Məhkəmə qərarları › İş №2-1(112)-13581/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13581/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13581/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 26 dekabr 2021-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasına və SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli arayışına görə ümumi iş stajı 43 ildən və güzəştli iş stajı isə pensiya yaşına çatdığı ilə qədər 20 ildən artıqdır. Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunda xx.xx.2001ci ildən xx.xx.2009-cu ilə kimi akkumlyatorçu peşəsində və xx.xx.2009-cu ildən hazırki vaxtadək isə misgər peşəsində işləyir. SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli SQ-12/56 nömrəli arayışında göstərilir ki, 2014-cü ilin sentyabr ayında 2 saylı Texnoloji Nəqliyyat Departamentində X10 Normalarının İşlənməsi idarəsi tərəfindən iş yerlərinin attestasiyası aparılmış və onun iş yerində əmək prosesinin ağırlığını-qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, misgər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir. Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs\sm2)-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir. Onun misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 13 dekabr tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrdən keçirilməsini tələb edən zərərli və təhlükəli istehsalat amillərinin” Siyahısının 1.2.29.1 -ci bəndinə əsasən qurğuşun və onun qeyri üzvü birləşmələri ilə işləyən işçilərin əmək şəraiti zərərli iş kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən o, cavabdehə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etsə də, müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024cü il tarixli, № 3-17-1/2-270375/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdehin yazılı etirazı onunla əsaslandırılmışdır ki, imtina qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 20 mart 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”ın Nəqiyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin iddiaçıya dair 25 noyabr 2022-ci ii tarixli ŞQ-12/56 nömrəli arayışında xx.xx.2009-cu il tarixdən bugünədək misgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan qurğuşun üzrə lehimləyicilər vəzifəsinə aid deyil. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə,.əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 06 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmıək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya həmin tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərt ödənilməlidir: ümumi iş stajının 25 il olması; güzəştli iş stajının 12 il 06 ay olması. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə göndərilən icmal məktuba əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir (AR Ali Məhkəməsinin xx.xx.2024-cü ii tarixli 42-1(102)-668/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı və nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X13 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1961-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 290 saylı arayışdan müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında pasport qeydiyyatında olmaqla yanaşı, ünvan 2 ünvanında Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. НЗ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; “Azkəndtikinti” trestinin 2 saylı TTİ-də (iş stajı: 09 ay, 24 gün) xx.xx.1983-cü il tarixdə üçüncü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir; xx.xx.1984-cü il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. “Azkəndtikinti” trestinin 48 saylı STQ-də – (iş stajı: 06 ay, 17 gün) xx.xx.1984-cü il tarixdə 4-cü dərəcəli betonçu kimi işə qəbul edilmişdir; xx.xx.1985-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. “Ərazitəchizatelektriksantexquraşdırma” Tİ-də (iş stajı: 04 ay, 08 gün) xx.xx.1985-ci il tarixdə tobol sahəsinə 3-cü dərəcəli çilingər-santexnik kimi işə qəbul edilmişdir; xx.xx.1985-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. “Surqutenerjiquraşdırmajizolyasiya” Tİ-də (iş stajı: 07 ay, 28 gün) xx.xx.1985-ci il tarixdə tobol sahəsinə 3-cü dərəcəli izolyasiyaçı işinə qəbul edilmişdir; xx.xx.1986-cı il tarixdə dördüncü dərəcəli izolyaçiyaçı adına layiq görülmüşdür; xx.xx.1986-cı il tarixdə işdən azad edilmişdir. 4 saylı “Aqrarsənayetikini” trestinin 48 saylı SMD-də (iş stajı: 02 il, 04 ay, 01 gün) xx.xx.1987-ci il tarixdə 4-cü dərəcəli montajçı işinə qəbul edilmişdir; xx.xx.1988-ci il tarixdə şdən azad edilmişdir; xx.xx.1988-ci il tarixdə yığma sexinə 2-ci dərəcəli mexnaiki-yığma işlər üzrə çilingər işinə qəbul edilmişdir; xx.xx.1989-cu il tarixdə termo-sink sahəsinə sinkləndirici şagirdi keçirilmişdir; xx.xx.1989-cu il tarixdə işdən azad edilmişdir. Ağdam rayonu “K.Marks adına kolxoz”da (iş stajı: 02 il, 01 ay, 04 gün) xx.xx.1990-cı il Ağdam rayonu, “K.Marks adına kolxoz”a sıravi kolxozçu təyin olunub. xx.xx.1991-ci il Ağdam rayonu, “K.Marks adına kolxoz”dan başqa yerə işə girdiyi üçün öz ərizəsinə əsasən kolxozdan azad edlmişdir. xx.xx.1991-ci il Ağdam rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsində bərbər sexinə bərbər şagirdi qəbul edilmişdir. xx.xx.1991-ci ildə sənəti tam mənimsəyə bildiyi üçün ustalığa keçirilmişdir. xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Elmi – Tədqiqat və Layihə Qaz İnstitutunda (iş stajı: 11 il, 08 ay, 29 gün) xx.xx.1998-ci il tarixdə Nəqliyyat Xidmət sahəsinə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir; xx.xx.1998-ci il tarixdə 4-cü dərəcəli radiator təmizləyicisi keçirilmişdir; xx.xx.2000-ci il tarixdə 7-ci dərəcəli radiator təmizləyicisi müəyyən edilmişdir; xx.xx.2001-ci il tarixdə 5-ci dərəcəli akkumlyatorçu müəyyən edilmişdir; xx.xx.2006-cı il tarixdə 7-ci dərəcəli akkumlyatorçu müəyyən edilmişdir; xx.xx.2009-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. “"xxxx" X7 və xüsusi texnika İdarəsi”ndə (iş stajı: 04 il, 09 ay) xx.xx.2009-cu il tarixdə 2 saylı Nəqliyyat və xüsusi texnika sexinə 5-ci dərəcəli misgər peşəsinə təyin edilmişdir. "xxxx" İB-nin ƏH-xx/xx-1464/4 saylı xx.xx.2014-cü il tarixli struktur dəyişikliyi haqqında məktubuna əsasən 2 saylı Nəqliyyat və xüsusi texnika sexi sahə adlandırılıb. xx.xx.2014-cü il tarixdə başqa işə götürünlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində (pensiya hüququ yaranan tarixdək iş stajı: 07 il, 04 ay, 26 gün) xx.xx.2014-cü il tarixdə 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinə 5-ci dərəcli misgər peşəsinə qəbul edilmişdir. "xxxx"ın xx.xx.2020-ci il tarixli, № SOCAR**********30560046X06126 saylı arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixli 08-kş saylı əmrlə "xxxx" SC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun Nəqliyyat xidməti sahəsinə 2-ci dərəcəli fəhlə peşəsinə işə qəbul olunmuşdur. Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun xx.xx.1998-ci il tarixli,16-kş saylı əmrilə 4-cü dərəcəli radiator təmizləyicisi peşəsinə, xx.xx.2000-ci il tarixli, 01-kş saylı əmrilə 7-ci dərəcəli radiator təmizləyicisi peşəsinə, xx.xx.2001-ci il tarixli,12-kş saylı əmrilə 5-ci dərəcəli akkumlyatorçu peşəsinə, xx.xx.2006-cı il tarixli, 02a-k saylı əmrilə 7-ci dərəcəli akkumlyatorçu peşəsinə keçirilmişdir. "xxxx" İstehsalat Birliyinin Layihə Konstruktor Bürosunun xx.xx.2009-cu il tarixli, 299-k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən, (başqa işə götürən ilə əmək müqaviləsi bağlandığı üçün) işdən azad edilmişdir. "xxxx" X2 və Xüsusi Texnika İdarəsinin xx.xx.2009-cu il tarixli,110-k saylı əmri ilə bağlanmış əmək müqaviləsi əsasında xx.xx.2009 -cu il tarixdən bir il müddətinə 1 ay sınaq müddəti ilə Birliyin 2 saylı Nəqliyyat və xüsusi texnika sexinə 5-ci dərəcəli misgər peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixli, 846-k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən (başqa işə götürən ilə əmək müqaviləsi bağlandığı üçün) işdən azad edilmişdir. "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidentinin 31 may 1996-cı il tarixli Sərəncamına əsasən qapalı tipli "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli 100 saylı əmrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq ARDNŞ-nin tabeliyinə verilmiş və "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. "xxxx" QSC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz institutu ARDNŞ-in xx.xx.2009-cu il tarixli, -100 №-li əmrinə əsasən ARDNŞ "xxxx" İstehsalat Birliyi Layihə- Konstruktor Bürosu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1000/01/SM-04-000066 saylı əmrinin icrası olaraq "xxxx" İB-nin 474-ü saylı 20.06. 2014cü il tarixli əmri ilə xx.xx.2014-cü il tarixdən Nəqliyyat və Xüsusi Texnika İdarəsi ləğv edilmiş və arxiv sənədləri Birliyə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli, № ŞQ-12/56 saylı araryışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək ARDNŞ "xxxx" X2 və xüsusi texnika İdarəsində misgər peşəsində işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ /14 1000/01/SM04- 000066 saylı əmrinə əsasən xx.xx.2014-ci il tarxində ARDNŞ Azəriqaz X2 və xüsusi texnika İdarəsinin hüquqi bazasında yaradılmış 2 saylı Texnoloji Nəqliyyat Departamentində 135-k nömrəli, xx.xx.2014-cü il tarixli əmriylə 5-ci dərəcəli misgər peşəsinə işə qəbul olunmuşdur. Hal hazırda M.Bəhramov həmin peşə üzrə çalışır. 2014cü ilin sentyabr ayında 2 saylı Texnoloji Nəqliyyat Departamentində X10 Normalarının İşlənməsi İdarəsi tərəfindən iş yerlərinin attestasiyası aparılmış və M.Bəhramovun iş yerində əmək prosesinin ağırlığını- qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, miskər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir. Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs/sm2)-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir. M.Bəhramovun misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 tarixli 12 nömrəli qərarının 35ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli, № 14-2-18-2/2-301/2024 saylı araryışında qeyd olunmuşdur ki, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən (Əmr-135-k,xx.xx.2014) hal hazıradək 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində 5-ci dərəcəli misgər peşəsində işləyir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********3 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X14 qərarlarını, X14 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın Ümumi peşələr bölməsində (35) qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 20 mart 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda və “SOCAR”-ın Nəqliyyat idarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin sizə dair 25 noyabr 2022- ci il tarixli ŞQ-12/56 nömrəli arayışında xx.xx.2009-cu il tarixindən bugünədək misgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə nəzərdə tutulan qurğuşun üzrə lehimləyicilər vəzifəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli, № 14-2-18-2/2-325/2024 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində 135-k nömrəli əmrlə xx.xx.2014-cü il tarixdən 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində 5-ci dərəcəli misgər peşəsində işləyir. 2014-cü ilin sentyabr ayında departamentdə X10 Normaların işlənməsi İdarəsi tərəfindən iş yerlərinin attestasiyası aparılmış və İddiaçı iş yerinin əmək prosesinin ağırlığı-qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, misgər peşəsi, SN Kollegiyasının 46 saylı qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8 % əlavə ödəniş verilmişdir. Bununla yanaşı peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi 2,5 Mpa (25 kqs/sm2)-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində misgər peşəsi təsbit olunmamışdır. "xxxx"ın xx.xx.2024-cü il tarixli, № 14-2-2/2-5957/2024 saylı cavab məktubunda göstərilmişdir ki, X5 xx.xx.1998-ci il tarixli 08-kş saylı əmrlə "xxxx" SC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun Nəqliyyat xidməti sahəsinə 2-ci dərəcəli fəhlə peşəsinə işə qəbul olunmuşdur. Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun xx.xx.1998-ci il tarixli, 16-kş saylı əmrilə 4-cü dərəcəli radiator təmizləyicisi peşəsinə, xx.xx.2000-ci il tarixli, 01-kş saylı əmrilə 7- ci dərəcəli radiator təmizləyicisi peşəsinə, xx.xx.2001-ci il tarixli,12-kş saylı əmrilə 5-ci dərəcəli akkumlyatorçu peşəsinə, xx.xx.2006cı il tarixli, 02a-k saylı əmrilə 7-ci dərəcəli akkumlyatorçu peşəsinə keçirilmişdir. “Azəriqaz" İstehsalat Birliyinin Layihə Konstruktor Bürosunun xx.xx.2009-cu il tarixli, 299- k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən, (başqa işə götürən ilə əmək müqaviləsi bağlandığı üçün) işdən azad edilmişdir. "xxxx" X2 və Xüsusi Texnika İdarəsinin 02.11,2009-cu il tarixli,110-k saylı əmri ilə bağlanmış əmək müqaviləsi əsasında xx.xx.2009 -cu il tarixdən bir il müddətinə 1 ay sınaq müddəti ilə Birliyin 2 saylı Nəqliyyat və xüsusi texnika sexinə 5-ci dərəcəli misgər peşəsinə işə qəbul edilmiş, 21,07.2014-cü il tarixli, 846-k saylı əmrilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən (başqa işə götürən ilə əmək müqaviləsi bağlandığı üçün) işdən azad edilmişdir. X1 akkumulyatorçu peşəsində işlədiyi illər üzrə iş stajı 8 il 6 ay 28 gün təşkil edir. Həmin peşə iş xarakterinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 № li Qərarı ilə təsdiq edilmiş Siyahının 35- ci bəndində Ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. "xxxx" Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidentinin 31 may 1996-cı il tarixli Sərəncamına əsasən qapalı tipli "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli 100 saylı əmrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq ARDNŞ-nin tabeliyinə verilmiş və "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. "xxxx" QSC-nin Azərbaycan Elmi- Tədqiqat və Layihə Qaz institutu ARDNŞ-in xx.xx.2009-cu il tarixli, 100 №-li əmrinə əsasən ARDNŞ "xxxx" İstehsalat Birliyi Layihə- Konstruktor Bürosu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1000/01/SM-04-000066 saylı əmrinin icrası olaraq "xxxx" İB-nin 474-ü saylı xx.xx.2014-cü il tarixli əmri ilə xx.xx.2014-cü il tarixdən Nəqliyyat və Xüsusi Texnika İdarəsi ləğv edilmiş və arxiv sənədləri Birliyə təhvil verilmişdir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD №li Qanunu: Maddə 2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: .... Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. ... Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

35. Ümumi peşələr Qurğuşun üzrə lehimləyicilər (qurğuşun lehimləyiciləri)

... Akkkumulyatorçular

Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qanunvericiliyin (“Əmək Pensiyaları haqqında” Qanun) yuxarıda qeyd olunan tələblərinə görə (13 may 2022-ci il tarixdən qüvvədə olan redaksiyada) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-cü il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı) İddiaçının ümumi iş stajına nisbətdə qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının hərbi xidmət müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin hərbi xidmət müddətinin icrası zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti hərbi xidmət müddəti pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hərbi müddəti xx.xx.1981xx.xx.1983-cü il tarixləri arasındakı dövr olmaqla ümumilikdə 02 il, 05 gün təşkil edir ki, həmin müddət onun ümumi sosial sığorta stajına əlavə edilməlidir. Məhkəmə işin mübahisəli bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı münasibətdə qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X15) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxarıq məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla onun ümumi iş stajı (pensiya hüququ yaranan – xx.xx.2021-ci il tarixədək) 30 il 08 ay 17 gün təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının ümumi iş stajı 25 ildən çox (30 il 08 ay 17 gün + 2 il 05 gün hərbi xidmət dövrü = 32 il, 08 ay, 22 gün) təşkil edir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki; “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir. Belə ki, iş materillarından müəyyən olunur ki, iddiaçı misgər və Akkkumulyatorçu vəzifəsində işlədiyinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması iddiasındadır. Məhkəmə ilk öncə iddiaçının “"xxxx" X7 və xüsusi texnika İdarəsi”ndə xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən bu günədək əmək fəaliyyətində olduğu “misgər peşə”sinin güzəştli əmək hüququ yaradan sahə olub-olmaması münasibətində onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli, № ŞQ-12/56 saylı araryışında istinadən nəzərə alınmalıdır ki, misgər peşəsi qurğuşun buxarı, karbon oksidi, xlorid turşusunun normadan artıq olduğu müəyyən edilərək, miskər peşəsi, SN Kollegiyasının 46 saylı Qərarının müvafiq bəndi üzrə zərərli iş kimi qiymətləndirilmiş, onun əmək haqqına 1,8% əlavə ödəniş verilmişdir. Bununla yanaşı misgərin peşə təlimatının 2.4 bəndində qeyd edildiyi kimi, 2,5 Mpa (25 kqs/sm2)-dən yuxarı təzyiq və vakuum altında işləyən tikişlərin çətin əriyən lehimlərlə lehimlənməsi işi də misgərin gündəlik gördüyü işlər sırasına aiddir. Eyni zamanda həmin arayışda qeyd olunmuşdur ki, misgər peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 tarixli 12 nömrəli qərarının 35-ci əlavəsində göstərilən qurğuşun üzrə lehimləyicilər peşəsi ilə eynilik təşkil edir. Burdan da müəyyən etmək mümkündür ki, iddiaçının “"xxxx" X7 və xüsusi texnika İdarəsi”ndə xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində xx.xx.2014-cü il tarixdən bu günədək əmək fəaliyyətində olduğu “misgər peşə”si iddiaçının güzəştli iş stajı kimi qiymətləndirilməlidir. Eyni zamanda iddiaçının Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Elmi –Tədqiqat və Layihə Qaz İnstitutunda xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək akkumlyatorçu peşəsində işlədiyi müddət də sonuncunun güzəştli iş stajı kimi daxil edilməlidir. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən müəyyən edilmişdir ki, akkumulyatorçu peşəsi iş xarakterinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 № li Qərarı ilə təsdiq edilmiş Siyahının 35- ci bəndində Ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti və "xxxx" tərəfindən iş yerindən əldə etdiyi izahlı arayışının həqiqətə uyğun olmadığının sübuta yetirilmədildiyi hazırki iş üzrə müəyyən olunmur. Belə yanaşma isə vətəndaşların müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdə Cəmiyyəti Azərbaycan Elmi –Tədqiqat və Layihə Qaz İnstitutunda akkumlyatorçu peşəsi üzrə iş stajı 08 il, 07 ay (xx.xx.2001-xx.xx.2009) “"xxxx" X7 və xüsusi texnika İdarəsi”ndə misgər peşəsi üzrə iş stajı 04 il, 09 ay (xx.xx.2009-xx.xx.2014) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində misgər peşəsi iş stajı 07 il, 04 ay, 26 gün (xx.xx.2014-xx.xx.2021 təşkil edir ki, həmin dövrlər iddiaçının güzəştli iş stajı kimi qiymətləndirilməlidir. Məhkəmə qanunvericiliyin müddəalarını və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının pensiya hüququ yaranan xx.xx.2021-ci il tarixədək iddiaçının güzəştli iş stajı 20 il, 08 ay, 26 gün olmaqla, ümumi iş stajı 25 ildən çox yəni, 32 il, 08 ay, 22 gün təşkil edir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda qeyd olunanlara əsasən və İPM-nin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar