Məhkəmə qərarları › İş №2-1(112)-1350/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1350/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1350/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X9) “sərəncamın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Cavabdeh başçısının 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli “Cavabdeh nəzdində X10 İdarələrarası Komissiyanın” xx.xx.2017-ci il tarixli, M-153-091 saylı rəyinin təsdiq edilməsi və vətəndaş X6 mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Cavabdeh başçısının 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli “Cavabdeh nəzdində X10 İdarələrarası Komissiyanın” xx.xx.2017-ci il tarixli, M-153-091 saylı rəyinin təsdiq edilməsi və vətəndaş X6 mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, ev 9 ünvanında yerləşən 4 saylı mənzil mərhum atası İ qrup X13 əlili olduğu üçün ona Prezident tərəfindən bağışlanmışdır. Atası uzun müddət müharibənin fəsadlarından əziyyət çəkdiyi üçün göstərilən mənzildən köçərək doğulduğu şəhərə Naxçıvana müalicə olunmaq üçün getmiş və orada da vəfat etmişdir. Atası hələ sağlığında sözügedən mənzili ona bağışlamışdır. Həmin ünvanda ona və qonşulara məxsus mənzilin altında su və kanalizasiya xətləri keçən zirzəmi olmuşdur. Qeyd olunan zirzəmidən isə onlar istifadə edərək eyni zamanda ora öz inventarlarını yığırdılar. Belə ki, qonşuluqda yerləşən ofis sahibi X5 sızıntısı bəhanəsi ilə zirzəmiyə daxil olmuş və zirzəmidə qeyri-qanuni qazıntı və söküntü işləri aparmış, kanalizasiya xətlərinin yerini dəyişmiş, özünə məxsus ofisdən zirzəmiyə özbaşına qapı açmış, zirzəmiyə girişi süni olaraq məhdudlaşdırmışdır. Bununla bağlı dəfələrlə hüquq mühafizə və dövlət orqanlarına müraciət edərək hansı əsasla və hansı sərəncam əsasında göstərilən işlərin həyata keçirilməsi ilə maraqlanmışdır. Müraciətlərinə şifahi qaydada bildirilmişdir ki, ona və qonşulara məxsus zirzəmi Cavabdeh müvafiq sərəncamı əsasında həmin zirzəmi X7 verilmişdir. Qeyd olunan sərəncamının təqdim olunması ilə bağlı Cavabdehnə və Dövlət Arxivinin Bakı Filialına müraciət olunmuş, Dövlət Arxivinin Bakı Filialının 14 mart 2023-cü il tarixli, 3-48-2F/2-01716/2023 saylı məktubu ilə 18 sentyabr 2017-ci il tarixli, 126 saylı sərəncam və sərəncamın verilməsinə əsas olmuş sənədlər təqdim olunmuşdur. Bakı şəhəri Cavabdeh başçısı tərəfindən verilmiş 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli Sərəncamla "Cavabdeh nəzdində X10 İdarələrarası Komissiyanın" xx.xx.2017-ci il tarixli, M-153-091 saylı rəyinin təsdiq edilməsi və ünvan 2 ünvanda yerləşən və vətəndaş X6 mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Lakin sözügedən sərəncam İnzibati icraat haqqında Qanunun 58.1-ci maddəsinin tələblərini pozmaqla qəbul olunmuşdur. Həmin maddəyə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Lakin sərəncam qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin, Mülki Məcəllənin 152.5ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh başçısı tərəfindən verilmiş 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli X2 məxsus ofisdən zirzəmiyə sərbəst giriş-çıxışın olduğu göstərilmiş, lakin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİSin məktubuna əlavə edilmiş binanın 1-ci mərtəbəsinin plan-sxernindən görünür ki, ofisə qapı mövcud deyildir. Sərəncama əlavə edilmiş plan sxemdə isə qanunsuz olaraq ofisdən zirzəmiyə 3 qapının olduğu göstərilmişdir. Bundan əlavə, mənzilə yerində baxış zamanı məlum olmuşdur ki, evin bünövrəsi ilə 15 saylı Uşaq Poliklinikası arasındakı 2 metrlik torpaq sahəsi qazılıb götürülmüş və həmin sahədən qapı açılmışdır. Beləliklə, sərəncam nəinki onun, həmçinin digər üçüncü şəxslərin qanunla qorunan mənafelərinə toxunmuşdur. Bununla da həm İnzibati icraat haqqında Qanunun 61.2, 61.3 və 61.4-cü maddələrinin tələbləri, həmçinin Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, İnzibati icraat haqqında" Qanunun 61.2, 61.3 və 61.4-cü maddələrinin müvafiq olaraq tələblərinə əsasən yazılı inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Lakin sözügedən sərəncama əlavə edilmiş eskiz planın məzmunu real olmayan, uydurma olaraq ofisdən zirzəmiyə 3 qapının olduğu göstərilmişdir. Bundan əlavə, Sərəncama əlavə edilmiş plansxemə əsasən binanın 2-ci mərtəbəsinin eskizində açıq-aşkar saxtakarlıq olmuşdur. Belə ki, mənə məxsus mənzilin anbarı və onun arxası, mənə və qonşuya məxsus otağın və mətbəxlərin sahəsi ofisin sahəsinə əlavə edilmişdir. Həmçinin qanunsuz olaraq 2-ci mərtəbədə ofisdən əlavə 2 qapı çəkilib göstərilmişdir. Halbuki 2-ci mərtəbədə ofisin üstündə və zirzəminin üstündə mənə və qonşuya məxsus yataq otaqları, mətbəxlər və qonaq otaqları, sanitar qovşağı və ümumi dəhliz yerləşir. Sərəncam qəbul edilərkən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1, 20.2 və 20.3-cii maddələrinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən Cavabdehnə müraciət olunaraq Bakı şəhəri Cavabdeh başçısının 18 sentyabr 2017-ci il tarixli, 126 nömrəli Cavabdeh nəzdində X10 İdarələrarası Komissiyanın xx.xx.2017-ci il tarixli, M-153- 091 saylı rəyinin təsdiq edilməsi və vətəndaş X6 mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə" Sərəncamının etibarsız hesab olunması barədə qərar qəbul edərək nəticəsi barədə ona məlumat verilməsi xahiş olunmuşdur. Lakin bu günə qədər mürciətinə nə müsbət, nə də ki, mənfi cavab verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2013-cü il) əsasən Bakı şəhəri Səbail rayonu X14 küçəsi ev 9 mənzil 4 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayonu X14 küçəsində yerləşən 9 saylı evin 4 saylı mənzilinə dair tərtib edilmiş **********29-05101-093002 reyestr nömrəli xx.xx.2013-cü il tarixli texniki pasportdan (hüquq subyektləri: İddiaçı və X3) görünür ki, mənzilin ümumi sahəsi 55,8 kv.m, yaşayış sahəsi 35,8 kv.m-dir. Bakı şəhəri Cavabdeh 126 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Cavabdeh nəzdində X10 İdarələrarası Komissiyanın M-153-091 saylı 12 09 2017-cı il tarixli rəyi təsdiq edilmişdir. ünvan 3 ünvanında yerləşən vətəndaş X6 mülkiyyətində olan ümumi sahəsi 215,7 kv.m olan mənzil qeyri-yaşayış sahəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12 2009-cu ıl tarixli 200 saylı qərarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə vətəndaş X7 bildiriş verilmişdir. Keçirilmiş sahədən istifadə edərkən yanğın təhlüksızliyi, sanıtar-gigiyena. ekologi və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunması vətəndaş X7 tapşırılmışdır. Bakı şəhəri Cavabdeh nəzdində X10 İdarələrarası Komissiyasının M-153-091 saylı xx.xx.2017-ci il tarixli rəyinə əsasən ünvan 4 ünvanında yerləşən vətəndaş X6 mülkiyyətində olan ümumi sahəsi 215.7 kv.m olan mənzil qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 9 saylı evin X7 məxsus 6 saylı mənzilin ölçülərinin dəqiqləşdirilməsinin sxematik planı təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanmış Dax “2” – 38 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanında yaşayan vətəndaş İddiaçı yaşadığı binanın zirzəmisində qanunsuz olaraq aparılan qazıntı və yenidənqurma işlərinin nəticəsində həmin binanın dayanıqlığı üçün təhlükəli vəziyyətin yaranması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciəti Səbail rayon MKTB tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Q.Abbasov küçəsi 9 saylı yaşayış binasının zirzəmisində iki ay öncə Faiq adlı şəxs tərəfindən təmir işləri aparan zaman binanın bünövrəsini qazmışdır. Həmin vaxt görülmüş tədbirlər nəticəsində aparılan qeyri-qanuni təmir işləri dayandırılmış binanın bünövrəsində bərkitmə işləri aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16074/2023 **********74 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, ev 9, 6 saylı mənzil X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən ünvanda qeydiyyatdan keçmiş qeyri-yaşayış sahələri aşkar edilməmişdir. Sənədlərin surəti məhkəmə sorğusu əsasında təqdim oluna bilər. Bakı şəhəri Cavabdeh 2 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış 1-356 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Cavabdehnə daxil olan 2/10-B-10/2-149 nömrəli, xx.xx.2022cu il tarixli məktub aidiyyəti üzrə Cavabdeh başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baxılmışdır. Səbail Rayon 46 saylı Mənzil Komunnal İstismar sahəsindən aldığı məktuba əsasən Q.Abbasov küçəsi ev 9, 4-cü mənzilin sakini İddiaçı yaşadığı mənzilin zirzəmisinə baxış keçirilmişdir. Qonşu tərəfindən zirzəminin bünövrəsində qeyri-qanuni qazıntı işləri aparılan zaman həmin ünvanda çatlar əmələ gəlmiş bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi zirzəmi problemi ilə əlaqdar olaraq isə iki qonşu arasında mülki mübahisəyə səbəb olduğundan məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********62 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Səbail rayonu Qurban Abbasov küçəsi ev 9 dövlət mülkiyyətində olduğundan özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmək məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********69 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X14.,küçəsində yerləşən 9 saylı evin 4-cü mənzilin altında yerləşən zirzəminin X6 və ya digər şəxsin adına özəllləşdirilibözəlləşdirilməməsi barədə ətraflı məlumat verilməsi, əgər həmin zirzəmi özəlləşdirilmişsə, həmin zirzəminin hərraca çıxarılmasına, özəlləşdirilməsinə və ya satılmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin sorğunu təqdim edən şəxsə verilməsi barədə 4 oktyabr 2022-ci il tarixli 2(009)-1937/2022 nömrəli sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan Bakı şəhəri, Səbail rayonu, X14 küçəsində yerləşən 9 nömrəli evin 4-cü mənzilin altında yerləşən zirzəmi X6 və ya digər şəxsin adına qeydiyyatdan keçməsi və özəlləşdirilməsi ilə bağlı hər-hansı məlumat aşkar edilməmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-19/2-2/10- 1102/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Cavabdeh başçısının 126 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 29206/2023 **********06 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri Səbail rayonu X14 küçəsi ev 9, 4 saylı mənzilə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16074/2023 **********74 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X14 küçəsi, ev 9, 6 saylı mənzil X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən ünvanda qeydiyyatdan keçmiş qeyri-yaşayış sahələri aşkar edilməmişdir. Sənədlərin surəti məhkəmə sorğusu əsasında təqdim oluna bilər. Sabunçu rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı tərəfindən "Azersu” ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə əsasən Neftçi Qurban ev 9 ünvanında yerləşən mülkiyyətçisi olduğu 4 saylı mənzilin altındakı zirzəmidə yərləşən su və kanalizasiya xətlərinə, o cümlədən suyun axıntısına baxış keçirmək mümkün olmamışdır. Belə ki, zirzəmidə yerləşən su ve kanalizasiya xətləri ümumi dəhlizin altından keçərək mənzilə bitişik əlavə tikilmiş anbarda yerləşir. Su və kanalizasiya xətlərinin hazırkı vəziyyətinə, çəkiliş istiqamətinə baxış keçirmək cəhdi uğursuz olmuşdur. Buna səbəb zirzəminin giriş qapısının məhdudlaşdırılması ve anbardakı xətlərin məişət əşyaları ve torpaqla dolu kisələrlə bağlı olduğu olmuşdur. Baxışın olmaması və girişin məhdudlaşdırılmasını əks etdirən fotoşəkilləri təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-358/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə X9 barədə Cavabdeh arxiv fondu üzrə xx.xx.2017-ci il tarixli 126 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş ksero surətləri təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 8643/2023 **********43 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri Səbail rayonu X14 küçəsi ev 9 mənzil 6 ünvanına dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. X4 və X9 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Q.Abbasov küçəsi ev 9 mənzil 6 X1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarətinin 3-38-2/33- 1026/24 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır: xx.xx.2014 – çıxış, xx.xx.2014 – giriş, xx.xx.2015 – çıxış, xx.xx.2015 – giriş, xx.xx.2017 – çıxış, xx.xx.2018 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2019 – çıxış, xx.xx.2019 – giriş, xx.xx.2023 – çıxış, xx.xx.2023 – giriş, xx.xx.2023 – çıxış, xx.xx.2023 – giriş. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 13771/2023 **********71 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri Səbail rayonu Q.Abbasov küçəsi ev 9 mənzil 6-ya dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında məhkəməyə bildirmişdir ki, 2021-ci ilin 19 oktyabr tarixində Cavabdeh başçısı Vüqar Zeynalovun qəbulunda olmuş, həmin vaxt ona hazırda mübahisələndirilən 2017-ci il tarixli sərəncam barədə məlumat verilmişdir. Daha sonra üçüncü şəxs tərəfindən mənzildə qazıntı işləri aparılmağa başlanılmış, evin təhlükəli vəziyyətdə olması səbəbindən və həmin sərəncamın onun hüquqlarını pozduğu üçün üçüncü şəxslə əlaqə saxlamış, lakin üçüncü şəxs sərəncamı ona təqdim etməmişdir. Bu barədə İcra Hakimiyyəti və mənzil kommunal təsərrüfat idarəsinə müraciət etmiş, qazıntı işlərinin qeyri-qanuni aparılmasını həmin idarələr də təsdiqləmişlər və ona bildirmişlər ki, həmin sərəncam üçüncü şəxsə qazıntı işləri aparılması barədə hüquq vermir. Daha sonra sənədlərini toplamış, həmin vaxt digər sənədlərlə birgə mənzilin planı da ona təqdim edilmişdir və o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, 2019-cu ildə polis idarəsinə çüncü şəxsin hərəkətləri ilə bağlı müraciət edərkən, üçüncü şəxs polis idarəsində yazdığı izahatında da Cavabdeh başçısının 2017-ci il tarixli sərəncamının olması barədə məlumat vermişdir və o, həmin sərəncam barədə ilk dəfə 2019-cu ildə məlumat almışdır. O, həmin sərəncamın ona təqdim edilməsi barədə 2019-cu il tarixdə polisdən xahiş etdikdə, ona bildirmişlər ki, həmin sərəncamı o, məhkəməyə müraciət etməklə və vəkil vasitəsi ilə əldə edə bilər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsindən: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 35.3. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununundan: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.[26] 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. X16 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9) İddiaçı Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçıya buraxılmış müddətin üzürlü səbəbləri barədə məlumat verməklə bu barədə əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixli ərizəsində mübahisələndirilən sərəncam barəsində məlumatı və xəbəri olmamasını əsas gətirərək məhkəmə iclasında verdiyi izahatını təkzib etmiş, iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisələndirilən sərəncamın mövcudluğu barədə ilk dəfə 2019-cu il tarixdə məlumatı olmasını, həmin sərəncamın təqdim edilməməsi halında məhkəməyə müraciət hüququnun ona izah edilməsini, daha sonra, xx.xx.2021-ci ildə Cavabdehndə olarkən ona yenidən sərəncamın mövcudluğunun bildirilməsini məhkəməyə xx.xx.2024-cü il tarixdə verdiyi izahatında ətraflı və təfsilatı ilə qeyd etmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, inzibati aktdan həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar