Məhkəmə qərarları › İş №2-1(112)-1354/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1354/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1354/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə onun 12 il işlədiyi müddəti ümumi iş stajıma daxil etməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasını yenidən hesablamaq və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, xx.xx.1992-ci tarixdən xx.xx.2003-cü ilə tarixə kimi işləmişdir. Lakin cavabdeh əmək kitabçasında işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.1992 il tarixdən xx.xx.2003 il müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. 11 oktyabr 2020-ci il tarixdə cavabdeh onun ərizəsilə əlaqədar imtinaedici inzibati akt qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 16 iyun 2022-ci il tarixli müraciətinə Mərkəzi Filialın 11 oktyabr 2022-ci il tarixli **********0 nömrəli imtina məktubu ilə aşağıda qeyd edilənlər əsas göstərilməklə imtina edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən onun sığorta stajı (xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 13 il 16 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək idiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasında qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Əlibayramlıelektrik şəbəkə’’ ASC-nin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan əməkhaqqı cədvəllərində iddiaçı A.Qarasovanın adına rast gəlinməmişdir. Eyni zamanda xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan arxiv sənədləri X13 filialına təhvil verilməmişdir. Əlavə olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli №119/01-1-30 saylı arayışına əsasən "xxxx" MMC Cəbrayıl PEŞ-in xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan arxiv sənədləri "xxxx" MMC-yə təhvil verilməmişdir (xx.xx.2002-ci il tarixli 844-K saylı işdən çıxma əmri saxlanılır). Bu səbəblə sözügedən müəssisələrdən İddiaçı əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, idiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996- 2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır.Yuxarıda da qeyd edilən kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sıqortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun bu müddəasından belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki. iddiaçı işlədiyi avlar üzrə əmək haqqı almadığından məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İşlədiyi avlar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin avların is stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə olaraq, Nazirlər Kabinetinin 1996-cı il 26 sentyabr 186 nömrəli Qərarına əsasən işçinin işəgötürülmə zamanı və eyni zamanda işdən çıxarılma zamanı nəzərdə tutlan prosesual qayda pozuntularının iddiaçının təqdim etdiyi əmək kitabçasında nəzərə alınması və xüsusilə, Qərarın 4-cü bəndində nəzərdə tutulmuş proseual normaların nəzərə alınmaması iddiaçının əmək kitabçasının mötəbərliyinə dair əsaslı şübhələrin özəyini təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası inzibati Prosessual Məcəllənin 47-ci maddələsini tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı 2-1 (112)-10720/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 62 yaş 06 aydan, yəni xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının vətənaşının AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilmşdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cəbrayol Rayon Məhkəməsinin 2(072)-271/2012 saylı , 28 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən ərizə tələbi təmin edilmiş, İddiaçı 1977-1983 və 1986-1990-cı illərdə Cəbrayıl rayon Tomulu kombinatında toxucu işləməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 013909 nömrəli diplomun surətinə əsasən İddiaçı 1983-cü ildə Bakı Baza Energetika Texnikomuna daxil olmuş və xx.xx.1986-cı il tarixdə elektrotexnik istehsalı ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçaısnın surətinə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdə Cəbrayıl T/H elektrik şəbəkələri rayonu üzrə kargüzar vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə Cəbrayıl Elektrikşəbəskəsinin yaradılması ilə əlaqədar kadr üzrə və mülki müdafiə müfəttişi vəzifəsinə təyin edilməsi ilə əlaqəar kargüzar vəzifəsindən azad edilmiş, xx.xx.1992-ci il tarixdən həmin vızifədən azad edilmiş və kadr işləri üzrə müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə enerji satış şöbəsinə texnik vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci ildə "xxxx" ASC-nin Cəbrayıl PEŞ-də enerji satış şöbəsinin 4 dərəcəli texnik vəzifəsində saxlanılmış, xx.xx.2002-ci ildən işdən azad edilmiş, xx.xx.2002-ci ildə “X17” MMC-nin Cəbrayıl PEŞ-nin enerjisatış şöbəsinə 4 dərəcəli texnik vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Məlumatın təqdim edilməsi barədə müraciətinizə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildiririk ki, Bayva X3 Cəmiyyətinin dövlət reyestrində olan məlumatlara əsasən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotu xx.xx.2007-ci il tarixdən ləğv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət X8 xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Sizin 06 noyabr 2023-cü il tarixli № 2- 1(112)10720/2023 qeydiyyatlı məktubunuza cavab olaraq “X9” ASC-nin 1991-1996-cı illərə aid əmrlər kitabı Azərbaycan Respublikası X13 filialına təhvil verilməyib. X13 filialında mühafizə olunan “X9” ASC-nin 1991-1996-cı illərə aid əmək haqqı hesablama cədvəllərində vətəndaş İddiaçı adı aşkarlanmadı. “X9” ASC-nin 1997-2002-ci illərə aid əmr və əmək haqqı cədvəlləri filiala təhvil verilməyib. "xxxx" MMC Cəbrayıl PEŞ-in sənədləri X13 filialına təhvil verilməyib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsini xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Məlumatın təqdim edilməsi barədə müraciətinizə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildiririk ki, “Bayva X3 Cəmiyyətinin dövlət reyestrində olan məlumatlara əsasən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotu xx.xx.2007-ci il tarixdən ləğv edilmişdir. Müraciətdə adı qeyd olunan “X1 Cəmiyyəti xx.xx.2001-ci il tarixli D-3262 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “X1 Cəmiyyəti (VÖEN **********) xx.xx.2005-ci il tarixdə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. (VÖEN **********) təsisçisi Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi, Cəmiyyətin rəhbəri isə X5r. “X6 Açıq Səhmdar Cəmiyyətinin adıçəkilən hüquqi şəxsin hüquqi ünvanı aşağıdakı kimidir: ünvan 2YRAMLİ ELEKTRİK ŞƏBƏKƏ AÇİQ SƏHMDAR CƏMİYYƏTİ (VÖEN **********) tərəfindən xx.xx.2008-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Ərizədə göstərilən müddət başa çatdıqdan sonra vergi ödəyicisi tərəfindən fəaliyyətinin dayandırılması barədə təkrar ərizə təqdim etmədiyi üçün sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivləşmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2024cü il tarixli 11/03 nömrəli məktubunda bildirilmişdir ki, Cəbrayıl rayon Dövlət Arxiv idarəsi sizin xx.xx.2023-cü il 2-1(112)-10720/2023№- li məktubunuza cavab olaraq bildirirəm ki,Vətəndaş İddiaçı:

1. Əmr № 04 S-2 10 iyun 1991-ci il tarixli əmri ilə kargüzar vəzifəsinə təyin edilsin.Əmək haqqı ümumi cədvəlinə əsasən ödənilsin. 2.Əmr № 16 -18 fevral 1992-ci il tarixli əmri ilə Cəbrayıl elektrik şəbəkəsinə kadr üzrə və mülkü müdafiə müfəttişi vəzifəsinə təyin edilsin və Cəbrayıl T/hesablı elektrik şəbəkələr rayondan kargüzar vəzifəsindən azad edilsin və aylıq əmək haqqı ştat cədvəli üzrə 700 manat olsun. Qeyd: Cəbrayıl rayon T/ hesablı elektrik şəbəkəsi idarəsi 2000-ci ildən sonra Cəbrayıl rayon Dövlət Arxivinə sənətlər təhvil verilmədiyindən İddiaçı işdən çıxması barədə məlumat yoxdur. Təqdim edilımiş Cəbrayıl rayon Elektrikşəbəkə üzrə işçilərin hesablaşma kitabından arxiv arayışına əsasən İddiaçı 06.19xx-xx.1991, 1992-1999 (daxil olmaqla) əmək haqqı ödənilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı “pensiyasının yenidən hesablanması” ilə bağlı İnzibati işi ilə əlaqədar “X17” ASC-nin fəaliyyəti ilə bağlı, özəlləşdirilib- özəlləşdirilməməsi, ləğv edilibedilməməsi, həmin müəssisənin hüquqi varisləri olduğu halda müvafiq müəssisə və ya təşkilat barədə məlumat təqdim edilməsinə dair məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində məktubda qeyd olunan müəssisəyə dair heç bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərenerji” ASC-nin X4 MMC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı 1991-2002-ci illər üzrə əmək fəaliyyati ataşdırılarkən aydın oldu ki, “Şirvan REŞ “ MMC-nin Arxivində 30 sentyabr 2002-ci il tarixli 844-K nömrəli əmri saxlanılır. Digər sənədlər: “Şirvan RES MMC-yə təhvil verilmədiyi səbəbindən məlumatlar tapılmadı. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin X4 MMMC-nin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X4 MMC-də saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur:

1. Struktur dəyişikliyi ilə əlaqədar Əlibayramlıelektrikşəbəkə ASC-nin Cəbrayıl PEŞ-də enerji-satış şöbəsi texnik (əmr 164k, xx.xx.2002) vəzifəsində

2. xx.xx.2002-ci il tarixli 844 saylı əmr ilə xx.xx.2002-ci il tarixdən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş,

3. "xxxx" MMC Cəbrayıl PEŞ-də Enerji-Satış şöbəsi texnik (əmr 23k, xx.xx.2002) vəzifəsində)

4. xx.xx.2003-cü il tarixli 131k saylı əmr ilə xx.xx.2003-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (vəzifəsi ixtisar edilməsi) İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı X10 ünvanlanmış 20 dekabr 2021-ci il tarixli **********9 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzəərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən s'ğortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2013-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış siğortaoiunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə aöstərücn şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ii yanvarın 1-dək olan sığcrta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldıİməqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən sığorta stajınız (xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək əyani təhsil aldığınız illər nəzərə alınmaqla) 13 il 16 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızda qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən "xxxx" ASC-nin xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək olan əmək haqqı cədvəllərində adınıza rast gəlinməyib. Eyni zamanda xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan arxiv sənədləri X13 filialına təhvil verilməyib. Əlavə olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli №119/01-1-30 saylı arayışına əsasən "xxxx" MMC Cəbrayıl PEŞ-in xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan arxiv sənədləri "xxxx" MMC-yə təhvil verilməyib (xx.xx.2002-ci il tarixli 844-K saylı işdən çıxma əmri saxlanılır).Bu səbəblə sözügedən müəssisələrdən əmək haqqı alıb-almadığınızı müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildirik ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının qanunla tələb olunan 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığı əsas gətirilərək müraciəti təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2021-ci il tarixdən qadınlar üçün pensiya yaşı həddi 62 yaş 06 aydır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 62 yaş 06 ayını xx.xx.2022-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya aid diplom, məhkəmə qətnaməsi, əmək kitabçası qeydlərinə əsasən iddiaçının xx.xx.1983-xx.xx.1986-cı il tarixədək təhsil dövrü 02 il 05 ay 26 gün, qətnamə ilə Cəbrayıl rayon Tomulu kombinatında toxucu işləməsi təsdiq edlmiş 1977-1983 və 1986-1990-cı ilədək dövrün təhsil aldığı dövrlə üst-üstə düşməyən hissəsi-ilin ilk günü xx.xx.1977-ilin xx.xx.1983-cü ilədək xx.xx.1986-cı ildən ilin sonu xx.xx.1990-cı il tarixədək nəzərə alınmaqla) 11 il 06 ay 07 gün, xx.xx.1991- xx.xx.2002-ci ilədək 11 il 03 ay 21 gün, xx.xx.2002- xx.xx.2003-cü il tarixədək 04 ay 03 gün olmaqla cəımi 25 il 07 ay 27 gün ümumi iş stajı müəyyən olunur. Cavabdeh iddiaçının ümumilikdə sığorta stajının 13 il 16 gün olduğunu qəbul edir, lakin əmək kitabçasında qeyd edilən dövrlərdən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrlərini həmin müəssisələrin arxiv sənədlərinin saxlanılmadığını əsas gətirərək sığorta stajına daxil etmir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd edilən imtinsını əsaslı hesab etmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İlk növbədə iddiaçının mübahisələndirilən əmək faəliyyəti əmək kitabçasında Karat KDM, KDM Şüa, Narzul Firmasında işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisənin möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş qeydlərlə sübut olunur. Əmək kitabçasında qeydlərin sıralama ardıcıllığı, səhifə ardıcıllığı gözlənilmiş, həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Məhkəmə mübahisələndirilən dövr üzrə iddiaçının işləmiş olduğu müəssisələrlə bağlı əlavə olaraq aşağıdakıları müəyyən etmişdir. Əmək kitabçasından görünür ki, iddiaçının mübahisələndirilən dövrləri təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlər barədə qeydlər edilmiş, qeydlər müvafiq müəssisənin kadrlar şöbəsinin rəisi tərəfindən imzalanmış, müəssisəyə aid möhürlərlə təsdiq edilmiş, əmək kitabçasının doldurulma ardıcıllığı pozulmamışdır. Digər tərəfdən məhkəmə sorğuları əsasında Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən iddiaçının 10 iyun 1991-ci il tarixli əmri ilə kargüzar vəzifəsinə təyin edilməsi, 18 fevral 1992-ci il tarixli əmri ilə Cəbrayıl elektrik şəbəkəsinə kadr üzrə və mülkü müdafiə müfəttişi vəzifəsinə təyin edilməsi barədə əmrlər kitabından çıxarış, 1991-1999 tarixli əmək haqqı alması barədə arayış təqdim edilmişdir. Cəbrayıl rayon T/ hesablı elektrik şəbəkəsi idarəsinin 2000-ci ildən sonrakı dövr üzrə sənədlərin sxalanılması üçün Cəbrayıl rayon Dövlət Arxivinə təhvil verilməməsi və bu əsasdan arxivdə iddiaçının sonrakı əmək fəaliyyəti barədə məlumatın olmaması iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal iddiaçının ziyanına şərh oluna bilməz. Eyni zamanda məhkəmə sorğuları əsasında "xxxx" ASC-nin X4 MMC tərəfindən təqdim edilmiç arayışda iddiaçının MMC-də saxlanılan arxiv sənədlərində 2000-ci ildən sonrakı əmək fəaliyyəti barədə, yəni xx.xx.2002-ci ildə "xxxx" ASC-nin Cəbrayıl PEŞ-də enerji-satış şöbəsi texnik vəzifəsinə qəbul edilməsi, xx.xx.2002-ci il tarixli 844 saylı əmr ilə xx.xx.2002-ci il tarixdən işdən azad edilməsi, 23k, xx.xx.2002-ci il tarixli əmrlə "xxxx" MMC Cənbrayıl PEŞ-də Enerji-Satış şöbəsi texnik vəzifəsinə qəbul edilməsi, xx.xx.2003cü il tarixli 131k saylı əmr ilə xx.xx.2003-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi məlumatının doğruluğu qəbul edilmiş, “Şirvan REŞ“ MMC-nin Arxivində 30 sentyabr 2002-ci il tarixli 844-K nömrəli əmrinin saxlanıldığı bildirilmişdir. Beləliklə, hazırkı halda iddiaçının əmək faəliyyəti ilə bağlı müvafiq sənədlər tam şəkildə arxivə təhvil verilməmiş olsa da iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrü şübhə doğurmur və ya həmin dövrü şübhə altına salacaq əsaslı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, mübahisələndirilən dövrlər üzrə arxiv sənədlərinin bu və ya digər səbəbdən təqdim edilə bilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. Qeyd edildiyi kimi əmək fəaliyyəti ilk növbədə işə qəbul və işdən çıxma barədə əmrlər barədə qeydlərin edildiyi əmək kitabçası əsasında müəyyən olunur. İş stajının sübuta yetirilməsi ilə bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı 62 yaş 06 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 62 yaş 06 aydan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar