Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1359/2021 27.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialının nümayəndəsi-X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X4 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan diplomların, hərbi biletin, eləcə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1133/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş və ona məxsus olan ******* saylı dublikat əmək kitabçasında göstərilən 25 ildən çox olan əmək stajının, həmin stajın 15 ilinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına əsas verməsinin nəzərə alınmaqla, onun güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması və pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Lakin müəyyən səbəblərə görə doğum haqqında şəhadətnamə xx.xx.1960-cı il tarixdə alınmışdır. xx.xx.1977-ci il tarixdə 12 nömrəli texniki peşə məktəbinə daxil olub, xx.xx.1978-ci il tarixdə mexanik peşəsinə yiyələnmişdir. xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. 1981-ci il tarixdə Azərbaycan SSR Ali və X7 Nazirliyi Bakı sovet ticarəti texnikumuna daxil olaraq 1985-ci il tarixdə texnik-mexanik ixtisası üzrə təhsilini başa vurmuşdur. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 15 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Lakin ona məxsus olan İT-10495666 saylı əmək kitabçası naməlum şəraitdə itirdiyinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(002)-1133/2014 saylı xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, xx xxxx 1981-ci ildən xx xxxxxx 1984-cü il tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist vəzifəsində, xx xxxxx 1984-cü ildən xx xxxxxx 1996-cı tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist, böyük maşinist vəzifəsində, xx xxxxxx 1996-cı il tarixdən xx xxxxxx 2014-cü il tarixədək Bakı "xxxx” ASC-də köşkçü vəzifəsində işləməsi faktları müəyyən edilmişdir. xx xxxxxx 2014-cü ildən öz arzusi ilə tutduğu vəzifədən azad edilmişdir. xx xxxxxx 2014-cü il tarixdən yenidən “xxxx” ASC-də 243-cü köşkdə köşçü vəzifəsinə qəbul edilmişdir. xx xxxxx 2016-cı il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırda 60 yaşı var. Artıq 3 ildir ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər ƏƏSMN-nin DSMF-nun Qaradağ rayon şöbəsinə, hazırda da cavabdehə dəfələrlə müraciət etsə də müraciətinə müsbət cavab verilməmiş, sonuncu dəfə onun pensiya kapitalının az olmasını əsas gətirməklə ona imtina cavabı vermişlər. Halbuki onun həmin dövrdə həmin müəssisədən gələcəkdə pensiyaya çıxmağı ilə əlaqədar olaraq VÖEN və SUN tələb etmək öhdəliyi olmamışdır. Hər hansı köçürmələr isə onun tərəfindən deyil, müəssisə tərəfindən aparılmış, aparılmadığı halda da məsuliyyəti o, daşımamışdır. Həmçinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən onun pensiya hüququ yarandığı 57 yaşında yəni rəsmi olaraq xx.xx.2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 15 ildən çoxunu güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. Onun tələb olunan ümumi iş stajı 25 ildən çox təşkil edir. Onun 15 ildən çoxu güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Qeyd edilən hallar təqdim etdiyi sənədlərdən və əmək kitabçasında, məhkəmə qətnaməsində aşkar şəkildə əks olunmuşdur. Hesab edir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X4 üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair xx.xx.2020-ci il tarixli **********6 №li yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən Qanuna xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə əsasən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçıya məxsus sənədlərdən müəyyən olunur ki, onun x xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Həmçinin bildirmişlər ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixinə əmək pensiyasının minimum məbləği 110 manat olunduğu halda qeyd olunan tarixə onun fərdi hesabında toplanmış pensiya kapitalına əsasən hesablanmış pensiya məbləği 86,72 manat olmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsində isə qeyd olunmuşdur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DSMF X4 üzrə Mərkəzi Filialının nümayəndəsi- X3 etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət X8 Komitəsi tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş 4638 nömrəli attestatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci il tarixə kimi 12 nömrəli texniki peşə məktəbində soyuducu avadanlıqlarının təmiri və xidməti mexaniki peşəsi üzrə təhsil almışdır. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan SSR Ali və X7 Nazirliyi Bakı Sovet Ticarət Texnikumun ZT seriyalı 041875 nömrəli diplomunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1981-ci ildən 1985-ci ilə qədər adıçəkilən Texnikumda texnik-mexanik ixtisası üzrə təhsil almışdır. 0519307 nömrəli xx.xx.2014-cü il tarixli Əmək kitabçasının dublikatının notarial qaydada təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1960-cı il tarixdə doğulmuş İddiaçı xx.xx.1996-cı Bakı Mətbuat yayımı firması 243 nömrəli qəzetjurnal köşkə köşkcü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edimişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxx” ASC-nin 243 saylı köşkün köşkcüsü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-xx.xx.2015-ci il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, xx.xx.2015-xx.xx.2015-ci il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, xx.xx.2015-xx.xx.2015 ci il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, xx.xx.2015-xx.xx.2016-cı il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, xx.xx.2016-xx.xx.2016-cı il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, xx.xx.2016-xx.xx.2016-cı il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, xx.xx.2016-cı il tarixdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar işdən azad edilmişdir. “xxxx” ASC tərəfindən verilmiş 30 nömrəli xx.xx.2014-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixdən 243 saylı köşkə köşkçü işinə qəbul edilmişdir. xx.xx.2003-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2003-cü il tarixli D-320 saylı qərarına əsasən Bakı “xxxx” mətbuat yayımı firması “xxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. xx.xx.2005-ci il tarixdən tutduğu vəzifəsinə 0,5 ştata keçirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1133/2014 nömrəli xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı xx xxxx 1981-ci ildən xx xxxxxx 1984-cü il tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu və quraşdırıcı maşinist vəzifəsində, xx xxxxx 1984-cü ildən xx xxxxxx 1996-cı il tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist, böyük maşinist vəzifəsində; xx xxxxxx 1996-cı il tarixdən xx xxxxxx 2014-cü il tarixədək Bakı “xxxx” ASC-də köşkücü vəzifəsində işləməsi faktları müəyyən edilmişdir. Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 377 k/d №li xx xxxxxx 2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi “Azərbaycan Teleradio Verilişləri” şirkətində santexnika sexində soyuducu quraşdırıcı maşinist vəzifəsində işləmişdir. İşlədiyi həmin bu vəzifə SSRİ Nazirlər Sovetinin əmək və əməyin ödənişi üzrə Dövlət Komitəsinin və X1 İttifaqı şurasının xx xxxxxxx 1974-cü il № 298/-22 əsasən əmək şəraiti ağır və zərərli olan vəzifələr siyahısına daxildir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF X5 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********6 №li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir.Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 31 (otuz bir) il 24 (iyirmi dörd) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—14341 ilə qeyd olunmuş ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus atestat, diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 12 il 6 aydan artıq, yəni 15 (on beş) il 5 (beş) ay 14 (on dörd) gün güzəştli şərtlərlə iş stajının mövcud olması (Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 377 k/d №li xx xxxxxx 2020-ci il tarixli arayışında göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2017-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, pensiyanın 2017-ci ilin avqust ayının 10-dan hesablanması öhdəliyi cavabdeh DSMF X4 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1960-cı ildə doğulmuş İddiaçı 57 yaşı tamam olduğu, yəni xx.xx.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1359/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1359/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver