Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1348/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10 və X11) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Qaradağ rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilindən X6 və X7 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 14 aprel 2014-cü il tarixli **********41314/1 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən hazırkı İddiaçı Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilini əvvəlki mülkiyyətçisi X2 almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 aprel 2014-cü il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mənzil alınandan sonra satıcı və onun ailə üzvləri mənzili boşaldıb ona təhvil vermişlər və həmin mənzildə bu günə kimi iddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı X8 müqavilə notariat qaydada təsdiq edildikdən 1 ay müddətində satdığı mənzildən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Lakin müqavilənin təsdiq edilməsindən 7 il keçməsinə baxmayaraq 21 yanvar 1966-cı il təvəllüdlü X10 və 25 may 1996-cı il təvəllüdlü X11 bu günədək iddiaçıya məxsus Bakı şəhəri Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, ev 5a, 91 saylı mənzildə qeydiyyatdadırlar. Bununla da, həmin şəxslər müqavilənin şərtlərini pozmuşlar. Onların hazırda harada yaşaması barədə məlumat yoxdur. İddiaçı onların qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin İdarənin 20 aprel 2021-ci il tarixli məktubu ilə ona məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hesab edir ki, cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin hərəkətsizliyi əsassızdır, çünki X10 və X11 mənzili tərk edib getmişlər, onların qeydiyyatı formal xarakter daşıyır. Mənzilə istifadə hüququ mövcud olmayan və həmin mənzildə faktiki yaşamayan şəxslərin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaları onun mülkiyyətçi kimi əmlak hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X4 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.1-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, İPM-in 34.1, 58-ci maddələrinə əsaslanaraq, X6 və X7 Bakı şəhəri Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X10 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qimsində cəlb olunmuşdur. Məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 14 aprel 2014-cü il tarixli **********41314/1 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilini onun mülkiyyətçisi X2 almışdır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilinə İddiaçı mülkiyyət hüququları 28 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “ASAN 2” tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, 21 yanvar 1999-cu il tarixdə doğulmuş X10 Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Ə.Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışa əsasən 21 yanvar 1966-cı il tarixdə doğulmuş X10 və 25 may 1996-cı il tarixdə doğulmuş X11 Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Ə.Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İddiaçı ünvanlanmş 31 may 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən, başqa ölkədə yaşaayış yeri seçdkdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq, X6 və X7 Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Ə.Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanına müraxiıt edilməsi tövsiyə olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinı ünvanlanmış 12 iyul 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilir: - X6 və X7 Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Ə.Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilinə istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” X3 çıxarılmış “Şəxsiyyət vəsiqəsi məlumatları”na əsasən 25 may 1996-cı il tarixdə doğulmuş X9 8 iyul 2021-ci il tarixdə “ASAN 1” tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzili yaşayış yeri olmaqla şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, üçüncü şəxslər 1966-cı il təvəllüdlü X10 və 1996-cı il təvəllüdlü Vahidova (Həsənova) Günay Adil qızı hazırkı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilinə hüquqlarının olmasına dair nə cavabdeh, nə də üçüncü şəxslər tərəfindən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onların belə hüququnun mövcudluğu müəyyən edilmir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilində üçüncü şəxslər 1966-cı il təvəllüdlü X10 və 1996-cı il təvəllüdlü Vahidova (Həsənova) Günay Adil qızı hazırda yaşamadıqlarından, habelə müvafiq alqı-satqı müqavilə bağlandıqdan sonra onların mənzilə istifadə hüququ qalmadığından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), mənzilin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxslərin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək 1966-cı il təvəllüdlü X6 və 1996-cı il təvəllüdlü Vahidova (Həsənova) Günay Adil qızının İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. 1966-cı il təvəllüdlü X6 və 1996-cı il təvəllüdlü Vahidova (Həsənova) Günay Adil qızının İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, məhəllə 2511 – 2512, Əliağa Kürçaylı küçəsi, 5a saylı evin 91 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1348/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1348/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver