Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1349/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "istifadə edilməmiş məzuniyyət pullarının və maddi yardımın ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra -İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə N17-N22-ci illər üçün istifadə edilməmiş məzuniyyət pullarının, 13 və 14-cü maddi yardımların ona verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. O, N04-N06-cı illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. N14-cü ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət etmişdir. N17-ci ilin may ayında Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti adı “Tərtər işi” olan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin tərkib hissəsi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı 19 may N17-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və digər maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli Qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Barəsində həbsdə saxlanılma müddəti bir neçə dəfə uzadılmışdır. 14 mart N18-ci il tarixdə iş üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş, məhkəmənin 9 iyul N18-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3, 331.2, 331.3, 332.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev İddiaçı və həmin cinayət işi üzrə məhkum edilmiş qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 11 aprel N19-cu il tarixli qərarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında 21 sentyabr N18-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr N18-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr N22-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 9 iyul N18-ci il tarixli hökmünə əsasən İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 30 aprel N18-ci il tarixli qəranna, Tərtər Hərbi Məhkəməsinin 9 iyul N18-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 21 sentyabr N18-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr N18-ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 aprel N19-cu il tarixli qərarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr N22-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 9 iyul N18-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 30 aprel N18-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 10 noyabr N22-ci il tarixli qərarı ilə İddiaçı və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr N22-ci il tarixdə iş Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühim işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr N22-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. Nəsimi rayon Məhkəməsinin 23 iyun N23-cü il tarixli qətnaməsi ilə ona vurulmuş maddi ziyana görə 57024 manat (aylıq 864 manat maaş 66 ay üçün hesablanıb) və mənəvi ziyana görə 66000 manat verilməsi qət edilib. Ancaq məhkəmə qətnaməsindən göründüyü kimi ona məzuniyyət pulları qətnamədə öz əksini tapmayıb. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) 03 aprel N24-cü il tarixində ərizə ilə müraciət etmiş və xahiş etmişdir ki, N17-N22-ci il tarixləri üçün nəzərdə tutulmuş və istifadə edilməmiş məzuniyyətlərə görə ödənişləri və eyni zamanda 13 və 14-cü maddi yardımları ödənilsin. Cavabdeh iddiaya yazılı münasibətində göstərmişdir ki, İddiaçı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə bağlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və sonuncunun xx.xx.N23-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilərək maddi ziyana görə 57.024, mənəvi ziyana görə 66000 manat ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur, (məlumatlar hazırkı işdə olan iddia ərizəsindən götürülmüşdür). Maddi ziyanın hesablanması çox guman ki, sənədlər, ekspertlərin rəyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində hesablanmış və həmin mülki iş üzrə iddiaçı olmuş İddiaçı həmin məbləğin hesablanması ilə bağlı iradı olmuşdursa öz prosessual hüquqlarından istifadə edərək müvafiq hərəkət edə bilərdi. O, isə həmin məbləğə dair etirazını bildirməmiş, ora daxil olan hesablaşmalar ilə razılaşmışdır. Artıq maddi zərər hesablanmışdır, məhkəmə aktı qüvvəsini almışdır və AR MPM- nin 82.3-cü maddəsinə görə iddiaçı üçün preyudisial xarakter daşıyır. Həmin maddəyə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində də mübahisələndirilmir və yenidən sübut edilmir. N17-N22-ci illərdə İddiaçı hərbi xidmətdə olmadığından, məzuniyyət və 13- 14-cü maaşın (iddiaçı maddi vardım kimi göstərmişdir) ödənilməsini tələb edə bilməz. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, hətta xidmət edən şəxslərə də həmişə 13-14-cü maaşın ödənilmir. Nöqsanlar olduqda, pozuntular və sair əsaslar olduqda ondan məhrum oluna bilirlər. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeçiliyində olan orqanlar deyil ki, sonuncu onların hərəkətlərinə görə öhdəlik daşısın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 1100cu maddəsinə uyğun olaraq, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanlarının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhz bu səbəbdən “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq zərərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməsi göstərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi maliyyə siyasəti həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan səlahiyyətlərini həyata keçirtmədiyindən həmin vəzifə üzərinə qoyula bilməzdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9650/N24 nömrəli, xx.xx.N24-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı bu qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N24-cü il tarixli, 2- 1(103)-4136/N22 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9650/N24 saylı, xx.xx.N24-cü il tarixli qərardadı ləğv edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş məzuniyyət pullarının və maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.N25-ci il tarixli məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 6453.29 manat məbləğin kompensasiya və maddi yardım kimi ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərərfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-2367/N23 saylı xx.xx.N23-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasi Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində kompensasiyanın və 57.024 (əlli yeddi min iyirmi dörd) manat maddi ziyanın cavabdeh vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 57.024 manat, mənəvi zərərə görə 66.000 manat, ümumilikdə 123.024 manat pul tutularaq ona verilmişdir. Qətnamədə götərilmişdir ki, “...Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.N23-cü il tarixində verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, xx.xx.N16-cı il tarixdən xx.xx.N17-ci il tarixədək 14656.62 AZN mədaxil olunmuş, 14656,72 AZN məxaric olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX Bakı İstintaq təcridxanasının xx.xx.N22-ci il tarixli, 930 saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.N22-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməklə xx.xx.N22-ci il tarixdə Bakı İstintaq təcridxanasında həbsdən azad olunmuşdur. ... İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ona məxsus olan əmək haqqı kartı üzrə son ilin (aylar üzrə xüsusilə) çıxarışdan görünür ki, İddiaçı orta aylıq əmək haqqı məbləği 864 manat, ümumilikdə 57.024 manat (57.024 manat:66 ay=864 manat orta aylıq gəliri) manat təşkil etmişdir. Göründüyü kimi, o, qanunsuz və əsassız olaraq həbsdə saxlanılması nəticəsində isə 66 ay ərzində əmək haqqından məhrum olmuşdur. Məhkəmə bu halda hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 57.024 (864 manat x 66 ay = 57.024) manat məbləğində pul tutulmalıdır. ... Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə maddi ziyana görə 57.024 AZN (əlli yeddi min iyirmi dörd manat), mənəvi zərərə görə 66.000 (altmış altı) manat, ümumilikdə 123.024 AZN (bir yüz iyirmi üç min iyirmi dörd manat) pul tutularaq ona verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.N23-cü il tarixli, 3-23/2-4689/N23 nömrəli məktubundan görünür ki, 21 avqust N23-cü il tarixli 2(006)-2367/N23 nömrəli icra sənədinə uyğun olaraq 123.024 manat vəsaitin İddiaçı bank hesabına köçürülməsi 01 sentyabr N23-cü il tarixdə təmin edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.N23-cü il tarixli qərarından görünür ki, Maliyyə Nazirliyinin xx.xx.N23-cü il tarixdə şöbəyə daxil olmuş, xx.xx.N23-cü il tarixli məktubunda icra sənədi üzrə 123024 manat pul vəsaitinin İddiaçı bank hesabına köçürülməsi xx.xx.N23-cü il tarixdə təmin edildiyi göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2367/N23-012 nömrəli, xx.xx.N23-cü il tarixli icra sənədinə xitam verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.N25-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2367/N23 saylı, xx.xx.N23-cü il tarixli icra sənədi xx.xx.N23-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmuş xx.xx.N23-cü il tarixdə icra sənədinə "İcra Haqqında Azərbaycan Respublikası Qanunu”nun N.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.N25-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 xx.xx.N17-ci ildən xx.xx.N22-ci il tarixə kimi olan dövrdə 3066 manat maddi yardım, 3387,29 manat istifadə etmədiyi məzuniyyət günləri əvəzinə pul kompensasiyası ödənilməmişdir. İddiaçı hazırda bu ödənişlərin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: -maddə 114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət; -maddə 121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli xx.xx.1992-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir, o cümlədən: ...hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə əsasən: -maddə 193. Hərbi qulluqçulara mükafatın ödənilməsi hərbi hissə komandirinin əmri əsasında, komandirə (rəisə) isə -yuxarı komandirin (rəisin) əmri əsasında həyata keçirilir. Əmrdə mükafatın kimə və hansı məbləğdə ödənilməli olduğu, habelə mükafatın azaldılması və ya mərhum edilmə səbəbləri göstərilir. Göstərilən komandirlərin (rəislərin) əmrləri əsasında hərbi qulluqçulara təqvim ili ərzində əlavə pul mükafatlarının ödənilməsi həyata keçirilir. -maddə N3. Hərbi qulluqçulara (müddətli xidmətdən başqa) hər il aylıq vəzifə maaşı və hərbi rütbə maaşı həcmində maddi yardım edilir. -maddə N4. Maddi yardım Bu Əsasnamənin 193-cü maddəsində adları çəkilən komandirlərin (rəislərin) maddi yardımın məbləği göstərilən əmrləri əsasında, adətən onlar müəyyən edilmiş məzuniyyətə, müalicəyə, xidmət üzrə yerdəyişmələr zamanı həqiqi hərbi xidmətdən tərxis olunanda və başqa hallarda edilir. -maddə N5. Maddi yardımın məbləği müəyyənləşdirilərkən maddi yardımın edilməsi haqqında əmrin imzalandığı gün hərbi qulluqçuların aldığı maaşlar nəzərə alınır. Bu zaman vəzifə maaşları artımlar, əlavələr və əlavə ödəmələr nəzərə alınmadan qəbul edilir. İstnad olunan normalardan görünür ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya və birdəfəlik maddi yardım şəxsin hərbi xidmət keçdiyi dövrlərə münasibətdə verilir. Belə ki, məzuniyyət hərbi qulluqçunun normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddətdir və hərbi xidmət keçən hərbi qulluqçuya istirahətinin təşkili məqsədilə verilir. Birdəfəlik maddi yardım isə hərbi xidmət keçən hərbi qulluqçuya əlavə təminat kimi, komandirin əmri əsasında təqdim edilir. İşdən görünür ki, iddiaçı xx.xx.N17- xx.xx.N22-ci il tarixlərdə hərbi xidmətdə olmamış, barəsində seçilmiş həbs qətimkan tədbiri, daha sonra isə azadlıqdan məhrumetmə cəzası ilə bağlı müvafiq olaraq istintaq təcridxanası və cəzaçəkmə müəssisəsində olmuş, xx.xx.N22-ci ildə cinayət işinə Cinayət Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -maadə 1 Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; ... Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. -maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. -maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Göründüyü kimi, qanunverici təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsiri nəticəsində şəxsə dəymiş ziyanın ödənilməsi zamanı məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin də tam həcmdə ödənilməsini müəyyən etmiş, bu vəsaitin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini müəyyən etmişdir. İşdən görünür ki, iddiaçı Qanun 5-ci maddəsində göstərilən ziyanın ona ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə də Qanunun 5-ci maddəsində nəzərdə tutulan ziyanı hesablayaraq iddiaçıya ödənilməsini qət etmişdir, hansı ki, Qanunun tələbinə əsasən həmin ziyan həmçinin əmək haqqı ilə yanaşı başqa gəlirlərin, o cümlədən işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş bütün digər gəlirin kompensasiyasını da ehtiva etmişdir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya cəzanı çəkdiyi dövrdə əldə edilməmiş bütün gəlirlər hesablanmaqla kompensasiya ödənildiyindən, onun iməhz həmin səbəbdən itirdiyi , istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya və birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı hazırkı tələbinin hüquqi əsası mövcud deyil və bu səbəbdən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-1349/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1349/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver