Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1355/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Salman Səməd Müzəffər oğlunun (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işsiz), cаvаbdеhin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Salman Səməd Müzəffər oğlunun cаvаbdеh Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qаrşı “qərarların ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı Salman Səməd Müzəffər oğlu cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı Bаkı İnzibаti Məhkəməsində iddia qaldıraraq “Vergilərin hesablanması barədə” 24.08.2016-cı il tarixli, **********125900 nömrəli, 15.08.2017-ci il tarixli, **********085000 nömrəli və 07.02.2017-ci il tarixli, **********83000 nömrəli Qərarların ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı fiziki şəxs qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sadələşdirilmiş vergi ödəyicisi qismində qeydiyyatda dayanmışdır, ********** nömrəli VÖEN ona məxsusdur. Binəqədi rayon məhkəməsinin 8(001)-24/2018 nömrəli, 23.04.2018-ci il tarixli qərardadı əsasında onun mülkiyyətində olan “Mersedes 814 Yük” markalı, ** XU *** dövlət nömrə nişanlı və “Mersedes 814 Yük” markalı, ** MF *** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşur. Həmin vaxt iddiaçıya məlum olmuşdur ki, bu prossesual məcburiyyət tədbirinin verilməsinə səbəb vergi orqanının ondan vergi borcunun alınması barədə qərarı olmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən ona əsassız olaraq vergi borcu hesablanmışdır və 13583.72 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar 21.11.2019-cu il tarixdə **********9 nömrəli bildiriş verilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində əlavə vergilərin hesablanması barədə 24.08.2016-cı il tarixli, **********125900 nömrəli, 15.08.2017-ci il tarixli, **********085000 nömrəli və 07.02.2017-ci il tarixli, **********83000 nömrəli Qərarlar qəbul edilmişdir. Halbuki iddiaçı vergi bəyannamələrinin vaxtında verilməsini və hesablanmış vergilərin ödənilməsini təmin etmişdir. İddiaçı göstərilənlərə əsasən tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən aparılmış araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən 01.012016-cı il tarixdən 30.06.2016-cı il tarixədək olan dövr ərzində 105334,56 manat dəyərində, 01.01.2017-ci il tarixdən 30.06.2017-ci il tarixədək olan dövr ərzində isə 32676,53 manat dəyərində malların idxal edildiyi müəyyən edilmişdir, lakin buna baxmayaraq 01.01.2016-cı il tarixdən 30.06.2017-ci il tarixədək olan dövr üzrə sadələşdirilmiş vergi bəyannamələrinin 804-cü sətrində iddiaçı tərəfindən cəmi 5550,0 manat hasilat məbləğinin əks edilməsi və mal qalığının göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Uçot-baza məlumatlarına əsasən idxal edilmiş malların saxlanılması üçün vergi ödəyicisinə məxsus, vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektin) olduğu müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 16.08.2016-cı il tarixli,**********075700 nömrəli, 25.01.2017-ci il tarixli **********084800 nömrəli, 08.08.2017-ci il tarixli, **********216800 nömrəli məktublar iddiaçıya göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2016-cı ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi üzrə 4946,06 manat, 2016-cı ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi üzrə 2420,47 manat, 2017-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi üzrə 4635,16 manat əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə 24.08.2016-cı il tarixli, **********125900 nömrəli, 07.02.2017-ci il tarixli, **********83000 nömrəli və 25.08.2017-ci il tarixli **********361500 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. Fərdi sahibkar İddiaçı şikayətlərində kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirərək, 25.11.2016-cı il tarixdə Azərbaycan Respublikasına mühərrik həcmi 2402 sm3 şassi nömrəsi WF0XXXTTFX7U84140 olan 1 ədəd “FORD TRANZİT” markalı yük avtomobilini, 06.04.2017-ci il tarixdə mühərrik həcmi 2143 sm3, şassi nömrəsi WDB9966371S838879 olan 1 ədəd “MERSEDES BENZ SPRİNTER316 CD” markalı yük avtomobilini sifariş əsasında 1000,00 manat xidmət haqqı müqabilində müştərilərinə gətirdiyini bildirərərək vergi orqanı tərəfindən idxal edilmiş həmin avtomobil nəqliyyat vasitələrinə görə 2016-cı ilin 4-cü və 2017-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi üzrə hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. İnzibati araşdırmanın nəticəsi olaraq vergi ödəyicisinə 2016-cı ilin 4-cü və 2017-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi üzrə hesablanmış vergi məbləğləri şikayətdə qeyd olunan avtomobil nəqliyyat vasitələrinə aid hissədə yuxarı vergi orqanı tərəfindən azaldılmış, digər hissədə isə inzibati şikayət əsassız olduğundan təmin edilməmişdir. Belə ki, uçot-məlumat bazasına əsasən fərdi sahibkar tərəfindən 25.11.2016-cı il tarixdə mühərrik həcmi 2402 sm3, şassi nömrəsi WF0XXXTTFX7U84140 olan 1 ədəd “FORD TRANZİT” markalı yük avtomobilinin, 06.04.2017-ci il tarixdə mühərrik həcmi 2143 sm3, şassi nömrəsi WDB9966371S838879 olan 1 ədəd “MERSEDES BENZ SPRİNTER316 CD” markalı yük avtomobilinin idxal edildiyi müəyyən edilmiş, həmin avtomobil nəqliyyatı vasitələrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsində fərdi sahibkarın adına qeydiyyata alınması ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Həmin qərar əsasında yoxlamanı aparmış vergi orqanı tərəfindən 2016-cı ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi üzrə hesablanmış 2420,47 manat kameral vergi məbləğinin 570,1 manat hissəsi, 2017-ci ilin 2ci rübü üçün sadələşdirilmiş vergi üzrə hesablanmış 4635,16 manat kameral vergi məbləğinin 1566,47 manat hissəsi azaldılmış, aparılmış azalmalarla bağlı vergi ödəyicisinə 29.05.2019-cu il tarixli **********072800 və **********032000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. O cümlədən mübahisələndirilən qərarlar idxal edilmiş digər mallara aid olan hissədə (digər 66199,17 manat miqdarında olan “HİSSENSE” nişanlı, model WFEA6010S, tutumu 6 kq quru paltardan çox, lakin 10 kq-dən çox olmayan məişətdə istifadə üçün paltaryuyan maşınlar, dəyəri 18433,02 manat miqdarında olan “ZANUSSİ” nişanlı, model: ZWSH 7100 VS, tutumu 6 kq quru paltardan çox, lakin 10 kq-dan çox olmayan məişətdə və ya çamaşırxanalarda istifadə üçün paltyaryuyan maşınlar, dəyəri 16107,51 manat miqdarında olan minik avtomobillər üçün hissə və ləvazimatlar, dəyəri 3336,30 manat miqdarında olan “WOHNWAGEN” markalı, şassi/ban WDT1RC1N4F0000315 nömrəli yaşayış üçün qoşqu, dəyəri 8534,06 manat miqdarında olan “SCHMİTZ S01” markalı, şassi/ban WSM**********0397 nömrəli yarımyedək, dəyəri 18814,29 manat miqdarında olan, tutumu 6 kq quru paltardan çox, lakin 10 kq-dən çox olmayan “ELEKTROLUX” nişanlı məişətdə istifadə üçün paltaryuyan maşınlar, dəyəri 6052,19 manat miqdarında olan havanın kondensiyalaşdırılması üçün qurğular üçün hissələr, dəyəri 370944 manat miqdarında olan “HOBBY” markalı, şassi/ban ********* nömrəli ev qoşqusu, dəyəri 5273,10 manat miqdarında olan “WOHNWAGEN” markalı, şassi/ban 43772T nömrəli yaşayış üçün “EV-AVTOQOŞQU” və dəyəri 18285,42 manat miqdarında olan “ELEKTROLUX” nişanlı, tutumu 6 kq quru paltardan çox, lakin 10 kq-dan çox olmayan məişətdə istifadə üçün paltaryuyan maşınlar) dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh iddiaçı tərəfindən iddia müddəti buraxılmasını göstərərək iddia müddətinin tətbiq edilməsini xahiş etsə də məhkəmə tərəfindən qəbul edilmiş qərardadla iddia müddətinin üzrlü səbəblərdən buraxılması hesab edilərək buraxılmış iddia müddətinin bərpa edilməsini qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı S.Səməd iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi J.Bağırova iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiаçının və cavabdehin nümayəndəsinin izаhаtlarını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: “Vergilərin hesablanması barədə” 24.08.2016-cı il tarixli, **********125900 nömrəli qərara əsasən 2016-cı iin 2-ci rübü üzrə iddiaçının hesabladığı sadələşdirilmiş vergi 80 manat olmuşdur, sadələşdirilmiş vergi üzrə kameral vergi yoxlaması nəticəsində cavabdeh iddiaçıya cəmi 5026,06 manat, əlavə olaraq 4946,06 manat sadələşdirilmiş vergi hesablanmışdır. “Vergilərin hesablanması barədə” 07.02.2017-cı il tarixli, **********833000 nömrəli qərara əsasən 2016-cı iin 4-cü rübü üzərə iddiaçının hesabladığı vergi 0,0 manat olmuşdur, sadələşdirilmiş vergi üzrə kameral vergi yoxlaması nəticəsində cavabdeh iddiaçıya cəmi 2420,47 manat sadələşdirilmiş vergi hesablamışdır. “Vergilərin hesablanması barədə” 15.08.2017-cı il tarixli, **********085000 nömrəli qərara əsasən 2017-cı ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi üzrə kameral vergi yoxlaması nəticəsində cavabdeh iddiaçıya cəmi 4655,16 manat sadələşdirilmiş vergi hesablamışdır. “İnzibati şikayətin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 24.05.2019-cu il tarixli qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azadılması barədə 25.02.2019-cu, 01.03.2019-cu, 10.05.2019-cu və 22.05.2019-cu il tarixli inzibati şikayətləri təmin edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı X2 Departamentinin “Vergilərin hesablanması barədə” 07.02.2017-ci il tarixli, **********83000 nömrəli və 25.08.2017-ci il tarixli,**********08500 nömrəli qərarları ilə 2016-cı ilin 4-cü və 2017-ci iln 2-ci rübləri üçün sadələşdirilmiş vergi üzrə hesablanmış vergi məbləğləri qərarda qeyd olunan nəqliyyat vasitələrinə (25.11.2016-cı il tarixdə idxal edilmiş mühərrik həcmi 2402 kub sm, şassi nömrəsi WF0XXXTTFX7U84140 olan bir ədəd “Ford Transit” markalı yük avtomobili, 06.04.2017-ci il tarixdə idxal edilmiş mühərrik həcmi 2143 sm3, şassi nömrəsi WDB9066371S838879 olan 1 ədəd “MERSEDES BENZ SPRİNTER 361 CD” markalı yük avtomobilinə) aid hissədə azaldılmışdır. Qərarda Bakı şəhəri X2 Departamentinə tapşırılmışdır ki, bu Qərarın 2-ci bəndinin icrası ilə bağlı fərdi sahibkar İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etsin. İddiaçının şəxsi hesab vərəqinə və cavabdehin etirazına əsasən 25.08.2017-ci ildə 2017-ci ilin 2-ci rübü üzrə kameral qaydada hesablanmış sadələşdirilmiş vergi üzrə 29.05.2019-cu ildə hesablanmış 4635,16 manat vergidən azalma (1568,47 manat), 2016cı ilin 4-cü rübü üzrə kameral qaydada hesablanmış sadələşdirilmiş vergi üzrə 2420,47 manat vergidən azalma (570,1 manat) aparılmışdır. Yük gömrük bəyannamələrinin siyahısında göstərilən məlumata əsasən iddiaçı tərəfindən 01.07.2016-cı ildə idxal rüsumu 9929,88 manat, ƏDV 13739,23 manat, faktura dəyəri 32315 manat, tam qiyməti 66199,17 manat olan, 06.04.2017-cı ildə idxal rüsumu 1836,55 manat, ƏDV 4979,98 manat, faktura dəyəri 8000 manat, tam qiyməti 25710 manat olan, 25.11.2016-cı ildə idxal rüsumu 9929,88 manat, ƏDV 13739,23 manat, faktura dəyəri 32315 manat, tam qiyməti 66199,17 manat olan, 06.04.2017-cı ildə idxal rüsumu 2065,24 manat, ƏDV 2560,04 manat, faktura dəyəri 2300 manat, tam qiyməti 12037,2 manat olan, 25.07.2016-cı ildə idxal rüsumu 2764,95 manat, ƏDV 3851,63 manat, faktura dəyəri 9150 manat, tam qiyməti 18433,02 manat olan, 14.01.2016-cı ildə idxal rüsumu 170,72 manat, ƏDV 645,32 manat, faktura dəyəri 2000 manat, tam qiyməti 3414,4 manat olan, 05.04.2016-cı ildə idxal rüsumu 500,44 manat, ƏDV 702,31 manat, faktura dəyəri 1750 manat, tam qiyməti 3336,3 manat olan, 15.08.2016-cı ildə idxal rüsumu 426,7 manat, ƏDV 1624,64 manat, faktura dəyəri 2850 manat, tam qiyməti 8534,06 manat olan, 20.04.2016-cı ildə idxal rüsumu 634,66 manat, ƏDV 2438,6 manat, faktura dəyəri 7000 manat, tam qiyməti 12693,11 manat olan, 05.04.2016-cı ildə idxal rüsumu 2822,14 manat, ƏDV 3930,56 manat, faktura dəyəri 10450 manat, tam qiyməti 18814,29 manat olan, 20.04.2016-cı ildə idxal rüsumu 907,83 manat, ƏDV 1252,8 manat, faktura dəyəri 3450 manat, tam qiyməti 6052,19 manat olan, 08.07.2016-cı ildə idxal rüsumu 556,42 manat, ƏDV 779,55 manat, faktura dəyəri 1200 manat, tam qiyməti 3709,44 manat olan, 03.05.2016-cı ildə idxal rüsumu 790,96 manat, ƏDV 1103,23 manat, faktura dəyəri 1050 manat, tam qiyməti 5273,1 manat olan,14.01.2016-cı ildə idxal rüsumu 1546,72 manat, ƏDV 2174,08 manat, faktura dəyəri 6040 manat, tam qiyməti 10311,49 manat olan, 02.05.2016-cı il tarixdə idxal rüsumu 2742,81 manat, ƏDV 3821,81 manat, faktura dəyəri 10080 manat, tam qiyməti 18285,42 manat olan mallar barədə gömrük bəyannamələri təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı dövlət qeydiyyatına alınmış vergi ödəyicisidir, cavabdeh tərəfindən iddiaçıya kameral vergi yoxlaması nəticəsində sadələşdirilmiş vergi üzrə “Vergilərin hesablanması barədə” 24.08.2016-cı il tarixli, **********125900 nömrəli qərara əsasən cəmi 5026,06 manat, əlavə olaraq 4946,06 manat, “Vergilərin hesablanması barədə” 07.02.2017-cı il tarixli, **********833000 nömrəli qərara əsasən 2016-cı ilin 4-cü rübü üzrə 2420,47 manat, “Vergilərin hesablanması barədə” 15.08.2017-cı il tarixli, **********085000 nömrəli qərara əsasən isə 2017-ci ilin 2-ci rübü üzrə 4655,16 manat vergi hesablamışdır. İddiaçı həmin qərarları əsassız hesab edərək inzibati qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə şikayət etmiş və iddiaçının şikayətləri qismən təmin edilərək 2016-cı ilin 4-cü və 2017-ci ilin 2-ci rübləri üçün sadələşdirilmiş vergi üzrə hesablanmış vergi məbləğləri mühərrik həcmi 2402 sm3, şassi nömrəsi WF0XXXTTFX7U84140 olan bir ədəd “Ford Transit” markalı yük avtomobilinə, mühərrik həcmi 2143 sm3, şassi nömrəsi WDB9066371S838879 olan 1 ədəd “MERSEDES BENZ SPRİNTER 361 CD” markalı yük avtomobilinə aid hissədə 2017-ci ilin 2-ci rübü üzrə kameral qaydada hesablanmış 4635,16 manat sadələşdirilmiş vergidən azalma (1568,47 manat), 2016-cı ilin 4-cü rübü üzrə kameral qaydada hesablanmış 2420,47 manat sadələşdirilmiş vergidən azalma (570,1 manat) aparılmışdır. İddiaçı hal-hazırda ona kameral qaydada vergi hesablanması barədə qərarları tam əsassız hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır:23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən 2016-cı ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində hesablanmış vergi 80 manat, 2016-cı ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində hesablanmış vergi 0,0 manat göstərilmiş, 2017-cı ilin 2-ci rübü üzrə ümumiyyətlə vergi bəyannaməsi təqdim edilməmişdir. Habuki iddiaçının təqdim etdiyi gömrük bəyannamələrinə əsasən onun tərəfindən 01.07.2016-cı ildə idxal rüsumu 9929,88 manat, tam qiyməti 66199,17 manat olan mal, 06.04.2017-ci ildə idxal rüsumu 1836,55 manat, tam qiyməti 25710 manat olan mal, 25.11.2016-cı ildə idxal rüsumu 9929,88 manat, tam qiyməti 66199,17 manat olan mal, 06.04.2017-ci ildə idxal rüsumu 2065,24 manat, tam qiyməti 12037,2 manat olan mal, 25.07.2016-cı ildə idxal rüsumu 2764,95 manat, tam qiyməti 18433,02 manat olan mal, 14.01.2016-cı ildə idxal rüsumu 170,72 manat, tam qiyməti 3414,4 manat olan mal, 05.04.2016-cı ildə idxal rüsumu 500,44 manat, tam qiyməti 3336,3 manat olan mal, 15.08.2016-cı ildə idxal rüsumu 426,7 manat, tam qiyməti 8534,06 manat olan mal, 20.04.2016-cı ildə idxal rüsumu 634,66 manat, tam qiyməti 12693,11 manat olan mal, 05.04.2016-cı ildə idxal rüsumu 2822,14 manat, tam qiyməti 18814,29 manat olan mal, 20.04.2016-cı ildə idxal rüsumu 907,83 manat, tam qiyməti 6052,19 manat olan mal, 08.07.2016-cı ildə idxal rüsumu 556,42 manat, tam qiyməti 3709,44 manat olan mal, 03.05.2016-cı ildə idxal rüsumu 790,96 manat, tam qiyməti 5273,1 manat olan mal, 14.01.2016-cı ildə idxal rüsumu 1546,72 manat, tam qiyməti 10311,49 manat olan mal, 02.05.2016-cı il tarixdə idxal rüsumu 2742,81 manat, tam qiyməti 18285,42 manat olan mal, beləliklə də 01.01.2016-cı ildən 30.06.2016-cı ilə qədər olan dövr ərzində 105334,56 manat, 01.07.2016-cı ildən 31.12.2016-cı ilə qədər olan dövr ərzində 148101,17 manat, 01.01.2017-ci ildən 30.06.2017-ci ilə qədər olan dövrdə isə 32676,53 manat dəyərində malın idxal edilməsi müəyyən edilmişdir, lakin 01.01.2016-cı ildən 30.06.2017-ci ilə qədər olan dövr ərzində sadələşdirilmiş vergi bəyannamələrində cəmi 5550,0 manat hasilat məbləği əks olunmuşdur. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya kameral qaydada sadələşdirilmiş verginin hesablanması hərəkətlərində məhkəmə Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulması hallarını aşkar etməmişdir. İddiaçının ümumi dəyəri 41190 manat qiymətləndirilmiş 47 ədəd əşyanın mülkiyyətçisinin başqa bir şəxs olması və gətirilməsini sifariş vermiş şəxsə təhvil verməsi barədə sərbəst formada tərtib edilmiş akt isə həmin aktda göstərilən əşyaların mülkiyyətçisinin digər şəxs olması və sifariş əsasında gətirilərək təhvil verilməsi hallarını təsdiq edən sübut deyildir, belə ki, belə olan halda gömrük bəyannaməsində mülkiyyətçi və sifarişçi kimi aktda göstərilən R.Kərimov göstərilməli idi ki, iddiaçı belə bir gömrük bəyannaməsi barədə məhkəməyə məlumat verməmiş və həmin gömrük bəyannaməsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Salman Səməd Müzəffər oğlunun cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” 24.08.2016-cı il tarixli, **********125900 nömrəli, 15.08.2017-ci il tarixli, **********085000 nömrəli və 07.02.2017-ci il tarixli, **********83000 nömrəli Qərarların ləğv edilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş 31.08.2021-ci il tarixli qərardadla “Vergilərin hesablanması barədə” 07.02.2017-ci il tarixli, **********83000 nömrəli və 25.08.2017-ci il tarixli,**********08500 nömrəli qərarlar ilə 25.11.2016-cı il tarixdə idxal edilmiş mühərrik həcmi 2402 kub sm, şassi nömrəsi WF0XXXTTFX7U84140 olan bir ədəd “Ford Transit” markalı yük avtomobilinə, 06.04.2017-ci il tarixdə idxal edilmiş mühərrik həcmi 2143 sm3, şassi nömrəsi WDB9066371S838879 olan 1 ədəd “MERSEDES BENZ SPRİNTER 361 CD” markalı yük avtomobili ilə bağlı 2017-ci ilin 2-ci rübü üzrə kameral qaydada hesablanmış 4635,16 manat sadələşdirilmiş vergidən azalma (1568,47 manat), 2016-cı ilin 4-cü rübü üzrə kameral qaydada hesablanmış 2420,47 manat sadələşdirilmiş vergidən azalma (570,1 manat) aparılmış hissədə “Vergilərin hesablanması barədə” 15.08.2017-ci il tarixli, **********085000 nömrəli və 07.02.2017-ci il tarixli, **********83000 nömrəli Qərarların ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,33, 68,69,85,110-cu maddələrini rəhbər tutaraq QƏRАRА АLDİ: İddiaçı Salman Səməd Müzəffər oğlunun cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” 24.08.2016-cı il tarixli, **********125900 nömrəli, 15.08.2017-ci il tarixli, **********085000 nömrəli və 07.02.2017-ci il tarixli, **********83000 nömrəli Qərarların ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеlyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1355/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1355/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver