Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13520/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X22 Vahid oğlunun sədrliyi ilə, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə qarşı “nikah haqqında akt qeydində düşəliş edilməsi öhdəliyinin qoyulması”na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən mənə verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum tarixinin “xx.xx.1966-cı il” kimi qeyd olunduğunu təsdiq edən doğum haqqında şəhadətnaməm əsasında xx.xx.1966-cı il tarixdə Gürcüstanın Mameuli rayonunda doğulmuş Əliyeva (nikahdan sonrakı soyadı: İsmayılova) Xatirə İsgəndır qızı ilə - Gürcüstanın Dmanisi rayonunda doğulmuş, xx.xx.1962-ci il təvəllüdlü X6 arasında bağlanmış nikahın 1985-ci ilin iyun ayında Gürcüstan Respublikasının Dmanisi rayon VVAQ Şöbəsi tərəfindən qeydə alınmasını təsdiq edən nikah haqqında akt qeydindəki səhvin düzəldilməsi (doğum tariximin xx.xx.1966-cı il kimi göstərilməsi) və həmin düzəlişlər əsasında nikah haqqında akt qeydinə dəyişikliklər edilməsi və dəyişikliklər edildikdən sonra həmin dəyişikliklərə əsaslanan nikah haqqında yeni şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayılova (nikahdan əvvəlki soyadı: Əliyeva) Xatirə tarixdə Gürcüstanın Marneuli rayonunda doğulmuşdur. Doğumu xx.xx.1966-cı il tarixdə 209 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında şəhadətnaməni itirdiyi üçün xx.xx.2022-ci il tarixdə doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. X11 xx.xx.1946-cı il tarixdə Gürcüstanın Dmanisi rayonunun Məmişlər kəndində doğulub. Anası Gürcüstan Respublikasının vətəndaşıdır, hazırda Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində yaşayır. X4 xx.xx.1946-cı il tarixdə Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində doğulub. Atası Gürcüstan Respublikasının vətəndaşı olub, xx.xx.2016-cı il tarixdə Gürcüstanda vəfat edib. 1973-cü ildə Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd orta məktəbinin 1-ci sinfinə getmişdir, 1983-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. 16 yaşı tamam olduqdan sonra təxminən 1982-ci ildə Marneuli rayon İcraiyyə Komitəsinin Daixili İşlər Şöbəsi tərəfindən SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. xx.xx.1962-ci il təvəllüdlü Gürcüstanın Dmanisi rayonunda doğulmuş X6 ilə 1985-ci ilin iyun ayında nikaha daxil olmuşdur. Nikahları Dmanisi rayon VVAQ Şöbəsi tərəfindən qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra iddiaçıya ərinin soyadına uyğun olaraq “İsmayılova” soyadı verilmişdir. Həmin nikahdan iki uşağı doğulub. 1990-cı ildə İsmayılov Mürvəddinlə ayrılmışdır, lakin nikaha hələ də xitam verilməmişdir. İsmayılov Mürvəddinlə ayrıldıqdan sonra qız onda qalmış, oğul iddiaçıda qalmışdır. Ayrıldıqdan sonra İsmayılov Mürvəddin qızını da götürüb daimi yaşamaq üçün Azərbaycana gəlmişdir. 1997-ci ildə iddiaçı da oğlu ilə birlikdə Azərbaycana gəlmişdir. Məqsədi övladlarının bir-birindən ayrı qalmaması və qızını İsmayılov Mürvəddindən almaq idi. İddiaçı həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. X2 xx.xx.1986-cı il tarixdə Gürcüstanın Dmanisi rayonunda doğulub, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Türkiyənin İzmit şəhərində yaşayır. X3 xx.xx.1987-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunda doğulub, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı Azərbaycanda olduğu müddətdə sənədlərini (doğum haqqında şəhadətnaməmi, pasportumu, nikah haqqında şəhadətnaməmi) itirmişdir. Həmin vaxt sənədlə təmin olunmağı üçün hara müraciət etmək lazım olduğunu bilmədiyindən heç bir orqana müraciət etməmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə iddiaçının anası Gürcüstandan doğum haqqında təkrar şəhadətnaməni alıb iddiaçıya Azərbaycana göndərmişdir. İddiaçı 1997-ci ildən daimi olaraq Azərbaycanda yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir, Gürcüstan dövləti tərəfindən də şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətim tanınmamışdır. Həmin qərarda iddiaçının soyadı doğum haqqında şəhadətnaməsinə uyğun olaraq “Əliyeva”, doğum tarixi isə xx.xx.1966-cı il qeyd edilib. xx.xx.2024-cü il tarixdə iddiaçı Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinə müraciət etmişdir. Həmin müraciətə Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş cavabda ərizəmin baxılmamış saxlanılması qeyd edilmişdir. Səbəb olaraq göstərilmişdir ki, iddiaçının təqdim etdiyi ərizə və sənədlərdə qeyd edilmiş məlumatlarla Agentliyin məlumat bazasında saxlanılan nikah akt qeydində iddiaçı barəsində olan məlumatlar arasında ziddiyyət mövcuddur. Belə ki, Agentliyin məlumat bazasında saxlanılan nikah barədə akt qeydində iddiaçının doğum tarixi “xx.xx.1966-cı il”, nikahdan sonrakı soyadı “İsmayılova” kimi göstərilib. Bu səbəbdən də iddiaçı həm hər iki soyadın (həm nikahdan əvvəlki, həm də nikahdan sonrakı soyadım), doğum tarixləri və xüsusi məlumatlar qeyd olunan Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə sənəd təqdim etməlidir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərara nikahdan sonrakı soyadının əlavə edilməsi və doğum tarixinin “xx.xx.1966-cı il" tarixlə yanaşı “xx.xx.1966-cı il” kimi qeyd edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Xidmətin əməkdaşları bildirmişdirlər ki, nikah haqqında şəhadətnamə təqdim edilməlidir. Lakin nikah haqqında şəhadətnamə olmadığı üçün iddiaçı həmin sənədi təqdim edə bilməmişdir. Hazırda iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərara düzəliş edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə nikah haqqında şəhadətnaməni təqdim etmək lazımdır. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçı nikah haqqında şəhadətnaməni Azərbaycana gəldikdən sonra itirmişdir. Bu səbəbdən də, hazırda nikah haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranıb. Lakin şəxsiyyəti təsdiq edən və sərhədkeçməyə əsas verən sənəd olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. Həmçinin, Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş cavabı aldıqdan sonra məlum olmuşdur ki, nikah barədə akt qeydində doğum tarixi ilə bağlı səhv mövcuddur. Belə ki, nikah barədə akt qeydində doğum tarixi xx.xx.1966-cı il əvəzinə xx.xx.1966-cı il kimi göstərilib. Bu səbəbdən də nikah barədə akt qeydinin doğum tarixi ilə bağlı hissəsinə düzəliş edilməsi zərurəti yaranmışdır. Hazırda iddiaçı ünvan 1 ünvanında yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışır. Bu səbəbdən də iddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət edərək şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum tarixinin “xx.xx.1966-cı il” kimi qeyd olunduğunu təsdiq edən doğum haqqında şəhadətnamə əsasında - xx.xx.1966-cı il tarixdə Gürcüstanın Mameuli rayonunda doğulmuş Əliyeva (nikahdan sonrakı soyadı: İsmayılova) Xatirə İsgəndər qızı ilə - Gürcüstanın Dmanisi rayonunda doğulmuş, xx.xx.1962-ci il təvəllüdlü X6 arasında bağlanmış nikahın 1985-ci ilin iyun ayında Gürcüstan Respublikasının Dmanisi rayon VVAQ Şöbəsi tərəfindən qeydə alınmasını təsdiq edən nikah haqqında akt qeydindəki səhvin düzəldilməsi (doğum tariximin xx.xx.1966-cı il kimi göstərilməsi) və həmin düzəlişlər əsasında nikah haqqında akt qeydinə dəyişikliklər edilməsi və dəyişikliklər edildikdən sonra həmin dəyişikliklərə əsaslanan nikah haqqında yeni şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-434/25 nömrəli məktubla (həmin cavab məktubu rəsmi olaraq xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) müraciətə aşağıdakı məzmunda cavab vermişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq olaraq dəyişiklik edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslar olmadığına görə bu məsələnin həlli Qeydiyyat orqanında mümkün deyildir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyiyşiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq olaraq dəyişiklik edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslar olmadığına görə bu məsələnin həlli Qeydiyyat orqanında mümkün deyildir. II. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İddianın növü Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. IV. Tədqiq edilən sübutlar xx.xx.2022-ci il tarixli **********2 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən Əliyeva Xatirə xx.xx.1966-cı il tarixində Gürcüstan Respublikası Marneuli şəhərində doğulmuşdur. X19, X20dir. Dövlət Miqrasiya Xidməti X1 İdarəsi tərəfindən verilmiş Arayışa əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 18 iyul 1966-cı il təvəllüdlü Khatira Aliyeva (himayə sənədi № ***-*******13) Dövlət Miqrasiya Xidməti tərəfindən 14 mart 2025-ci il tarixindən 31 mart 2026-cı il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Dövlət Miqrasiya Xidmətinin 26.09.024-cü il tarixli ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərara əsasən 18 iyul 1966-cı il təvəllüdlü X16-in Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdı. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X5 (xx.xx.1966-cı il təvəllüdlü) verilmiş ***- *******13 nömrəli Himayə Sənədi iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, X8 1985-ci ilin iyun ayında Gürcüstan Respublikasının Dmanisi rayon VVAQ şöbəsində qeydə alınmış nikah akt qeydində onun doğum tarixinin "xx.xx.1966-cı il” dən "xx.xx.1966-cıil"ə düzəliş edilməsi və Beynəlxalq əməkdaşlıq idarə vasitəsi ilə Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumlarına göndərilməsi barədə müraciətinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən"Əsas müddəalara müvafiq olaraq dəyişiklik edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslar olmadığına görə bu məsələnin həlli Qeydiyyat orqanında mümkün deyildir. V. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə iddiaçıya məxsus nikah haqqında şəhadətnamədə düzəlişlərin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyiyşiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq olaraq dəyişiklik edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslar olmadığı üçün nikah haqqında akt qeydində düzəliş edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş ***-*******13 nömrəli himayə sənədindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X9 BMT Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan şəxsdir. - Dövlət Miqrasiya Xidməti X1 İdarəsi tərəfindən verilmiş Arayışa əsasən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 18 iyul 1966-cı il təvəllüdlü Khatira Aliyeva (himayə sənədi № ***-*******13) Dövlət Miqrasiya Xidməti tərəfindən 14 mart 2025-ci il tarixindən 31 mart 2026-cı il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli **********2 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən Əliyeva Xatirə xx.xx.1966-cı il tarixində Gürcüstan Respublikası Marneuli şəhərində doğulmuşdur. X19, X20dir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer uzrə qeydiyyata alınmasını həyata keçirir. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən maraqlı şəxsin şəxsiyyətini müəyyən edən sənəd (şəxsiyyət vəsiqəsi) olmadığı halda, onun şəxsiyyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş “Himayə sənədi” əsasında müəyyən edilir. Beləliklə, məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Qeyd edilən normaların tələbləri nəzərə alınaraq məhkəmə müəyyən edir ki, İddiaçı münasibətdə BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış şəxsiyyəti müəyyən edən sənəd kimi qəbul edilməlidir. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş himayə sənədində şəxsin doğum tarixi “xx.xx.1966-cı il” kimi qeyd olunmuşdur. Buna baxmayaraq nikah haqqında akt qeydində iddiaçının doğum tarixi “xx.xx.1966-cı il” olaraq yazıldığından iddiaçı faktiki olaraq müvafiq sənəddə doğum tarixinin “xx.xx.1966-cı il” kimi dəyişdirilməsini istəyir. Məhkəmə nəzərə alır ki, iddiaçının şəxsiyyətini müəyyən edən sənəd əsasında tərtib olunmuş doğum haqqında şəhadətnamədə iddiaçının doğum tarixi “xx.xx.1966-cı il” olaraq göstərilmişdir. Odur ki, müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması əslinə məhkəmə iclası zamanı baxış keçirilmiş doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona Gürcüstan Respublikasının Dmanisi rayonunun VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında akt qeydində düzəliş edilərək “xx.xx.1966-cı il” doğum tarixinin “xx.xx.1966-cı il” kimi qeyd edilməsi və yeni nikah haqqında şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. X23
Məhkəmə qərarları › İş №2-1(112)-13520/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13520/2025
02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver