Məhkəmə qərarları › İş №2-1(112)-1347/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1347/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1347/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. 1979-cu ilədək Sumqayıt şəhər 41 №-li peşə məktəbində təhsil almış, əmək fəaliyyətinə 1980-ci ildə başlamış, buna dair əmək kitabçası açılmış və qeyd aparılmışdır. xx xxxxxxxx 1980-ci il tarixdən xx xxxxxxx 1980-ci ilədək xxxx Dövlət Şirkətinin “Üzvü sintez” zavodunun divinil alınması sexində aparatçı işləmiş. xx xxxxxxx 1980-ci ildən xx xxxxxx 1982-ci ilə kimi ordu sıralarında hərbi xidmətdə olmuş. xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü ilədək “xxxx” ASC-nin boruyayma sexində fəhlə işləmiş. xx.xx.1983-cü ildən xx.xx.1995-ci ilədək “xxxx” ASC-nin qolvanik və mexaniki sexlərində pardaxlayıcı (şlifovşik), termist, usta olaraq çalışmış. xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu ilədək “xxxx” İB “Etilen-Polietilen” zavodunda 65 saylı texnoloji avadanlıqların təmiri sexində usta, sahə rəisi əvəzi, sexin şöbə rəisi, sex rəisi vəzifəsinin müvəqqəti icraçısı işləmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 825 nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. Bundan sonra Dövlət Neft Şirkətinin xx.xx.2010-cu il tarixli 58 nömrəli əmri əsasında “Sintezkauçuk” və “Etilen-Polietilen” zavodunun bazasında “xxxx” İstehsalat Birliyinin tərkibində “Etilen-Polietilen” zavodu yaradılmışdır. xx.xx.2010-cu il tarixdən hal-hazıra kimi 39 nömrəli texnoloji avadanlıqların təmiri sexində rəis müavini vəzifəsində işləyir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsi **********9 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə güzəştli şərtlərə yaşa görə pensiya təyin olunmasından imtina etmişdir. Cavabdehin imtinasının əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X10 İdarəsinin nümayəndəsi X13 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş və həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi yuxarıda qeyd olunan Qanunun “a” bəndinə uyğun olaraq x xxxxxx 2006-cı il tarixinədək onun güzəştli iş stajı 10 ildən, “b” bəndinə uyğun olaraq güzəştli iş stajı 12 il 6 aydan və ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialının nümayəndəsi X13 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: - H3 № ******* saylı hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxx 1980-ci ildən xx xxxxxx 1982-ci ilə gədər həqiqi hərbi xidmətdə olmuşdur. - № 538487 saylı diplomun surətindən görünür ki, İddiaçı 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsinin Sumqayıt 41 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə məktəbin tam kursunu bitirərək nəzarət ölçü cihazları və avtomatika cilingəri peşəsi və ümumi orta təhsil almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxx 2020-ci il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında, onun xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 10 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan və ümumi iş stajı 25 ildən az təşkil təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İşdə olan iddiaçının nömrəli ИT-İ № 06448208 əmək kitabçasıvə əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1980-ci il tarixindən - xx.xx.1980-ci il tarixədək “Sumqayıt üzü sintez İstehsalat” Birliyində 4-cü dərəcəli qarışdırma aparatçısı vəzifəsində); xx.xx.1983-cü il tarixdən – xx.xx.1983-cü il tarixədək “Boru yayma zavodu” nasos-kompressor boruları ustasının 2-ci dərəcəli şagirdi vəzifəsində; xx.xx.1983-cü il tarixdən – xx.xx.1995-ci il tarixədək X4 müxtəlif vəzifələrdə; xx.xx.1999—xx.xx.2012-ci il tarixədək Sumqayıt şəhəri “EP” zavodu “X11” müxtəlif vəzifələrdə; xx.xx.2012-ciil tarixdən “xxxx” İstehsalat Birliyi X1 Təmir-xidməti sexinə rəis müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü ildə struktur dəyişikliyi ilə əlaqədar avadanlıqların təmiri və xidməti sahəsinə rəsi müavini keçirilmişdir. İddiaçı güzəştli arayışları iş materiallarına əlavə etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı onun xx.xx.2006-ci il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olmasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixi 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan peşələrdə çalışmasına istinad edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq güzəştli şərtlərlə pensiya almaq hüququ olduğunu bildirmişdir. Məhkəmə aşağıdaki əsaslara görə iddianın əsaslı olmadığı qənaətinə gəlir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixdən sonrakı olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Şərh olunan maddənin normasından görünür ki, qanunverici «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Qanunun qəbul edildiyi vaxta qədər mövcud olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən xx.xx.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu nəzərdə tutur. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı qanuna dəyişiklik edildikdən sonra tamam olduğundan, hazırda qüvvədə olan Qanunvericiliyin normasına əsasən iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün 23040,00 pensiya kapitalı tələb edildiyindən, tələb edilən pensiya kapitalı mövcud olmadığından, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə baxılarkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına istinad olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixi 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ var. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx xxxx 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. Həmin vaxt pensiya yaşına çatmış iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilməsi üçün iki şərtin ödənilməsi tələb olunurdu: azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya alması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan işlərdə işləməsi. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub oİmamasıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının təhsil aldığı müddət də nəzərə alınmaqla xx xxxxxx 2006-cı il tarixədək ümumi sığorta stajı 23 il 09 ay 12 gün təşkil edir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə tərəfindən məlum olmuşdur ki, İddiaçı 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsinin Sumqayıt 41 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə məktəbin tam kursunu bitirərək nəzarət ölçü cihazları və avtomatika cilingəri peşəsi və ümumi orta təhsil almışdır. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək təhsil müddəti sosial sığorta stajına əlavə edilməklə, ümumi iş stajı 25 ildən az olduğundan, bununla da, cavabdeh tərəfindən onun müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, onun hazırki tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X9 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar