Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13536/2025 28.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dəfn çün müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Fərmanov Aydın Məcid oğlunun vəfatı ilə əlaqədər dəfn üçün müavinətin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 avqust 1961-ci il təvəllüdlü Fərmanov Aydın Məcid oğlu iddiaçının qardaşıdır. Hərbi xidməti başa vurduqdan sonra müxtəlif müəsissələrdə - Təhsil Nazirliyində, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Mənzil İstisimar İdarəsində çalışmışdır. Fərmanov Aydın Məcid oğluna 2009-cu il tarixində 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Fərmanov Aydın Məcid oğlu 09 yanvar 2025-ci il tarixdə “X2 Xəstəliyi” diaqnozu ilə ölmüşdür və bu barədə xx.xx.2025-ci il tarixli, 48 4349 nömrəli Ölüm haqqında Şəhadətnamə verilmişdir. İddiaçı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinə baxmayaraq, ölüm haqqında müavinət verilməmişdir. Cavabdeh bildirmişdir ki, mərhum Fərmanov Aydın Məcid oğlunun vəfat etdiyi tarixdə (xx.xx.2024-ci il) barəsində Mərkəzləşdirilmiş elektron informasiya sistemində sosial müavinət alan şəxs, sığortaolunan və ya əmək pensiyası almadığı üçün şəxsin vəfatı ilə əlaqədər dəfn üçün müavinətin verilməsi rədd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və qanunvericilik aktları ilə ziddiyətlidir. Bu səbəbdən Bakı İnzibat Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə X4 Şəxsinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.13cü maddəsinə əsasən dəfn üçün müavinət ~ həmin Qanunun 4.0.1.1-4.0.1.5-ci (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısın: itirməyə görə müavinət) maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun oiaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məktubuna əsasən sığortaolunanlara “dəfn üçün müavinət”in təyin olunması və ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə'də (bundan sonra-Əsasnamə) göstərilən qaydada həyata keçirilir. Məlumat üçün bildiririk ki, mərhum Fərmanov Ayd.n Məcid oğluna aid məlumatların 2019cu ilin İ rübünədək 2024-cü ilin İİ rübünədək sığortaedən, "xxxx" MMC (SUN:i **********; VÖEN: **********) tərəfindən təqdim edilmiş məcburi dövlət sosiai sığorta haqqı üzrə hesabatlarda öz əksini tapdığı və bu sığortaedəniə olan əmək müqaviləsinə xx.xx.2024-cü i! tarixində xitam verildiyi məlum olmuşdur. Əsasnamənin 3-cü bəndinə əsasən sosial sığorta ödəmələrini məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin almaq hüququ vardır. Qeyd olunanlara əsasən bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən mərhum Aydın Fərmanov vəfat etdiyi tarixdə (xx.xx.2025-ci il) sözügedən sosial müavinətlərdən hər hansı birini alan şəxs, sığortaoiunan yaxud əmək pensiyaçısı olmadığı üçün onun vəfatı ilə əlaqədar dəfn üçün müavinətin təyin edilməsi qanunvericiliklə mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. iddiaçı Mərkəzi Filiala müraciət edərək, mərhum Fərmanov Aydın Məcid oğlunun vəfatı ilə əlaqədar dəfn üçün müavinətin verilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə-107958/2025 nömrəli imtina məktubu ilə mərhum Aydın Fərmanovun vəfat etdiyi tarixdə (09.01,2025-ci il) onun müvafiq sosial müavinətlərdən hər hansı birini alan şəxs, sığortaolunan yaxud əmək pensiyaçısı olmaması səbəbindən sonuncunun vəfatı ilə əlaqədar dəfn üçün müavinətin təyin edilməsinin qanunvericiliklə mümkün hesab olunmadığı bildirilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7.0.13-cü maddəsinə əsasən dəfn üçün müavinət bu Qanunun 4.0.1.1-4.0.1.5-ci (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, ailə başçısını itirməyə görə müavinət) maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 90-cı bəndinə əsasən sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Həmin Əsasnamənin 91 -ci bəndinə əsasən sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Fond tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. Məlumat üçün bildiririk ki, mərhum Fərmanov Aydın Məcid oğluna aid məlumatların 2019-cu ilin İ rübünədən 2024-cü ilin İİ rübünədək sığortaedən, "xxxx" MMC (SUN:1**********; VÖEN:**********) tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda öz əksini tapdığı və bu sığortaedənlə olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyi məlum olmuşdur. İşin araşdırılmış halları və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən müəyyən olunur ki, dəfn üçün müavinətin təyin olunmasıda mərhumun ya Qanunda nəzərdə tutulmuş müavinətləri alan şəxs olmalı, ya əmək pensiyaçısı olmalı, ya da işsizlikdən sığorta ödənişini alan şəxs olmalıdır. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat çərviçəsində müəyyən olunur ki, Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən mərhum Aydın Fərmanov vəfat etdiyi tarixdə (xx.xx.2025-ci il) sözügedən sosial müavinətlərdən hər hansı birini alan şəxs, sığortaoiunan, yaxud əmək pensiyaçısı olmamışdır. Hesab edirik ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona dəfn üçün müavinətin təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. II. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia tələbi dəfn üçün müavinətin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. IV. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”:
90. Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.
91. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Fond tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.13-cü maddəsinə əsasən dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 4.0-cü maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə və ya onu vəfat edən şəxsə ödənilir. Odur ki, dəfn üçün müavinətin təyin edilməsi üçün mərhum ya Qanunda nəzərdə tutulmuş müavinətləri (dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət) alan şəxs olmalı, ya əmək pensiyaçısı olmalı, ya da işsizlikdən sığorta ödənişini alan şəxs olmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının mərhum qardaşı Fərmanov Aydın Məcid oğlu sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs olmamışdır. Belə olan təqdirdə iddiaçının mərhum qardaşı Fərmanov Aydın Məcid oğlunun faktiki vəziyyəti qanunvericiliyin müvafiq maddəsi üzrə dispozisiya şərtlərinə cavab vermir və qanunvericiliyin tələblərinə əsasən dəfn üçün müavinət ödənilməsi nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur və cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmir. Hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının müavinətin ödənilməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X5