Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-135/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci ildə təqribi hesablamalara əsaslanaraq binanın ümumi sahəsinə görə şəxsi vərəqəyə işlədiyi 10 rüb üzrə 965290,50 manat verginin və 1 rüb üçün hesablanmış 96529,05 manat verginin ləğv edilərək, “xxxx” MMC tərəfindən işlənmiş mütəxəssis rəyini nəzərə alaraq şəxsi vərəqədə 10 rüb üzrə binanın satışa yararlı sahəsi üzrə verginin (10370 m2) 729766,46 manat və 1 rüb üzrə hesablanmış 72976,64 manat vergi ilə əvəz edilməsinin təmin edilməsi və tikintinin işə başlama vaxtının xx.xx.2018-ci ildən deyil, xx.xx.2018-ci ildən başlanmasını nəzərə alaraq, verginin xx.xx.2018-ci ildən hesablanması barədə şəxsi vərəqədə düzəliş edilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “vergilərin hesablanması barədə” xx xxxxxx 2018-ci il tarixli **********469900 saylı qərarın qismən - 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında bildirdi ki, Bakı Şəhər Lokal Gəlirlər Departamenti İddiaçı MMC-nin (VÖEN - **********) Bakı şəhəri, Mir Cəlal küçəsindəki inşa etdiyi 16 mərtəbəli yaşayış binasınin ümumi sahəsini heç bir tikinti normaları və qaydalarına əsaslanmadan təqribi hesablamalara əsaslanaraq hesablamış və 10 rüb müddətinə 965290,50 manat vergi hesablayaraq xəbərləri olmadan MMC-nin Şəxsi Vərəqəsinə kameral vurmuşdur. MMC xx.xx.2018-ci ildən işə başlamasına baxmayaraq (bunu Bakı şəhəri İcra Hakimiyyətinin 255 saylı xx.xx.2018-ci il tarixli Tikinti işlərinə başlanması üçün əsas olan “Xüsusi Nişan” təsdiq edir), Bakı Şəhər Lokal Gəlirlər Departamenti vergini xx.xx.2018-ci ildən hesablamış və MMC-nin Şəxsi Vərəqəsinə 96529,05 manat İİ rüb-2018-ci il üçün vergi hesablayaraq süni vergi borcu yaratmışdır və işi Vergilər Nazirliyi yanında İstintaq idarəsinə təqdim etmişdir. MMC bina tikintisi fəaliyyəti ilə məşğuldur, inşa etdiyi binanın tikintisi başa çatmamış, hazırda binanın 12-ci mərtəbəsi inşa edilir. Binaya tikintidə bitməmiş istehsalat (nezaverşenka) deyirlər. Vergilər Nazirliyi yanında İstintaq idarəsinə dəvət olunmuşlar. Cavabdehə bildirmişlər ki, Bakı Şəhər Lokal Gəlirlər Departamenti tərəfindən binanın sahəsi heç bir tikinti normaları qaydalarına əsaslanmadan işlənmiş və vergi hesabalanması düzgün deyil. Cavabdehə bildirmişlər ki, Lokal Gəlirlər Departamenti X7 əlavə - Zirzəmi üzrə: Avtomobil yolunu, lift şaxtasını, ventilyasiya kamerası və mənzillərin sayğacları olan elektrik otağını; qeyri-yaşayış sahəsi (obyekt) 1-ci mərtəbə üzrə: lift şaxtasını, pilləkən qəfəsini, texniki otağı; yaşayış sahəsi üzrə: pilləkən qəfəsini, lift şaxtasını, dəhlizi, lociyanı binanın sahəsinə əlavə edilmiş, özü də şişirdilmiş formada vergi hesablamışlar. Halbuki onlar satışa yararlı sahələri vətəndaşlara təklif edirlər. Sentyabr 2018-ci ildən bu günə qədər Vergilər Nazirliyinə, Bakı Şəhər Lokal Gəlirlər Departamentinə, Vergilər Nazirliyi Yanında İstintaq İdarəsinə dəfələrlə yazılı surətdə müraciət etmişlər, konkret ünvanlanmış suallar cavabsız qalmışdır. Heç bir araşdırma aparmamışlar, cavabları belə oldu “get vergini ödə”. Halbuki onlar Vergi Məcəlləsinin 94-ci maddəsinin tələblərinə uyğun olaraq hesabladıqları vergini sübut etməli idilər. Onlar məcbur olub “xxxx” MMC-yə müraciət etmiş, binanın sahəsinin hesablanması haqqında Mütəxəssis Rəyi verilməsini xahiş etmişlər, onlar da tikinti normaları və qaydalarına əsaslanaraq 429 saylı Mütəxəssis Rəyini onlara təqdim etmişlər. Həmin Rəyi xx.xx.2018-ci ildə Bakı Şəhəri Lokal Gəlirlər Departamentinə yazılı müraciətlə təqdim etmişlər və binanın sahəsinin dəqiqləşdirilməsini tələb etmişlər. Amma bu günə kimi cavab almamışlar. Həmin 429 saylı Mütəxəssis Rəyinə görə binanın satışa yararlı sahəsi aşağıdaki kimi olmalıdır: yaşayış sahəsi - 9489,3 m2), 1-ci mərtəbə qeyri-yaşayış sahəsi - 575,37 m2), zirzəmi sahəsi (17 ədəd minik maşını üçün) - 306,00 m2 , cəmi satışa yararlı sahə - 10370,67 m2. 429 saylı Mütəxəssis Rəyinə görə vergi hesablanması aşağıdakı kimi olmalıdır: yaşayış sahəsi üzrə - 9489,3 m2 x 45 x l,5 = 640527,75 manat, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi - 575,37 m2 x 45 x 1,5 x 1,5 = 58256,21 manat, zirzəmi sahəsi (17 ədəd minik maşını üçün) - 306,00 m2 x 45 x 1,5 x 1,5 = 30982,50 manat, cəmi: - 729766 manat 46 qəpik. Göründüyi kimi, cavabdeh tərəfindən hesablanmış vergi fərqi (965290,50 - 729766,46) = 235524 manat 04 qəpik təşkil edir. Yəni cavabdeh 235524 manat 04 qəpik artıq vergi hesablayıb. Bir rüb üzrə vergi - 72976,64 olmalıdır, cavabdeh isə 96529,05 manat hesablamışdır. Rüb üzrə fərq isə (96529,05 - 72976,64 ) = 23552,41 manat təşkil edir. Yəni rüb üzrə - 23552,41 manat artıq vergi hesablanmışdır. MMC xx.xx.2018-ci il tarixdən işə başlamış və iki rüb üzrə xx.xx.2019-cu ilə qədər əsas vergi 72976,64 x 2 = 145953,28 manat olmalıdır. İddiaçı isə xx.xx.2019-cu ilə qədər əsas vergidən 157000 manat ödəmişdir. 157000 - 145953,28 qəpik = 11046,72 manat artıq ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, uçot-baza məlumatına əsasən İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı və ərizəsinə əsasən fəaliyyətinin yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarət olduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim olunan iddia ərizəsində qeyd olunanlardan göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 158 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "İddiaçı" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 34 saylı binanın yaxınlığında yerləşən ərazidə çoxmənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Vergi orqanı tərəfindən aparılan araşdırmalar nəticəsində "İddiaçı" MMC tərəfindən 2018-ci ilin 2-ci rübündə çoxmənzilli, 16 mərtəbəli yaşayış binasının tikinti-quraşdırma işlərinə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar, vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********584700 nömrəli xx.xx.2018-ci il tarixli uyğunsuzluq məktubu göndərilmiş və dəqiqləşdirilmiş bəyannamə, əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmək tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan izahat və təsdiqedici sənədlər təqdim olunmadığından 2018-ci ilin 2-ci rübü üzrə 965290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmış və yoxlamanın nəticəsi üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********469900 nömrəli qərar qəbul edilmişdir. Qərar tərəflər arasında imzalanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Həmin qərarın “vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi" hissəsində, qərardan onun təqdim olunduğu vaxtdan İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətinə birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət etmək hüququnun olduğu vergi ödəyicisinə izah olunmuşdur. İddiaçının vergilərin hesablanması dövrü ilə bağlı tikintinin işə başlama vaxtının xx.xx.2018-ci ildən başlanmasını nəzərə alaraq, verginin xx.xx.2018ci ildən hesablanmalı olması barədə dəlillərinə münasibətdə qeyd edilməsi zəruridir ki, Vergi Məcəlləsinin 13.2.57-ci maddəsinə əsasən tikinti-quraşdırma işlərinə başlama anı tikintisinə icazə verilmiş tikinti obyektinin layihəsində, habelə Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan tələblərə riayət edilmiş, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmuş tikinti obyektinin inşası üzrə bilavasitə tikinti-quraşdırma işlərinə başlama anı kimi müəyyən edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı” təsdiq edilmişdir ki, həmin siyahıda xüsusi torpaq işləri bina və qurğuların tikinti-quraşdırma işlərinə aid edilmişdir. Göstərilənlərə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bina tikintisi üçün torpaq işlərinə başlama vaxtı tikinti-quraşdırma işlərinə başlama anı hesab edilir. Bakı şəhəri İcra hakimiyyətinin başçısının 158 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 34 saylı binanın yaxınlığında yerləşən ərazidə çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-ə icazə verilmiş və həmin rübdə də tikinti quraşdırma işlərinə başlanılmışdır. Bununla da vergi ödəyicisinin vergi öhdəliyi 2018-ci ilin 2-ci rübündən yaranmışdır. Qanunvericiliyin tələblərinə əsasən vergilərin hesablanması binanın satışa yararlı sahələrinə görə yox, hər mərtəbəsinin ümumi sahəsinə görə hesablanmalıdır. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 34 saylı binanın yaxınlığınada inşa edilən çoxmənzilli, 16 mərtəbəli yaşayış binasının ümumi sahəsinə görə vergi orqanı tərəfindən hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin məbləği 965290,50 manat təşkil edir. İddiaçı tərəfindən ödənilməli vergi məbləğinin 965290,50 manat olduğunu nəzərə alsaq, Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən vergi 10% bərarər hissələrə bölünməklə rüblik vergi öhdəliyi 96529,05 manat təşkil edir. Vergi ödəyicisi tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə yaranmış borclar (96529,05 manat və 62969,07 manat) dövlət büdcəsinə ödəməkdən yayındırıldığına görə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə cinayət işi başlanılmışdır. Cinayət işlərinin istintaqı aparılan dövrlərdə İddiaçı MMC-ni direktoru X5 xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli ərizələr ilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə müraciət edərək, ödəməkdən yayındırdığı vergilərin (96529,05 manat və 62969,07 manat) onun tərəfindən tamamilə ödənildiyini nəzərə alaraq, barəsində olan cinayət işləri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə görə 2018-ci ilin 2-ci rübü üzrə hesablanmış və ödənilməmiş vergilər (96529,05 manat və 62969,07 manat) İddiaçı MMC-ni direktoru X5 tərəfindən ödənildiyinə görə cinayət işlərinə xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qərarlar ilə Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı MMC-nin direktoru X5 istintaqa təqdim etdiyi ifadələrində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə görə yaranmış vergi borclarından məlumatlı olduğunu qeyd etmiş, vergilərin 2018-ci ilin 2-cü rübündən hesablanmalı olması ilə razılaşmış, həmin vergilərin qanunvericiliyin tələbinə uyğun olaraq 10 rüb üzrə bölündüyünü, cinayət işləri üzrə ödənilməkdən yayındırılmış vergilərin də sözügüdən verginin tərkib hissəsi olduğunu, vergilərin ödənilməkdən yayındırılmasına səbəb maliyyə çətinliyinin olduğunu və həmin məbləğlərin (96529,05 manat və 62969,07 manat) istintaq dövründə dövlət büdcəsinə ödədiyini etiraf etmişdir. İddiaçının sonradan verginin hesablanması dövrü və məbləğləri ilə razılaşmamasını iddia etməsi və mübahisələndirməsi tamamilə əsassızdır. “İddiaçı" MMC-yə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə verginin hesablanması dövrü, qaydası və məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” **********469900 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, bəyənnamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı MMC-yə 965.290,50 manat vergi hesablanmışdır. Vergi növü - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi, vergi dövrü - 2-ci rüb 2018-ci il. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, vergi borcu - hesablanmışdır 976.800,38 manat, ödənilmişdir 471.692,93 manat, cəmi ödənməli borc 551.800,24 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3861 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2018-ci il tarixli, **********469900 saylı qərarla hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin düzgün hesablanması müəyyən olunmur. İş materialında “xxxx” MMC-nin tərtib etdiyi İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış binasının ümumi və satışa yararlı sahələrinin müəyyənləşdirilməsi barədə” xx.xx.2018-ci il tarixli Mütəxəssis Rəyi öz əksini tapmışdır ki, həmin rəydə satışa yararlı sahə 10370,67 kv.m (575,37 kv.m qeyri yaşayış sahəsi + 9489,30 kv.m yaşayış sahəsi + 306,0 kv.m zirzəmi) müəyyən olunmuşdur. Həmin sahələr nəzərə alınmaqla İddiaçı MMC üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi aşağıdakı kimi hesablanır: zirzəmi (satışa yararlı sahə) - 306,0 kv.m x 45 x 1,5 x 1,5 = 30.982,50 manat, qeyri yaşayış (satışa yararlı sahə) - 575,37 kv.m x 45 x 1,5 x 1,5 = 58.256,21 manat, yaşayış (satışa yararlı sahə) - 9489,30 kv.m x 45 x 1,5 x 1,5 = 640.527,75 manat. Yəni İddiaçı MMC üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi ümumilikdə 729.766,46 (30.982,50 + 58.256,21 + 640.527,75) manat məbləğində, rüblük isə 72.976,65 (729.766,46 : 10) manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir; 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur; 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir; 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir (xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir); 218.4-cü maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir (xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir); 220.8-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır (həmin maddədən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat» sözləri xx.xx.2019-cu il tarixdə çıxarılmışdır); 220.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır; 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir (xx.xx.2019-cu il tarixdə çıxarılmışdır). Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 158 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "İddiaçı" MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 34 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixdə 255 nömrəli Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi Nişan verilmişdir. xx.xx.2018-ci il tarixdə isə İddiaçı MMC ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi arasında Sınaq işlərinin aparılmasına dair 802/18 nömrəli Müqavilə imzalanmışdır. Cavabdeh tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə 965290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmış və yoxlamanın nəticəsi üzrə “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********469900 nömrəli qərar qəbul edilmişdir. Lakin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən xx.xx.2018-ci il tarixli, **********469900 saylı qərarla hesablanmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin düzgün hesablanmaması müəyyən edilmişdir, İddiaçı MMC üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ümumilikdə 729.766,46 manat məbləğində, rüblük isə 72.976,65 manat məbləğində müəyyən olunması qeyd edilmişdir. Göründüyü kimi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi cavabdeh tərəfindən düzgün hesablanmamış, qeyd olunan qərara əsasən 965290,50 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablansa da, həmin verginin 729.766,46 manat məbləğində hesablanmalı olması müəyyən edilmişdir (yaranmış fərq 235.524,04 manat). Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməli, mübahisələndirilən qərar 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC barəsində tərtib edilmiş “vergilərin hesablanması barədə” xx xxxxxx 2018-ci il tarixli **********469900 saylı qərar qismən - 235.524,04 manat məbləğində vergi borcunun hesablanması hissəsində ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-135/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-135/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver