Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1353/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən 2 saylı evin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzil ona məxsusdur. Bu halı şəhər və rayon X5 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş və Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş qeydiyyat vəsiqəsi təsdiq edir. Həmçinin, xüsusi mülkiyyət əsasında iddiaçıya məxsus olan həmin mənzilə dair texniki inventarlaşdırma bürosu tərəfindən xx.xx.1993-cü il tarixdə Texniki Pasport tərtib edilmişdir. İddiaçı ona məxsus mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq mənzil ilə bağlı ********** daxil olma nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınması barədə hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənədici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********09 saylı cavab məktubu ünvanlanmışdır. Həmçinin müvafiq reyestr kitabında ünvan 2nında yerləşən 2 saylı mənzilə dair digər şəxsin, yəni X4 adına olan qeyd vardır. İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirdiyi zaman müəyyən edilmişdir ki, müvafiq ünvanında məcburi köçkün ailəsi yaşayır. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının mübahisə predmeti olan mənzilə dair səlahiyyətli orqan tərəfindən verilmiş qeydiyyat vəsiqəsi vardır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh həmin müraciətə müvafiq qaydada cavab vermişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********09 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 9 saylı evin 2 saylı mənzilinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş və Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 03/2080 nömrəli reyestr kitabının 06-cı səhifəsində, 01/2080 nömrə ilə qeydiyyatı aparılmış qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 2 saylı mənzil X7 şəxsi mülkiyyətinə verilmişdir. Eyni tarixdə adıçəkilən qeydiyyat vəsiqəsinin əsasında İddiaçı adına mənzilin Texniki pasportu tərtib edilərək təsdiq edilmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilən sorğuya cavab məktubunda X3 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma bürosunun arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilən sorğuya cavab məktubunda Bakı şəhər Texniki İnventarlaşdırma bürosu vətəndaşlara mülkiyyətə görə verilmiş texniki paportların Dövlət Arxivinin Bakı Filialında saxlanılmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən sorğuya cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilin İddiaçı adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin mənzilin X4 adına ilkin qeydiyyatdan keçməsilə bağlı reyestr kitabında müvafiq qeydiyyat mövcuddur. Sözügedən mənzilə dair sənədlər İdarənin arxivində saxlanılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən ünvan 1 ünvanda yerləşən 2 saylı mənzil barədə iddiaçı ilə X8 arasında xx.xx.1993-cü il tarixdə 8 saylı dövlət notariat ofisində bağlanmış və D-23/2616 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işi məhkəməyə təqdim edilmişdir. Həmin notariat işində olan: -Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 23 aprel 1992-ci il tarixli 506 №li sərəncamından çıxarışın surətindən görünür ki, Qızıldaş qəsəbəsi, ev 9-da yerləşən, sahəsi 28 kv.metr olan 2 otaqlı, mənzil 2 X12 iştirakçısı, ailə tərkibi 2 (iki) nəfər olan X6 ayrılmışdır. -Azərbaycan Respublikası Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş 266 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 2 saylı mənzil X4 şəxsi mülkiyyətinə verilmişdir. -X8 ilə İddiaçı arasında 8 nömrəli dövlət notariat kontorunda bağlanmış 07 sentyabr 1993-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X1 RİHBK-nın 23 aprel 1992-ci il tarixli 506 nömrəli Sərəncamına və 266 nömrəli, 05 may 1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 1 ünvanda yerləşən 2 saylı mənzili İddiaçı 1.000000 rubla satmışdır. Beləliklə, işdə olan sənədlər ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı 17 sentyabr 1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 1 ünvanda yerləşən 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddia olunan mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının əsassız olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qanunvericilik normaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. İstinad olunan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsində deyilir: Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qüvvədə olan əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədləri istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsində göstərilən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrə uyğun gəlir. Belə ki, iş materialları ilə müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Qızıldaş qəsəbəsi, ev 9-da yerləşən 2 saylı mənzili əvvəlki mülkiyyətçi Kəklik Hüseynovadan xx.xx.1993-cü il tarixdə notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır. Belə olan halda, cavabdehin imtinasının əsasını təşkil edən iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim etməməsi öz təsdiqini tapmır. Odur ki, bu imtina iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, iddiaçının mənzilin əvvəlki mülkiyyətçisi ilə notarial qaydada bağladığı müqavilənin onun mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün kifayət etdiyini nəzərə alaraq, iddiaçının adına şəhər və rayon X5 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş və Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş qeydiyyat vəsiqəsinin mötəbərliyinə qiymət verilməsini zəruri hesab etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsində göstərilmişdir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin əlavə olunması yetərlidir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaolunan mənzildə hazırda məcburi köçkünlərin yaşaması həmin mənzil üzərində iddiaçının hüquqlarının rəsmiləşdirilməsinə mane ola bilməz. Çünki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində belə bir imtina əsası nəzərdə tutulmamışdır. İstinad olunan Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilə üzərində mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Ona görə də, sözügedən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən 2 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 2 saylı evin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1353/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1353/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver