Məhkəmə qərarları › İş №2-1(112)-13472/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13472/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13472/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı qərarın ləğv edilməsi və kvalifikasiyanın tanınması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Təhsildə X1rşı qərarın ləğv edilməsi və kvalifikasiyanın tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək cavabdeh Elm və Təhsil Nazirliyinin cavabdeh siyahısından çıxarılmasını, iddia tələbinin “Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə 17 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi, Rusiya Federasiyası X3n Bakı Fiialı tərəfindən İddiaçı verilmiş 30 may 2006-cı il tarixli bakalavriat təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə formasında icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 2006-cı il tarixdə ona X4 İnstitutunda aldığı təhsillə əlaqədar linqivistika ixtisası üzrə diplom verilmiş, iddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də cavabdeh həmin diplomun tanınmasından əsaslı səbəb olmadan imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bağlanılmış beynəlxalq müqavilənin təsdiq edilməsi haqqında Qanunun 6-cı maddəsinin tələbinə əsasən həmin diplomun tanınması həyata keçirilməli idi. Etirazın əsaslandırılması Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası Cənubi X2 qeyri-qanuni fəaliyyət göstərən Bakı Filialında təhsil aldığından diplomun tanınmasından imtina edilir. Belə ki, iddiaçının diplomunda Bakı Filialında təhsil alması barədə məlumat olmamış, sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı da tədris müddətində ümumiyyətlə Rusiya Federasiyasında olmadığı müəyyən edilmişdir. Adıçəkilən Filial ümumiyyətlə xüsusi razılıq verilmədən qeyri-qanuni fəaliyyət göstərmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, publik əlaməti daşıdığından hazırkı mübahisə üzrə mahiyyəti üzrə Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin qərarından görünür ki, iddiaçının təhsil aldığı Filiala səlahiyyətli qurum tərəfindən lisenziya verilmədiyindən, akkreditasiyadan keçmədiyindən kvalifikasiyanın tanınmasından imtina edilmişdir. Diplomdan görünür ki, iddiaçıya X4 İnstitutunda aldığı təhsillə əlaqədar linqivistika ixtisası ali təhsilin tanınmasına dair diplom verilmişdir. Etiraza əlavə edilmiş elektron ərizə sistemi barədə elektron sənəddən çıxarışdan görünür ki, iddiaçının təhsil aldığı müəssisə X4 İnstitutu, ixtisas linqvistika, təhsil forması əyani, təhsil səviyyəsi bakalavriat, təhsil müddəti 2002-2006, diplomun verilmə tarixi 30 may 2006-cı il tarixdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.4.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. 7.1. Ərizəçinin ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi vaxtdan etibarən 5 (beş) gün müddətində hazırlanır. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. 7.1. Ərizəçinin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi tarixdən etibarən 5 (beş) gün müddətində hazırlanır. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə ali təhsilə aid kvalifikasiyanın tanınması barədə inzibati aktın qəbulundan cavabdehin imtinası ilə bağlıdır ki, imtinanın əsası kimi müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması barədə tələbin pozulması ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının təhsil aldığı müddətdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid olmuşdur ki, iddiaçının təhsil aldığı müəssisənin həmin lisenziyaya malik olmadığı müəyyən edilmişdir. Məhkəmə, göstərilən imtina dəlili ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2397/4- 488 nömrəli, 05 mart 2007-ci il tarixli qətnaməsi ilə Cənubi X2 Bakı filialının fəaliyyəti Azərbaycan Respublikasında dayandırılmış, Bakı filialında təhsil alan şəxslərin hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə ünvanlanmış11-11-05/12 nömrəli məktubda 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi və Nazirliyə (və ya ali təhsil müəssisələrinə) etdikləri fərdi müraciətlər əsasında filialda təhsil alan tələbələrin müvafiq ali təhsil müəssisələrinə köçürüldükləri qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, İddiaçı da qeyd edilən təhsil müəssisəsində qətnamə qəbul edilən tarixdən əvvəl təhsil aldığından, qətnamə isə 2007-ci il tarixində qəbul edildiyindən diplomun tanınmasından təhsil müəssisəsinin lisenziya və akreditasiya olmadan fəaliyyət göstərməsi əsası ilə cavabdehin imtinası qanunauyğun olmamışdır. Bundan əlavə, qətnamədə Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılmasına dair hər hansı müddəa mövcud deyildir. Eyni zamanda nəzərə alınmalıdr ki, adıçəkilən qətnamə xx.xx.2007-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəlmiş, icra vərəqəsinin göndərilməsi barədə məktub xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçıya isə artıq icra sənədinin icra olunmasına başlanılmazdan əvvəl bakalavr dərəcəsi verilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji iş üzrə qəbul etdiyi 2-1(102)-494/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 tarixli Qərarında da qeyd edilmişdir ki, Hazırda cavabdeh kassasiya şikayətində imtina məktubunda qeyd edilənlərdən fərqli dəlillər irəli sürmüşdür. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı Rusiya Federasiyasının X3 Bakı filialı lisenziyası olmadan fəaliyyət göstərmiş və onun fəaliyyəti qanunsuz olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə dayandırılmışdır. Məhkəmə tərkibi kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2397/4- 488 nömrəli, 05 mart 2007-ci il tarixli qətnaməsi ilə X3 Bakı filialının fəaliyyəti Azərbaycan Respublikasında dayandırılmış, X3 Bakı filialında təhsil alan şəxslərin hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə ünvanlanmış11-11-05/12 nömrəli məktubda 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi və Nazirliyə (və ya ali təhsil müəssisələrinə) etdikləri fərdi müraciətlər əsasında filialda təhsil alan tələbələrin müvafiq ali təhsil müəssisələrinə köçürüldükləri qeyd olunmuşdur. İddiaçı qeyd edilən təhsil müəssisəsində 2002- 2006-cı illərdə təhsil aldığından, qətnamə isə 2007-ci il tarixində qəbul edildiyindən diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması əsası ilə cavabdehin imtinası qanunauyğun olmamışdır. Bundan əlavə, qətnamədə Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılmasına dair hər hansı müddəa mövcud deyildir. Eyni zamanda nəzərə alınmalıdr ki, adıçəkilən qətnamə xx.xx.2007-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəlmiş, icra vərəqəsinin göndərilməsi barədə məktub xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçıya isə artıq icra sənədinin icra olunmasına başlanılmazdan əvvəl Dövlət İmtahan Komissiyasının qərarı ilə 06 iyun 2007-ci il tarixdə, 158 nömrəli protokolla “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Cavabdeh tərəfindən kassasiya şikayətində mübahisə edilən digər məsələ iddiaçının tədris aldığı müəssisədə Azərbaycan dili və Azərbaycan tarixinin tədris edilməməsi ilə bağlıdır. Qeyd edilir ki, təhsil haqqında qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılmalı, eyni zamanda dövlət dili tədris edilməlidir. Bu dəlili də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, əvvəla cavabdeh nə imtina məktubundan, nə də ki, aşağı instansiya məhkəmələrində icraat zamanı bu dəlilə istinad etməmişdir. Digər tərəfdən, iddiaçının təhsil aldığı müəssisə X3 Bakı filialıdır. Mülki qanunvericiliyə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır və filial hüquqi şəxsin olduğu yerdən kənarda yerləşir və onun funksiyalarını həyata keçirir. Qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi Azərbaycan Respublikasında yerləşsə də, Rusiya Federasiyasının X3 Bakı filialı olmuşdur. Həmin təhsil müəssisəsində Azərbaycan dili və Azərbaycan tarixinin tədris olunmaması iddiaçının diplomunun tanınmasından imtina üçün əsas ola bilməz. Həmin iş üzrə məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qərarda cavabdehin imtina əsaslarından biri kimi məhz X3 Bakı Filialının lisenziyasız fəaliyyət göstərməsi olmuşdur ki, məhkəmə kollegiyası həmin əsasın diplomun tanınmasından imtinaya qanuni əsas olmadığı qənaətinə gələrək iddianın təmin edilməsi barədə aşağıda instansiya məhkəmələrinin mövqeyini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki. İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Qeyd olunmalıdır ki, 1 saylı yerli İqtisad Məhkəməsinin 2397/4- 488 nömrəli, 05 mart 2007ci il tarixli qətnaməsi Bakı filialında təhsil alan şəxslərin hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə ünvanlanmış 11-11-05/12 nömrəli məktubda 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi və Nazirliyə (və ya ali təhsil müəssisələrinə) etdikləri fərdi müraciətlər əsasında filialda təhsil alan tələbələrin müvafiq ali təhsil müəssisələrinə köçürüldükləri qeyd olunmuşdur. Göründüyü kimi iddiaçıdan sonra həmin təhsil müəssisəsində təhsil alan tələbələrin təhsil hüququnun realizəsi həyata keçirilmişdir ki, aydındır ki, iddiaçı artıq təhsili başa vurduğundan orada tələbə adını daşımaqda davam edən şəxslərdən fərqli olaraq başqa ali təhsil müəssisəsinə köçürülmədən söhbət gedə bilməz. Lakin, Nazirlik tərəfindən həmin qrup şəxslərə təhsil hüququnun realizəsinə dair tanınan imkan, hazırkı imtina əsası ilə iddiaçıya tanınmamaqdadır ki, məhkəmə həmin halı da təhsil alan və almış şəxslərə münasibətdə qorunması zəruri olan bərabərlik hüququnun pozuntusu kimi qiymətləndirir. Qeyd olunanları bütünlükdə nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə 17 avqust 2023-cü il tarixli qərarı ləğv edilsin. Rusiya Federasiyası X3n Bakı Fiialı tərəfindən İddiaçı verilmiş 30 may 2006-cı il tarixli bakalavriat təhsilinə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar