Məhkəmə qərarları › İş №2-1(112)-13486/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13486/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13486/2024 24.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın və ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, **********299200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın və **********2 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə dair vəsatət təqdim edərək, iddia ərizəsinə dəqiqləşmə aparılmasını, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh kimi iştirakına xitam verilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdehlər sırasından çıxarılmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, **********695300 saylı məktub göndərilərək, işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən verilmiş vəsatətə münasibət bildirərək məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyəti həm Bakı İnzibati Məhkəməsinin, həm də Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, işə cavabdeh inzibati orqanın deyil, iddiaçının olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********299200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın və **********2 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi barədə iddia tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, bildirmişdir ki, iddiaçı Cəlilabad rayonunda qeydiyyatdadır. Bu səbəbdən iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir, lakin cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, işin Şirvan İnzibati Məhkəməsindən Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərindən həmin vəsatətə etiraz edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hal-hazırda məhkəmənin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, **********299200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın və **********2 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi tələbinə dair 2- 1(112)-13486/2024 saylı işin məhkəmə aidiyyəti apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməlidir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin yuxarıda qeyd edilən aidiyyətlə bağlı qərardadında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki: “İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbi tələbi İPM-in 2.2.1-ci maddəsi ilə təsbiq edilmiş “mübahisələndirmə haqqında” iddialara aiddir. İşdə olan sənədlərə əsasən hazırkı iş üzrə cavabdeh Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti 181A ünvanında fəaliyyət göstərir. Buna görə də məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin yerləşdiyi ünvan Bakı şəhəri Nizami rayonuna aid olduğu inzibati məhkəmədə baxılmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati-iqtisadi məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir ki, həmin qərara əsasən Bakı şəhəri Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir”. İddia ərizəsindən və iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iş üzrə İddiaçı yaşayış yeri ünvan 5 ünvanıdır. Məhkəmə Şirvan İnzibati Məhkəməsinin sözügedən qərardadındakı hüquqi mövqe ilə razılaşmayaraq hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, hazırki mübahisəyə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilərək, iddiaçının faktiki yaşayış yerinin məhkəməsi tərəfindən, yəni, Cəlilabad rayonunun ərazi yurisdiksiyasına daxil olduğu Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-ci il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 18.5-ci bəndinə əsasən Cəlilabad rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Göründüyü kimi, hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı instansiya məhkəməsi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.3-cü maddəsini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2024-cü il tarixli, **********299200 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın və **********2 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” tələbinə dair 2-1(112)- 13486/2024 saylı iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar