Məhkəmə qərarları › İş №2-1(112)-13613/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13613/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13613/2025 25.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh üzərinə İddiaçı ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsi bağlanılması vəzifəsi qoyulsun həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci ildən etibarən faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Bu mənzil 2 otaqdan ibarət və 27,3 kv.m. yaşayış sahəsinə malik olmaqla çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və dövlət mülkiyyətində olmaqla Bakı şəhəri Cavabdeh balansındadır. Həmin mənzlin sahibi vaxtilə X4muşdur. O, 4 avqust 1981-ci il tarixdə bu mənzildən yaşayış qeydiyyatından çıxmış və RSFSR, Roven vilayəti, Kuznetsov qəsəbəsinə yaşayış qeydiyyatına düşmüşdür. Onun oğlu X8 17 fevral 1981-ci il tarixdə sözügedən mənzilə yaşayış qeydiyyatına düşmüş, 1992-ci il ilədək bu mənzildə yaşamış və 1992-ci ildə bu mənzili tərk etmişdir (23 saylı Nəsimi rayonu MKİSnin 159 saylı, 2 iyul 2025-ci il tarixli və 172 saylı, 17 iyul 2025-ci il tarixli arayışlarının surətləri, 31 saylı şəxsi hesab vərəqəsi və qeydiyyat vərəqələrinin surətləri əlavə olunur). İddiaçı ailəsi X3 mənzili ondan almaq barədə razılığa gəlmiş və hətta ona razılaşdırılmış məbləğdə ödəniş də etmişlər. X8 əldə olunmuş razılaşmanın müqabilində mənzili İddiaçı ailəsinin adına sənədləşdirəcəyinə vəd versə də bu vədini yerinə yetirməmişdir. İddiaçı ailəsi 1992-ci ildən etibarən faktiki olaraq ünvan 1 ünvanında yaşasa da 24 iyun 2025-ci il tarixdə İddiaçı bu ünvana yaşayış qeydiyyatına alınmışdır (Azərb. Resp. DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 30 iyun 2025-ci il tarixli arayışının surəti əlavə olunur). İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış qeydiyyatına alındıqdan sonra Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanılmasını xahiş etsə də, müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh başçısı aparatının 5-15/2-5-Ə-102-068/2025 saylı, 7 iyul 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim etdikdən sonra ərizənizdə qeyd etdiyiniz məsələyə baxıla bilər” (həmin məktubun surəti əlavə olunur). Bakı şəhəri Cavabdeh məlum cavab məktubunda sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməli olduğu əsas gətirilsə də faktiki olaraq tələb edilən həmin sənədlər icra hakimiyyətinə təqdim olunmuşdur. Həmin sənədlərin surətləri iddia ərizəsinə də əlavə edilir. Hesab edir ki, İddiaçı ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsi bağlanılmasından imtina üçün heç bir qanuni əsas yoxdur və Cavabdeh məlum məktubu hərəkətsizlik kimi qiymətləndirilə bilər.

3. Bakı şəhəri Cavabdeh imtina məktubunda bildirilmişdir ki, mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim etdikdən sonra ərizənizdə qeyd etdiyiniz məsələyə baxıla bilər.

4. Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 3 ünvanlı yaşayış sahəsinə 16 aprel 1979-cu iltarixdə İ1 mart 1937-ci il təvəllüdlü milliyyətcə rus olan X11 qeydiyyata düşmüş və onun həmin mənzilə sahiblik huququ tanınmışdır. O, 31 iyul 1981-ci il tarixdə Rusiya federasiyası, X14 qəsəbəsində yaşayış qeydiyyatına düşmüş və 4 avqust 1981-ci tarixdə ünvan 4 ünvanlı yaşayış sahəsindən qeydiyyatdan çıxmışdır (qeydiyyat haqqında sənədin surəti əlavə olunur). X1 21 iyun 1960-cı il təvəllüdlü, milliyyətcə rus olan X12 17 fevral 1981-ci il təvəllüdlü ünvan 5 ünvanlı yaşayış sahəsinə qeydiyyata düşmüş və həmin у aşayış sahəsində sahiblik hüququ əldə etmədən yaşamışdır (qeydiyyat haqqında sənədin surəti əlavə olunur) X6 Rusiya federasiyasına X9 işləməyə getməsi ilə əlaqədar Azərbaycan SSR, Bakı şəhəri XDS İcraiyyə Komitəsi Yaşayış sahələrinin qeydiyyatı sə bölüşdürülməsi İdarəsinin 29 iyul 1988-ci il tarixli şəhadətnaməsi ilə ünvan 1 ünvanlı yaşayış sahəsi 13 iyul 1988-ci il tarixdən 10 iyul 1991-ci il tarixədək olan dövr üçün bron edilmişdir (şəhadətnamənin sürəli əlavə olunur). X13 həmin yaşayış sahəsini faktiki olaraq 1988-ci ildən tərk elmiş və bron müddəti başa çaldıqdan sonra da bu mənzildə yaşamamışdır. Qeyd olunan vaxtdan etibarən onun harada yaşaması barədə 23 saylı MKİS-də məlumat yoxdur və o, hazırda ünvan 6 ünvanında qeydiyyatda deyildir.

5. Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci m/r, Asif Məhərrəmov küçəsi, ev 45 ünvanında yaşayan sakinlərin tərtib etdikləri 17 noyabr 2025-ci il tarixli aktla təsdiq olunduğu kimi, ünvan 8 ünvanlı yaşayış sahəsində vətəndaş İddiaçı (şəxsiyyət vəsiqəsi: AA*******) faktiki olaraq 1992-cı ildən etibarən yaşayır.

6. Bakı şəhəri X16 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil X7 verilmişdir.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.1976-cı il təvəllüdlü) ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

III. Məhkəmənin mövqeyi

13. Bakı şəhəri X16 İcraiyyə Komitəsinin Yaşayış sahələrinin qeydiyyatı və bölüşdürülməsi İdarəsinin xx.xx.1988-ci il tarixli şəhadətnaməsinə əsasən X6 yaşaması üçün hazırkı adı ünvan 1 ünvanında sahəsi 27.3 kv metr olan, 2 otaqlı, 31 saylı mənzil istifadəsinə verilmişdir. X13 sözügedən mənzili 1988-ci il tarixində tərk etmiş və qeydiyyatdan çıxmışdır. İddiaçı həmin mənzildə qeydiyyatda olmaqla 1992-ci il tarixdən yaşayır. İddiaçı hazırda həmin mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş edir.

14. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):

5. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.

10. Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir.

44. Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X16nin icraiyyə komitəsi tərəfindən verilir.

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X16nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

83. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər.

85. İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

15. Beləliklə, istinad olunan normalara əsasən adına şəhadətnamə verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar.

16. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, X13 faktiki olaraq iddiaçını ailə üzvü hesab edərək, sözügedən mənzildə yaşamasına icazə vermişdir. İddiaçının qeyd edilən normada hüquqmüəyyənedici sənədə malik olması işin halları ilə müəyyən edilir.

17. Mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 59.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 62.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.

19. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

20. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

21. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

22. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsi bağlanılması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar