Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1352/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən müstəqil tibb komissiyanın təyin olunması və komissiyanın rəyinə əsaslanaraq cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yaninda Dövlət Tibbi-Sosial Ekspertiza va Reabilitasiya Agentliyinin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlilliyin təyinatının müəyyən etmək öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ( 2009-cu il təvəllüd.) anadan olanda ürəyində və başqa daxili orqanlarında qüsurla dünyaya gəlmişdi. 6 aylığında Rusiya Federasiyası Moskva şəhəri Bakulev adına elmi tədqiqat mərkəzində müayinə və sonradan bir necə cərrahi əməliyyat keçirmişdir. Buna səbəb isə aşağıdakı qüsurlar aşkar olunması idi: Ağ ciyər arteriyozunun 1-ci tip atreziyosu, mədəciklər arası divarın defekti, arterial keçidin dəliyi, oval pəncərənin dəliyi və sairə daxili orqanlarında qüsurlar. Bu illər ərzində Hümbütova Məryəm daha bir necə ciddi əməliyyat keçirmiş və müalicə almışdır. O, ilk dəfə 2016-cı ilə Tibbi Ekspert Komissiyasının rəyinə əsasən əlillik aldıqdan sonrada bir necə dəfə ciddi müalicə almışdır, belə ki, bu müalicələr ona yaşamağı üçün vacib prosedurlardır. Lakin müalicələr ilə bağlı əlillik komissiyanın vaxtın ötməsi ilə əlaqədar komissiyaya 2023-cü ilin mart ayında müraciət ediləndə əlillikdən imtina gəldi. Bununla bağlı aprel ayının sonunda DTSERA-da olmuş və may ayının ortası yenidən imtina cavabı gəlmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli ərizədə bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin J00096478HBC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2025-ci ilədək) orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi.
6. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin məhkəməyə ünvanlanmış ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva