Məhkəmə qərarları › İş №2-1(112)-136/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-136/2020

09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-136/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1aq, MÜƏYYƏN E T D İ M: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin üzərinə Çernobıl qəzasının ləğvində iştirak etdiyini və həmin qəza nəticəsində zərər çəkdiyini əsas gətirərək ona birdəfəlik kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə göndərilmiş, cavabdehlərdən iddiaya dair yazılı münasibət bildirməsi tələb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş xx.xx.2019-cu il tarixli **********5 saylı məktubunda bildirilmişdir ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci bəndinə və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.11 və 9.2-ci maddələrinə uyğun olaraq, hər il müalicə üçün müvafiq qaydada birdəfəlik müavinət təyin edilir və İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən hər il üzrə müalicə üçün birdəfəlik müavinət ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda vətəndaş İddiaçı iddia ərizəsində qeyd etdiyi digər birdəfəlik müavinət ödənişləri nəzərdə tutulmamışdır. Digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iddiaya dair etirazında da yuxarıda göstərilənlər təkrarən qeyd edilərək, iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İşdə olan sənədləri araşdıraraq belə qənaətə gəlirəm ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyədək səlahiyyətli inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, müvafiq inzibati orqanın imtina məktubu iş materiallarına əlavə edilmədiyindən, cavabdeh kimi göstərilmiş orqanlar isə müvafiq məsələ ilə əlaqədar səlahiyyətlərə malik olmadığından tərəflərin əvəz edilməsi ilə əlaqədar məsələyə baxılmadan iddianın mümkün sayılıb-sayılmaması ilə bağlı məsələyə baxılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 03 iyul 2020-ci il tarixli Məlumatında xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən inzibati məhkəmələr üzrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməsi tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə şifahi dinləmələr keçirilmədən müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. İddiaçıya “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci bəndinə və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.11 və 9.2-ci maddələrinə uyğun olaraq, hər il müalicə üçün müvafiq qaydada birdəfəlik müavinət təyin edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən hər il üzrə müalicə üçün birdəfəlik müavinət ödənilməsi işin mübahisənləndirilməyən hallarına daxildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 10 iyul 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin Əsasnaməsi”nin 2.1.1-ci maddəsinə əsasən əhalinin sosial müdafiəsinin təmin edilməsini, o cümlədən, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı dövlət sosial yardımının və digər sosial ödəmələrin təyin edilməsini və aidiyyəti üzrə çatdırılmasını təşkil etmək yerli şöbələrin müvafiq inzibati ərazi vahidi üzrə fəaliyyət istiqamətlərindən biridir. Göründüyü kimi iddiaçı məhkəməyədək qaldırdığı məsələ ilə əlaqədar səlahiyyətli olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə müraciət etməli olduğu halda, aidiyyəti qaydada müraciət etməmişdir. İddia ərizəsinə əlavə edilmiş müraciətdən göründüyü kimi, həmin müraciət Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmışdır. İş materiallarından məlum olur ki, iddiaçı hazırki iddia tələbində qaldırdığı məsələ barəsində məhkəməyədək səlahiyyətli inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, müvafiq inzibati orqanın imtina məktubunu məhkəməyə təqdim etməmiş, bu səbəbdən də, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının müvafiq inzibati orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamış, bu səbəbdən isə tərəflərin əvəz edilməsi ilə əlaqədar məsələyə də baxılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, işin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, qaldırdığı məsələ ilə bağlı yuxarıda göstərilmiş qaydada müvafiq səlahiyyətli inzibati orqana (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə) müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı cavabdeh orqanın yerləşdiyi yer üzrə inzibati məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, göstərilənlərə əsasən iddianın mümkün sayılmadığı qənaətinə gəlindiyindən iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və tərəflərin əvəz edilməsi məsələləri baxılmamış saxlanılmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Sədrlik edən: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar