluyevanın adı yoxdur. Həmçinin, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçının X2 Humanitar İnstitutundan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi ilə əlaqədar Təhsil Nazilriyinin razılığı alınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 2007-ci ildə X2 Humanitar İnstitutundan Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsi ilə əlaqədar həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən yalnız köçürülmənin aparıldığı təhsil müəssisəsinin rektorunun razılığı kifayət edirdi. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Həmin maddənin V hissəsinə əsasən öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və başqa mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Ali Sovetinin qərarları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları əsasında və onların icrası üçün öz səlahiyyəti daxilində əmr və kollegiya qərarı formasında normativ aktlar qəbul edirlər. Bu orqanların qəbul etdikləri başqa adlı aktlar (təlimat, əsasnamə, metodik göstərişlər və s.) da müvafiq əmrlər və kollegiya qərarları ilə təsdiqlənir. Təhsil Nazirliyinin 402 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiqedilmiş xx.xx.1996cı il tarixli“Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”sinin 1.1.1-ci bəndinə əsasən respublika daxilində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Həmin Əsasnamənin 1.2.1-ci bəndinə əsasən tələbələrin xarici ölkələrdən Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli müqavilədən və xx.xx.2007-ci il tarixli X9/535 nömrəli Əmrin surətindən görünür ki, X5 2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə görə, Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Beləliklə, iddiaçının X2 X3 və Hüquq Fakültəsindən xx.xx.2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülməsi həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun aparılması işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində aşağıdakı növ diplomlar müəyyənləşdirilir: - bakalavr diplomu (adi və fərqlənmə); - ali təhsil müəssisələrinin magistr diplomu (adi və fərqlənmə); - Azərbaycan Milli Elmlər Akademiyasının magistr diplomu (adi və fərqlənmə) (2.1-ci bənd). Bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir (2.2-ci bənd). Həmin Qaydaların 3.1-ci bəndinə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. Həmin Qaydaların 4.4-1-ci bəndinə əsasən ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki,iddiaçının X2 X3 və Hüquq Fakültəsindən xx.xx.2007-ci ildə Azərbaycan Beynəlxalq Universtitenin Riyaziyyat və İnformatika fakültəsinin əyani şöbə üzrə İİ kursuna köçürülməsi həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun aparılması, həmçinin iddiaçının bakalavriat pilləsi üzrə ali təhsilini bitirməsi işin mübahisələndirilməyən halı olduğundan, hazırkı iddia əsaslıdır və təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) “Azərbaycan Beynəlxalq Universiteti”ni “Riyaziyyat və İnformatika” fakültəsi üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) “Azərbaycan Beynəlxalq Universiteti”ni “Riyaziyyat və İnformatika” fakültəsi üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar