Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13610/2024 22.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayış təqdim edilməsi və d.” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 22-ci maddəsinə əsasən uyğun olaraq, həmçinin qanuni qüvvəyə minmiş 2- 1(112)-7396/2024 saylı (xx.xx.2024) BİM-in qərardadını da nəzərə alaraq iddiaçıya (və onun bacısına) arayışın (37 saylı) təqdim edilməsi; təqdim olunmuş arayışa görə rüsum, xidmət və s. xərclər, ödənilmiş 50+50 manat = 100 manat məbləğindən hesablanması; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 57 saylı xx.xx.2016-cı il tarixli sərəncamı əsasında “b” (118,4 kv.m) tikilisinə (Təbriz küçəsi ev 34 ünvanlı) hüquq, A.Mövlamovun hüquq varislərinin adlarına (hər birinə ½ hissə olmaqla) daşınmaz əmlakın dövlət reyestri kitabında dövlət qeydiyyatına alınması; Təbriz küçəsi ev 34 ünvanlı “a” (111,5 kv.m) tikilisinə münasibətdə, X2 adına daşınmaz əmlakın dövlət reyestri kitabında (kitab 106 səhifə 2405-ci) qeydə alınmış, 13/256 hissədən ibarət hüquq, onun hüquq varislərinin iddiaçı və X4 adlarına (hər birinə 13/512 hissədən ibarət olmaqla) düzəliş edilməklə elektron çıxarışların tərtib olunması; əlavə rüsum və xidmət haqqı tələb olunarsa, digər məhkəmə xərclərinin cavabdehin vəsaiti hesabına ödənilməsi; cavabdehdən iddiaçıdan rəsmi üzr istənilməsinin tələb edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 mərtəbəli 4 yataq otaqlı (hər biri) A (111,5 kv.m), B (118,4 kv.m), tikililərindən ibarət olub, A tikilisi 1900-cü ildə, B tikilisi isə babası və atası tərəfindən 1972-1984-cü illər ərzində inşa edilmişdir. B tikilisi Nərimanov Rayon İcra Hakimiyyətinin 842 saylı (xx.xx.1996) sərəncamı ilə qanuniləşdirilib və 57 saylı xx.xx.2016cı il tarixli növbəti sərəncamı ilə ölçüləri dəqiqləşdirilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin 57 saylı (xx.xx.2016) sərəncamı ilə, atası A.Mövlamovun sağlığında müxtəlif məhkəmə instansiyalarında davam edən mülki və inzibati məhkəmə proseslərinə görə icra etmək mümkün olmamışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Asan Xidmət Mərkəzinin (1 saylı) notariat ofisi tərəfindən verilmiş 205 saylı xx.xx.2023-cü il tarixli arayışda o və bacısı atasının hüquqi varisləri olaraq qeydə alınmışdır. Atasının ölümü barədə şəhadətnamə və sözügedən arayış xx.xx.2023-cü il tarixdə sərəncam ilə birlikdə cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli çıxarış 11 ay öncə vəfat etmiş mərhum atasının adına icra edilmişdir. Tərəfindən 50 manat rüsum və digər ödənişlər edilmişdir. Lakin bunun müqabilində müvafiq tələblərinə imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7396/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bu qərardaddan apellyasiya şikayəti vermədən və 100 manat məbləği çıxmaqla cavabdehdən arayışın təqdim edilməsini xahiş etmişdir. Arayış təqdim edildikdən sonra Rayon İcra Hakimiyyətinin 57 saylı xx.xx.2016-cı il tarixli sərəncamının atasının hüquqi varislərinin adlarına daşınmaz əmlakın dövlət reyestri kitabında hüququn qeydə alınmasını xahiş etmişdir. Bütün müraciətlərinə cavabdeh tərəfindən imtina cavabı verilmişdir və bütün cavab məktublarında cavabdeh ondan atasının adına olan çıxarışın və vərəsəlik şəhadətnaməsinin Asan Xidmətə təqdim edilməsini xahiş etmişdir. Onun vəfat edən yaxın qohumunun (xitam olunmalı ikən) hüququnun qeydiyyatına görə onun əvəzinə ödəniş etməyə borclu deyil. 2-1(112)-7396/2024 saylı xx.xx.2024-cü il tarixli qərardada əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 22-ci maddəsi cavabdeh tərəfindən tətbiq edilməli və iddiaçıya öncə arayış, daha sonra isə çıxarış verilməli idi. 22ci maddənin tələbləri pozularaq iddiaçıya arayış əvəzinə çıxarış təqdim edilməsi qeyd edilmişdir. Cavabdehə məxsus qaynar xətt nömrəsi ilə əlaqə saxlayaraq hansı hüquqi akta əsasən imtina edildiyini soruşmuşdur və cavabında Nazirlər Kabinetinin 135 saylı qərarına dəyişiklik edildiyi və ölmüş şəxsin hüquqi varisinə ilkin olaraq arayış, daha sonra çıxarış təqdim edildiyi bildirilmişdir. Bu dəyişiklik noyabr 2023-cü il tarixdə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin müddəasına uyğun olaraq Nazirlər Kabinetinin 135 saylı qərarına edilmiş dəyişiklik hüquqi vəziyyəti yaxşılaşdıran hüquqi akt olaraq hüquqi qüvvəsi geriyə, ona atasının adına çıxarış təqdim olunduğu xx.xx.2023-cü il tarixli tarixinə şamil edilməli, cavabdehə təqdim etdiyi sənədlər və ödədiyi rüsumlar müqabilində ona həm arayış, həm özünün və bacısının adına çıxarış təqdim edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən “A” tikilisindən 38/256 hissə X3 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il), “A” tikilisindən 16/32 hissə X10 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il), “A” tikilisindən 5/256 hissə açıq saxlanılır X12, “A” tikilisindən 1/32 hissə X7, “A” tikilisindən 8/32 hissə X13, “A” tikilisindən 13/256 hissə və “B” tikilisi X2 (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) xüsusi (paylı) mülkiyyətindədir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi oğlu İddiaçı və qızı X11 miras əmlakdan 1/2 irs almalıdırlar. İsmayıllı Rayon Polis X19 və Şəxsiyyət Vəsiqəsi qrupu tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Mövlamov X5 rayonu İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 39 ünvanında müvəqqəti qeydiyyatdadır. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 205 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, ünvan 2 ünvanında qeydiyyatda olmuş-X2 adına 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisində xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən olunmuşdur. Vərəsələrin dairəsi aşağıdakı kimidir: Oğlu- İddiaçı; X9 qızı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7396/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək Nərimanov RİH-in 57 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında mülkiyyət hüququ mərhum Allahverdi Mövlamovun hüquqi varislərinin adlarına qeydə alınmasını və ödənilmiş rüsum, xidmət haqqı müqabilində çıxarış təqdim edilməsini, Təbriz küçəsi, ev 34 ünvanında “B” (118,4 kv.m) tikilisi istisna olmaqla, qalan tikililərin hamısının məhv edildiyini nəzərə alaraq ünvandakı “A” (111,5 kv.m) tikilisinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış aşağıdakı hüquq sahiblərinin (payçıların): X10- 16/32 hissə, X13- 8/32 hissə, X7- 1/32 hissə, X8-38/256 hissə, X16- 5/256 hissə, X6- 13/256 hissə mülkiyyət hüquqları itirilmiş hesab edilməsini, mülkiyyət hüquqları itirilmiş hesab edilən hüquq sahiblərinə daşınmaz əmlakı məhv edən şəxslərə qarşı iddia qaldırmaq hüquqlarının olmasının izah edilməsini və bütün məhkəmə xərclərinin cavabdehə aid edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarından: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. X24 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). İddia tələbi 6 hissədən ibarətdir. İddia tələbinin birinci “iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 22-ci maddəsinə əsasən uyğun olaraq, həmçinin qanuni qüvvəyə minmiş 2-1(112)-7396/2024 saylı (xx.xx.2024) BİM-in qərardadını da nəzərə alaraq iddiaçıya (və onun bacısına) arayışın (37 saylı) təqdim edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edilən məhkəmə qərarı iddia tələbinin rədd edilməsi barədə olub, iddiaçı və ya cavabdehə münasibətdə hər hansı məcburi göstərişlər müəyyən etməmişdir. Bundan başqa, işin materialları ilə müəyyən edilir ki, iddia yalnız iddiaçı tərəfindən qaldırılmışdır, onun bacısı birgə iddiaçı qismində ərizə təqdim etməmişdir, eləcə də, iddia qaldırılanadək iddiaçı və (və ya) onun bacısı tərəfindən cavabdeh quruma (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) müvafiq müraciət edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki halda iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir və cavabdeh qurumla iddiaçı arasında iddia tələbində qeyd edilən mübahisə (cavabdehin imtinası) mövcud olmamışdır. Odur ki, iddia həmin hissədə mümkün sayılmamalıdır. İddiaçıya bacısı ilə birlikdə cavabdeh quruma müvafiq tələblə və zəruri sənədlərlə müraciət etdikdən sonra imtina ediləcəyi halda birgə iddiaçı qismində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddia tələbinin ikinci və üçüncü hissələrinə (təqdim olunmuş arayışa görə rüsum, xidmət və s. xərclər, ödənilmiş 50+50 manat = 100 manat məbləğindən hesablanması; Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 57 saylı xx.xx.2016-cı il tarixli sərəncamı əsasında “b” (118,4 kv.m) tikilisinə (Təbriz küçəsi ev 34 ünvanlı) hüquq, A.Mövlamovun hüquq varislərinin adlarına (hər birinə ½ hissə olmaqla) daşınmaz əmlakın dövlət reyestri kitabında dövlət qeydiyyatına alınması) münasibətdə məhkəmə qeyd edir ki, həmin tələblər iddianın birinci hissəsinə münasibətdə qeyd edilən qaydada, mübahisə yarandığı halda icra edilə bilən tələblərdir. İddia tələbinin dördüncü hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Təbriz küçəsi ev 34 ünvanlı “a” (111,5 kv.m) tikilisinə münasibətdə, X2 adına daşınmaz əmlakın dövlət reyestri kitabında (kitab 106 səhifə 2405-ci) qeydə alınmış, 13/256 hissədən ibarət hüquq, onun hüquq varislərinin iddiaçı və X4 adlarına (hər birinə 13/512 hissədən ibarət olmaqla) düzəliş edilməklə elektron çıxarışların tərtib olunması barədə iddia qaldırılanadək iddiaçı və (və ya) onun bacısı tərəfindən cavabdeh quruma (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə) müvafiq müraciət edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin sözügedən hissəsində də, iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir və cavabdeh qurumla iddiaçı arasında iddia tələbində qeyd edilən mübahisə (cavabdehin imtinası) mövcud olmamışdır. İddiaçıya bacısı ilə birlikdə cavabdeh quruma müvafiq tələblə və zəruri sənədlərlə müraciət etdikdən sonra imtina ediləcəyi halda birgə iddiaçı qismində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddia tələbi büşinci və altıncı hissələrdə (əlavə rüsum və xidmət haqqı tələb olunarsa, digər məhkəmə xərclərinin cavabdehin vəsaiti hesabına ödənilməsi; cavabdehdən iddiaçıdan rəsmi üzr istənilməsinin tələb edilməsi”) aşkar mümkünsüz (vəsatət xarakterli) olduğundan məhkəmə iddiaçıya hüquqi yardımın göstərilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir və iddia tələbində qeyd etdiyi hüquqlarının qorunması bilavasitə qanundan irəli gəlmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-13610/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13610/2024
22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver