Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13478/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçının piket keçirməsinə icazə verilməsinə dair inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anadan olduğu və təhsil aldığı Yardımlı rayonunun Horavar kəndinə qaz çəkilməməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin qarşısında piket keçirmək üçün 07 avqust 2023-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətdə deyilir: “Bir qrup Yardımlı rayon Horavar kənd sakini Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan “X3” haqqında Azərbaycan Respublikası Qanununun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 16 avqust 2023-cü il tarixdə, saat 15:00-dan 16:00dək ünvan 1 ünvanında, “Azəriqaz” İstehsalat Birliyi qarşısında, 50 metrlik məsafədə “Azəriqaz” rəhbərliyinə istefa”, “İnsanları incitməyə son”, “Dağ rayonlarına dövlət qayğısı” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırlar. Bu barədə məlumat verməklə piketin keçirilməsi üçün lazımı şərait yaradılması və təhlükəsizliyin təmin edilməsi xahiş edilmişdir. Ümid edilir ki, “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə müvafiq olaraq aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış müraciətə müsbət cavab veriləcəkdir. Azərbaycan Respublikası Konstitusiyası, “X3” və “X1 haqqında” Qanunların tələblərinə müvafiq olaraq, keçirilməsi planlaşdırılan piketlə bağlı “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinə məlumat verilməsi xahiş edilmişdir.” Yardımlı rayonunun 85 kəndindən cəmi 15 kənd qazlaşdırılmışdır. 70 kənd, o cümlədən, Horavar kəndi qazlaşmamışdır. Halbuki Horavar kəndinin 200 metr yaxınlığından qonşu kəndə qaz xətti keçir və heç bir çətinlik olmadan bu xəttən gedən qazla 650 nəfərlik kəndi qazlaşdırmaq mümkündür. 14 avqust 2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti elektron poçt vasitəsi ilə müvafiq məzmunda əsassız bir cavab göndərmişdir: “Piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Piket keçirilməsi üçün qeyd edilən ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piket keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Eyni zamanda, “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsi nəzərə alınaraq, 16 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir”. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 14-2/2-M-17xx-xx/2023- 2155 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qazlaşma tədbirləri “Azərbaycan Respublikası Regionlarının Sosial-X5 Proqramı”na uyğun olaraq mövcud maliyyə imkanları çərçivəsində mərhələli şəkildə həyata keçirilir. Müraciətdə qeyd olunan kəndin və digər yaşayış məntəqələrinin qazlaşdırılması məsələsinə növbəti mərhələdə maliyyə imkanlarından asılı olaraq baxılacaqdır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 3-52/2-M-449/3-003/3t/1/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Piket keçirilməsi üçün qeyd edilən ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piket keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Eyni zamanda, “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsi nəzərə alınaraq, 16 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə X3 vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 11.1-ci maddəsinə əsasən hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır. Deryan Türkiyəyə qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki: -30. Məhkəmə bir daha bildirir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə bağlı prinsipi əks etdirən müəyyən edilmiş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarları onların əsaslandığı səbəbləri adekvat şəkildə göstərməlidir (bax, digərləri arasında, Suominen v. Finlandiya, № 37801/97, § 34, 1 iyul 2003-cü il və Luka Rumıniyaya qarşı, № 34197/02, § 55, 21 iyul 2009-cu il). Əsaslandırılmış qərarın digər funksiyası tərəflərə onların dinlənildiyini nümayiş etdirmək, onlara həmin qərardan şikayət vermək və qərara apellyasiya orqanı tərəfindən baxılması imkanını təmin etməkdir (Suominen, yuxarıda adı çəkilən, § 37). . -31. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələri öz qərarlarının səbəblərini açıqlamağa məcbur etsə də, bu, hər bir arqumentə ətraflı cavab tələb edilməsi kimi başa düşülə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən, prinsipcə, sadəcə olaraq aşağı məhkəmənin qərarının səbəblərini təsdiq edə bilər (bax: García Ruiz İspaniyaya qarşı [GC], № 30544/96, § 26, AİHM 1999-İ və orada göstərilən hallar). -32. Səbəb göstərmək vəzifəsinin tətbiq olunma dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, digər məsələlərlə yanaşı, iddiaçının məhkəmələr qarşısında təqdim edə biləcəyi təqdimatların müxtəlifliyini və qanunvericilik müddəaları, adət qaydaları, hüquqi rəy və sənədlərin təqdim edilməsi və hazırlanması ilə bağlı Razılığa gələn Dövlətlərdə mövcud olan fərqləri nəzərə almaq lazımdır. Məhz buna görə də məhkəmənin Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyini yerinə yetirməməsi məsələsi yalnız işin halları əsasında müəyyən edilə bilər (bax: X4rşı, 9 dekabr 1994-cü il. , § 29, A seriyası № 303A). “X3 haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə X3 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət X3nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən X3 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin maddənin İİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş X3nın məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Həmin maddənin İİİ hissəsinə əsasən bu maddənin İ hissəsində nəzərdə tutulmuş X3nın məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. Həmin maddənin İV hissəsinə əsasən X3 yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2005-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsi, 24-cü maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi, 72-ci maddəsinin İİ hissəsi, 155-ci maddəsi, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 11-ci maddəsinin İİ hissəsinin müddəaları baxımından Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan X3 hüququna demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər. İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə aşağıdakı məzmunda 07 avqust 2023-cü il tarixli müraciəti ünvanlamışlar: -“Doğulduğu və təhsil aldığı Yardımlı rayonunun Horavar kəndində qaz çəkilməməsi dağ kəndində 650 nəfərlik əhali üçün ciddi problemlər yaradır, insanlar il boyu, xüsusən də, qış aylarında xeyli əziyyət çəkirlər. 10 ilə yaxındır ki, Horavar kəndi ilə qonşu olan Əngövül kəndinə qaz çəkilmiş və kəndin sakinləri əziyyətdən xilas olmuşlar. Qonşu kəndin sakininin qazlaşdırılmış evi onların kəndinin 200 metrlik məsafəsində yerləşir. Bu, o deməkdir ki, qaz xətti kilometrlərlə məsafədən yox, 200 metr məsafədən çəkilməlidir. 10 ilə yaxındır ki, Horavar kəndinin sakinlərinə boş vədlər verilir, lakin qaz çəkilmir. Bir qrup Yardımlı rayon Horavar kənd sakini Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49cu maddələri ilə nəzərdə tutulan “X3” haqqında Azərbaycan Respublikası Qanununun 1-5ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə, 16 avqust 2023cü il tarixdə, saat 15:00-dan 16:00-dək ünvan 1 ünvanında, “Azəriqaz” İstehsalat Birliyi qarşısında, 50 metrlik məsafədə “Azəriqaz” rəhbərliyinə istefa”, “İnsanları incitməyə son”, “Dağ rayonlarına dövlət qayğısı” şüarları ilə etiraz piketi keçirməyi planlaşdırırlar. Bu barədə məlumat verməklə piketin keçirilməsi üçün lazımı şərait yaradılması və təhlükəsizliyin təmin edilməsi xahiş edilmişdir. Ümid edilir ki, “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə müvafiq olaraq aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış müraciətə müsbət cavab veriləcəkdir. Azərbaycan Respublikası Konstitusiyası, “X3” və “X1 haqqında” Qanunların tələblərinə müvafiq olaraq, keçirilməsi planlaşdırılan piketlə bağlı “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinə məlumat verilməsi xahiş edirik”. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 3-52/2-M-449/3-003/3-t/1/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilir: - Sizin Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Piket keçirilməsi üçün qeyd edilən ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piket keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Eyni zamanda, “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsi nəzərə alınaraq, 16 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). Həmin Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə iddiaçıların tələbi üzrə müəyyən edilən aşağıdakı xüsusatları diqqətə çəkir: - cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin 3-52/2-M- 449/3-003/3-t/1/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından inzibati akt sayıla bilməz; - iddiaçıların müraciəti üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti müvafiq tövsiyə vermiş, piket keçirilməsi üçün qeyd edilən ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piket keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacağından “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının qarşısında piket keçirilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın cavab məktubu “piket keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti və müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola bilməz. Cavabdeh öz hüququndan istifadə edərək iddiaçıya piketin keçirilməsinin məqsədəuyğun olmaması barədə mövqeyini bildirmiş, X3nın qadağan edilməsinə və ya məhdudlaşdırılmasına dair hər hansı inzibati akt qəbul etməmiş və ya hərəkətə yol verməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-13478/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13478/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver