Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13541/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 mart 1960-cı ildə o vaxtki Ermənistan SSR Sisian rayonunda anadan olmuşdur. 3 yaşı olarkən ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 4-də yerləşən 29 saylı evə köçmüş, indiyədək bu ünvanda yaşayır. Ona xx.xx.1978-ci ildə İV-JQ seriyalı 589062 №-li SSRİ pasportu verilmişdir. xx.xx.1981-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, keçid 4, ev 29-da qeydiyyatdadır. O, ona verilmiş bu pasportu itirmiş, uzun müddət onu tapa bilməmişdir. İddiaçı doğum haqqında akt qeydinin bərpası ilə bağlı Xəzər Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də sonuncu “X4 X1 Sistemi” mindəki məlumatları yoxlamış, doğum haqqında akt qeydinin aşkar olunmadığına istinad etməklə, onun müraciətini təmin etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və aidiyyəti məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1960-cı ıl təvəllüdlü İddiaçı Xəzər Rayon Polis idarəsi tərəfindən verilmiş İV-JQ seriyalı 589062 nömrəli keçmiş SSRİ pasportu ilə xx.xx.1981-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri uzrə qeydiyyatdadır. Ədliyyə Nazirliyi X4nın Arxivi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X4” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı Hacıyeva (Baxşıyeva) İradə Oğul qızı ilə nikahı və bu nikahın pozulması, habelə övladları Könül Hacıyevanın, Ruslan Hacıyevin və Yaşar Hacıyevin doğumu haqqında məlumatlar aşkar edilmişdir. Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X4nın arxivində və qeydiyyat şöbələrində saxlanılmır. Təqdim olunmuş akt qeydlərindən görünür ki: -30 №-li, xx.xx.1985-ci il tarixli akt qeydinə əsasən İddiaçı və X10 arasında nikah bağlanmışdır. -441 №-li, xx.xx.1985-cı il tarixli akt qeydinə əsasən xx.xx.1985-ci il təvəllüdlü X2 valideynləri İddiaçı və X9r. -478 №-li, xx.xx.1986-cı il tarixli akt qeydinə əsasən xx.xx.1986-cı il təvəllüdlü X3 valideynləri İddiaçı və X9r. -476 №-li, xx.xx.1989-cu il tarixli akt qeydinə əsasən xx.xx.1989-cu il təvəllüdlü X5 valideynləri İddiaçı və X9r. -93 №-li, xx.xx.1998-ci il tarixli akt qeydinə əsasən İddiaçı və X10 arasındaki nikah pozulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X4nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların:
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. 16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır. 16-3. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir.
17. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.
18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Ərizə sahibinin təqdim etdiyi (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərdə barəsində doğum haqqında akt qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X4nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X4nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X4nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi doğum haqqında akt qeydi də daxil olmaqla aktların itirilmiş qeydlərinin inzibati məhkəmə icraatı qaydasında bərpası yalnız o hallarda mümkündür ki, müvafiq qeydin, eləcə də doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olmuş olsun. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası, həmin sənədlərin mövcud olmaması səbəbindən mümkün olmadıqda isə doğum haqqında vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, iş üzrə inzibati məhkəmə icraatı qaydasında doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdeh qeydiyyat şöbəsinə həvalə edilməsi üçün doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər mövcud olmalıdır. İş materiallarında olan İV-JQ seriyalı 589062 nömrəli keçmiş SSRİ pasport isə məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin əvvəllər mövcud olduğunu təsdiq edən sənəd kimi qiymətləndirildiyindən və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 45.2.1-ci maddəsinə əsasən həmin sənəd inzibati icraat zamanı inzibati orqan tərəfindən istifadə olunması üçün nəzərdə tutulan sübut növlərindən biri kimi çıxış etdiyindən iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməyə haqlı olmuşdur. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı təqdim olunmuş SSRİ pasportu əsasında Xəzər Rayon Polis İdarəsi tərəfindən xx.xx.1981-ci il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, inzibati orqan vətəndaşın qeydiyyatını məhz həmin SSRİ pasportuna əsaslanaraq həyata keçirmişdir ki, bu da faktiki olaraq onun doğum tarixinin rəsmi sənədlə — SSRİ pasportu ilə təsdiqləndiyini göstərir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqdim olunmuş SSRİ pasportundan da göründüyü kimi, iddiaçı Ermənistan SSR ərazisində doğulmuşdur. Bu səbəbdən, onun doğum haqqında ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikasında yerləşdiyindən) məlumat göndərilməsi və həmin qeyd barədə məlumat alınması hazırkı şəraitdə mümkün deyil. Belə olan halda, iddiaçının adına SSRİ pasportunun mövcudluğu, onun Hacıyeva (Baxşıyeva) İradə Oğul qızı ilə bağladığı nikah və həmin nikahın pozulması, eləcə də övladları — Könül Hacıyeva, Ruslan Hacıyev və Yaşar Hacıyevin doğumları barədə akt qeydlərinin olması, iddianın təmin olunması üçün yetərli əsas hesab olunur. Eyni zamanda, məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 öz ifadəsində iddiaçının bacısı olduğunu, onun xx.xx.1960-cı il təvəllüdlü olmasını və Ermənistan SSR-in Sisian rayonunda doğulduğunu təsdiq etmişdir. Məhkəmə son olaraq onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi sorğuya cavab məktubunda iddiaçının xx.xx.1960cı il təvəllüdlü olduğunu göstərsə də, iş materiallarında olan SSRİ pasportdan və digər akt qeydlərindən (nikah, övladlarının doğum haqqında akt qeydləri) görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunmalı, iddiaçının doğum haqqında akt qeydi bərpa olunmalıdır. Eyni zamanda, doğum haqqında akt qeydinin bərpası həyata keçirildikdən sonra iddiaçı doğum haqqında şəhadətnamə ilə təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov