Məhkəmə qərarları › İş №2-1(112)-1359/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1359/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1359/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat X7 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni 27.05.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 01.09.1978-ci il tarixdən 16.07.1981-ci il tarixədək təhsil almış, 21.07.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 25.04.1982-ci il tarixdən 19.06.1984cü il tarixədək hərbi xidmətdə olmuş, 19.07.1984-cü il tarixdən yenidən əmək fəaliyyətinə davam etmiş və hal-hazıradək çalışır. Əmək fəaliyyəti dövründə uzun müddət qaynaqçı vəzifəsində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. Filiala müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Filialın qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı, o cümlədən 12 il 6 aydan çox zərərli və ağır əmək sahəsində iş stajı toplamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətə əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; qaz qaynaqçıları; kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 25 mart 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında 15.02.1993-01.01.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə yuxarıda qeyd olunan Siyahi üzrə nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay 2 gün (21.07.1981-16.04.1982-ci il, 19.07.1984- 01.07.1985-ci il və 17.07.1985-12.09.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyu kimı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyın tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının Seriya AZE ******** №-li, 03.10.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, 25.04.1982-ci ildən 15.06.1984-cü ilə qədər (2 il 1 ay 21 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR X11 Təhsili Komitəsinin 813071 №-li, 12.07.1981-ci il tarixli diplomunun surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildə orta texniki peşə məktəbinə daxil olmuş və 16.07.1981-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil alımışdır. İmtahan komissiyasının qərarı ilə İddiaçı 3 (üçüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə ixtisas verilmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildən 16.07.1981-ci ilə qədər Azərbaycan SSR X11 məktəbində oxumuş (2 il 10 ay 16 gün), 21.07.1981-ci il tarixindən 16.04.1982-ci ilə qədər İstehsalat sexində qaynaqçı (08 ay 26 gün), 19.07.1984-cü ildən 01.07.1985-ci ilə qədər “Bakı fəhləsi” adına Maşınqayırma zavodunda 3-cü dərəcəli elektrik-qaynaqçı (11 ay 13 gün), 17.07.1985-ci ildən 12.09.1985-ci ilə qədər Komerov adına Elektrik stansiyasında 3cü dərəcəli elektrik-qaynaqçı (01 ay 26 gün), 04.10.1985-ci ildən 13.11.1985-ci il qədər Komerov Tramvay-Trolleybus İdarəsində 3-cü dərəcəli elektrik-qaynaqçı (1 ay 9 gün), 13.11.1985-ci ildən 05.06.1986-cı ilə (6 ay 23 gün) qədər trolleybus sürücüsü kursunda təhsil almış, 05.06.1986-cı ildən 13.08.1987-ci ilə qədər Komerov Tramvay-Trolleybus İdarəsində trollebyus sürücüsü (1 il 2 ay 9 gün), 24.09.1987-ci ildən 08.04.1991-ci ilə qədər Trolleybus parkında 3-cü dərəcəli trolleybus sürücü (03 il 06 ay 15 gün), 15.04.1991-ci ildən 04.07.1991-ci ilə qədər “Fəqan” Koorperativində elektik (02 ay 20 gün), 16.08.1991-ci ildən 01.07.1992-ci ilə qədər Suraxanı rayon PSU-da 2-ci dərəcəli işçi (10 ay 16 gün), 13.07.1992-ci ildən 26.03.1993-cu ilə qədər 1 №-li Trolleybus Parkında sürücü (08 ay 14 gün), 01.04.1993-cü ildən 15.12.1993-cü ilə qədər Kalinin adına Bakı Tkinti Materialları Kombinatında çilingər-sazlayıcı, 15.12.1993-cü ildən 01.03.2008-ci ilə qədər (Kalinin adına Bakı Tkinti Materialları Kombinatında) "xxxx" ASC-də qaynaqçı (14 il 11 ay 01 gün), 01.04.2008-ci ildən 03.01.2014-cü ilə qədər "xxxx" MMC-də qaynaqçı (05 il 09 ay 03 gün), 18.11.2014-cü ildən 05.01.2016-cı ilə qədər "xxxx" ASC-də elektrikqaynaqçı (01 il 01 ay 18 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası “Bakı Fəhləsi” Maşınqayırma zavodu” MMC tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli, 01/A002 №-li arayışdan görünür ki, "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: 19.07.1984-cü ildən Metalkonstruksiya sexində 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. Əmr: № 79/k, 19.07.1984-cü il. 27.03.1985-ci ildən Aqreqat sahəsində 3-cü dərəcəli elektrik qaynaqçısı işləmişdir. Əmr № 08/k, 27.03.1985-ci il. 01.07.1985-ci ildə Bakı şəhərindən getməsi ilə əlaqədar işdən azad edilmişdir. Əmr: № 55/k, 02.07.1985-ci il. Arayış şəxsi vərəqə (T2) müvafiq tərtib edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, BA-00828-2021 №-li arxiv arayışından görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Qazan Mexaniki zavodunun arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı 22.07.1981-ci il tarixli, 95/k saylı əmrlə Texniki peşə məktəbindən buraxıldıqdan sonra 21.07.1981-ci il tarixdən 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması, 15.04.1982-ci il tarixli, 70/k saylı əmrlə hərbi xidmətə çağırışla əlaqədar olaraq 16.04.1982-ci il tarixdən işdən azad olunması və 1981, 1982-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. - Azərbaycan Respublikası "xxxx" X13 Cəmiyyəti tərəfindən verilmiş 22.09.2020-ci il tarixli, 98 №-li arayışdan görünür ki, İddiaçı həqiqətən 01.04.1993-cü ildən 65 saylı əmrə əsasən M.İ.Kalinin adına "xxxx" Kombinatında işə qəbul olunmuşdur. 15.12.1993-cü ildən 254 saylı əmrə əsasən 01.03.2008-ci il tarixinə qədər qaynaqçı vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası İqtidasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlə Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********321600 №-li, 04.10.2021-ci il tarixli və Azərbaycan Respublikası İqtidasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********612100 №-li, 06.10.2021-ci il tarixli məktublardan görünür ki, "xxxx" ASC 28.11.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC-nin nizamnaməsi təstiqlənmişdir. - "xxxx" X13 Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 17 №-li, 06.10.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Bakı Tikinti Materialları Kombinatının 17.12.1993-cü il tarixli 254 saylı əmrə əsasən kombinatın keramzit və qəlibləmə sexində 4-cü dərəcəli qaynaqçı peşəsində işləyib. "xxxx" ASC-nin 01.03.2008-ci il tarixli 08 saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azad olunana qədər cəmiyyətin qaynaqçı peşəsində işləmişdir. - "xxxx" X13 Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 27 №-li, 26.11.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı "xxxx" ASC-də 17.12.1993-cü ildən 01.03.2008-ci il tarixinə qədər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın ümumi peşələr bölməsində olan 35-ci kod altında əl ilə qaynaq aparan 4-cü dərəcəli elektirik qaynaqçı vəzifəsində işləmişdir. - Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********80 №li 24.05.2021-ci il tarixli məktubdan görünür ki, daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-cı maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları; - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; - qaz qaynaqçıları; - kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 25 mart 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında 15.02.1993- 01.01.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi peşə yuxarıda qeyd olunan Siyahi üzrə nəzərdə tutulan peşələrə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay 2 gün (21.07.1981-06.04.1982-ci il, 19.07.1984-01.07.1985-ci il və 17.07.1985-12.09.1985-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və əmək kitabçası üzrə işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 26 il 09 ay 29 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 21.07.1981-16.04.1982-ci il, 19.07.1984- 01.07.1985-ci il, 17.07.1985-12.09.1985-ci il tarixlər arasındakı 3-cü dərəcəli elektirik qaynaqçısı vəzifələri və cavabdeh inzibati orqan tərəfindən qəbul edilməyən 04.10.1985- 13.11.1985-ci ilədəki 3-cü dərəcəli elektrik qaynaqçısı və 15.12.1993-cü ildən 01.03.2008ci ilədək 4-cü dərəcəli elektrik qaynaqçısı peşələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının Ümumi peşələr adlanan 33-cü bölməsinin 23200000— 19906 şifrinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr" adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olmaqla sonuncunun 01.01.2006-cı ilə qədər 14 il güzəştli iş stajı mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir və həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Hazırki işin hallarından göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerlərinin mötəbər arayışları mövcuddur və iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı ixtisası təhsil aldığı müəssisə tərəfindən verilmiş diploma əsasən 3 (üçüncü) dərəcəli elektrik qaynaqçısı peşəsidir. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 27.05.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 27.05.2020ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 27.05.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat X7 həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar