Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1349/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndələri və vəkilləri X5 və Vəkil2, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə (müəyyən hərəkətləri etməkdən çəkinmə) üçün tam mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kvadrat metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin və Bakı şəhəri Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin vəzifəli şəxsləri tərəfindən sökülərək məhv edilməsinin qanunsuz hesab edilməsi və onların ona məxsus həmin fərdi yaşayış evinə müdaxiləsinin qadağan edilməsi; inzibatı orqanların Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin və Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz söküntü nəticəsində Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda onun istifadəsindən çıxarılmış 130.90 kvadrat metr torpaq sahəsinin onun istifadəsinə qaytarılması, tikinti üzrə ona dəymiş zərərin dəyəri olan cəmi 10565,0 (on min beş yüz altmış beş) manat, X4 tikinti-texniki ekspertizanın keçirilməsi üçün ödənilmiş 500 manat pullar cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi və Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən onun xeyrinə tutulması; şəxsin hüquq və azadlıqları ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kvadrat metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququnu təsdiq edən onun adına ********** qeydiyyat nömrəli, 04.05.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarışın dəyişdirilərək həmin ünvandakı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kiçildirilərək 80.50 kvadrat metr olmaqla adına yeni ********** qeydiyyat nömrəli, 15.07.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarışının verilməsinin qanunsuz hesab edilməsi və onun adına olan ********** qeydiyyat nömrəli, 15.07.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarışın ləğv edilməsi, 130.90 kvadrat metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli, 04.05.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarışın bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin və Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərini aşaraq tam mülkiyyət huququ əsasında ona məxsus olan ünvan 3ərdi yaşayış evini qəsdən uçurdaraq məhv etmələri ilə bağlı aşkar olunan cinayət əlamətlərinə dair xüsusi qərardad çıxarılaraq müvafiq prokurora məlumat verilməsinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi əsl cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılmış, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.5 kv.m olan fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 15.07.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarış) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarışın) bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı evin sahibidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********87-10301 nömrəli çıxarışına əsasən 04.05.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 503 nömrəli reyestr kitabının 47308 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınmışdır. 05.02.2003-cü il tarixli 174024 saylı müqaviləyə əsasən X11 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 50.5 kv.m sahədən ibarət 3 otaqlı mənzili İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı MA seriyalı ********** qeydiyyat nömrəli, **********3- 05101-093011 reyestr nömrəli, 10.02.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 71.1 kv.m mənzili İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyətinin 11.01.2013-cü il tarixli 08 saylı sərəncamına əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı evin 1 saylı mənzilinin 3 otaqlı yaşayış sahəsinin 50.4 kv.m köməkçi sahəsinin 98.34 kv.m ümumi sahəsi 148.74 kv.m olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********03-05101-093011 saylı 05.10.2013-cü il tarixli texniki pasport tərtib edilərək təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı RX seriyalı ********** qeydiyyat nömrəli, **********3- 05101-093011 reyestr nömrəli, 11.10.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reseytrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 151.1 kv.m mənzil İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Sonradan iddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin uzun müddətdir onun istifadəsində olduğundan onun adına qeydiyyata alınmaqla texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsinə dair ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, cavab verilməmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5425/2014 nömrəli iş üzrə 24 dekabr 2014-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda yerləşən 0.0239 ha torpaq sahəsinin planı və ölçüsü 05.02.2015-ci il tarixdə daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində **********7 nömrədə, 07.02.2015-ci il tarixdə həmin torpaq sahəsi fərdi yaşayış evi üçün tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 551 nömrəli reyestr kitabının 52186 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınaraq çıxarışlar verilmişdir. İddiaçı 30.04.2019-cu il tarixdə onun mülkiyyətində olan torpaq sahəsindəki fərdi yaşayış evinə əlavə olaraq yardımçı otağın tikintisinə icazə verilməsinə dair Səbail Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 13.05.2019cu il tarixli, 3/10-K-20-151 saylı məktubla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m-dək olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmamasına dair məlumat verilmiş, həmin ünvanda iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılacaq əlavə tikinti işlərinin memarlıq-planlaşdırma həllinə 13.05.2019-cu il tarixli, K-20-151 saylı “Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır” məzmununda ştamp vurulmuşdur. 2020-ci ilin mart ayında tikintisi başa çatmış Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 130.9 kv.m-dən ibarət 6 saylı evin (30.9 kv.m əvvəlcədən mövcud olan ev + 100 kv.m sonradan tikilmiş yardımçı tikili) üzərində tam mülkiyət hüququ əldə etmək üçün iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət etmişdir, ərizəsi Reyestr Xidmətində **********4 nömrədə qeydiyyata alınaraq 07.04.2020-ci ildə son icra tarixi müəyyən edilmişdir. Həmin fərdi tikinti sahəsində görkəmli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın banisi olduğu gözün güzehli qışası-əlvan təbəqəsi üzrə orqanizmdə baş verən patoloji dəyişikliklərlə bağlı elm sahəsi olan “İridolgiya” elmi redaksiyasının maddi texniki bazasına aid əmlakın bir hissəsi saxlanılırdı. 22.04.2020-ci il tarixdə saat 12 radələrində Reyestr Xidmətinin 07.04.2020-ci il tarixli qəbzi və tikintiyə aid müvafiq rəsmi sənədlər olmasına baxmayaraq, “COVİD-19” pandemiyası ilə əlaqədar xüsusi karantin zamanı iddiaçının Bakı şəhəri, Teymur Elçin küçəsindəki 6 saylı evinin yerləşdiyi ərazi üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəli şəxslərinin göstərişi ilə Memarlıq və Şəhərsalma İdarəsinin Hafiz adlı əməkdaşı, Səbail MKTB-nin 58 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Qabil Vəliyev, mühəndisi Nəsimi Məsməliyev, fəhlə Xanlar Məmmədov və 8, 46 saylı Mənzil-kommunal istismar sahəsinin digər işçiləri məhkəmə qərarı olmadan qanunsuz olaraq qəsdən Səbail MKTB-yə məxsus “Bobkot” tipli kran və digər texniki vasitələrdən istifadə edərək 6 saat ərzində iddiaçının həmin evini və oradakı akademik Zərifə xanım Əliyevanın banisi olduğu “İridolgiya” elmi redaksiyasının maddi texniki bazasına aid əmlakın bır hissəsinin yerləşdiyi sahəni söküb uçuraraq tam yararsız vəziyyətə salmışlar. İddiaçının evinin qanunsuz olaraq sökülüb uçurularaq yararsız hala gətirilməsinin şahidi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektindəki 80/1 saylı evin 4-cu mənzilində yaşayan X7 olmuşdur. Bundan sonra qanunsuz olaraq soküntüyə məruz qalmış həmin yaşayış məntəqələri üçün nəzərdə tutulan 130.90 kvadrat metr ölçüdə torpaq sahəsində yerləşən iddiaçının fərdi yaşayış evinə tam mülkiyyət hüququ 04.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 503 nömrəli reyestr kitabının 47308 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınmışdır. Sorğu əsasında X3 22.06.2020-ci il tarixli, 256 nömrəli ekspert rəyinə əsasən iddiaçıya məxsus qeyd olunan uçurulmuş və sahəsi 50,4 kvadrat metr olan həmin fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmış təmir bərpa işlərinin dəyərini müəyyən etmək məqsədilə bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edilmiş, söküntü işlərinin aparılması 1530 manat, qutu profildən çərçivənin quraşdırılması (qaynaq olunması) 308 manat, qutu profil 88 manat, elektrod 35 manat, 40 sm qalınlığında boşluqlu kərpicdən divarların hörülməsi 320 manat, boşluqlu kərpic 1280 manat, sement (40 kq) 102 manat, qum 80 manat, divarların daxildən və xaricdən suvanması 384 manat, sement (40 kq) 126 manat, qum 88 manat, qapı və pəncərələrin üstünün dəmir-betondan quraşdırılması 120 manat, armatur 150 manat, beton 80 manat, qəlib üçün taxta 48 manat, plastik materialdan pəncərələrin quraşdırılması (materialla birlikdə) 2280 manat, plastik materialdan qapının quraşdırılması (materialla birlikdə) 250 manat, aqlay daşından məhəccər sütunlarının (sürahi) quraşdırılması (materialla birlikdə) 100 manat, “kabançik” tipli üzlük və aqlay daşlarının bərpası (materialla birlikdə) 180 manat, döşəməyə metlaxın vurulması 63 manat, metlax 765 manat, metlax üçün yapışqan (mata) 102 manat, damın bir enişli şəkildə taxta konstruksiyadan quraşdırılması və “kirəmit” tipli metal şiferlə vurulması 260 manat, taxta 384 manat, metal şifer 330 manat, mismar 12 manat, əlavə və nəqliyyat xərcləri (zibilin atılması, materialların daşınması və s.) 500 manat olmaqla cəmi 10565,0 (on min beş üyz altmış beş) manat müəyyən edilmişdir. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus 130.90 kvadratmetr torpaq sahəsi istifadəsindən çıxarılmış, 10565,0 (on min beş üyz altmış beş) manat maddı ziyan dəymişdir. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsi iddiaçının əmlakına vurduqları ziyanın əvəzini tam həcmdə ödəməyə borcludurlar. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən hüquq mühafizə orqanlarına və digər instansiyalara iddiaçının israrlı olaraq etdiyi şikayətlərdən sonra Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 3-586 saylı, 10.07.2020-ci il tarixli məktubu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əsassız və qanunsuz olaraq iddiaçının məlumatı və razılığı olmadan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kvadratmetr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququnu təsdiq edən iddiaçının adına ********** qeydiyyat nömrəli, 04.05.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarış dəyişdirilib həmin ünvandakı fərdi yaşayış evinin qanunsuz olaraq uçurulub sökülmüş hissəsinin yerləşdiyi torpaq sahəsi kiçildirilərək 80.50 kvadrat metr olmaqla iddiaçının adına yeni ********** qeydiyyat nömrəli, 15.07.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 3-586 saylı, 10.07.2020-ci il tarixli məktubuna əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış, qeyd olunan fərdi yaşayış evinin ümumi sahəsi 80.5 kv.m göstərilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda və reyestrdən çıxarışda göstərilən əlavə 50,4 kv.m sahə “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a uyğun olmadığı üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və hal-hazırda mövcud deyildir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq düzəlişlə bağlı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və vətəndaşa **********82 qeydiyyat nömrəli 17.07.2020-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 3ərdi yaşayış evinə 29.03.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman həmin fərdi yaşayış evinin ümumi sahəsi 130.9 kv.m müəyyən olunmuşdur. Eyni zamanda yeni layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi ilə bağlı İddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyəti 04.03.2020-ci il tarixdə məlumatlandırılmışdır. Müvafiq fərdi yaşayış evinin ümumi sahəsinə düzəliş edilərək 130.9 kv.m olması ilə əlaqədar İddiaçı adına 04.05.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Lakin İdarəyə ünvanlanmış ünvan 4 məlum olmuşdur ki, 20.04.2020-ci il tarixdə tikinti ilə bağlı cəhdlərin qarşısı alınaraq söküntü işlərinin aparılması təmin edilmişdir. Göründüyü kimi İdarənin mütəxəssisləri qeyd olunan fərdi yaşayış evinə 29.03.2020-ci il tarixdə texniki baxış keçirən zaman ümumi sahə 130.9 kv.m müəyyən olunmuş, lakin İdarəyə Səbail Rayon İcra Hakimiyyətinin sözügedən məktubu 10.07.2020-ci il tarixdə daxil olduğu üçün 04.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli İddiaçı adına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ümumi sahə (çıxarış verilən tarixdə mövcud olmayan 50,4 kv.m sahə də əlavə olunaraq) 130.9 kv.m göstərilmişdir. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış və İddiaçı adına ********** qeydiyyat nömrəli 15.07.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, İddiaçı ünvan 5 ünvanda ona məxsus 0.0239 kv.m ölçüdə olan torpaq sahəsində məhkəməyə təqdim edilən Texniki Pasportda tikintialtı sahə 210.9 kv.m göstərilmişdir. Həmin parametrlər üzrə tikinti işlərinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ının müddəalarına ziddir. Belə ki, sonuncu qərarın 4.13-cü bəndindəki cədvəl üzrə həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinə dair ərazinin tikinti əmsalı 0,4, ərazinin tikinti sıxlığı əmsalı 0,6 təşkil edir ki, iddiaçının təqdim etdiyi göstəricilər hazırki qanunvericiliyə ziddir və hər hansı tikinti işini qeyri-mümkün edir. Eyni zamanda, əsas tikiliyə münasibətdə yardımçı tikililərin sahəsinin yetərincə böyük olması həmin tikinti işinin hüquqi əsasını və layihəsinin TLSS-ə (AZS QOST 21.101 -10) uyğun olması da ciddi şübbə doğurur və yalnız aidiyyəti dövlət orqanlarını yanıltmaq üçün zəmin yaradır. Məhkəmə prosesində iddiaçının nümayəndəsi «tikintisinin qarşısı alınan obyekt»in fərdi yaşayış evinin hissəsi olmasını bildirmişdir. Lakin iddiaçı ərizəsində qeyd etdiyi kimi (vərəq 2) sözügedən ünvanda yardımçı sahənin tikintisi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq “məlumatlandırma icraatı” üzrə müraciət etmişdir. İcra Hakimiyyəti isə cavab məktubunda bildirmişdir ki, qanunvericiliyə əsasən yardımçı tikililərin tikintisinə icazə tələb olunmur - yəni “məlumatlandırma icraatı” yox, qeyd olunan Məcəllənin 79-cu maddəsinin təsirinə düşdüyünü göstərmişdir. Lakin bu hal, qeyd olunan “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələblərini pozmağa əsas vermir və tikinti işlərinin aparılmasına, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə zəmin yaratmır. Göründüyü kimi, iddiaçı qanunsuz tikinti işlərinin aparılmasına cəhd edib və məhkəmə prosesində üç dövlət orqanının (qurumunun) israrla tikinti işlərinin aparılmasının qeyri-mümkünlüyü barədə çıxışlarına baxmayaraq “olmayan və olmamış” əmlakına hüquqlarının bərpası məsələsini irəli sürür ki, gələcəkdə bununla tikinti işlərinin aparılmasına zəmin yaratmaq istəyir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və digər üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış 26.10.2020-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 130.9 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301). Həmin sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 15.07.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301). Həmin sənədlərdə olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidova ünvanlanmış 10.07.2020-ci il tarixli 3-586 nömrəli məktubda qeyd olunur: ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan yaşayış evinə dair 25.12.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (qeydiyyat nömrəsi **********8) əmlakın ümumi sahəsi 80,5 m2 göstərilmişdir. Həmin əmlaka dair 04.05.2020-ci il tarixdə verilmiş çıxarışda (qeydiyyat nömrəsi **********) isə ümumi sahə 130,9 m2 qeyd edilmişdir. Bu fərq 04.05.2020-ci il tarixdə tərtib edilmiş (inventar nömrə 04/2362, 04/0520) texniki pasportunda göstərilən 50,4 m2 sahəli əlavə otağın hesabına yaranmışdır. Diqqətinizə çatdırırıq ki, sözügedən sahənin inşasının mövcud “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalari”a uyğun olmadığı dəfələrlə tərəfimizdən İddiaçı bildirilmiş və 20.04.2020-ci il tarixində tikinti ilə bağlı cəhdlərin qarşısı alınaraq söküntü işlərinin aparılması təmin edilmişdir. Sözügedən sahə hal-hazırda da mövcud deyil. Göründüyü kimi, 04.05.2020-ci il tarixdə texniki səhvə yol verilmiş, mövcud olmayan sahəyə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınaraq əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən 3 (üç) gün müddətində aradan qaldırır və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verməlidir. Bununla əlaqədar olaraq, qaldırılan məsələnin araşdırılması, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlərin aparılması barədə aidiyyəti göstəriş verməyinizi xahiş edirik. Həmin sənədlərdə olan İddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış 04.03.2020-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 130 kv.m, hündürlüyü 3.90 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etməsi barədə məlumat verilmişdir. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 25.12.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr nömrəsi **********87-10301). Həmin sənədlərdə olan İddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış 02.12.2019-cu il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 91 kv.m, hündürlüyü 3.90 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etməsi barədə məlumat verilmişdir. Həmin sənədlərdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5425/2014 saylı 24.12.2014-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri T.Elçin küçəsi ev 6 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5425/2014 saylı 24.12.2014-cü il tarixli qərardadının surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.12.2014-cü il tarixli 2-1(81)-5425/2014 saylı qərarında yol verilmiş texniki səhvin düzəldilməsi, qərarın qərara aldı hissəsində texniki səhvlə yazılmış «Bakı şəhəri T.Elçin küçəsi ev 6 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 9 ünvanında yerləşən 240 kv.m torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin» sözü ilə əvəz edilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanında yerləşən 0.0239 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 07.02.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır (reyestr nömrəsi **********87). Torpaq sahəsinin mülkiyyət növü “Xüsusi”, torpaq sahəsi üzərində hüququn növü “Mülkiyyət”, torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü “Fərdi yaşayış”. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 05.02.2015-ci il tarixli AA seriyalı 072079 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında 0.0239 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir (torpaq sahəsinin təyinatı - yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - fərdi yaşayış, mülkiyyət növü – xüsusi, sənəd üzrə sahəsi 0.0239 ha, faktiki sahə 0.0239 ha). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04.05.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (0.0239 ha torpaq sahəsi, fərdi yaşayış evi ümumi sahəsi 130.90 kv.m) texniki pasportu tərtib edilmişdir (reyestr nömrəsi **********87-10301). İş materiallarında olan X3 256 nömrəli 22 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və təqdim olunmuş sənədlərə əsasən, ünvan 10 ünvanda yerləşən qanunsuz söküntüyə məruz qalmış evə dəymiş ziyanın ümumi dəyərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq, 10565,0 manat məbləğində olduğu müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 13.05.2019-cu il tarixli 3/10-K-20-151 saylı məktubda qeyd edilir: Mülkiyyətinizdə olan torpaq sahəsində yardımçı otağın tikintisinə icazə verilməsi barədə Səbail Rayon İcra Hakimiyyətinə ünvanladığınız K-20-151 saylı, 30.04.2019-cu il tarixli müraciətinizə baxılmışdır. Qaldırılan məsələ ilə əlaqədar Siz Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişsiniz və Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17.04.2019-cu il tarixli, 01- Bi-1/70 saylı məktubu ilə yerli İcra Hakimiyyətinə müraciət etməyiniz Sizə tövsiyə olunmuşdur. Təqdim etdiyiniz Memarlıq-planlaşdırma həlli layihəsindən (LİSENZİYA № 089730, “xxxx” MMC) və sənədlərdən görünür ki, DƏDRX-nın Seriya RX ******* saylı, 07.02.2015-ci il tarixli Çıxarışı əsasında, ünvan 13 ünvanda 0.0239 ha torpaq sahəsi xüsusi mülkiyyətinizdədir və mülkiyyətinizdə olan həmin torpaq sahəsində 46.8 kv.m texniki otağın tikintisi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq nəzərinizə çatdırırıq ki, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m-dək olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmur. Əlavə olaraq bildiririk ki, sahədən istifadə edərkən yanğın təhlüksəzliyi, sanitar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsində aparılacaq əlavə tikinti işlərinin Memarlıq-planlaşdırma həllinin təsdiq edilmiş surətindən görünür ki, həmin Memarlıqplanlaşdırma həlli 13.05.2019-cu ildə (K-20-151) Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.07.2020-ci il tarixli **********82 saylı məktubda qeyd olunur: ünvan 10 fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin aparılması ilə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının 3-586 saylı, 10.07.2020-ci il tarixli məktubu 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılmış və adınıza ********** qeydiyyat nömrəli, 15.07.2020-ci il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5425/2014 saylı 24.12.2014-cü il tarixli qərarına əsasən Bakı şəhəri T.Elçin küçəsi ev 6 ünvanında yerləşən 240 kv.m torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanında yerləşən 0.0239 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 07.02.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır və 05.02.2015-ci il tarixli AA seriyalı 072079 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Bundan sonra iddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyətinə 02.12.2019-cu il tarixli ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 91 kv.m, hündürlüyü 3.90 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 25.12.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyətinə 04.03.2020-ci il tarixli ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 130 kv.m, hündürlüyü 3.90 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 130.9 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış və fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Lakin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidova 10.07.2020-ci il tarixli 3-586 nömrəli məktub ünvanlanmış və həmin məktubda 04.05.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportunda göstərilən 50,4 m2 sahəli əlavə otağın inşasının mövcud “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalari”a uyğun olmadığının iddiaçıya bildirilməsi və 20.04.2020-ci il tarixində tikinti ilə bağlı cəhdlərin qarşısı alınaraq söküntü işlərinin aparılmasının təmin edilməsi bildirilmiş və bununla əlaqədar olaraq, qaldırılan məsələnin araşdırılması, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlərin aparılması barədə aidiyyəti göstəriş verilməsi xahiş edilmişdir. Qeyd olunan məktub nəzərə alınaraq cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılmış, ********** qeydiyyat nömrəli, 15.07.2020-ci il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 15.07.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyətinə 04.03.2020-ci il tarixli ərizə ilə müraciət edilərək fərdi yaşayış evini inşa etməsi barədə məlumat verilmişdir, lakin Səbail rayon İcra Hakimiyyəti tərəfindən hər hansı irad təqdim edilməmişdir. Bundan sonra ünvan 1 ünvanında yerləşən 130.9 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) iddiaçının xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə qeydiyyata alınmış və fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Lakin Səbail rayon İcra Hakimiyyəti tərəfindən həmin ünvanda məhkəmə qərarı olmadan söküntü işləri aparılmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə cavabdehə məktub göndərilmiş, həmin məktub əsasında cavabdeh tərəfindən isə daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılaraq, yəni ünvan 1 ünvanında yerləşən 130.9 kv.m olan fərdi yaşayış evinə iddiaçının xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı 04.05.2020-ci il tarixdə aparılmış qeydiyyat ləğv edilmiş, ünvan 1 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə iddiaçının xüsusi mülkiyyət hüququ qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 15.07.2020-ci il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər; 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir; 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Tikinti obyektlərinin sökülməsi Qaydaları»nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 95.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Məcəllədə nəzərdə tutulmuş hallarda tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) və ya onun hissəsinin sökülməsi mexanizmini tənzimləyir və bununla bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (bundan sonra – Nazirlik) səlahiyyətlərini müəyyən edir; 1.3-cü bəndinə əsasən Nazirlik bu Qaydalara uyğun olaraq öz səlahiyyətlərini Nazirliyin Tikintidə Təhlükəsizliyə X10 (bundan sonra - Agentlik) və Tikintidə Təhlükəsizliyə X10nin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirir; 5-ci bəndinə əsasən bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinin bir hissəsi Səbail rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilmədən və məhkəmə qərarı olmadan sökülmüşdür. Cavabdeh tərəfindən isə daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlərin aparılması barədə Səbail rayon İcra Hakimiyyəti tərəfindən məktub daxil olduqdan sonra məktubla əlaqədar iddiaçı dəvət olunaraq izahatı alınmamış, yerində müayinə həyata keçirilməmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın səhv və ya düz olmasının əsasları müəyyən edilməmiş, ümumiyyətlə heç bir araşdırma aparılmamış, qeyd olunan hallar cavabdeh tərəfindən araşdırılmadan daşınmaz əmlakın dövlət reyestrində qeyd olunan düzəliş edilmişdir. İşin bütün hallarının araşdırılması cavabdeh inzibati orqanın xidməti vəzifəsindən irəli gəlsə də, cavabdeh tərəfindən hərtərəfli və tam araşdırılma aparılmamış, təqdim olunmuş sənədlər və işin bütün halları hərtərəfli tədqiq edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Tikinti obyektlərinin sökülməsi Qaydaları»nın tələblərindən də göründüyü kimi, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin və ya onun hissəsinin sökülməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Lakin Səbail rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan tikinti ilə əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməmiş, bununla əlaqədar sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır, hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Lakin cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə də əməl edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələbləri pozulmuşdur. Həmçinin məhkəmə hesab edir ki, həm Səbail rayon İcra Hakimiyyətinin, həm də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri əsassız və qanunsuz olmaqla iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.5 kv.m olan fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 15.07.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat (çıxarış) ləğv edilsin və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evinə İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 04.05.2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarışın) bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1349/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1349/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver