Məhkəmə qərarları › İş №2-1(112)-1349/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1349/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1349/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X2 qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə üzrə 18 may 2023-cü il tarixli **********337300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə üzrə 18 may 2023-cü il tarixli **********337300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərara əsasən kameraİ vergi yoxlaması nəticəsində müəssisəyə 12507.10 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, vergi orqanı tərəfindən iddaçıya ünvanlanmış qəbul edilmiş qərarın səbəblər hissəsində qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində tərəfinizdən 2023-cü ilin 1-ci rübü yanvar, fevral, mart ayları üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olması qeyd etmişlər. Bu barədə şikayət və məktublar ilə müraciətlər edilmişdir. Lakin bu kimi halları vergi orqanı nəzərə almadan qərar qəbul etmişdir. Tərəfindən bu barədə vergi orqanına açıqlamalar təqdim edilərək qeyd edilmişdir ki, fəaliyyəti Şadliq Evlərinin Xidmətləridir. Bununla əlaqədar olaraq şadlıq sarayında toy olan günlər işə əlavə olaraq ofisiantlar və aşbazlar cəlb edilir və tələb olunan qaydada minimum aylıq əmək haqqı məbləğindən (1 yanvar 2023-ci il tarixdən 345 manat müəyyən edilib) aşağı olmayan əmək haqqı məbləğində işçilər ilə əmək müqaviləsi bağlanır və əmək müqavilələri elektron informasiya sistemində qeydiyyata alınır. Toyların olmadığı günlər isə qarşılıqlı razılaşma əsasında ştatda əlavə işçilərə ehtiyac olmadığından əmək müqavilələrinə xitam verilmişdir. Bu səbəbdən məktubda göstərilən tarixdə işçi sayında azalma olmuşdur. Bu kimi hallara əsasən şadlıq sarayında toyların olmadığı dövr ərzində həmin işçilər də işə gəlməmiş və onların işdə iştirak etməmələrini sübuta yetirəcək tabel cədvəllər də təqdim edilir. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı qəbul etmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli, **********337300 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin 1-ci rübü üçün 12.507,10 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində 2023-cü ilin 1-ci rübü (yanvar, fevral, mart ayları) üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, fiziki şəxs İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixində **********526100 nömrəli işçilərin sayı və əmək haqqı fondunun az əks etdirildiyi barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Fiziki şəxs İddiaçı tərəfindən toyların keçirilməsinə dair qəbzlər, işçilər barədə əmrlər, əmək müqavilələri və bank hesablarına aid təsdiqedici sənədlər təqdim edilmədiyindən, mövcud əmək müqavilələrinə əsasən 2023-cü ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə 12507.10 manat kameral vergi məbləği hesablanaraq xx.xx.2023-cü il **********337300 nömrəli “Vahid 1-ci Rüb 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir.

5. Məhkəmənin 08 avqust 2023-cü il qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir: 1. 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannaməyə əsasən əlavə olaraq sosial sığorta və işsizlik sığortası haqları üzrə 12507.10 manat əlavə hesablama müəyyən edilirmi? 2. 2023-cü ilin 1-ci rübü Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannaməyə əsasən əlavə olaraq sosial sığorta və işsizlik sığortası haqqları üzrə əlavə hesablama müəyyən edilirsə nə qədər müəyyən edilir?

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-mühasibatlıq ekpertizası keçirilməsi barədə 08 avqust 2023-cü il tarixli məhkəmə qərardadı əsasında 9/6611 saylı xx.xx.2023-cü l tarixli ekspert rəyində Orxan İsgəndərov nəticəyə gəlmişdir: Tədqiqat zamanı iş materiallarından göründüyü kimi, İddiaçı fəaliyyəti şadlıq evlərinin xidmətlərindən ibarət olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2023-cü ilin 1-ci rübü (yanvar, fevral,mart ayları) üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5905,55 manat məbləğində müəyyən edilir, o cümlədən: Muzdlu işə dair MDSS.işsizlikdən sığorta,İTS Yanvar Fevral Mart 1 Rüb haqqları üzrə hesablamalar ayı üzrə ayı üzrə ayı üzrə MDSS Hesablama (cəmi) 1669,15 1121,25 1880,8 4671,17 İŞS Hesablama (cəmi) 66,77 44,85 75,23 186,85 İTS Hesablama (cəmi) 267,06 179,4 300,91 747,38 MDSS Hesablama (cəmi) Fiziki şəxsin özünə görə 86,25 86,25 86,25 258,75 İTS Hesablama (cəmi) Fiziki şəxsin özünə görə 13,8 13,8 13,8 41,4 Cəmi 5905,55 NƏTİCƏ:

Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı fəaliyyəti şadlıq evlərinin xidmətlərindən ibarət olmuşdur. Təqdim edilmiş sənədlərə əsasən İddiaçı 2023-cü ilin 1-ci rübü (yanvar, fevral,mart ayları) üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5905,55 manat müəyyən edilir.

7. Cavabdeh tərəfindən ekpert rəyinə dair yazılı mülahizə təqdim edilərək bildirilmişdir ki, ekspert rəyində heç bir əsaslandırma aparılmamış və sadəcə olaraq qanunvericiliyin müddəaları sadalanmışdır və nəticə olaraq vergi ödəyicisinin bəyannamə üzrə göstərdiyi qədər vergi məbləği hesablanmalı olduğu bildirilmişdir. Vergi orqanı isə haqlı olaraq fiziki şəxs İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixində **********526100 nömrəli işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Fiziki şəxs İddiaçı tərəfindən toyların keçirilməsinə dair qəbzlər, işçilər barədə əmrlər, əmək müqavilələri və bank hesablarına aid təsdiqedici sənədlər təqdim edilmədiyindən, baza üzrə əmək müqavilələrinə əsasən 2023-cü ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə 12507.10 manat kameral vergi məbləği hesablanaraq xx.xx.2023-cü il **********337300 nömrəli “Vahid 1-ci Rüb 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Göründüyü kimi müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən minimum əməkhaqqı məbləği nəzərə alınmaqla hesablamalar aparılmışdır. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh xx.xx.2023-cü il tarixli 9/6611 nömrəli ekspert rəyinin sübut kimi qəbul edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

9. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

12. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

13. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli, **********337300 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2023-cü ilin 1-ci rübü üçün 12.507,10 manat əlavə vergi hesablanmışdır.

15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

16. Məhkəmə qeyd edir ki, iddiaçının fəaliyyəti şadlıq evlərinin xidmətləridir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən İddiaçı 2023-cü ilin 1-ci rübü (yanvar, fevral, mart ayları) üzrə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5905,55 manat məbləğində müəyyən edilmişdir.

17. Cavabdeh orqan tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. İddiaçı toyların keçirilməsinə dair qəbzlər, işçilər barədə əmrlər, əmək müqavilələri və bank hesablarına aid təsdiqedici sənədlər təqdim etmədiyindən, mövcud əmək müqavilələrinə əsasən 2023cü ilin 1-ci rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə 12507.10 manat kameral vergi məbləği hesablanaraq xx.xx.2023-cü il **********337300 nömrəli “Vahid 1-ci Rüb 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir.

18. Cavabdeh orqan qərarını onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində iddiaçı tərəfindən 2023-cü ilin 1-ci rübü yanvar, fevral, mart ayları üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində (hesabatında) işçilərin sayı və əmək haqqı fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş işçi saylarına və əmək haqqı fonduna nisbətən az əks etdirildiyi müəyyən edilmişdir ki, bu hal da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

19. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kameral vergi yoxlamasının aparılması barədə sübüt təqdim etməmişdir. Yəni iddiaçının Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları" bəyannaməsində nəyi səhv göstərməsi (işçinin sayını və ya əmək haqqı fondunun), fərqin nə qədər olması, hansı işçilərin işləməsi barədə məhkəmə hər hansı sübüt təqdim etməmişdir. Halbuki məhkəmənin 08 avqust 2023-cü il qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərkən hər iki tərəfə sübütların təqdim edilməsi təklif edilmişdir.

20. Eyni zamanda məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən həmin dövr ərzində neçə işçinin xidmət göstərməsi nə operativ vergi nəzarəti ilə, nə işçilərin izahatı, nə də ki, müqavilələr ilə təsdiq edilməsi müəyyən edilmir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

22. İnzibati Prosessual Məcəllənin 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

23. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 may 2023-cü il tarixli, **********337300 nömrəli qərarı ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar