Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13590/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı fəaliyyəti dayandırılmış Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat” fakültəsinin “maliyyə” ixtisası üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq münasibətləri tənzimləyən qanunvericilik normalarının tələblərinə uyğun olaraq verilməsi öhdəliyinin cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2012-2017-ci illərdə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “iqtisadiyyat” fakültəsinin “maliyyə” ixtisası üzrə qiyabi (ödənişli) təhsil almışdır. Ona Universitetin tələbə bileti, qiymət kitabçası verilmişdir. Həmin Universitetdə ali təhsil almağına, təhsil haqqını vaxtlı-vaxtında ödəməyinə, imtahanları müvəffəqiyyətlə başa vuraraq universiteti 2017-ci ildə uğurla bitirməyinə baxmayaraq hazırkı tarixədək ona bakalavr diplomu verilməmişdir. Həmin Universitetin verdiyi arayışa əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Aparatının Makroiqtisadi təhlili şöbəsində baş mütəxəssis- inspektor, daha sonra əmanətlərin sığortalanması Fondunda Təchizat şöbəsində mütəxəssis vəzifələrində çalışmışdır. 2024-cü ilin avqust ayında Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, Təhsil Nazirliyinin xx.xx.2024 tarixli 3-29-68/2-İ- 1745/24 saylı cavab məktubu ilə imtina verilmişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi o, həmin universitetdə təhsil almış, dərslərdə iştirak etmiş, imtahanlardan məqbul qiymət almış, təhsil haqqı ödəmişdir. Təhsil almağıyla bağlı diplomun verilməməsi onun təhsil hüquqlarının pozulması deməkdir. Qardaşı və atası müharibə veteranlarıdırlar. Bakı inzibati Məhkəməsinin 2-1(112)-5606/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı X24 Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti) iddiası təmin olunaraq iddiaçıya (Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində aldığı) ali təhsil haqqında sənəd (diplom) ilə təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5917/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı X7 adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “iqtisadiyyat” fakültəsini “maliyyə” ixtisası üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq münasibətləri tənzimləyən qanunvericilik normalarının tələblərinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulmuşdur. O, təhsil aldığı illərdə müvafiq münasibətləri tənzimləyən xx.xx.1996-cı il tarixli “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric ediməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin 1.1.1-ci hissəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tələbərlərinin istənilən təhsil forması üzrə bir məktəbdən digər məktəbə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən X14 ünvanlanmış 3-29-68/2-İ-1745/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Rusiya Federasiyasının Mahaçqala Advokatura Notariat və X1 Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməyinizə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (əvvəllər Təhsil Nazirliyi) tərəfindən razılıq verilməmişdir. Həmin ali təhsil müəssisəsində təhsil almağının hüquqi əsası olmadığına görə diplom verilməmişdir. “Təfəkkür” Universiteti tərəfindən təqdim edilmiş 224 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən X15 ondan ötrü ki, o, həqiqətən,2016/2017-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “İqtisadiyyat və nəqliyyat” fakültəsinin bakalavr pilləsini “Maliyyə” ixtisası üzrə qiyabi şöbəsinin V kursunu tam bitirmiş və X52 İmtahanlarını müvəffəqiyyətlə vermişdir. “Maliyyə və İqtisad” şöbəsi tərəfindən təqdim edilmiş arayışa əsasən X32 5-ci kursdan 2800 manat təhsil haqqını xx.xx.2017-ci il tarixdə ödəmişdir. “Maliyyə və İqtisad” şöbəsi tərəfindən təqdim edilmiş arayışa əsasən X32 550 manat təhsil haqqını xx.xx.2017-ci il tarixdə ödəmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadına əsasən iddiaçılar X43 (iddiaçı 1), X104 (iddiaçı 2), X58 (iddiaçı 3), X44 (iddiaçı 4), X8 (iddiaçı 5), X78 (iddiaçı 6), X59 (iddiaçı 7), Mirzəzadə (Dadaşova) Fərəh Akif qızı (iddiaçı 8), X33 (iddiaçı 9), X32 (iddiaçı 10), X25 (iddiaçı 11), X26 (iddiaçı 12), X16 (iddiaçı 13), X34 (iddiaçı 14), X60 (iddiaçı 15), X35 (iddiaçı 16), Mir Sədizadə X42 (iddiaçı 17), X80 (iddiaçı 18), X45 (iddiaçı 19), X17 (iddiaçı 20), X36 (iddiaçı 21), X61 (iddiaçı 22), X18 (iddiaçı 23), X81 (iddiaçı 24), X46 (iddiaçı 25), X37 (iddiaçı 26), X2 (iddiaçı 27), X47 (iddiaçı 28), X48 (iddiaçı 29), X5 (iddiaçı 30), X38 (iddiaçı 31), X19 (iddiaçı 32), X27 (iddiaçı 33), X62 (iddiaçı 34), X9 (iddiaçı 35), X93 (iddiaçı 36), X39 (iddiaçı 37), X4 (iddiaçı 38), X20 (iddiaçı 39), Feyziyeva (Camalova) Xəyalə Fəxrəddin qızı (iddiaçı 40), X40 (iddiaçı 41), X21 (iddiaçı 42), X41 (iddiaçı 43), X49 (iddiaçı 44), X63 (iddiaçı 45), X10 (iddiaçı 46), X22 (iddiaçı 47), X50 (iddiaçı 48), X28 (iddiaçı 49), X64 (iddiaçı 50), X11 (iddiaçı 51), X12 (iddiaçı 52), X29 (iddiaçı 53) və X51 (iddiaçı 54) Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia mümkün sayılmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4323/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamış və həmin qərardadda iddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi izah edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni predmet barəsində eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı, 04 iyun 2021-ci il tarixli qərardadına əsasən iddiaçılar İsmayılova (Kazımova) İranə Azər qızı və digərilərinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “diplomların verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia mümkün sayılmamışdır. Həmin qərarda qeyd edilir: “26. ... diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə bağlı müvafiq tələb məzunlar tərəfindən deyil, “Təfəkkür” Universiteti tərəfindən irəli sürülməsi iddiaçıların arzuladıqları məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi hesab oluna bilər. Qeyd edilən tələb irəli sürüldüyü təqdirdə cavabdeh tərəfindən bildirilən etirazın əsasları (tələbələrin köçürülməsinin qanuniliyi, köçürmə zamanı Təhsil Nazirliyinin razılığının alınmalı olması, Dövlət İmtahan Komissiyasının qərarının legitimliyi və iş üzrə əhəmiyyətli digər hallar) məhkəmə tərəfindən araşdırıla bilər. 27. Eyni zamanda məhkəmə qeyd edir ki, “Təfəkkür” Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil. Odur ki, iddiaçıların hazırki tələblə (diplomun verilməsi öhdəliyinin qoyulması və (və ya) zərərin əvəzinin ödənilməsi) öz seçimləri ilə “Təfəkkür” Universitetinə qarşı səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, “Təfəkkür” Universitetinin 3-cü şəxs qismində cəlb edilməklə iddianın formal tələblərə uyğunlaşdırılması və bununla bağlı iddiaçılara hüquqi yardım göstərilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. 28. Bu qənaətə gələrkən məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmaması X103 Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən iddiaçıların təhsil hüququndan imtina kimi qiymətləndirilə bilməz. Belə ki, iddia düzgün hüquqi müdafiə vasitəsi seçilmədiyindən mümkün sayılmamışdır.” Qərardad qanuni qüvvəsini almışdır. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-13590/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13590/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver