Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1361/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndələri (vəkilləri) Vəkil2 və Vəkil1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il. tarixli **********084900 nömrəli Qərarının və onu dəyişdirilmədən saxlamış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********799500 nömrəli Qərarının ləğv edilməsi və "xxxx" MMC riskli əməliyyat aparan vergi ödəyicindən çıxarılması, məsələyə yenidən baxılaraq, hesablanmış vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 nömrəli qərarın və İddiaçı MMC-nin riskli əməliyyat aparan vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi” kimi dəyişdirilmişdir.
3. Cavabdehin nümayəndədəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etməmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra- "xxxx" MMC) xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi qismində dövlət qeydiyyatına alınaraq, (həmin vaxt təsisçilər və nizamnamə kapitalındakı mayaların miqdarı belə olmuşdur: X42- 50% və X37-50%), dana və ev quşları ətinin topdansatışı sahəsində sahibkarlıq fəaliyyəti göstərmişdir. Qeyd edilmişdir ki, dövlət qeydiyyatına alındığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-nin fəaliyyətinə birbaşa rəhbərlik qanuni təmsilçilik funksiyasına malik direktoru olmaqla X42 tərəfindən həyata keçirilmişdir. Müəssisənin fəaliyyətinin təmin edilməsi məqsədilə həmin müddət ərzində direktor X42 fiziki və hüquqi şəxslərlə, o cümlədən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Respublikası X16 yerli qurumları ilə dana ətinin topdansatışına dair birbaşa müqavilələr bağlamış, onların alqı-satqısı ilə əlaqədar vətəndaşlarla nağd yolla haqq-hesab aparmışdır. Belə ki, “Sifarişçi” adlanan X42 “İcraçı” adlanan Abşeron Rayon Baytarlıq İdarəsi ilə 2021-ci il avqustun 19-dan dekabrın 31-dək olan müddətdə ümumi sahəsi 863 kv.m. təşkil edən obyektdə dezinfeksiyaedici maddələrlə infeksinon xəstəliklərə qarşı mübarizə aparmaq məqsədilə xx.xx.2021-ci il tarixli 018 nömrəli müqavilə bağlamışdır. Bundan başqa, direktoru X33 şəxsində “Satıcı” adlanan "xxxx" MMC ilə qanuni təmsilçisi X3 şəxsində “Alıcı” adlanan "xxxx" MMC (VÖEN:**********1) arasında bağlanmış xx.xx.2021-ci il tarixli F-002 nömrəli “Alqı-satqı” müqaviləsinə görə alıcı bir il ərzində malları satıcıdan şifahi və ya yazılı 1 sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq, daşıyıb alıcının mağazalarına çatdırıb anbara təhvil verəcək, alıcı isə malların dəyərini satıcıya ödəyəcəkdir. Tərəflər arasında malların təhvil-qəbulu bu barədə akt tərtib edilib imzalamaqla yerinə yetiriləcəkdir. Tərəflər həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirmişlər və bunu təsdiq edən malların təhvilqəbulu zamanı “Satıcı” "xxxx" MMC ilə “Alıcı” "xxxx" MMC arasında qarşılıqlı borcun vəziyyətinə dair 25700.00 manatla bağlı xx.xx.2021-ci il tarixli, 535769.00 manatla bağlı xx.xx.2021-ci il tarixli, 416728.00 manatla bağlı xx.xx.2021-ci il tarixli, 347700.00 manatla bağlı xx.xx.2021-ci il tarixli, 176000.00 manatla bağlı xx.xx.2022-ci il tarixli və 2447,11 manatla bağlı xx.xx.2022-ci il tarixli üzləşmə aktları və tərəflərin bir-birinə borcunun olmamasını təsdiq edən xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşdirmə aktları tərtib edilmişdir. Onların surətləri iddia ərizəsinə əlavə edilir. Aktların burada göstərilməyənlərini isə sorğu edilməklə "xxxx" MMCdən əldə edilə bilər. Bundan əlavə, direktoru X33 şəxsində “Sifarişçi” adlanan "xxxx" MMC ilə İdarə heyətinin sədri X22 şəxsində “İcraçı” adlanan Azərbaycan X25 publik hüquqi şəxsi (VÖEN:**********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli F-002 nömrəli “Baytarlıqsanitariya ekspertizası işinin təşkilinə dair” müqavilənin şərtlərinə görə “İcraçı” bir il ərzində “Sifarişçi”ni təsərrüfat fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən obyektdə qida təhlükəsizliyinə nəzarətin təşkili məqsədilə məntəqəni baytarlıq mütəxəssisləri ilə təmin etməyi, “Sifarişçi”nin işçiləri və müştəriləri arasında qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə aparmağı, “Sifarişçi”nin və məntəqədə fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin işinə metodk dəstək göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin icrasının təmin edilməsi məqsədilə “İcraçı” adlanan Azərbaycan X25 publik hüquqi şəxsin İdarə heyətinin sədri Sadiq Məmmədovun xx.xx.2021-ci il tarixli Ü/187 nömrəli əmri ilə qida təhlükəsizliyi nəzarət məntəqələri üzrə baytar həkim X43 xx.xx.2021ci il tarixdən ünvan 2 ünvanında yerləşən heyvan kəsim məntəqəsinə təhkim edilmişdir. Bu əmrlə 10-18 nömrəli möhür və ştamplardan istifadə etməklə həmin heyvan kəsim məntəqəsində baytarlıq-sanitariya ekspertizası işini təşkil etməsi baytar həkim S.T.Nəbiyevə tapşırılmışdır. Daha sonra direktoru X33 şəxsində “Alıcı” adlanan "xxxx" MMC ilə “Satıcı” adlanan Ağdaş rayon Şəkili kənd sakini fiziki şəxs X26 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01/10/21 nömrəli “Alqı-satqı” müqaviləsinə görə satıcı alıcının sifarişçi əsasında bir il ərzində müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alış aktına uyğun olaraq, malları alıcıya verməyi, alıcı isə malların dəyərini satıcıya nəqd qaydada ödəməyi öhdəsinə götürmüşdür. Notariusda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsi”nə əsasən, X42 "xxxx" MMC-də olan 50% payını ona yəni, X5 və həmin payı satış qiymətini ödəyərək almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışa əsasən, "xxxx" MMC-in təsisçisi və nizamnamə kapitalındakı maya 100% X30 məxsusdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, həmin gün X42 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilməlidir ki, "xxxx" MMC-də X33 50% təsisçi payını alanda müəssisənin heç bir vergi borcu olmamış və risk meyarı aşkar edilməmişdir. Bu barədə ona vergi orqanından arayış təqdim edildiyinə görə alqı-satqı müqaviləsini bağlayıb. Bir müddətdən sonra Azər Mahmudov işinə laqeyid yanaşdığına, işçilərlə müəssisənin işini düzgün qurmadığına, işçilərlə münasibətləri qeyri-qənaətbəxş olduğuna və iribuynuzlu heyvanların çatdırlmasında nöqsanlara yol verdiyini müəyyən etdiyinə görə müəssisənin rəhbərliyini öz üzərinə götürmüşdür. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Qida X10 Regional Bölməsinin dövlət baş baytar müfəttişi R.Məmmədov tərəfindən 2021-ci il may ayının 28-dən dekabr ayınadək tərtib edilərək imzalanmış və möhürlə təsdiq edilmiş 41 ədəd “Baytarlıq şəhadətnaməsindən görünür ki, X42 tərəfindən əldə edilmiş yoluxucu xəstəlikləri olmayan, üzərlərində peyvəndlənmə aparılmış, xüsusi təklükəli və karantin heyvan xəstəliklərinə görə sağlam sayılan 926 (doqquz yüz iyirmi altı) baş iribuynuzlu heyvan təmizlənib dezinfeksiya edilmiş ** VO *** ATEQO, ** FU *** ATEQO, ** NZ *** ATEQO, ** KV *** ATEQO, ** NF *** ATEQO, ** CO *** ATEQO, ** GM *** ATEQO, ** CE *** ATEQO, ** BJ *** ATEQO, ** VE *** ATEQO, 09 ВТ 599 ATEQO, ** BS *** ATEQO, ** ZB *** ATEQO, ** OL *** ATEQO, ** FV *** ATEQO, ** BO *** ATEQO və ** GF *** ATEQO markalı yük avtomobilləri ilə kəsim üçün Bərdə rayonu-Bakı şəhəri-Abşeron rayonu marşrutu ilə Abşeron rayonu, Novxanı kəndi, ət kəsimi məntəqəsinə yollanmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin dövlət baytar həkimi Sədi Nəbiyev tərəfindən tərtib edilərək imzalanmış və möhürlə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi nəzarəti məntəqəsində diri heyvan, bitki və heyvan mənşəli məhsulların baytarlıq-sanitariya baxımından qiymətləndirilməsi haqqında” 16 ədəd “Sınaq protokolu”ndan görünür ki, iribynuzlu heyvanların kəsiminə görə X34 2021-ci il may ayının 03-dən iyun ayının 22-dək biri 5.00 manatdan olmaqla, cəmi 110 baş iribuynuzlu heyvan kəsimi üçün 550 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bunlardan başqa, Azərbaycan Respublikası Qida X2 Regional Bölməsinin dövlət baytar müfəttişi Sədi Nəbiyev tərəfindən tərtib edilərək, imzalanmış və möhürlə təsdiq edilmiş “Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən” 45 ədəd ekspertiza aktından görünür ki, ünvan 3 ünvanında 2021-ci il iyul ayının 27dən dekabr ayının 25-dək heyvan mənşəli məhsullarun baytarlıq-sanitariya ekpertizasından keçirilməsinə görə X34 tərəfindən 11 ekspertiza aktı üzrə 87 ədəd iribuynuzlu heyvan cəmdəyi üçün cəmi 435 manat, X42 tərəfindən 34 ekspertiza aktı üzrə 267 iribuynuzlu heyvan cəmdəyi üçün cəmi 1335 manat olmaqla, ümumilikdə 45 ekspertiza aktı üzrə 354 ədəd iribuynuzlu heyvan cəmdəyi üçün cəmi 1770 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini cənab Rasim Quliyev tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 nömrəli Qərarla "xxxx" MMC-nə 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində uyğunsuzluq və kənarlaşmalar olduğu üçün 151 263,95 manat vergi məbləği hesablanmışdır. Həmin vaxt "xxxx" MMC-nin direktoru olmuş X24 və Ağdaş rayonlarından iribuynuzlu heyvanların alışının təşkili və yük avtomobilləri ilə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən kəsim sexinə daşınmasını, kəsilib “Araz Marketlər” şəbəkəsinə çatdırılmasına nəzarət və rəhbərlik etmişdir. Lokal Gəlirlər Baş İdarəsinin “Riskli əməliyyatların araşdırılması barədə” məlumatına əsasən, "xxxx" MMC riskli əməliyyat aparan vergi ödəyici hesab olunmuşdur, ona görə ki, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında "xxxx" MMC tərəfindən elektron qaimə-faktura vasitəsilə təqdim edilmiş cəmi dəyəri 908999,43 manat olan “Dana əti, dana” adlı malların xx.xx.2021-xx.xx.2021-ci il tarixlər aralığında X12 (Ağdaş rayonu, Şəkili kəndi), X7 (Bərdə rayonu, Çərənə kəndi) və X13 (Bərdə rayonu, Çərənə kəndi) alış aktları vasitəsi ilə əldə edildiyi baza məlumatlarında əks olunsa da, adları göstərilən vətəndaşlardan alınmış izahatlara əsasən, həmin alış aktlarının reallığı əks etdirmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə malların təhvil-qəbul aktlarının, müqavilələrin, üzləşmə aktlarının, alış aktlarının və elektron qaimələrinin vergi orqanına təqdim edilməsi təklif edilmişdir. Təəssüf ki, kameral vergi yoxlması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti Dövlət Vergi Xidmətinin inzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən araşdırılarkən həqiqətin aşakara çıxarılmasından ötrü "xxxx" MMC-in bir çox haqlı təklif və tələbləri nəzərə alınmamış və nəticədə “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********799500 nömrəli Qərarla şikayətin təmin edilməməsi və Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********084900 nömrəli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilməlidir ki, vergi orqanının vəzifəli şəxsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********799500 nömrəli Qərarından açıq-aydın görünür ki, mənfəət vergisi bəyannaməsi ilə ona 1 nömrəli Əlavədə olan bir sıra uyğunsuzluğun aradan qaldırılması məqsədilə "xxxx" MMC-yə göndərilən məktublara mühasibin səhlənkarlığı ucbatında vaxtında cavab verilmədiyinə görə vergi orqanı bütün səlahiyyətlərindən istifadə edərək müəssisəni faktiki olaraq cəzalandırmışdır. Belə ki, məktubda göstərilən təsdiqedici sənədlər təqdim edilmədiyinə göı vergi orqanı tərəfindən 2021-ci il üçün mənfəət vergisi üzrə 64096,61 manat vergi məbləğinin hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********78570 nömrəli Qərar, yenə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 152 930,0 manat vergi məbləğinin hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********93300 nömrəli Qərar müəssisə tərəfindən vergi məbləğini dəqiqləşdirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilsə də, analoji uyğunsuzluq və kənarlaşmalar olduğu üçün 151.263,95 manat vergi məbləğinin hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********084900 nömrəli Qərar qəbul edilmişdir. Halbuki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfində bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kamer vergi yoxlaması keçirilə bilməz. Vergi orqanının “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə bağlı qeyd edilmişdir ki, alış aktında adları yuxarıda göstərilən vətəndaşlar əslində sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və aktda şəxsən imza etmişlər. Onlar Bərdə və Ağdaş rayonlarında heyvandarlıqla məşğul olurlar və vergi ödəməli olduqla barədə xəbərdar edildiklərinə, faktiki olaraq vergi ödəmədiklərinə görə vergi əməkdaşına həqiqəti deməkdən çəkinmişlər. Lakin vergi orqanının vəzifəli şəxsi adları qeyd edilən vətəndaşlar heyvandarlıqla məşğul olmalarının aydınlaşdırılması üçün onların yaşadıqları rayon üzrə X21 yerli qurumuna sorğu göndərməmiş, bu məsələni aydınlaşdırmağa cəhd etməmişdir. Bundan əlavə, vergi orqanı iribuynuzlu heyvanların alınması, daşınması, saxlanılması, kəsilməsi və mağazaya təhvil verilmələri ilə bağlı İddiaçı MMC-in xərclərini az göstərmiş və nəticədə müəssisənin vergi borcu süni surəti artmışdır. Vergi orqanının qərarında istinad etdiyi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilmə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli Qərarının 2.1., 2.1.1, 3.1-ci və 3.1.1-ci bəndələrində müəyyən edilmişdir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyat riskli əməliyyat hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Qərarının məzmun və mənasına uyğun olaraq, müəssisə təqdim etdiyi elektn qaimə-fakturalarda aldığı mal çeşidlərindən fərqli mal çeşidlərini göstərməmişdir. Yəni, elektron qaimə-fakturalara əsasən, müəssisə iribuynuzlu mallar almış, vergi hesabatlarında da onlar olduğu kimi göstərilmişdir. Belə vəziyyətdə isə müəssisənin apardığı əməliyyat riskli əməliyyat hesab oluna bilməzdi. Məlumdur ki, Vergi Məcəlləsinin 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə görə isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd edilmişdir ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarda vergi orqanına təqdim etməli olduğu sənədlərin siyahısı az qala bir vərəq təşkil edir. Nəzərə alınmalıdır ki, onun müəssisəsi fəaliyyət göstərdiyi eyni növ fəaliyyətlə məşğul olan heç bir sahibkar və ya hüquqi şəxs real olaraq, bu qədər sənədi hazırlayıb vergi orqanına təqdim edə bilməz. Bu qədər sənədlərin tələb edilməsi heç də sahibkarlıq fəaliyyətinin təşviqinə yönəlmiş hal sayıla bilməz, çünki bu fəaliyyət növü çoxlu vaxt, böyük zəhmət və əziyyət tələb edir. Xüsusilə bildirilmişdir ki, istər X12, istər X7, istərsə də X13 iribuynuzlu mal-qaranın alqı-satqısında birbaşa iştirak etməmişdir, alqı-satqı prosesində müəssisənin əvvəlki rəhbəri X42 iştirak emiş və alış aktlarını fiziki şəxslərlə o tərtib edib imzalamış, alınan mallarla bağlı Baytarlıq xidməti və X15 yerli qurumu tərəfindən lazım olan sənədlər əldə edilmişdir. Bundan başqa, vətəndaşlardan alınan heyvanlara görə ödənişlər qarşı tərəfə nağd şəkildə pul təqdim edilməklə yerinə yetirilmiş, vətəndaşlarla heyvanların alqı-satqısına dair yazılı müqavilələr bağlanmamış, əvəzində şifahi razılaşmalar olmuşdur. Bu səbəblərdən də vətəndaşlarla "xxxx" MMC arasında təhvil-təslim aktları tərtib olunmamış, alınmış heyvanların faktiki təhvil verilməsi ilə kifayətlənmiş, heyvanlar yol avtomaşınları ilə yükdaşıma xidmət haqqı nağd ödənilməklə daşınmışdır. Alınıb Bakı şəhərinə gətirilmiş heyvanlar Abşeron rayonu, Novaxnı qəsəbəsində icarəyə götürdüyü mal kəsimi sexində bununla məşğul olan şəxslər tərəfindən sanitar-gigienik qayda və tələblərə uyğun, müasir avandanlıqlar vasitəsilə kəsilmiş, qablaşdırılmış və “Araz Market” mağazalar şəbəkəsinə satılmışddır. Bu barədə video görüntüləri də iddia ərizəsinə əlavə edilmişdir. Ümumiyyətlə bildirilmişdir ki, müəssisəyə hesablanmış verginin məbləği heyvanların alış aktlarından qaynaqlanır. Belə ki, malların vergi bəyannaməsində əks etdirilməsi zamanı təqdim edilən bəyannamədəki malların məbləği ilə DVX-in bazasında olan məbləğ arasında kəskin fərq yaranmışdır. Bunun nəticəsində də DVX-nin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********084900 nömrəli Qərarı birtərəfli və qeyri-obyektiv aparılmışdır. Çünki DVX-nin apardığı araşdırma zamanı alış aktında qeyd edilən malları satan şəxslər vergi əməkdaşları tərəfindən dindirilmiş və onların izahatları əsas götürülərək müəssisəyə qarşı belə bir ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, alıcı, yəni müəssisənin əvvəlki rəhbəri Azər Mahmudov dindirilməmiş, onun və malları satanların bir-biri ilə qohumluq əlaqələri yoxlanılmamış, alıcı və satıcı tərəfləri dəqiqləşdirilməmişdir. Eyni zamanda Bərdə rayonundan yüklənən iribuynuzlu heyvanların Bakı şəhərinə gətirilməsi dövlət qeydiyyat nişanları yuxarıda göstərilən yol avomaşınlarının sürücüləri ilə həyata keçirilmiş, lakin sürücülərin heç birinin izahatı alınmamış və DVX-nin əməkdaşları bu ciddi məsələni də araşdırmamışdır. Müəssisənin keçmiş rəhbəri Azər Mahmudov iribuynuzlu heyvanları Bərdə rayonunun Gərənə kəndindən almasına baxmayaraq, həmin heyvanların alış aktlarında adları keçən şəxslərin həmin kənddə ünvanlarına baxış keçirilməmiş, satılan heyvanların onlara məxsus olub-olmaması aydınlaşdırılmamışdır. Əlbəttə, yoxlanılsaydı məlum olardı ki, iribuynuzlu heyvanların alış aktlarında adları qeyd edilən şəxslər Bərdə rayonu Gərənə kəndində heyvandarlıq sahəsində fəaliyyət göstərirlər. Bu fakt Bərdə rayonu X11 təqdim edilən müvafiq sənədlərdə də öz əksini tapmışdır. Müvafiq sənədlərin olmasına baxmayaraq, DVX tərəfindən X19 heç bir sorğu göndərilməmişdir. Həmin heyvanlar Abşeron rayonu, Novxanı kəndində Qida təhlükəzsizliyinin nəzdində fəaliyyət göstərən mal kəsimi ilə bağlı qurum tərəfindən də təsdiq edilmiş və mal-qaranın satışa yararlı olması barədə məlumat qeyd edilmişdir. Həmin məlumatlar təqdim edilməzsə, heç bir iribuynuzlu heyvanın kəsilməsinə icazə verilmir. Müvafiq sorğu vergi orqanından göndərilsəydi, o zaman bu məlumatlar da əldə edilə bilərdi. Bir sözlə, hərtərəfli, tam və obyektiv araşdırılma aparılmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC-in riskli vergi ödəyicisi elan edilməsi də düzgün deyildir. Çünki iribuynuzlu heyvanların alış aktları ilə alınmaları faktı nəzərə alınmamış və kameral vergi yoxlaması zamanı müəssisənin xərclər hissəsi düzgün əks etdirilməmişdir. "xxxx" MMC-in gəlirindən xərclərini çıxıb, verginin hesablanmasına etiraz yoxdur. Ancaq, alış aktlarında qeyd edilən şəxslərin iribuynuzlu heyvanlar satmalarına etiraz etmələri xərclər hissəsinə çox ciddi təsir göstərir. "xxxx" MMC qanuni əsasla müəyyən edilmiş hər hansı bir vergini ödəməkdən boyun qaçırmır, yalnız verginin düzgün hesablanmasını tələb edilmişdir. "xxxx" MMC-yə göndərilən qərarda qeyd edildiyi kimi, mal ətini orta hesabla 9,5 manata əldə edib və 9,92 manata təqdim ediblər. Yekunda 3,85% ticarət əlavəsinin olması qeyd edilmişdir. Lakin müəssisənin hər çəkidə 0,20 manat xeyiri olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay ərzində müəssisə tərəfindən elektron alış aktları ilə rəsmiləşdirilməklə, Rəşad Eyyubovdan 1 kq 9,5 manat olmaqla, 28798 kq dana əti və 30 baş iribuynuzlu mal, Birilyand Mahmudovadan 9,5 manat olmaqla 36000 kq dana əti və Ramidə Mahmudovadan 9,5 manat olmaqla, 22000 kq dana əti alındığı inkar edilmir. Yuxarıda göstərildiyi kimi, müəssisəyə hesablanmış kameral vergi yoxlaması ilə bağlı DVX-nə ünvanlanmış müraciəti xx.xx.2023-cü il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarla təmin edilməmişdir. Sonra bu məsələni ciddi və aydın araşdırılması, həmçinin çıxarılmış qərarın doğru olmaması ilə bağlı yenidən DVX-yə şikayət formasında müraciət edilmişdir. Lakin müraciətə qısa və çox yığcam, həmçinin iddiaçıya bəlli olan məlumatları əks etdirən cavab məktubu almışdır. Yazılan cavab məktubunda çıxarılmış qərar və müəssisəyə göndərilmiş məktubun nömrəsi qeyd edilmiş, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və ya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Çünki məktubda qeyd edilənlər iddiaçıya məlum olan məsələlər, qərar nömrələri və sair kimi məlumatlardır. İddiaçı 2021-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 151.263,95 manat məbləğlə razılaşmır. Müəssisə tərəfindən 2021-ci il ərzində elektron alış aktlarına əsasən X12 (13QYİAK) 323 582 manat, X8 (3JMUTS) 343 000 manat, X13 (433G2QQ) 209000 manat, yekunda 875582 manat məbləğdə iribuynuzlu heyvan alınmışdır. Yuxarıda qeyd edilən qərarda kameral vergi yoxlamasında 2021-ci ilin mənfəət vergisi bəyannaməsində xərclər bölməsində malın dəyərinin sətrində qeyd olunan 761278,87 manat məbləğin elektron alış aktlarında qeyd edilmiş vətəndaşlar tərəfindən vergi orqanına təqdim edilən izahatlarında müəssisəyə mal təqdim etmədiklərini qeyd edildiyinin nəzərə alındığı və bu səbəbdən "xxxx" MMC-yə 151.263,95 manat vergi məbləğinin hesablandığı bildirilmişdir. Müəssisəyə təqdim edilən Dövlət baytarlıq xidmətinin tərtib etdiyi sənədlərlə və X28 tərəfindən verilən məlumatlarla təsdiq edilir ki, bu vətəndaşlar Bərdə və Ağdaş rayonlarında təsərrüfat işləri ilə məşğul olaraq, heyvandarlıq sahəsi üzrə çalışırlar. Həqiqətin aşkar edilməsi məqsədilə vergi orqanı tərəfindən alınan izahatlardan savayı, adları qeyd olunan həmin şəxslərin fermalarına baxış keçirilməsini tələb və xahiş edilmişdir. Müəssisəyə yazılan kameral vergi məbləği başqa vergi ödəyicilərinə də yazıla bilər. Nəzərə alınmışdır ki, iribuynuzlu heyvanların alış aktları bazaya işlənərkən VÖEN-i olmayan vətəndaşlar ancaq FİN məlumatları ilə daxil edilir. Belə nəticəyə gəlmək olar ki, bu şəxslər, başqa sahibkarlara da kənd təsərrüfatı malları və ya heyvan satandan bir neçə müddət sonra həmin malları satdıqlarını inkar etsələr, bu şəxslərdən mal-heyvan alan sahibkarlar çıxılmaz vəziyyətə düşərək, əziyyət çəkib maliyyə itkilərinə məruz qalmalıdır. İddiaçı bu adamları tanımırsa və bu şəxslərdən mal-heyvan almamışdırsa, onların şəxsiyyət vəsiqələri iddiaçıda necə ola bilər? Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda istinad edilən faktlarla və hallarla təsdiq edilir ki, vergi orqanına təqdim etdiyim bütün hüquqmüəyyənedici sənədlər, o cümlədən alış aktları mötəbər sənəd hesab edilməlidir. "xxxx" MMC-in pozulmuş hüququnun müdafiəsi üçün vergi orqanının “İnzibati şikayətin təmin edilməməsi haqqında” göstərilən Qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının üzvləri videokonfrans vasitəsilə şikayətin dəlillərini müzakirə edəndə qərəzsizlik prinsipinin tələblərinə lazımınca əməl etməmiş, şikayətdə sadalanan bütün dəlillərə şübhə ilə yanaşmaqla, onları araşdırmamış və həqiqəti aşkara çıxarmağa cəhd etməmişlər. Nəticədə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 31 mart 2023-cü il tarixli 22 nömrəli qərarı ilə "xxxx" MMC-in şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci. il tarixli **********084900 nömrəli Qərarı və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********799500 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.2-ci maddəsinə görə şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Bildirilmişdir ki, Apellyasiya Şurasının qərarında müəssisəmizin hüquqları və qanunla qorunan maraqları müdafiə edilmədiyinə görə onun dəlilləri ilə razılaşmırıq, ona görə də pozulmuş hüquqularıın bərpa edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 2.2-ci və 2.2.1-ci maddələrinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) iddialara baxılır. Yenə İPM-in 8.1-ci və 8.1.2-ci maddələrinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Yenə də İPM-in 32.1, 32.2-ci və 32.2.1-ci maddələrində göstərilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarı müəssisəyə rəsmi qaydada 29 aprel 2023-cü il tarixdə verilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 saylı qərarın, xx.xx.2023-cü il tarixli **********799500 saylı “İnzibati şikayətin təmin edilməməsi barədə" qərarın ləğv edilməsini və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir. İPM-in 32-ci maddəsində qeyd olunur ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Araşdırma zamanı müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 saylı qərar ilə hesablanmış 151.263,95 manat vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixdə inzibati şikayət verilmişdir. Həmin şikayət üzrə Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü tarixli **********799500 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixli **********084900 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, ilkin inzibati akt olan xx.xx.2022-ci il tarixli **********084900 nömrəli Qərar şikayət instansiya tərəfindən dəyişdirilmədən saxlanıldığından və xx.xx.2023-cü tarixli **********799500 nömrəli inzibati qərar isə üçüncü şəxslər üçün hər hansı öhdəlik yaradan inzibati akt olmadığından həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Həmçinin "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2021xx.xx.2022-ci il tarixləri aralığında elektron qaimə-faktura vasitəsilə təqdim edilmiş cəmi dəyəri 908999,43 manat olan "Dana əti, Dana" adlı malların xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında X26, X23 və X13 alış aktları vasitəsi ilə əldə edildiyi baza məlumatlarında əks olunsa da, adları yuxarıda göstərilən vətəndaşlardan alınmış izahatlara əsasən həmin alış aktlarının reallığı əks etdirmədiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC (VÖEN: **********) Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın müddəalarına (2.1.1.;3.1.1.) uyğun olaraq riskli vergi ödəyicisi hesab edilərək xx.xx.2023-cü il tarixli, **********667600 nömrəli Qərar qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçıya elektron üsulla təqdim edilmişdir. İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********084900 saylı qərarı və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********667600 nömrəli qərarı xx.xx.2023- cü il tarixdə mübahisələndirmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bildirilmişdir ki, vergi orqanı ilə "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair” Müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.5-ci bəndində qeyd olunur ki, tərəflər arasında elektron kabinet vasitəsilə elektron üsulla mübadilə olunan akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədlər habelə məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənəd göndərildiyi gündən 3 gün keçdikdən sonra tərəflərə çatdırılmış sayılır. Həmçinin müqavilənin 4.1.5-ci bəndində vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifəsi kimi qeyd olunmuşdur. İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxılarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qərarın 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılıqın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.ldrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (inzibati Prosessual Məcəllənin 35- ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından göründüyü kimi işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidirlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-643/2018 saylı iş üzrə qərarında qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarının mənasından bəlli olur ki, inzibati orqan inzibati aktı elektron üsulla göndərmək səlahiyyətinə malikdir, lakin mübahisə olduğu halda aktın təqdim olunması faktını və müddətini sübut etməlidir. İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə görə işin hərtərəfli, tam və obyektiv tədqiqi məhkəmə baxışının əsas prinsipləridir. İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi mümkün sayılmaması xahiş edilmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı "xxxx" MMC (VÖEN **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 saylı qərarın, xx.xx.2023-cü il tarixli **********799500 saylı “İnzibati şikayətin təmin edilməməsi barədə” qərarın ləğv edilməsini və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Bildirilmişdir ki, uçot-baza məlumatına əsasən Cəmiyyətin xx.xx.2021-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, xx.xx.2021-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyətinin “ət, ev quşlarının ətinin topdan satışı” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 2021-ci il ərzində vətəndaşlardan elektron alış aktı ilə 1 251 582,0 manat dəyərində (126 798 kq və 30 baş inək) ət məhsulları əldə edilmiş, elektron qaiməfaktura ilə 792 999,45 manat ( 79 808,28 kq) dəyərində "xxxx" MMC-yə təqdim edilmiş, Cəmiyyət tərəfindən 1 251 582,0 manat dəyərində alış aktı ilə kənd təsərrüfatı malları əldə edilməsinə baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavənin malların daxilolması sətrində 875 582,0 manat qeyd edildiyi, alış-satış sənədlərinə əsasən Cəmiyyət tərəfindən mal ətini orta qiymətlə 9,5 manata əldə edilməsinə və 9,92 manat təqdim edilməsinə baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ticarət əlavənizin 3,85 % olduğu, vergi ödəyicisinin fəaliyyətinin dayandırmasına baxmayaraq, 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ilin sonuna 112 000,0 manat mal qalığı göstərildiyi, eyni zamanda 2021-ci il ərzində tərtib edilmiş elektron alış aktlarının tərkibində 323 582,00 manat məbləğində bir sıra uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar Cəmiyyətə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********830900 nömrəli və xx.xx.2022-ci il tarixli **********862000 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 64 096,61 manat vergi məbləği hesablanaraq xx.xx.2022- ci il tarixli **********785700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Sonra vergi orqanı tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********065000 nömrəli, xx.xx.2022-ci il tarixli **********385100 nömrəli və xx.xx.2022-ci il tarixli **********261900 nömrəli məktublar göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba izahat və təsdiqedici sənədlər təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 152 930,01 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********393300 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin analoji uyğunsuzluq və kənarlaşmalar olduğu üçün 151 263,95 manat vergi məbləği hesablanmış, 01,09.2022-ci il tarixli **********084900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il ərzində elektron alış aktlarına əsasən X12 (FİN: 13QY1AK, Ağdaş rayonu, Şəkili kəndi) 323582,0 manat, X4 (FİN: 3JMJUTS, Bərdə rayonu, Gərənə kəndi) 343000,0 manat və X13 (FİN: 433G2QQ, Bərdə rayonu, Gərənə kəndi) 209000,0 manat, ümimilikdə 875582,0 manat məbləğində iribuynuzlu mal-qara (dana) alındığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 792 999,46 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 784 669,17 manat ümumi gəlirdən çıxılan xərc (əmək haqqı 4 527,50 manat, sosial sığorta 911,77 manat, malın dəyəri 761 278,87 manat, icarə haqqı 6 000,0 manat, bank xidməti üzrə xərclər 4 029,01 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 7,0 manat, sığorta üzrə xərclər 151,86 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7 763,16 manat), bəyannamənin 1 nömrəli əlavəsinin 1.3.2-ci “Mallar” sətrinin ’’Hesabat dövrünün əvvəlinə" sütununda 0,0 manat, “Dövr ərzində daxil olmuşdur" sütununda 875 582,0 manat, “Təqdim edilmişdir” sütununda 761 278,87 manat, “Hesabat dövrünün sonuna” sütununda 114 303,13 manat göstərildiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər" bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 761 278,87 manat məbləğin elektron alış aktlarında qeyd olunan fiziki şəxslər tərəfindən vergi orqanına təqdim etdikləri izahatlarında Cəmiyyətə mal təqdim etmədikləri qeyd edilməsi səbəbindən nəzərə alınmamış və bu səbəbdən 151 263,95 manat mənfəət vergisi hesablanmışdır. T.M.Quliyevin izahatında 2021-ci il ərzində Cəmiyyətin əvvəlki rəhbəri X42 tərəfindən əsasən Bərdə və Ağdaş rayonlarından iribuynuzlu mal-qara (dana) alındığını və alınan malların elektron qaiməfakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) təqdim edildiyini, alınmış iribuynuzlu mal-qara (dana) ilə bağlı Azərbaycan Respublikası X16 yerli rayonlar üzrə baytarlıq şəhadətnamələrinin olduğunu, malların alqı-satqı prosesində birbaşa olaraq iştirak etmədiyini, alqı-satqı prosesində Cəmiyyətin əvvəlki rəhbəri X33 iştirak etdiyini və alış aktlarının fiziki şəxslərlə X42 arasında tərtib olunaraq imzalandığını, alınan mallara görə ödənişlərin qarşı tərəflərə nağd şəkildə təqdim olunduğunu, ödənişlə bağlı hər hansı rəsmi sənəd tərtib olunmadığını, alınmış mallarla bağlı müqavilələr, təhviltəslim aktları tərtib olunmadığını, malların daşınması yol maşınları ilə xidmət haqqı nağd ödənilməklə həyata keçirildiyini qeyd etmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması aparılarkən Cəmiyyətə mal (iri buynuzlu heyvan) satmadıqları barədə fiziki şəxslər X17, X9 və X18 vergi orqanına təqdim etdikləri yazılı izahat nəzərə alınmaqla hesablama aparılmışdır. Uçot baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (3 ay ərzində) Cəmiyyət tərəfindən elekton alış aktı ilə rəsmiləşdirilməklə X12 bir kiloqramı 9,5 manat olmaqla 28798,0 kq ət (dana) və 30 baş iri buynuzlu mal, X4 bir kiloqramı orta hesabla 9,5 manat olmaqla 36000,0 kq ət (dana) və X13 bir kiloqramı 9,5 manat olmaqla 22000,0 kq ət (dana) alındığı müəyyən edilmişdir ki, ümumilikdə alınmış ət məhsullarının həcminin böyük olması, diri malların yetişdirilərək əmtəəlik (ətlik) məhsul halına gətirilməsinin əmək tutumlu fəaliyyət sahəsinə aid edildiyi, əlavə iqdisadi resursların (otlaq və biçənəklərin, təsərrüfat obyektlərinin) tələb olunması adları qeyd olunan şəxslər tərəfindən bu malların satılmasının dəqiqləşdirilməsi zərurətini yaratmışdır. Vergi orqanı tərəfindən malları təqdim edən X12, X4 və X13 xx.xx.2022-ci il tarixdə təkrar izahatlar alınmış və qeyd olunan izahatlarda İddiaçınə hər hansı mal təqdim etmədiklərini, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqlarını və alış aktlarında olan imzaların onlara məxsus olmadığını qeyd etmişdirlər. Fiziki şəxslər X20 və X27 izahatlarında X42 ilə (Cəmiyyətin əvvəlki rəhbəri) qohum olduqlarını, şəxsiyyət vəsiqələrinin şəxsi işlərlə əlaqədar qeyd olunan şəxsə təqdim etdiklərini bildirmişlər. Cəmiyyətin xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********948700 nömrəli) müraciətində Cəmiyyətin əvvəlki direktoru X33 təcrübəsiz olduğundan elektron alış aktlarının qohumlarının adına tərtib edildiyi, lakin alınmış mallara görə yenidən aktların tərtib olunacağı qeyd edilmişdir. Lakin İddiaçı rəhbəri X37 xx.xx.2022-ci il tarixdə vergi orqanına təqdim etdiyi izahatında elektron alış aktlarının düzgün tərtib olunduğunu, 875 582,0 manat məbləğində malların diri şəkildə X12, X4 və X13 alındığını qeyd etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisinin elan edilməsi də düzgün deyil, çünki iribuynuzlu heyvanların alış aktları ilə alınmaları faktı nəzərə alınmamış və kameral vergi yoxlaması zamanı müəssisənin xərclər hissəsi düzgün əks etdirilməmişdir. Bildirilmişdir ki, vergi ödəyicisi olan "PREMİUM AQRO” MMC-nin (VÖEN: **********) xx.xx.2021-xx.xx.2022-ci il tarixləri aralığında elektron qaimə-faktura vasitəsilə təqdim edilmiş cəmi dəyəri 908999,43 manat olan "Dana əti, Dana" adlı malların xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında X26, X23 və X13 alış aktları vasitəsi ilə əldə edildiyi baza məlumatlarında əks olunsa da, adları yuxarıda göstərilən vətəndaşlardan alınmış izahatlara əsasən həmin alış aktlarının reallığı əks etdirmədiyi və əmtəəsiz əməliyyat aparılması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC (VÖEN: **********) Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın müddəalarına (2.1.1.;3.1.1.) uyğun olaraq riskli vergi ödəyicisi hesab edilərək xx.xx.2023-cü il tarixli, **********667600 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Qanunvericiliyuin tələblərinə görə əmtəəsiz əməliyyat əsasınında əldə edilmiş sənədlər xərcləri təsdiq edən sənəd hesab olunmur. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın müddəalarına (2.1.1.;3.1.1.) uyğun olaraq aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi barəsində “Riskli vergi ödəyicisi siyahısına daxil edilməsi” barədə Qərar qəbul edilir. Əlavə olaraq bildirilmişdir ki, hal-hazıradək qeyd olunan riskli halların aradan qaldırılmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsində qeyd olunur ki, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Qeyd edək ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərinə, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsində bir sıra məhdudlaşdırmalar nəzərdə tutulur. Belə məhdudlaşmalara aşağıdakılar aiddir: Əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəlikləri benefisiar şəxsin (faydalanan şəxsin) üzərinə qoyulur; Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir; Əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV- nin əvəzləşdirilməsinə yol verilmir; Riskli vergi ödəyiciləri barədə məlumat kommersiya və (və ya) vergi sirri olmayan məlumat hesab edilir; Vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas verir; Vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır; Riskli vergi ödəyicisinə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır; Riskli vergi ödəyicilərinə münasibətdə artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılır. Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70- ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat 13.2.71- ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1- ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 136.1- ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2- ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3-cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1- ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1 -ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1- ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Bununla yanaşı bildirilmişdir ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq vergiləri hesablamaq vergi orqanının hüququdur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********534900 nömrəli) inzibati şikayətinin araşdırılmasının nəticəsinə əsasən xx.xx.2023-cü il tarixli **********799500 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında" Qərar qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. “Premium Agro" MMC-nin (VÖEN: **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Vergilərin, sosial sığorta və işsizlikdən haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********084900 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 151 263,95 manat hesablanmışdır.
8. “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********799500 nömrəli Qərara əsasən İddiaçı kameral yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayət təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 nömrəli qərar dəyişidirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 22 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı inzibati şikayəti təmin edilməməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlikdən haqlarının hesablanması barədə” 1 sentyabr 2022-ci il tarixli **********084900 nömrəli və inzibati şikayətlərə baxılması baş idarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” 13 yanvar 2023-cü il tarixli **********799500 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.
10. Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın müddəalarına (2.1.1.;3.1.1.) uyğun olaraq "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********667600 nömrəli Qərar qəbul edilmişdir.
11. İş materiallarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan X25 publik hüquqi şəxsi tərəfindən verilmiş baytarlıq-sanitariya ekspertizası işin təşkil olunması haqqında Ü/187 nömrəli, xx.xx.2021-ci il tarixli əmr, baytarlıq-sanitariya ekspertizası işin təşkilinə dair 122 nömrəli müqavilə, X16 yerli qurumları tərəfindən təsdiq edilmiş çoxsaylı baytarlıq şəhadətnamələri, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən çoxsaylı ekspertiza aktları, qarşılıqlı üzləşdirmə aktları, elektron qaimələr, alqı-satqı müqaviləsi əlavə edilmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri (vəkilləri) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
14. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
16. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya nə vaxt təqdim edildiyi müəyyən edilmir. İddiaçı buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
17. İddiaçı mübahisələndirilən qərardan inzibati qaydada şikayət vermiş, inzibati şikayətin təmin edilməməsi haqqında yekun qərar xx.xx.2023-cü il tarixli olsa da, iddiaçıya nə vaxt təqdim edildiyi müəyyən edilmir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
18. Məhkəmə qeyd edir ki, mənfəət vergisinin hesablanması barədə qərardan verilmiş inzibati şikayətin araşdırılması nəticəsində xx.xx.2023-cü il tarixdə iddiaçı həm də riskli vergi ödəyicisi hesab edilmişdir (eyni tarixdə inzibati şikayətin təmin edilməməsi barədə Dövlət Vergi Xidməti tərəfindən qərar qəbul edilmişdir). Odur ki, sonrakı qərar əvvəlkinin nəticəsidir və iddiaçı sonrakı yuxarı inzibati orqana (İqtisadiyyat Nazirliyinə) verilmiş şikayətdə dəlillərini (hər iki qərara münasibətdə dəlillər eynidir) təqdim etmişdir. Hər iki qərar bir-biri ilə əlaqəli olmaqla eyni cavabdeh tərəfindən qəbul edilmişdir. Odur ki, bir iddiada birləşdirilə bilər.
19. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
20. İPM-in 32.1-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
21. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13.2.82-ci maddənin birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən “, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılmışdır və ikinci cümlə yeni redaksiyada verilmişdir: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
22. Məhkəmə qeyd edir ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulu qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilməmişdir. Lakin həmin tənzimləmənin mövcud olmaması ödəyicinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulunu istisna edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, bu zaman nəzərə alınmalı olan hal ödəyicinin riskli hesab edilməsi üçün müəyyən edilmiş əsasların davam edib-etmədiyini aydınlaşdırmaq, eləcə vergi ödəyicinin riskli hesab edilməsi əsaslarının qanuniliyinə qiymət verməkdir. Odur ki, işin hallarından asılı olaraq riskli vergi ödəyicisi hesab olunma haqqında qərarın ləğvi və ya riskli vergi ödəyicisi siyahısından çıxarılma haqqında qərarın qəbulu vəzifəsinin qoyulması hazırkı işdə olduğu kimi eyni hüquqi nəticələrə səbəb ola bilər. İşin halından asılı olaraq, bu, iddia tələbinin ifadə tərzi ilə bağlı olan məsələdir.
23. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
24. X49 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X49 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X44rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X40 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
25. İddiaçı mənfəət vergisi ödəyicisidir.
26. Mübahisənin yaranmasının səbəbi kameral vergi yoxlamasında 2021-ci ilin mənfəət vergisi bəyannaməsində xərclər bölməsində malın dəyərinin sətrində qeyd olunan 761278,87 manat məbləğin elektron alış aktlarında qeyd edilmiş vətəndaşlar tərəfindən (X12, X8 və X27) vergi orqanına təqdim edilən izahatlarında müəssisəyə "Dana əti, Dana" adlı malların təqdim etmədiklərini qeyd edildiyinin nəzərə alındığı və bu səbəbdən "xxxx" MMC-yə 151.263,95 manat vergi məbləğinin hesablanmasıdır. Belə ki, həmin 761278,87 manat məbləğ müəssisənin gəliri kimi nəzərə alınaraq 20% dərəcə ilə mənfəət vergisinə cəlb edilmiş, hesabat ili üzrə təqdim edilmiş bəyannaməyə əsasən iddiaçı tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınaraq əlavə 151.263,95 manat vergi məbləği hesablanmışdır.
27. Lakin vergi orqanı ancaq qeyd edilən vətəndaşların izahatları ilə kifayətlənmiş, alınan malların elektron qaimə-fakturalar əsasında 792 999,45 manat (79 808,28 kq) dəyərində "Dana əti, Dana" adlı malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) təqdim edildiyini (“Araz” supermarketlər şəbəkəsi), alınmış iribuynuzlu mal-qara (dana) ilə bağlı Azərbaycan Respublikası X16 yerli rayonlar üzrə baytarlıq şəhadətnamələrinin, çoxsaylı ekspertiza aktlarının, malların daşınması və kəsilməsinə dair aktların olduğunu nəzərə almamışdır.
28. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2233/2023 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-64/2024 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-305/2024 nömrəli qərarları).
29. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
30. Lakin vergi orqanı tərəfindən (ödəyici tərəfinədn inzibati şikayətlər verilməsinə baxmayaraq) qeyd edilən xüsusatlar nəzərə alınmamış, malların təqdim edilməsinə dair çoxsaylı məlumat və sənədlərin (yol qaimələri, ekspertiza aktları, baytarlıq şəhadətnamələri, həmin alınan malların daha sonra digər vergi ödəyicisinə (marketlər şəbəkəsinə) elektron-qaimə əsasında təhvil verilməsi) mövcud olmasına və təqdim edilən sənədlərin işığında əməliyyatların əmtəəsiz olmasına dair hər hansı şübhə olmamasına baxmayaraq, yalnız X12, X8 və X18 izahatlarına əsaslanaraq sonuncular tərəfindən təqdim edilmiş 761.278,87 manat məbləğində mala görə ödənilmiş xərc nəzərə alınmamış və ödəyicinin gəliri qismində nəzərə alınmışdır. Bununla belə cavabdeh elektron qaiməfakturalar əsasında 792.999,45 manat (79 808,28 kq) dəyərində "Dana əti, Dana" adlı malların (iddiaçı tərəfindən) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) təqdim edildiyini qəbul edir. Yəni cavabdeh iddiaçının təqdim etdiyi mallar nəticəsində gəlirini qəbul etdiyi təqdirdə, həmin malların təqdim edilməsi nəticəsində xərclərin çəkilməsinin mümkünlüyünü nəzərə almamışdır.
31. Belə olan təqdirdə, məhkəmə cavabdehin yanaşmasının ağlabatan izahı və hesablanmış mənfəət vergisinin əsaslı olduğunu hesab etmir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
33. Məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.
34. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.
35. Məhkəmə hesab edir ki, qeyd edilən Qaydaların 3.1.1-ci bəndinə əsasən alınan və təqdim edilən mal çeşidləri əlaqəsiz olduqda, əvvəlkinin emalının nəticəsi olmadıqda və ya vergi ödəyicisi qeyd edilən halı ağlabatan şəkildə əsaslandıra bilmədikdə vergi ödəyicisi üçün məsuliyyət yarada bilər.
36. Satışında olmasına baxmayaraq, alışında və ya idxalında həmin əmtəənin olmaması avtomatik olaraq əməliyyatın riskli olması və ya ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz. Bu, yalnız ödəyicinin xərc(lər)ini təsdiq etməməsi ilə nəticələnə bilər. Odur ki, nəticə etibarilə, ödəyici riskli vergi ödəyicisi hesab edilə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. Əgər müvafiq təqdimetmə əmtəəsiz hesab edilirsə, o zaman həmin əməliyyatdan əldə edilmiş gəlir də vergitutma obyekti kimi nəzərə alınmamış olmalıdır. Lakin vergi orqanı tərəfindən həmin təqdimetmədən əldə edilən gəlir(lər) haqlı olaraq vergitutma obyekti kimi qiymətləndirilir.
37. Artıq yuxarıda qeyd edildiyi kimi, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ödəyici tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasına dair şübhə yoxdur.
38. Odur ki, iddiaçının əmtəəsiz əməliyyat apardığını və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının riskli vergi ödəyicisi hesab olunmasını əsaslandıran hər hansı dəlil təqdim edilməmişdir.
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində (2021ci il hesabat dövrü mənfəət vergisi üzrə) qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********084900 nömrəli və riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********667600 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva