Məhkəmə qərarları › İş №2-1(112)-1350/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1350/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1350/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxxx 1955-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 1 sentyabr 1977-ci il tarixdən Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Məlumat-hesablama Mərkəzində başlamışdır. 9 noyabr 1981-ci il tarixdən 11 dekabr 1986-ci il tarixədək Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə Konstruktor bürosunda işləmişdir. 1986-cı ildə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi Azərbaycan SSR Tikinti Nazirliyinə çevrilmişdir. Beləliklə o, 11 dekabr 1986-cı il tarixdən 22 avqust 1990-cı il tarixədək Azərbaycan SSR Tikinti Nazirliyinin İxtisaslaşdırılmış Layihə Konstruktor Bürosunda (bir təşkilatda) işləmişdir. Bundan sonra 3 sentyabr 1990-ci il tarixdən Azərbaycan SSR Tikinti Niazirliyinin Mexanikləşdirmə və Tikintinin Təşkili şöbəsində rəis müavini, 1 iyun 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin Elmi-texniki zərəqqi və məlumat şöbəsində rəis müavini, 14 iyul 1993-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Elmi-texniki tərəqqi, informasiya və xarici əlaqələr şöbəsində rəis, 1 aprel 2009-cu il tarixdən 21 noyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müxtəlif vəzifələrdə, 21 aprel 2009-cu il tarixdən Beynəlxalq əlaqələr və informasiya şöbəsində müdir müavini, 8 oktyabr 2015-ci ildən müdir işləmişdir. Həmin dövrlərin dövlət qulluğu kimi hesab olunmasını məhkəmədən xahiş edir. 26 fevral 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmi müraciət etmiş və qurumun 26 iyun 2020-ci il tarixli **********8 saylı məktubu 22 iyul 2020-ci il tarixdə ona təqdim olunmuşdur. Məktubda məsələnin həllindən imtina edilmişdir. O, hesab edir ki, cavabdeh orqan Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71 və 149 maddələrini, «Dövlət qulluğu haqqında» AR Qanununun müvafiq müddəalarını nəzərə almadan, onun vətəndaş kimi konstitusion hüquqlarını pozur. O (iddiaçı), Azərbaycan Respublikasının vətəndaşı kimi 2018-ci ildən 391 manat məbləğində pensiya alır, lakin hesab edir ki, yuxarıda göstərilən sosial sığorta stajının müddətlərinin hamısı dövlət qulluğuna aiddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 4, 77.1-ci maddələrinə, İPM-in 10.1, 12.1, 58.7, 68-ci maddələrinə. «Dövlət qulluğu haqqında» AR Qanununun 3, 5, 23-cü maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 21 – 23-cü maddələrinə əsaslanaraq, onun (iddiaçının) 1 sentyabr 1977-ci il tarixdən 29 may 1995-ci il tarixədək və 1 aprel 2009-cu il tarixdən 21 noyabr 2018-ci il tarixədək stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1, 20.11.2-ci maddələrinə, «Dövlət qulluğu haqqında» AR Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxara qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, dövlət qulluğunda iddiaçının iş stajı 15 ildən az olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının ərizəsinə əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara müvafiq hüquqi rəyin verilməsi ilə bağlı cavabdeh tərəfindən DSMF-yə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, 1977 – 1979-cu və 1981 – 1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetində həm Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi, həm də Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyi mövcud olmuşdur. Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin 18 yanvar 1989-cu il tarixli 25 nömrəli Qərarı ilə təsdiqlənmiş baş sxeminin 1 nömrəli əlavəsinə əsasən qeyd olunan Nazirliyin İxtisaslaşdırılmış Layihə Konstruktor bürosu və X3 təsərrüfat hesablı (özünü maliyyələşdirən) olmuşdur. Bu səbəbdən də iddiaçının həmin qurumlarda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, «Dövlət qulluğu haqqında» AR Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən verilən güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qanunauyğun və əsaslı hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda ilkin etirazdakılara əlavə olaraq aşağıdakılar bildirilir: - «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatındakı vəzifələr hal-hazırda mövcud olan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. İddiaçının fəaliyyət göstərdiyi Azərbaycan SSR Sənaye Tikinti Materialları Nazirliyinin İxtisaslaşdırılmış Layihə-Konstruktor Bürosu və X3 təsərrüffat hesablı (özünü maliyyələşdirən) olduğu üçün sözügedən Nazirliyin aparatına aid edilə bilməz. Həmçinin bu səbəbdən də, həmin müəssisələrdə işlədiyi vəzifələr dövlət qulluğu vəzifələrinə aid edilə bilməz. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın «müvafiq iş stajının (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməklə) dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasınmda iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1 və 20.1.7-ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» AR Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» AR Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Dövlət qulluğu haqqında» AR Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: - (8.1.3) əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X4 (2-ci kateqoriya dövlət orqanları), Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.15-ci bəndində 1991ci il oktyabrın 18-dək “Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatlarında”kı müəyyən vəzifələrin «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında” müvafiq vəzifələrə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarət olmaqla aşağıdakılardan ibarətdir: - müvafiq iş stajının (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməklə) dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi; - dövlət qulluğu pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İddiaçının birinci tələbi İPM-in 2.2.5-ci maddəsi üzrə “müəyyən etmə haqqında” iddia, ikinci tələbi isə İPM-in 2.2.2-ci maddəsi üzrə “məcburetmə haqqında” iddia növünə aiddir. Tələblərin bir-biri ilə bağlılığı və eyni cavabdehə qarşı yönəlməsi, onlara bir iddiada baxılmasını mümklün edir. Məhkəmə iş üzrə tərəflərin dəlillərinə sadalanan qanunvericilik aktlarının tələbləri baxımından qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı 1977 – 1995-ci illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin, Azərbaycan SSR Tikinti Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin aparatında işləmədiyindən, onun həmin təşkilatlardakı tutduğu vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bilməz. İddiaçının 2009 – 2018-ci illərdəki iş stajına gəldikdə isə, tutduğu vəzifələr dövlət qulluğu vəzifəsi sayılsa belə, onun işlədiyi müddət 15 ildən az olduğundan, dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyası təyinatı qanuna zidddir. ğu Belə olan halda, məhkəmənin qənaətinə görə inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «müvafiq iş stajının dövlət qulluğunda əldə olunmasının müəyyən edilməsi və dövlət qulluğu pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar