Məhkəmə qərarları › İş №2-1(112)-13579/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13579/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13579/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Şkurina Yelana Viktorovnanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Şkurina Yelana Viktorovnanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Şkurina Yelana Viktorovna cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində (İsmayıl Talıblı küçəsi) yerləşən, 1 otaqlı, ümumi sahəsi 16.59 kv.m olan 3/8 saylı evin, 156 saylı mənzili üzərində mülkiyyət hüquqlarının X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə reyestrdən çıxarışın (xüsusi mülkiyyət kimi) və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində (İsmayıl Talıblı küçəsi) yerləşən, 1 otaqlı, ümumi sahəsi 16,59 kv.m olan, 3/8 saylı ev, 156 saylı mənzil, 05 may 1975-ci il tarixli, 117645 saylı order əsasında X8 məxsusdur. Lakin, X9 xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən sözügedən mənzil üzərində onun mülkiyyət hüquqlarının tanınması mümkün olmamışdır. Belə ki, tərəfindən mərhum X4 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ünvan 5isinə müraciət edilmişdir. Lakin, ünvan 5isinin 22 may 2023-cü il tarixli 297 №-li cavab məktubu ilə X4 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın təqdim edilməsi bildirilmişdir. Mənzil üzərində mülkiyyət hüquqlarının X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət çıxarışının (xüsusi mülkiyyət kimi) və texniki pasportun verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmlak Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdilmişdir. Lakin, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Ş-0160- 8/2023saylı cavab məktubu ilə müraciətinə imtina verilmişdir. Hal-hazırda sözügedən mənzilə o, sahibkarlıq edir və həmin mənzilə dair heç bir borcu yoxdur. Mənzil üzərində mülkiyyət hüquqlarının X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi və bu barədə dövlət çıxarışının (xüsusi mülkiyyət kimi) və texniki pasportun verilməsinə maneə yaradacaq heç bir əsas yoxdur. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-16-5-4/2-03/03-458/2023 saylı arayışdan da, görünür ki, xx.xx.1999-cu il tarixdə **********560 nömrəli abonent kodu açılaraq, mərhum həyat yoldaşı X5 adına qeydiyyata alınmış və onunla "xxxx" ASC arasında 10570072 nömrəli yeni müqavilə bağlanmışdır. Eyni zamanda “Azərqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-2/2Q-7xx-xx/2023-1809 saylı arayışdan da, görünür ki, “Azərqaz” İstehsalat Birliyi üzrə **********11560 nömrəli istehlakçı kodu xx.xx.2007-ci il tarixdən X5 adına qeydiyyata alınmışdır. Onu da, qeyd edir ki, hal-hazırda mənzil qeydiyyatında heç kim yoxdur. Sözügedən mənzili X9 ilə birlikdə birgə nikah dövründə öz şəxsi vəsaitləri hesabına əldə etmişlər həmçinin qanunvericiliyin norma və tələblərinə uyğun şəkildə sahib olmuşular. Hesab edir ki, qeyd olunanlara əsasən sözügedən mənzilin X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən həmin mənzilə dair çıxarış və texniki pasport verilməlidir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 16.59 kv.m olan 156 saylı mənzilə dair mülkiyyət hüquqlarının ölmüş şəxsə (X8) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********35 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********35 xaricolma nömrəli məktubda qeyd edilən sənədlərlə “ASAN Xidmət” Mərkəzlərinə müraciət ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Əlavə olaraq bildirilmişdir ki, iddia tələbində müvafiq mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi deyil, X5 adına çıxarışın verilməsi qeyd edilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ş-0160-8/2023 **********35 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi (İsmayıl Talıblı küçəsi), 3/8 saylı evin, 156 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə (vərəslik dairəsinin müəyyən olunması barədə müvafiq notariat ofisinin məktubu və arxiv arayışı əlavə olunmaqla) həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və məzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma) əlavə eolunmaqla “Asan xidmət” Mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizəsinə qanunamüvafiq qaydada baxılacaqdır.

9. Azərbaycan SSR Bakı şəhəri X2 İcraiyyə Komitəsi Yaşayış sahəsinin uçotu və bölgüsü idarəsi tərəfindən verilmiş 117645 nömrəli 05 may 1975-ci il tarilxi orderə əsasən Oktyabr rayonu İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 46 saylı qərarına əsasən X5 ünvan 3 ünvanında otaq sayı 1, sahəsi 16,59 kv.m olan yaşayış sahəsi almaq hüququ vardır.

10. “Elektron notariat” X1 əldə edilmiş “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatlardan” çıxarışa əsasən Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.

11. ünvan 5isi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə ünvanlanmış 296 nömrəli 22 may 2023-cü il tarixli məktuba əsasən xx.xx.2022ci ildə ölmüş X5 adına vərəsəlik işinin açılması ilə bağlı arvadı – Şkurina Elena (Yelana) Viktorovna ünvan 5isinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum – X8 məxsus olan daşınmaz əmlaklar barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə ünvan 5isinə göndərməsi xahiş olunmuşdur.

12. 7 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 16 may 2023cü il tarixdə verilmiş AZ-İİ seriyalı 343957 nömrəli “Ölüm haqında şəhadətnaməyə əsasən X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 05 ayının 16-sı günündə 169 nömrə ilə qeyd edilmişdir.

13. 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 211 nömrəli xx.xx.2023-cü il tarixli forma 2 arayışına əsasən mərhum X9 xx.xx.2022-ci ildə ölmüşdür. xx.xx.1975-ci ildən yuxarıda adı çəkilən ünvanda qeydiyyatda olmuş və ölən günə qədər yaşamışdır.

14. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/Q-733/69 nömrəli arayışa əsasən X9 və X6 nikahı haqqında 08 may 1979-cu il tarixdə 261 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer – Nəsimi rayon qeydiyyat şöbəsi qeyd edilmişdir.

15. “Azəriqaz” İB tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 19 iyun 2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, ünvan 7 ünvanına uyğun “Azəriqaz” İstehsalat Birliyi üzrə **********11560 nömrəli istehlakçı kodu xx.xx.2007-ci il tarixdən Əliyev Eldarın adına qeydiyyatdadır və qazdan istifadə etmədiyinə görə borcu yoxdur. Abonentlərin uçotu sistemində **********11560 saylı hesab kodu üzrə ünvan məlumatlarına düzəliş olunmuşdur.

16. "xxxx" Yasamal rayon Sukanal İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 25 iyun 2023-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, xx.xx.1999-cu il tarixində ərizəsinə əlavə etdiyi orderdəki ünvanda (Talıblı küçəsi, ev 3/8, mənzil 156) **********560 nömrəli abonent kodu açılaraq, X9 və "xxxx" ASC arasında 10570072 nömrəli yeni müqavilə bağlanmışdır.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-36892/2023 **********92 nömrəli məktubla bildiirlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi (İsmayıl Talıblı küçəsi) ev 3/8, 156 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

18. Məhkəmənin sorğusuna əsasən 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş məlumata əsasən 56 saylı Mənzil Təsərrüfatı Sahəsinin daxili kitabına əsasən X9 1975-ci ildən etibarən Bakı şəhəri, Yasmal rayonu, Əsəd Əhmədov (İsmayıl Talıblı) küçəsi, ev 3/8 mənzildə ölən günə qədər qeydiyyatda olub və yaşamışdır. Qeydiyyatda ondan başqa heçkim olmamışdır. Heç bir icarə və ya kirayə müqaviləsi bağlanmamışdır. Onlarda olan məlumata əsasən arvadı Yelena Viktorovna mənzildə qeydiyyatsız yaşayır və kommunal borcları vaxtında ödəyir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 05 may 1975-ci ildə verilmiş orderinin təsdiq edilmiş nüsxəsi və mənzilə dair X5 adına açılmış 2443 nömrəli şəxsi hesab vərəqəsi məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

20. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

23. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının mərhum əri X8 Oktyabr rayonu İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 46 saylı qərarı əsasında verilmiş Azərbaycan SSR Bakı şəhəri X2 İcraiyyə Komitəsinin 117645 nömrəli 05 may 1975-ci il tarixli orderi əsasında ayrılmışdır. Sözügedən qərar və orderin geri çağırılmasına, ləğv edilməsinə, etibarsız sayılmasına və ya qüvvədən düşmüş hesab olunmasına dair hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmənin sorğusuna əsasən 56 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən orderin təsdiq edilmiş surəti təqdim edilərək sözügedən mənzilin həqiqətən qeyd edilən orderə əsasən X5 istifadəsində olması, həmin mənzilə dair onun adına şəxsi hesab vərəqəsinin olması bildirilmişdir. Bundan əlavə işdə olan digər sübutlara əsasən həmin mənzilə dair kommunal xidmətlərə dair də, abonent kodlarının X5 adına olması müəyyən edilmişdir. İddiaçı hazırda mərhum ərinə məxsus həmin mənzildə qeydiyyatsız yaşamaqla mərhum ərinin vərəsəsidir. Sözügedən mənzildə hər hansı bir şəxsin qeydiyyatı yoxdur.

26. Beləliklə göründüyü kimi, iddiaçının mərhum əri X9 qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisi olmuş, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcud olmuşdur.

27. Məhkəmə hesab edir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzil Azərbaycan SSR Bakı şəhəri X2 İcraiyyə Komitəsinin 117645 nömrəli 05 may 1975-ci il tarixli orderi əsasında əsasında iddiaçının mərhum əri X8 verildiyindən sonuncunun mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ olmuşdur.

28. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

31. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir.

32. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.

33. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

34. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

38. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X5 vərəsəsi İddiaçı mənzilə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (çıxarış) verilməlidir.

39. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

40. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

41. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

42. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

44. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

45. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

46. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 9 ünvanında yerləşən 156 saylı mənzilə dair hüququn ölmüş şəxsə (X10) məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar