Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1348/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətinin qanunsuz hesab edilməsi və hərbi xidmətlə bağlı əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1982-ci ildə anadan olmuşdur. 2020ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Qubadlı rayonunu işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə “Barotravma. Baş beyin silkələnməsi” xəsarətini almışdır. xx.xx.2020-ci ildə MN Mərkəzi hərbi poliklinikasında komissiyanın rəyində göstərilir-“Partlayış travması,,xx.xx.2020-ci ildə keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Tibbi reabilitasiya xəstəxanasında xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müayinə və müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin xx.xx.2022-ci il tarixli 9356 nömrəli tibbi müayinə diaqnozu-Üzvi mənşəli(kəllə beyin travması)şəxsiyyət pozuntusu F07.0.İntihar cəhdləri ilə diaqnozu qoyulmuşdur. Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qəran ilə təsdiq olunmuş “Qayda" Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara ödəmənin verilməsini tənzimləyir. O yuxanda göstərilən sənədləri Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə bu rəylərə hüquqi qiymət vermədən əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina edir. Tibbi Sosial Ekspert Komissiyası da bundan imtina etmişdir. Faktiki olaraq onu təkrar müayinədən keçirib əlilliyinin və onun hərbi xidmətlə əlaqədar olduğunu qeyd etməlidirlər.Aşağıdakılara əsasən hesab edir ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsində baxılmalı və cavabdehin imtinaedici qəran mahiyyət üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iddia İPM-in 2.2.2 və 33-cü maddələrinə uyğun olaraq məcburetmə tələbinə dair iddiadır və buna uyğun olaraq məcbuetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. lddiaçının iddiasının məqsədi ‘İnzibati İcraat haqqında” Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati aktın qəbul edilməsidir.İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının hüququpozulub. Belə ki, o hərbi xidmətlə bağlı sağlamlığını itirsə də, əlil dərəcəsi almaqdan məhrum edilmiş və uzun müddətdir bunu ala bilməmişdir. O,"Qubadlının azad olunmasına görə” “Laçının azad edilməsinə görə”, “Cəbrayılın azadedilməsinə görə“„"Vətən müharibəsi iştirakçısı" və digər medallarla təltif edilmişdir. Hazırda ağır xəstədir. Bununlada cavabdeh təşkilatın qərarı ilə hüquqlarına müdaxilə olunub və hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququm yaranıb.Yuxarıda göstərilənlərə əsasən iddia mümkün sayılmalı və ona mahiyyət üzrə baxılmalıdır. Cavabdehin ona ünvanlanmış cavabından görünür ki, o hərbi xidmət zamanı aldığı travmanı, xəstəliyi, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarını nəzərə almır. Hesab edir ki, bu qanunsuzdur və onun üzərinə yenidən müayinə edilib əlilliyinin müəyyən edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etiraz ilə bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbi əsassızdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 1301 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, postkommosion sindrom, davranış pozuntuları, tez-tez təkrarlanan funksional tutmalarla, psixotik daxilolmalarla, yaddaşın enməsi və intihar cəhdləri ilə. Mülayim (orta) dərəcədə fadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmaalrla. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir;“ hər iki gözün hipermetropik astiqmatizmi Em və Hm 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Sol əng cibinin retension kistası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir;“Burun arakəsməsinin əyriliyi burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Sol göbəkətrafı nahiyənin termiki yanığından sonrakı (1995) bərkimiş dəri çapığı” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 9487/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, intihar cəhdlərilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş və qulaq ağrısından, əsəbilikdən, gecə yuxusunun və yaddaşın pozulmasından, gecələr nəfəs ala bilməməsindən şikayətlənmişdir. Zahirən səliqəsiz, ünsiyyətə həvəsli, nitqi çox sözlü, emosional labil, əhval-ruhiyyəsi dəyişkən olmuşdur. Düçüncəsi aydın, tənqidi və bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdınlmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli M/V seriyalı 098427 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və irntiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə edilərək Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. diaqnozu ilə qiymətləndirilmiş və imtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8 9365 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntu F07.0 İntihar cəhdlərilə diaqnozu qoyumuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2020-ci il tarixli 15789 nömrəli arayışından görünür ki, İddiaçı partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. “Xəstəliklər cədvəli”nin 28 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 - ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən, Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 5864 nömrəli arayışından görünür ki, İddiaçı Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1, OD nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla.Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Sol əng cibinin retension kistası diaqnozu qoyulmuşdur. “Xəstəliklər cədvəli”nin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsas, stasionar müayinədən sonra şəhadətləndirilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 112 saylı Hərbi Hissənin xx.xx.2020-ci il tarixli 9597 nömrəli tramva haqqında arayışından görünür ki, İddiaçı 21.10. 2020-ci il tarixdə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə “Barotravma.Baş beyin silkələnməsi” xəsarətini almışdır. Yaralanma (travma, kontuziya, xəsarət) almışdır: döyüş tapşırığını yerinə yetirən zaman alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına təqdim edilmək üçün verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmişxx.xx.2023-cü il tarixli 1301 nömrəli Şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən iddiaçıda “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, postkommosion sindrom, davranış pozuntuları, tez-tez təkrarlanan funksional tutmalarla, psixotik daxilolmalarla, yaddaşın enməsi və intihar cəhdləri ilə. Mülayim (orta) dərəcədə fadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmaalrla. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir;“ hər iki gözün hipermetropik astiqmatizmi Em və Hm 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Sol əng cibinin retension kistası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-7-4/2-20698/2024 saylı məktubdan görünür ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli, 2-1(112)-9647/2021 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0001 saylı göndərişə əsasən xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Üzvi mənşəli şəxsiyyət pozuntusu,üzvi hallyusinoz.Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular. Üzvi dissosiativ pozuntu.Posttravmatik stress pozuntusu diaqnozu ilə qiymətləndirilmiş və Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:Əlavə müalicəyə ehtiyacın olması-Səbəb:Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 2392/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0002 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu diaqnozu ilə qiymətləndirilmiş və Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 19774/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0003 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu diaqnozu ilə qiymətləndirilmiş və Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Bakı 2 nömrəli X4 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si A00146513İQL, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2020-ci il tarixdən (xroniki; ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. Ağırlaşmalar: F06.8 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. F06.5 Üzvi dissosiativ pozuntu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. F43.1 Posttravmatik stress pozuntusu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 19774/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 74 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 2- 1(112)-9647/2024 saylı inzibati iş üzrə ambulator məhkəmə psixiatrik ekspertizasından keçən X6 dair xx.xx.2024-cü il tarixli 3448 saylı rəy göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3448 saylı rəyindən görünür ki, inzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? 2-ci sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu, Başbeyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stess pozuntusu. 3-cü sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu aşkar olunur. 4-cü sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı mda üzvi dissosiativ pozuntu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış tavmasi nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun qedişli postiravmatik stress pozuntusu aşkar olunur? 5-ci sual: xx.xx.1982-ci il tarixdə doğulmuş X5 müayinəsi zamanı onda posttravmatik stress pozuntusu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla;psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu aşkar olunur? 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci suallara cavab: İddiaçı hazırki müayinə zamanı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə- beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə. Uzun gedişli posttravmatik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0 və F43.1) müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. Hazırki iddia məcburetməyə dair iddiadır. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli X4 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” (göndəriş №-si A00146513İQL, göndəriş tarixi xx.xx.2023-cü il) əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, imtina barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir, lakin imtinanın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Nəticənin iddiaçıya daha əvvəl təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmişxx.xx.2023-cü il tarixli 1301 nömrəli Şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən iddiaçıda “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, postkommosion sindrom, davranış pozuntuları, tez-tez təkrarlanan funksional tutmalarla, psixotik daxilolmalarla, yaddaşın enməsi və intihar cəhdləri ilə. Mülayim (orta) dərəcədə fadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmaalrla. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. .. Bakı 2 nömrəli X4 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si A00146513İQL, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2020-ci il tarixdən (xroniki; ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. Ağırlaşmalar: F06.8 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. F06.5 Üzvi dissosiativ pozuntu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. F43.1 Posttravmatik stress pozuntusu, Baş-beyinin üzvi xəstəliyi (hərbi əməliyyatlar zamanı partlayış travması nəticəsində keçirilmiş QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan funksional tutmalarla psixotik daxilolmalarla və yaddaşın zəifləməsi ilə uzun gedişli posttravmatik stress pozuntusu. Məhkəmə aradırması zamanı təyin və tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3448 saylı rəyindən görünür ki, İddiaçı hazırki müayinə zamanı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə- beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə. Uzun gedişli posttravmatik stress pozuntusu (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0 və F43.1) müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Beləliklə, XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” əsasənəlillik təyin olunmasına əsas verən xəstəliyini (7.6.2., F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu; 7.5.1. F43.1 posttravmatik stres pozuntusu) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməlidir. Cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1348/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1348/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver