Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1358/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə X3rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X8 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün 60 yaşının tamam olduğu 01.07.2018-ci il tarixdən alınmamış əmək pensiyasının məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. 25.10.1978-27.12.1980-cı il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. 30.01.1984-cü il tarixdən 01.01.1999-cü il tarixədək “xxxx” ASC-də (Keçmiş X5 Kombinatı) ümumi stajı 14 il 11 ay 2 gün olmaqla, bu müddətin 10 il 7 ay 2 gününü əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə güzəştli şərtlərlə fəhlə işləmişdir. 19.02.2007- 02.11.2009-cu il tarixlərdə “xxxx" ASC-də təmirçi-çilingər (2 il 8 ay 14 gün) işləmişdir. 12.06.2010-cu il tarixdən hal-hazıradək “X11” MMC-də isti və zərərli iş şəraitində Mexaniklər sahəsində hidravlik-çilingər vəzifəsində çalışmışdır. Güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 60 yaşı tamam olduğu 01.07.2018-ci ilədək hesablandıqda 8 il 0 ay 19 gün təşkil edir. Ona məxsus 30.08.1984-cü il tarixli, HT-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunmuş əmək stajına və qoşmaya əlavə etdiyi müvafiq arayışlara əsasən 01.07.2018-ci il tarixədək (güzəştli şərtlərlə əmək pensiyasının yarandığı 60 yaşınadək) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sığorta stajı 27 il 10 ay 7 gün təşkil edir. 30.01.1984-cu il tarixdən 01.09.1994-cü il tarixədək “xxxx" ASC-də (Keçmiş X5 Kombinatı) 10 il 7 ay 2 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə güzəştli şərtlərlə fəhlə işlədiyi dövr və 12.06.2010-ci il tarixdən 01.07.2018-ci il tarixədək “X11” MMC-də isti və zərərli iş şəraitində mexaniklər sahəsində 8 il 0 ay 19 gün qidravlik-çilingər vəzifəsində çalışdığı dövr (18 il 7 ay 21 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş vəzifələrə uyğundur. Qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Filiala 23.01.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Filialdan göndərilmiş 03.02.2020-ci il tarixli, **********4 saylı cavab məktubunda əmək kitabçasında “X11” MMC-nin Mexaniklər xidmətində hidravlik-çilingər vəzifəsində işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı'”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalatı bəndində (3.2) təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələrinə uyğun gəlmədiyini əsas götürərək güzəştli iş stajının 12 il 6 aydan az hesablayaraq əsassız olaraq ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. Filial tərəfindən göndərilən məktubdan da aydın görünür ki, burada vəzifələrə hərfi mənada yanaşılmışdır. "Hidravlik-çilingər” vəzifəsinin “təmirçi-çilingər” vəzifəsindən fərqli olduğunu qeyd edərkən, bu vəzifələrin əmək funksiyalarının eyni olduğu nəzərə alınmamışdır. “X11" MMC tərəfindən təqdim olunmuş 31.10.2019-ci il tarixli, №148/L saylı arayışda da isti və zərərli iş şəraitində Mexaniklər xidmətində hidravlikçilingər peşəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində təmirçi-çilingərlər kimi öz əksini tapdığı qeyd olunur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalatı bəndində (3.2) təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi 05.02.1981-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında 12.06.2010-cu il tarixindən bugünədək olan dövr ərzində “X11” MMC-nin Mexaniklər xidmətində hidravlik-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Daşkəsən rayonu, Təzəkənd kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 26.10.1978-ci ildən 15.12.1980-cı ilə qədər (2 il 1 ay 20 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 05.02.1981-ci ildən 30.01.1984-cu ilə qədər Keçmiş X1maçı köməkçisi (2 il 11 ay 26 gün), 30.01.1984-cü ildən 20.01.1990-cı ilə qədər 6-cı dərəcəli quyu qazmaçısı (5 il 11 ay 21 gün), 20.01.1990-cı ildən 05.08.1992-ci ilə qədər çilingər (2 il 6 ay 16 gün), 05.08.1992-ci ildən 01.01.1999-cu ilə qədər mexanik (6 il 4 ay 27 gün), 19.02.2007-ci ildən 01.09.2007-ci ilə qədər “xxxx” ASC-də 6-cı dərəcəli təmirçi-çilingər (6 ay 13 gün), 01.09.2007-ci ildən 02.11.2009-cu ilə qədər 6-cı dərəcəli mexanik (2 il 2 ay 2 gün) vəzifələrində işləmiş, 12.06.2010-ci ildən hal-hazıra qədər “X11” MMC-də hidrovlikçilingər vəzifəsində işləyir. - “xxxx” ASC tərəfindən verilmiş 11.12.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı “xxxx” ASC-də (keçmiş X5 Kombinatı) aşağıdakı peşələrdə (vəzifə) güzəştli şərtlərlə işləmişdir: 30.01.1984-cü ildən 20.01.1990-cı ilədək -2 №-li Siyahı, İ. Dağ-mədən işləri 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr qazma qurğularının maşinistləri (2010100a-13590), 20.01.1990-cı ildən-01.01.1997-ci ilədək 2 №-li Siyahı, İ. Dağ-mədən işləri 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərlər 2010100a-19931. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cii il tarixli, 320 nömrəli qərarına əsasən İddiaçı pensiya Siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. 01.09.1994-cü ildən – 01.01.1997-ci il tarixlər güzəştli staj kimi hesab edilməmişdir. - “xxxx” ASC tərəfindən verilmiş 109 №-li, 05.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Nurəddin oğlu həqiqətən “xxxx zavodu”-nda 19.02.2007-ci ildən 02.11.2009-cu il tarixinədək işləmişdir. Qeyd: “xxxx” ASC Nazirlər Kabinetinin 283 saylı 20.11.2001-ci il tarixli qərarına əsasən “xxxx zavodu”-nun hüquqi varisidir. - “X11” MMC tərəfindən verilmiş 148/L №-li, 31.10.2019-cu il tarixli araşdırıcı arayışdan görünür ki, İddiaçı Nurəddin oğlu həqiqətən 12 iyun 2010-cu il tarixdən halhazıradək isti və zərərli iş şəraitində Mexaniklər xidmətində hidravlik-çilingər vəzifəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.2 (a) yarımbəndində təmirçi çilingərlər kimi öz əksini tapmışdır. - “X11” MMC tərəfindən məhkəməyə ünvanlanmış 201/L №-li, 29.12.2020-ci il tarixli məktubdan görünür ki, təmirçi-çilingər və hidravlik-çilingər peşələrin əmək funksiyaları faktiki olaraq eynidir. Hər iki peşənin əmək funksiyalarında istehsal sahəsində olan avadanlıqların, qurğuların və digər mexaniki alət və tərtibatların təmiri və texniki xidmətinin yerinə yetirilməsi nəzərdə tutulub. Təmirçi-çilingər peşəsinin əmək funksiyalarında istehsal sahəsində olan, mexaniki, hidravlik, pnevmatik, yayma və kran avadanlıqlarının, alətlərin, tərtibatların təmiri və sınaqdan keçirilməsi və digər işlərin görülməsi nəzərdə tutulub. Hidravlik-çilingərin əmək funksiyalarında istehsal sahəsində olan hidravlik və pnevmatik avadanlıqlarının və qurğuların, Hidro-və pnevmosistemlərinin avadanlığın təmiri, sınaqdan keçirilməsi, qrafik üzrə avadanlıqların və mexanizmlərinin carı təmiri, və digər işlərin görülməsi nəzərdə tutulub. Hər iki peşənin əmək funksiyaları isti və zərərli iş şəraitində yerinə yetirilir. - Filial tərəfində məhkəməyə ünvanlanmış **********3 №-li, 17.12.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 11016,57 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 5897,22 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 25727,64 manat olmaqla cəmi pensiya kapitalı 42641,43 manat təşkil edir. - Filialın iddiaçının 23.01.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 03.02.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, idarəyə təqdim etdiyi 05.02.1981-ci il tarixli İ/İT-İ ******* nömrəli əmək kitabçasında 12.06.2010-cu il tarixindən bugünədək olan dövr ərzində “X11” MMC-nin Mexaniklər xidmətində hidravlik-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarıın dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:
1. İddiaçının 60 yaşının tamam olması;
2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Cavabdeh iddiaçının müraciətindən imtinasını 05.02.1981-ci il tarixli, İ/İT-İ ******* nömrəli əmək kitabçasında 12.06.2010-cu il tarixindən bugünədək olan dövr ərzində "X11" MMC-də işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda qeyd olunan vəzifələrə uyğun gəlmədiyini və bu səbəbdən də onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəməyə işəgötürən tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi təmirçiçilingər və hidravlik-çilingər peşələrin əmək funksiyaları faktiki olaraq eynidir. Hər iki peşənin əmək funksiyalarında istehsal sahəsində olan avadanlıqların, qurğuların və digər mexaniki alət və tərtibatların təmiri və texniki xidmətinin yerinə yetirilməsi nəzərdə tutulub. Hər iki peşənin əmək funksiyaları isti və zərərli iş şəraitində yerinə yetirilir. Məhkəmə araşdırılması zamanı İddiaçı 30.01.1984-cü ildən – 01.09.1994-cü ilə kimi (10 il 7 ay 2 gün) “xxxx” ASC-də (keçmiş X5 Kombinatında) işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının 1-ci Bölməsinin 2010100a-13590, 2010100a- 19931 şifrinə, 12.06.2010-cu ildən 01.07.2018-ci ilə kimi (8 il 20 gün) “X11” MMC-də işlədiyi “hidravlik-çilingər” vəzifəsinin funksional vəzifə (iş) olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 3-cü Bölməsinin 3.2 (a) yarımbəndində nəzərdə tutulan “təmirçi çilingər” vəzifəsinə uyğun olması müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı 60 yaşının tamam olduğu günə ümumi iş stajı hərbi xidmət və əmək fəaliyyəti nəzərə alınmaqla 30 il 09 ay 22 gün, güzəştli iş stajı 18 il 7 ay 22 gün, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41641,43 manat (tələb olunan 36.000 manat) təşkil etdiyindən, yəni tələb olunan hər dörd hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 01.07.2018-ci ildən cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “01.07.2018-ci il tarixdən ödənilməli pensiyanın birdəfəlik ödənilməsi hissəsində rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 01.07.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 01.07.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X8 həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova