Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1352/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki və hərbi iş stajı daxil olmaqla təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı X8 izahatında bildirdi ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında 4 il, yəni xx.xx.1992-ci ildən xx.xx.1995-ci il tarixinə kimi Ağdam rayon Hərbi Hospitalında hərbi xidmət keçmişdir. O cümlədən həmin hospitalın və N saylı hərbi hissənin komandiri (rəisi) vəzifəsində işləmişdir. Hal-hazırda cavabdeh tərəfindən hesablanmış pensiya məbləği köçürülür. Lakin bu məbləğ səhv hesablanmışdır. Belə ki, onun hərbi xidmət dövrləri və illər düzgün hesablanmamışdır. xx.xx.2019-cu il tarixində mülki və hərbi iş staj daxil olmaqla təyin edilmiş pensiya məbləğinin yenidən hesablanmasını cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh orqan onun müraciətinə ümumiyyətlə cavab verməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışına əsasən xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrü üzrə 3 il 5 ay 29 gün, əmək kitabçasının surətinə əsasən xx.xx.1976xx.xx.1978-ci illər, xx.xx.1979-xx.xx.1982-ci illər, xx.xx.1982-xx.xx.1985-ci illər, xx.xx.1996xx.xx.1999-cu illər, xx.xx.1999-xx.xx.2006-cı illər işlədiyi dövr üzrə 16 il 10 ay 15 gün olmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 20 il 4 ay 14 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14.691,24 manat, xx.xx.2006-cı il tarixindən 7.195,17 manat olmaqla ümumilikdə 21.886,41 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanununun 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 163,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixinə hesablanmış yaşa görə əmək pensiyasının məbləği 259,78 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışında və Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 912- 13308 saylı arayışında iddiaçının döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi barədə məlumat qeyd edilməmişdir. İddiaçının tələb etdiyi xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrünün 1 xidmət gününün 2 gün olmaqla nəzərə alınaraq hesablanacağı təqdirdə xx.xx.2006-cı il tarixinədək 20 il 4 ay 14 gün faktiki sığorta stajına 3 il 5 ay 29 gün əlavə edilsə belə, faktiki sığorta stajı vətəndaşa Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək hesablanmış 25 il sığorta stajından az olduğundan pensiya məbləğində fərq yaratmayacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış 03 avqust 2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. X1 təqdim etdiyi xx.xx.1996-cı il tarixində tərtib edilmiş İT-İ seriyalı, ******* saylı əmək kitabçasının və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışına əsasən A.Qurbanlının ümumi sığorta stajı 20 il 4 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14.691,24 manat, xx.xx.2006-cı il tarixindən 7.195,17 manat olmaqla ümumilikdə 21.886,41 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq A.Qurbanlıya xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 163,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq Sizin yaşa görə əmək pensiyanız xx.xx.2019-cu il tarixindən 200,00 manata çatdırılmışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən A.Qurbanlının əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 259,78 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən A.Qurbanlıya yaşa görə əmək pensiyası hərbi xidmət dövrü də nəzərə alınmaqla qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialından xx.xx.2021-ci il tarixində daxil olmuş **********5 nömrəli xidməti məktuba Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildiririk ki, X5 təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışına əsasən xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrü üzrə 3 il 5 ay 29 gün, əmək kitabçasının surətinə əsasən xx.xx.1976xx.xx.1978-ci illər, xx.xx.1979-xx.xx.1982-ci illər, xx.xx.1982- xx.xx.1985-ci illər, xx.xx.1996-xx.xx.1999-cu illər, xx.xx.1999-xx.xx.2006-cı illər işlədiyi dövr üzrə 16 il 10 ay 15 gün olmaqla xx.xx.2006-cı il tarixinədək sığorta stajı 20 il 4 ay 14 gün təşkil edir. Eyni zamanda vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14691,24 manat, xx.xx.2006-cı il tarixindən 7195,17 manat olmaqla ümumilikdə 21886,41 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanununun 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq A.Qurbanlıya xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 163,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. A.Qurbanlının pensiya məbləği aşağıdakı qaydada hesablanmışdır: Qanunun 22-1.2.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək vətəndaşın sığorta stajı 25 il götürülməklə həmin tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 18063,03 manat təşkil edir: 25x306=7650; 7650x1,083x1,167x1,208x1,015x1,057x1,079x1,011x1,024x1,014x1,04x1,124x1,057x1,0 3=18063,03; 18063,03:144=125,44; 2006-cı il tarixindən 2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 5539,33 manat təşkil edir: 7195,17:111,4%:116,6%=5539,33; 5539,33:144=38,47; xx.xx.2019-125,44+38,47=163,91; xx.xx.2019-200 (Qanunun 6-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən əmək pensiyasının məbləği 200 manata çatdırılmışdır). xx.xx.2020 -233,20; xx.xx.2021-259,78. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, A.Qurbanova xx.xx.2021-ci il tarixinə hesablanmış yaşa görə əmək pensiyasının məbləği 259.78 manat müəyyən edilmişdir. Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. A.Qurbanovun təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, № 249 saylı arayışında və Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, №912-13308 saylı arayışında A.Qurbanovun döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi barədə məlumat qeyd edilməmişdir. Əlavə olaraq bildiririk ki, A.Qurbanovun tələb etdiyi xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrünün 1 xidmət gününün 2 gün olmaqla nəzərə alınaraq hesablanacağı təqdirdə xx.xx.2006-cı il tarixinədək 20 il 4 ay 14 gün faktiki sığorta stajına 3 il 5 ay 29 gün əlavə edilsə belə, faktiki sığorta stajı vətəndaşa Qanunun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək hesablanmış 25 il sığorta stajından az olduğundan pensiya məbləğində fərq yaratmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Ağdam rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 448 saylı məktubundan görünür ki, X6 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində qeydiyyatda olması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan iddiaçı X7 məxsus pensiya işində olan sənədlərdən görünür ki, X7 xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Bakı şəhəri Nərimanov rayon idarəsinin xx.xx.2019-cu il tarixli, 249 saylı arayışından görünür ki, 1955ci il təvəllüdlü istefada olan polkovnik-leytenant X8 həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01192 saylı və SQ BQR-nin 42 saylı əmrlərinə əsasən xx.xx.1996-cı il tarixdə təxris olub. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X7 “Əmək pensiyaları haqqında” Azərbayacan Respublikasının Qanununun 22-1.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.195,17 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 14.691,24 manat, xx.xx.2006-cı il tarixindən 7.195,17 manat olmaqla ümumilikdə 21.886,41 manat təşkil edir. Bu məbləğ isə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır. İddiaçıya qeyd olunan qaydada yaşa görə əmək pensiyası təyin edilərkən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22- 1.2.1-ci maddəsinin tələblərinə əsasən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanmışdır. İddiaçının isə xx.xx.1992-xx.xx.1996-cı illər hərbi xidmət dövrü üzrə 3 il 5 ay 29 gün, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-xx.xx.1978-ci illər, xx.xx.1979xx.xx.1982-ci illər, xx.xx.1982-xx.xx.1985-ci illər, xx.xx.1996-xx.xx.1999-cu illər, xx.xx.1999-xx.xx.2006-cı illər işlədiyi dövr üzrə 16 il 10 ay 15 gün olmaqla, xx.xx.2006-cı il tarixinədək sığorta stajı ümumilikdə 20 il 4 ay 20 gün təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1352/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1352/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver