Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13532/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N fevral N0N4-cü il tarixli əmrinin ləğv edilməsi, xidmətə bərpa olunması və buraxılmış əmək haqlarının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N8 oktyabr N019-cu il tarixdə SHXÇDX-nin Cəbrayıl rayon şöbəsi tərəfindən müddətli hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə xidmətə göndərilmişdir. xx.xx.N0N0-ci il tarixdə xidmətini davam etdirilməsi üçün N nömrəli hərbi hissəyə köçürülmüşdür. N nömrəli hərbi hissədə xidmətdə olarkən xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Vətən müharibəsində iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. xx.xx.N0N1-ci il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. 05 oktyabr N0NN-ci il tarixdə “Müharibə Veteranı” adı verilmişdir. xx.xx.N0NN-ci ildən N nömrəli hərbi hissədə X4 hərbi xidmət qulluqçusu kimi xidmətə qəbul edilmişdir. Bir müddət xidmət etdikdən sonra kiçik çavuş rütbəsi verilməklə manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi müddətdə heç bir nöqsana yol verməmiş, qüsursuz xidməti olmuşdur. N4 yanvar N0N4-cü il tarixdə saat 13:00-da hərbi hissədən nahar etmək üçün Qaradağ rayonu Qobu Park yaşayış massivindəki evinə getmişdir. Evə getdikdən sonra anasının vəziyyəti yaxşı olmadığına görə taksi ilə onu A.M.Şərifzadə küçəsi 196-da yerləşən M.A.Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzinə aparmış və sonra atası Sadıqov Adışirin də xəstəxanaya gəlmişdir. Anası həkim müayinəsində olduğu müddətdə xəstəxananın qarşısında atası ilə dayanıb söhbət edərkən saat 14:30 radələrində iki nəfər mülki geyimdə özlərini bank işçiləri kimi təqdim edərək, onlara yaxınlaşmış və ona yaxınlıqdakı maşına tərəf getməyi bildirmişlər. O, onlarla maşına tərəf gedərkən maşına çatmamış hər ikisi onun qollarından tutaraq zorla maşına oturtmuş və Yasamal rayon Polis İdarəsinin N9-cu polis şöbəsinə aparmışlar. Orada ona işgəncələr verərək, fiziki və mənəvi təsir göstərərək stolun üstünə qoyulmuş narkotik vasitələrin guya onun üstündə olmasını etiraf etməsini bidirmişlər, o, isə etiraf etməmiş və onlar ona fiziki və mənəvi təsirlər göstərmişlər. Sonra onu Yasamal Rayon Polis İdarəsinə aparmış və ondan izahat və ifadə almışlar. İki gün polis şöbəsində qaldıqdan sonra yəni N6 yanvar N0N4-cü il tarixdə axşam saatlarında onu evə buraxmışlar. N7 yanvar N0N4-cü il tarixdə səhər düzülüşündə hərbi hissədə olmuşdur. Həmin gün saat 11:00 radələrində onu hərbi hissədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekzpertizası Mərkəzinə aparılmış və orada ondan nümunələr götürərək, cavablandırılacağını bildirmişlər. N fevral N0N4-cü il tarixdə hərbi hissədə olarkən o, hərbi hissənin qərargahına çağırılmış və ona tərxis olunması ilə bağlı bildiriş vermişlər və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə təqdim etməsini bildirmişlər. O, ordu sıralarından tərxis olunmamışdan əvvəl hərbi hissədə heç kim tərəfindən dinlənilməmiş, onunla fərdi söhbətlər aparılmadan Müdafiə Nazirliyi Məhkəmə X1 verdiyi rəyi əsas tutaraq dərhal tərxis etmişlər. Onun barəsində N4 yanvar N0N4-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N34.1-ci maddəsi ilə cinayət işi başlanmış və Müdafi Nazirliyinin N nömrəli hərbi hissənin təhqiqatçısı tərəfindən də təhqiqat aparılmışdır. Onun barəsində aparılan cinayət işinin istintaqı zamanı onu məhkəmə narkoloji ekspertizasından tibbi müayinədən keçirtmişlər və ekspertin rəyində ondan götürülmüş nümunələrdə narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığı, narkotik vasitədən və ya psixotrop maddədən istifadə etmədiyi və narkomaniya xəstəliyindən əzab çəkmir qeyd edilmişdir. Eləcə də MN-nin N nömrəli hərbi hissənin təhqiqatçısı tərəfindən o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçirilmiş və Mərkəzin verdiyi rəyində də yuxarıda qeyd edilənlər göstərilmişdir. 05 mart N0N4-cü il tarixdə təhqiqatçı tərəfindən barəsində toplanmış materiallar üzrə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. N0 aprel N0N4-cü il tarixdə isə Yasamal RPİ-nin istintaq şöbəsində barəsində olan cinayət təqibinə xitam verilmişdir. Hər iki qərarlar qanuni qüvvəyə minmişdir. Müdafi Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən onun ordu sıralarından tərxis olunmasına dair verilmiş N fevral N0N4-cü il tarixli əmr qanunsuz və əsassızdır. Barəsində istintaq orqanı və təhqiqatçı tərəfindən qəbul edilmiş qərarlar nəzərə alınmadan onu tərxis etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.N0N4-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətin təmin olunaraq, məhkəmədən iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında, məhkəmədən buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatətin təmin olunmamasını və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 11N №-li hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, № 34 saylı əmrindən çıxarışda göstərilmişdir ki; Avtomobil taborunun N-ci minik avtomobilləri bölüyünün 1-ci minik avomobilləri taqımının 3-ci minik avtomobilləri manqasının komandiri X4 hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N fevral N0N4-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon İdarəsinə göndərilsin. Kiçik çavuş İddiaçı N0N4-cü ilin yanvar-fevral aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatından məhrum edilsin. Kiçik çavuş İddiaçı N0N4-cü ildə nəzərdə tutulmuş maddı yardım ödənilməyib. N0N4-cü ilin növbəti məzuniyyətini istifadə etməyib və növbəti məzuniyyətə görə bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilməyib. Əsas: Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N4-cü il tarixli 07əç nömrəli əmrindən çıxarış, kiçik çavuş İddiaçı üzülüşmə vərəqəsi №11 ƏSASLANDİRMA HİSSƏSİ. Tətbiq edilən hüquq. İnzibati Prosessual Məcəllə. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.N. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. N.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. N.N. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 1N.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Lakin hazırkı mübahisəyə münasibətdə apelyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılması üzrə həmin məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Bu baxımdan qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlər ödənildiyi təqdirdə məhkəmə tərəfindən mümkün sayılır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada İPM-nin 35-ci maddəsi anlamında iddianın mümkün sayılması üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması imkanı mövcud olmalıdır. Yalnız inzibati orqanın inzibati aktları, hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması imkanının və ya ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel N015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli 5 saylı qərarının N.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin N.N.1- ci və 3N-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi xx.xx.N0N4-cü il tarixli əmrlə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq təhqiqat-hüquq qrupunun hüquqşünastəhqiqatçısı vəzifəsindən azad olunmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmə qeyd etmək istəyir ki, iş materiallarında iddiaçıya sözügedən əmrin hansı tarixdə təqdim olunması ilə bağlı məlumat olmasa da, onun mübahisələndirilən əmrin mövcudluğundan xəbərdar olmasını təsdiq edən bir neçə hal mövcuddur:
1. Əmrin elan edilmə tarixi;
2. Hərbi biletdə olan qeydlərin omasıdır. Məhkəmə ilkin olaraq birinci hala münasibətdə bildirir ki,əmrin mütləq qaydada rəsmi olaraq yazılı formada təqdim edilməsi nəzərdə tutulmamışdır. Əksinə hərbi sahəni əhatə edən qanunvericiliklə əmrlərin elan edilməsi ilə bağlı kifayət sayda normalar isə mövcuddur. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 40.3. Zabitlər, gizirlər və miçmanlar, X4 hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0.6. Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.
138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə komandirinin əmri ilə elan edilir. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alınmalıdır ki, hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə şərəf məhkəməsində baxılır ki, şərəf məhkəməsinin vəsatəti əsasında hərbi qulluqçunun ehtiyata buraxılması mümkündür. Normaların məzmununa gəldikdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqla bağlı işin xüsusiyyətləri nəzərə alınmaqla hərbi qanunvericiliklə hərbi qulluqçularla bağlı əmrlərin onlara rəsmi qaydada təqdim edilməsi əvəzinə elan olunması ilə bağlı xüsusi qaydalar müəyyən edilmişdir ki, nəinki vəzifə dəyişikliyi hətta yuxarıda göstərilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) əsasən ehtiyata və ya istifadəyə buraxılma barədə əmrin də rəsmi qaydada yazılı formada təqdim edilməsi nəzərdə tutulmamış, elan edilməsi qaydası müəyyən edilmişdir ki, bu səlahiyyət müvafiq olaraq hərbi hissənin səlahiyyətli şəxsinə aid edilmişdir. Bununla bağlı məhkəmə xüsusi ilə yuxarı instansiya məhkəməsinin formalaşmış mövqeyini qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin N-1(10N)-171N/N0N0 saylı, xx.xx.N0N0-ci il tarixli qərarda qeyd olunmuşdur ki, “Qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur”. Göründüyü kimi həm qüvvədə olan qanunvericilik, həmçinin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə münasibətdə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur ki, bununla da həmin şəxslər əmrin mövcudluğundan xəbərdar olurlar. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqqhesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Belə ki, əmrin mübahisələndirilməsi müddəti ötməsi əsası ilə iddia mümkün sayılmadığından həmin əmrin ləğvi nəticəsində iddiaçının əvvəlki işinə bərpası və əmək haqqının ödənilməsinə dair iddiada mümkün hesab edilməməlidir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N7 dekabr N001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə N5 yanvar N000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.1-3.4-cü bəndlər). İddiaçının nümayəndəsi və vəkili xx.xx.N0N4-cü il tarixdə vəsatət (ərizə) ilə məhkəməyə müraciət edərək, prosessual müddətin buraxılmasını üzrlü hesab edilərək və İPM-in N4-cü maddəsinə əsasən müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.N0NN-ci ildən N nömrəli hərbi hissədə X4 Hərbi Xidmət Qulluqçusu kimi xidmətə qəbul edilmişdir. Bir müddət xidmət etdikdən sonra ona kiçik çavuş rütbəsi verilməklə manqa komandiri vəzifəsinə təyin olunmuş, xidmət etdiyi müddətdə heç bir nöqsana yol verməmiş və qüsursuz xidmət etmişdir. N4 yanvar N0N4-cü il tarixdə saat 14-30 radələrində anasının xəstəliyi ilə bağlı M.A.Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzinin qarşısında olarkən iki nəfər mülki geyimdə özlərini bank işçiləri kimi təqdim edərək onu zorla Yasamal Rayon Polis İdarəsinin N9-cu Polis Şöbəsinə aparmışlar. N4 yanvar N0N4-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N34.1-ci maddəsi ilə cinayət işi başlanmış və N0 aprel N0N4-cü il tarixdə isə Yasamal RPİ-nin İstintaq şöbəsində cinayət təqibinə xitam verilmişdir. Həmçinin Müdafə Nazirliyinin N nömrəli hərbi hissəsində təhqiqat aparılmış və cinayət işinin başlanmacının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.Hər iki qərarlar qəbul edildikdən 1 ay sonra qüvvəyə minmişdir. Bundan sonra İddiaçı,barəsində aparılan təhqiqat və cinayət işləri ilə bağlı mənəvi sarsıntılara və fiziki ağrılara məruz qalmış, uzun müddət ev şəraitində ambulator müalicə almışdır. 1N iyul N0N4-cü il narixdə atası Sadıqov Adışirin tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə onun xidmətə bərpa olunmasına dair müraciətinə N0N4-cü ilin avqust ayının axırlarında müsbət cavab verilmədiyinə görə özünün hüquq və azadlıqlarının pozulması məlum olmuşdur. İddiaçı hüquqlarının pozulması ilə bağlı xx.xx.N0N4-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. 01 sentyabr N000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N011-ci il 30 iyun tarixədək qüvvədə olmuş N98-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Tərəflərindən hüququnun pozulmasını bilən gündən hüquqlarının bərpası üçün məhkəməyə müraciət edərək söüzgedən ictimai münasibətləri mübahisələndirmişdir. Qeyd olunur ki iddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir ki, iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: N4.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; N4.N-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; N4.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; N4.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; N4.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; N4.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Prosessual müddətlərin bərpa olunması məsələləri ilə bağlı hüquqi mövqelərə və formalaşmış məhkəmə təcrübəsinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kanara çıxsın, müvafiq hərəkətin yerinə qetirilməsinə maneə törətsin və ya məhdudiyyətlər yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Bu müstəvidən məhkəmə qeyd edr ki, hər nə qədər iddaçının nümayəndəsi və vəkili prosessual müddətin ötürülməsi səbəbi kimi Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən qəbul edilmiş “Cinayət təqibinə xitam verilməsi” və Azərbaycan Respublikası Müafiə Nazirliyinin 11N №-li hərbi hissəsində aparılmış tədqiqatın nəticəsində qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının qüvvəyə minməsinin gözlənməsi əsasları ehtiva etmir. İddiaçı imtina məktubunu və həmin imtina məktubunda hüquq müdafiə vasitəsi barədə məlumatı nəzərə alaraq 30 gün ərzində məhkəməyə müraciət etmək hüququna malik olmuşdur ki, bu dövrdə məhkəmə orqanı öz fəaliyyətini davam etdirmişdir. İddiaçının təqdim etdiyi səbəblər, prosessual müddətin buraxılmasına haqq qazandıracaq hallara (mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən onların dəf edilməsi imkanlarından kanara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyətlər yaradan) aid deyildir. Hazırki vəziyyətdə, müddətin buraxılmasının üzürlü sayılmasına imkan verən, habelə bununla bağlı çıxarılacaq məhkəmə aktını qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına almayacaq, qanunla nəzərdə tutulmuş prosessual əsaslar yoxdur. Məhkəmə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında iddiaçının ərizəsinin təmin edilməməsi nəticəsinə gəlir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı “prosessual müddətin bərpa edilməsi” barədə vəsatətdə dolayı yolla mübahisə predmeti olan əmrdən məlumatlı olduğunu bildirmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış əmrin ləğv edilməsinə yönəlmiş yazışmalar prosessual müddətin bərpa edilməsi üçün əsas qismində çıxış edə bilməz. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. İPM: Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa olunması barədə vəsatət təmin olunmasın və iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev